Məhkəmə qərarları › İş №2-2(3-10)-110/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-110/2026

15.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-110/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, İstehlak edilmiş təbii qaz enerjisinin haqqının ödənilməsi üzrə - borcun silinməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X2 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İstahsalat Birliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh İstehsalat Birliyi arasında bağlanmış ##.##.2025-ci il tarixli, AMX-****/** nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, tərəflər təbii qazın alqısatqısı barədə razılığa gəlmiş, cavabdeh iddiaçı müəssisəni keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə istehlak edilmiş qazın dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflərin nümayəndələrinə məxsus imza və möhürlə təsdiq edilmişdir.

2. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Göyçay rayon Çayarxı kəndində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) 28092983 zavod nömrəli qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları Rəsulov Pərviz, Əliyev Rövşən, Qəhramanov Vüqar, Namazov Eltun, Davudov Şaiq tərəfindən baxış keçirilmiş və baxış nəticəsində xxxx Qaz sayğaclarının yoxlanılması haqqında ****/****/** nömrəli protokoluna əsasən G-6T markalı ******** nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İtirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması və abonent tərəfindən hesablanması qərara alınmışdır. Akt Cavabdeh İB-nin həmin əməkdaşları və iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır.

3. İş materiallarında olan “Azərbaycan Metrologiya İnsitutu” PHŞ-nin tabeliyində olan xxxx MMC tərəfindən verilmiş qaz sayğacının yoxlanılması haqqında ****/****/** nömrəli protokoldan görünür ki, İddiaçı məxsus 28092983 zavod nömrəli qaz sayğacında hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir.

4. İş materiallarında olan ##.##.2025-ci il tarixli KY252319671 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışa əsasən İddiaçı məxsus qeyriyaşayış sahəsində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır.

5. İş materiallarında olan ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı məxsus abonent koduna Cavabdeh İB tərəfindən ******* nömrəli akt üzrə 11340 kub metr təbii-qazın əlavə sərfiyyaına görə borcun ödənilməsi tələb edilmişdir.

6. Cavabdeh İB tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli inventar aktında İddiaçı məxsus Göyçay rayon Çayarxı kəndində yerləşən qeyriyaşayış sahəsində olan təbii-qazdan istifadə olunan qurğuların adları qeyd edilmişdir.

7. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ******* nömrəli qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı məxsus Göyçay rayon Çayarxı kəndində yerləşən qeyriyaşayış sahəsində olan qaz sayğacı çıxarılaraq, yerinə yeni sayğac quraşdırılmışdır.

8. İddiaçı tərəfindən Cavabdeh İB-nin X1 İstismarı İdarəsinə ünvanlanmış ərizədə İddiaçı məxsus Göyçay rayon Çayarxı kəndində yerləşən xxxxnın qaz tarifinin 0,24 manata keçirilməsi xahiş edilmişdir.

9. Cavabdeh İB-nin X1 İstismarı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2026-cı il tarixli məlumatda onun qaz tarifinin dəyişdirilməsi barədə müraciətinə baxıldığı və tərəflərindən bu barədə Cavabdeh İB-yə müraciət olunduğu bildirilmişdir.

10. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona məxsus *************** nömrəli abonent kodu üzrə 2026-cı ilin mart ayına akt üzrə borc 2838 manat təşkil etmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi və X6 Agentliyi tərəfindən verilən ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Göyçay rayonu, Çayarxı kəndində yerləşən İddiaçı Əlissab qızına məxsus *************** nömrəli abonent kodu altında fəaliyyət göstərən qeyri-yaşayış sahəsinə (çörək sexi) dair Cavabdeh İBnin Ağsu XS tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli inventar aktında obyektdə 3 ədəd təndirdən və 1 ədəd kürədən istifadə edildiyi göstərilmişdir. Müəssisədə qaz sərfinin ölçülməsi məqsədilə G-6 markalı, 0624141 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İBnin X1 İstismar İdarəsinin nümayəndələri tərəfindeu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən sözügedən qeyri-yaşayış sahəsində Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən alınmış ##.##.2025-ci il tarixli, KY********* nömrəli çıxarışla sözügedən obyektdə sayğac göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğac göstəricilərinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi məqsədilə plandankənar yoxlama təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ####### 2015-ci il tarixli, 1410-İVQ nömrəli fərmanına əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-cı il ######ın #-dək dayandırılmışdır. Qaz paylayıcısının nümayəndələri tərəfindən aparılmış yoxlama zamanı qaz paylayıcı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinin tələbinin pozulduğu məlum olmuşdur. Belə ki, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar apara bilər. ##.##.2024-cü il tarixində qaz paylayıcısı tərəfindən obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı, 28097983 zavod nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin tabeliyində “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixində çıxarılmış sayğaca baxış keçirilmiş və qaz sayğacının yoxlanılması haqqında DY Q.M ****/****/** nömrəli protokolda sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunduğu və plastmas qapağın sol yan tərəfində fiziki təsir nəticəsində əzik-cızıq izlərinin aşkar olunduğu qeyd edilmişdir. Bu səbəbdən sayğaca müdaxilə halı ilə bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2025-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən komissiya tərəfindən hesabat aparılaraq 11340 m³ əlavə qaz həcmi, yəni 2835 manat dəymiş ziyan hesablanaraq istehlakçının abonent hesabına əlavə edilmişdir. Toplanmış materiallarda qaz sayğacına müdaxilə edilməsi faktı ilə bağlı foto və ya videogörüntü olmadığı üçün sayğaca edilmiş müdaxilə faktının istehlakçı tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Həmçinin, istehlakçının abonent saldosu üzrə aparılmış təhlil zamanı, istehlakçının istifadə etdiyi qaz cihazlarının saatlıq qaz sərfinə əsasən istehlak etdiyi qaz sərfiyyatında nəzərəçarpacaq dərəcədə fərq aşkar edilməmişdir. Habelə, ##.##.2022-ci il tarixindən ##.##.2026-cı il tarixədək istehlakçının abonent saldosu təhlil edilmiş və istehlak edilmiş qaz həcminə görə məbləğin Azərbaycan Respublikasının Tarif Şurasının müvafiq qərarlarına əsasən müəyyən edilmiş tarifə və qanunvericiliyin tələbinə uyğun hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmçinin, Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

II. Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən əsassız olaraq *************** nömrəli abonent koduna yazılmış 2835 cərimə məbləğinin silinməsi və tərəfindən ödənilmiş 49.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh İstehsalat Birliyi ilə arasında bağlanmış AMX-****/** nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” əsasında Göyçay rayonu Çayarxı kəndinin ərazisində yerləşən “xxxx” ya təbii qaz təminatına başlanılmışdır. Layihəyə uyğun qaz sayğacı quraşdırılmışdır. Qazdan istifadə edilən müddətdə istifadə edilmiş təbii qazın dəyəri sayğac göstəricisinə əsasən tam ödənilmiş, aralarında heç bir problem yaşanmamışdır. 2025-ci ilin may ayında Göyçay qaz idarəsinin işçiləri çöldə, heç bir qorunma vasitəsi ilə təmin edilməmiş, onun nəzarət edə bilməyəcəyi bir yerdə quraşdırılmış qaz sayğacını dövlət yoxlamasına göndərmək adı ilə açaraq apardılar. 2025-ci ilin avqust ayında Göyçay XS üzrə TQQSX-nin rəisi Z.Orucovun imzası ilə bir məktub aldı. Həmin məktubda mənzilindən açılmış qaz sayğacının laboratoriyada yoxlamadan keçirildiyi, yoxlama zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsinini aşkarlanması nəticəsində yararsız hala düşdüyü yazılmışdı. Bütün bunlara görə ona 11340 m3 təbii qazın dəyəri olan (2835 manat) məbləğndə itirilmiş qazın həcmi hesablandığı, həmin borcun və qaz sayğacına müdaxilə ilə əlaqədar 174.45 manat məbləğində sayğac dəyərini 5 gün ərzində tam ödəməli olduğu, əks təqdirdə mənzilinin qaz verlişinin dayandırılacağı və məhkəməyə müraciət ediləcəyi göstərilmişdi. Göyçay XS üzrə TQQSX-nin rəisi Z.Orucovun imzası ilə gələn məktubda yazılmış məbləğ və pozuntu ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz yazılmış və hesablanmışdır, çünki çöldə, heç bir qorunma vasitəsi ilə təchiz edilməmiş, qaydalara uyğun şəkildə quraşdırılmamış qaz sayğacına görə cavabdehliyi o daşımır. Hesab edir ki, yazılmış cərimə tamamilə əsassızdır və cavabdeh orqanın əməkdaşları onlara verilmiş hüquqdan sui-istifadə etməklə onun qanunla qorunan hüquqlarını pozmuşlar. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2011ci il tarixli ** saylı “Qazdan istifadə qaydaları haqqında” qərarın 4.7.bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qərarın 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Bundan başqa “xxxx”dan açılmış qaz sayğacı onun iştirakı olmadan yoxlamadan keçirilmiş, onun iştirakı təmin edilməmişdir. Belə olduğu halda həmin sayğacın yoxlamadan düzgün keçirilməsi şübhə doğurur. Bundan başqa ”xxxx” ya mütəmadi olaraq, yəni hər ay qazdan istifadəyə dair bildirişlər verilir və bunun əsasında da ödənişlər edilir. Həmin bildirişlər cavabdeh orqanın nümayəndələri tərəfindən sayğaca baxış keçirdilərək tərtib edilir.Təbii qazdan istifadə etdiyi müddət ərzində bircə dəfə də olsa hər hansı bir qanunsuzluğun aşkar edilməməsinə rəğmən, 2025-ci ili iyul ayında yazılmış cərimənin əsasız olmasını bir daha sübut edilir. Bundan əlavə olaraq bildirmək istəyir ki,cavabdeh orqan tərəfindən istixanada hər hansı qanunsuzluğun aşkar edilməsi barədə onların özlərinin birtərəfli qaydada tərtib etdikləri akt və tələbnamədən başqa heç bir sübut yoxdur.

14. İddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda iş üzrə iddia tələbinin həcminin artırılmasına ehtiyac vardır. Belə ki, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif Şurasının ##.##.2021 ci il tarixli Qərarına əsasən # ###### 2021-ci il tarixdən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 qazın tarif qiyməti 0.22 manat müəyyən olunmuşdur. Ona məxsus Göyçay rayonu Çayarxı kəndində yerləşən fərdi sahibkarlıq obyektinin fəaliyyət növü “çörək istehsalı sexi” olduğu üçün ona qaz sərfiyyatı sənaye və kənd təsərrüfatı sahələri üzrə olan tariflə - 1 m3-i 0.22 manatla hesablanmalı idi. Lakin cavadeh Cavabdeh İB-nin X1 İstismar İdarəsi tərəfindən qərar qüvvəyə mindikdən sonra ilk istifadəyə başladığı ##.##.2022-ci il tarixdən onlara qaz sərfiyyatı ticarət və xidmət tarifləri üzrə 1 m3-i 0.25 manatdan hesablanmışdır. Bundan başqa “Təbi qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif Şurasının ##.##.2024-cü il tarixli, ** saylı Qərarına əsasən ## ###### 2025-ci il tarixdən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 qazın tarif qiyməti 0.24 manat müəyyən olunmuşdur. Fəaliyyəti çörək istehsalı olduğundan onlara qaz sərfiyyatı sənaye və kənd təsərrüfatı sahələri üzrə olan tariflə 1 m3-i 0.24 manatla hesablanmalı idi. Lakin cavabdeh Cavabdeh İB-nin X1 İstismar İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdən onlara qaz sərfiyyatı ticarət və xidmət tarifləri üzrə - 1 m3-i 0.285 manatdan hesablanmışdır. Nəticədə ##.##.2022-ci il tarixdən ##.##.2026-cı il tarixədək qaz sərfiyyatı üzrə məndən qanunsuz olaraq ümumilikdə 6206.94 artıq pul vəsaiti alınaraq ödətdirilmişdir. Belə ki, ##.##.2022-ci ildən ##.##.2025-ci ilə qədər qaz sərfiyyatı - 127827 m3; 127827 m3 təbii qazın 0.25 manatdan hesablanan dəyəri 31956.75 manat, 127827 m3 təbii qazın 0.22 manatdan hesablanmalı olan dəyəri - 28121.94 manat fərq: 3834.81 manat ##.##.2025-ci ildən ##.##.2026-cı ilə qədər qaz sərfiyyatı - 64054 m3; bundan da 11340 m3 ona yazılan qanunsuz cəriməyə görə hesablanmış kubametr, hansı ki artıq bu məbləğin silinməsinə dair iddia qaldırılmışdır və icraatdadır. 64054 m3 dan 11340 m3 çıxdıqda yerdə qalır real istifadə 52714 m3 təbii qazın 0.285 manatdan hesablanan dəyəri - 15023.49 manat, 52714 m3 təbii qazın 0.24 manatdan hesablanmalı olan dəyəri - 12651.36 manat fərq: 2372.13 manat. Göründüyü kimi hər iki tarif tənzimlənməsi zamanı məndən artıq alınmış pulun məbləği 6206.94 manat təşkil edir. Tərəfindən bununla bağlı dəfələrlə həm Cavabdeh İB-nin X1 İstismar İdarəsinə, həm də Cavabdeh İB-nə yazılı müraciətləri olmuşdur. Lakin məsələnin müsbət həlli istiqamətində heç bir real addım atılmamışdır. Hesab edir ki, qaz sərfiyyatı üzrə ##.##.2022-ci ildən ##.##.2026-cı ilə qədər artıq ödədiyi 6206.94 manat pul vəsaiti də cavabdeh Cavabdeh İB tərəfindən silinməlidir. Göstərilənlərə əsasən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən 2025-ci ilin iyul ayında *************** nömrəli abonent koduna əsassız olaraq yazılmış 2835 cərimə məbləğinin və Tarif Şurası tərəfindən tənzimlənən qaz sərfiyyatı tarifləri üzrə ##.##.2022-ci il tarixdən ##.##.2026-cı il tarixədək tərəfindən artıq ödənilmiş 6206.94 məbləğin, ümumilikdə 9041.94 məbləğin silinməsi və tərəfindən ödənilmiş 110.42 manat dövlət rüsumunun cavabdehdən tutularaq geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh Cavabdeh İstahsalat Birliyi ##.##.2026-cı il tarixdə etiraz ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, iddiaçı İddiaçı iddia ərizəsində Cavabdeh İB-nin əməkdaşlarının qanunsuz olaraq ona müxtəlif vaxtlarda 2835 və 6206.94 manat olmaqla ümumilikdə 9041.94 manat məbləğində əsassız pul məbləğləri yazdıqlarını bildirmiş və həmin məbləğlərinin silinməsini xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, ##.##.2025-ci il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin Ağsu RQİİnin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonu Çayarxı kəndində yerləşən və İddiaçı məxsus “xxxx” ya quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı ##.##.2025-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. “xxxx” dan açılmış G- 6T markalı, ******** nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, “Azərbaycan Metrologiya İnstitutu” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx” MMCdə tərtib edilmiş Qaz sayğacının yoxlanılması haqqındakı DY QM ****/****/** nömrəli protokola əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş və sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən İddiaçı məxsus “xxxx” da istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair ## #### 2025ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB Kommersiya Departamentinə göndərilmişdir. Həmin akta əsasən Cavabdeh İB Kommersiya Departamentində ## #### 2025-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib İddiaçı Göyçay XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 11340 m3 itirilmiş təbii qazın dəyəri olan 2835 manat məbləğ hesablanaraq vurulmuşdur. Bundan başqa, təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının ## ####### 2021-cı il tarixli, № ** Qərarına əsasən 2021-ci ilin noyabr ayından etibarən qeyri-əhali sektoru üzrə Təbii qazın pərakəndə satış qiyməti sənaye və kənd təsərrüfatı sahələri üçün hər kub metr təbii qaza görə 0.22 qəpik, digər sahələr üçün isə hər kubmetr təbii qaza görə 0.25 qəpik məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının ## ####### 2021-cı il tarixli, № ** Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il, 30 iyul tarixli * nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilmişdir və bu qərar 2021-ci il # ###### tarixindən qüvvəyə minmişdir. İddiaçının 2021-ci ilin noyabr ayından qaz sərfiyyatı olmamış, yalnız 2022-ci ilin iyul ayından 2025-ci ilin yanvar ayına qədər iddiaçının istifadə etdiyi təbii qazın miqdarı 127827 m3 olmuşdur. Bunun dəyəri də 0.25 qəpikdən 31956.75 manat qəpik təşkil etmişdir. İddiaçı İddiaçı məxsus “xxxx” digər sahələr kateqoriyasına, yəni istehsal tipli müəssisə olduğundan həmin müəssisəyə verilən təbii qazın qiyməti X3 uyğun olaraq 0.25 qəpikdən hesblanmış və müəssisənin abonent koduna vurulmuşdur. Bundan başqa, təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının ## ###### 2024cü il tarixli, № ** Qərarına əsasən ##.##.2025-ci il tarixdən qeyri-əhali sektoru üzrə Təbii qazın pərakəndə satış qiyməti sənaye və kənd təsərrüfatı sahələri üçün hər kub metr təbii qaza görə 0.24 qəpik, digər sahələr üçün isə hər kubmetr təbii qaza görə 0.285 qəpik məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının ## ###### 2024-cü il tarixli, № ** Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” ## ####### 2021-cı il tarixli, № ** nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilmişdir və bu qərar 2025-ci il # ###### tarixindən qüvvəyə minmişdir. 2025-ci ilin yanvar ayından 2026-cı ilin mart ayına qədər iddiaçının istifadə etdiyi təbii qazın miqdarı 64054 m3 olmuşdur. Bundan da 11340 m3 iddiaçıya ## #### 2025-ci il tarixdə hesablanmış itirilmiş təbii qazın dəyəridir. Çıxıldıqda yerdə qalan 52714 m3 təbii qazın dəyəri də 0.285 qəpikdən 15023.49 manat təşkil edir. İddiaçı İddiaçı məxsus “xxxx” digər sahələr kateqoriyasına, yəni istehsal tipli müəssisə olduğundan həmin müəssisəyə verilən təbii qazın qiyməti X3 uyğun olaraq 0.285 qəpikdən hesblanmış və müəssisənin abonent koduna vurulmuşdur. Göründüyü kimi Tarif Şurası tərəfindən verilmiş Qərarların tövsifinə əsasən iddiaçı İddiaçı məxsus “xxxx”nın *************** nömrəli abonent koduna hesablanaraq vurulmuş və iddiaçı tərəfindən silinməsi xahiş edilən məbləğ əsassızdır, müəsisədə istifadə edilmiş təbii qazın real dəyəridir və iddiaçı tərəfindən ödənilməlidir. İddiaçı İddiaçı ilə Cavabdeh İstehsalat Birliyi arasında sonuncu dəfə bağlanmış ## ###### 2025-ci il tarixli, AMX-****/** saylı ”qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqı Müqaviləsi” nin 3.1. bəndinə əsasən istehlakçıya satılan təbii qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1(bir) m3 üçün 0.285 manat müəyyən edilmişdir. Həmin müqavilənin 7.2. bəndinə əsasən bu müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 (bir) il müəyyən edilmişdir. Həmin müqavilənin 7.3. bəndinə əsasən istehlkaçı (hazırkı iş üzrə iddiaçı) müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən paylayıcı tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab edilir. Bu halda yeni müqavilənin bağlanılması tələb olunmur. Həmin Müqavilənin 3.2. bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir. Həmin Müqavilənin 3.4. bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı İddiaçı əsassız hesablanmış ümumilikdə 9041.94 manatın silinməsi və ödənilmiş 110.42 manat dövlət rüsumunun geri qaytarılması tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılması xahiş edilmişdir.

16. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus *************** saylı abonent koduna hesablanmış 2835 manat cərimə borcu, ##.##.2022-ci il tarixdən ##.##.2026-cı il tarixədək artıq ödənilmiş 6206,94 manat təbii qaza görə borc olmaqla ümumilikdə 9041,94 manat borcun silinməsi, iş üzrə ödənilmiş dövlət rüsumununa görə 110,42 manat məbləğdə pul cavabdeh Cavabdeh İstahsalat Birliyindən tutulub iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus qaz sayğacına baxış keçirərək sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi barədə akt üzrə borc hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın tələblərinə uyğun deyildir. Eyni zamnada, iddiaçı İddiaçı məxsus *************** nömrəli kod üzrə 6206,94 manat məbləğində əlavə borc itirilmiş qazın bərpasına görə deyil, tarifin düzgün tətbiq edilməməsinə görə yaranmışdır. Nəticədə ##.##.2022-ci il tarixindən ##.##.2026-cı il tarixə qədər Cavabdeh İB tərəfindən sözügedən qeyri-yaşayış sahəsi üzrə təbii qazdan istifadəyə dair hesablanmış 6206.94 manat məbləğin Tarif Şurasının müvafiq qərarlarına və qanunvericiliyin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddia təmin edilərək, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus *************** saylı abonent koduna hesablanmış 2835 manat cərimə borcu, ##.##.2022-ci il tarixdən ##.##.2026-cı il tarixədək artıq ödənilmiş 6206,94 manat qaz borcu olmaqla ümumilikdə 9041,94 manat borc silinməlidir.

18. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5, 3.5-1, 3.5-2, 6-4, 13.6, 13.8, 13.8-1, 13.9-cu maddılərinə, “Qazdan istifadə Qaydaları”nın 2.10, 2.11-2, 3.1.10, 3.4.1, 4.1, 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 5.5, 6.1, 6.1.4, 6.1.5- 1, 6.5, 6.5-2, 6.5-3, 6.5-4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.3, 560.1, 560.2, 560.3, 560.3.5.2, 1096.1, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh İstehsalat Birliyi аpellyаsiyа şikаyəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazla eyni məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, iddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh İstehsalat Birliyinin hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini,

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

22. İddiaçı ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə kollegiyasınını iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan baxılmasını və verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh İstehsalat Birliyi də məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin məhkəmə kollegiyasınını iclasında iştirak edə bilməyəcəyini, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

27. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

30. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

31. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

32. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

37. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: - 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra - qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

38. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

39. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

48. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

51. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

52. Müəyyən edilmişdir ki, İddiaçı məxsus Göyçay rayon Çayarxı kəndində yerləşən qeyriyaşayış sahəsində (çörək sexi) olan qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və bununla bağlı ##.##.2025-ci il tarixli akt tərtib edilmişdir. Baxış nəticəsində xxxx Qaz sayğaclarının yoxlanılması haqqında ****/****/** nömrəli protokoluna əsasən G-6T markalı ******** nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İtirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması qərara alınmışdır. Həmçinin Cavabdeh İB tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində istehlakçı tərəfindən sayğaca qanunsuz müdaxilənin olunması (plombun qeyri-müəyyən olması) ilə qazdan istifadə edildiyi qeyd edilmiş və akt üzrə yaranmış borcun bu səbəbdən yarandığı qeyd edilmişdir.

53. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununu 13.8-1-cu maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

55. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus qaz sayğacına baxış keçirərək sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi barədə akt üzrə borc hesablanması “Qazdan istifadə Qaydaları”-nın tələblərinə uyğun deyildir. Belə ki, Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçıya məxsus G-6T markalı ******** nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi halda Cavabdeh İB tərəfindən həmin akt tərtib edildikdən sonra da qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməmişdir. “Qazdan istifadə Qaydalarının 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra - qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 6.5-ci bəndində qeyd olunduğu kimi qaz sayğacına qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi qaz paylayıcısı tərəfindən qanunsuz qoşulma halları aşkar edildikdə akt tərtib edilməli inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. Lakin Cavabdeh İstehsalat Birliyi tərəfindən bu qaydaya əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

56. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir (qətnamənin 31-32-ci bəndləri).

57. Qanunun bu normaları digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir.

58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır.

59. MPM-in 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

60. Məhz bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir.

61. Kollegiya iddia tələblərinin ikinci hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir.

62. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2025-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “İqtisadi fəaliyyətdə xidmətlər təsnifatı”nın C seksiyası emal sənayesi məhsulları çörək istehsalı sənaye sahəsi kimi nəzərdə tutulmuşdur (SPA 2.1 (10.71), MNT 10.71).

63. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif Şurasının ##.##.2021-ci il tarixli Qərarına əsasən # ###### 2021-ci il tarixdən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1m3 qazın tarif qiyməti 0.22 manat müəyyən olunmuşdur.

64. İddiaçıya məxsus Göyçay rayonu Çayarxı kəndində yerləşən fərdi sahibkarlıq obyektinin fəaliyyət növü “çörək istehsalı sexi” olduğu üçün ona qaz sərfiyyatı sənaye və kənd təsərrüfatı sahələri üzrə olan tariflə - 1 m3-i 0.22 manatla hesablanmalı olduğu halda iddiaçının çörək istehsalı sexinin işlədiyi ##.##.2022-ci il tarixdən qaz sərfiyyatı ticarət və xidmət tarifləri üzrə 1 m3 təbii qazın dəyəri 0.25 manatdan hesablanmışdır.

65. Bundan başqa “Təbi qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif Şurasının ##.##.2024-cü il tarixli, ** saylı Qərarına əsasən ## ###### 2025-ci il tarixdən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 qazın tarif qiyməti 0.24 manat müəyyən olunmuşdur.

66. Göründüyü kimi iddiaçının fəaliyyəti çörək istehsalı olduğundan onlara qaz sərfiyyatı sənaye və kənd təsərrüfatı sahələri üzrə olan tariflə 1 m3-i 0.24 manatla hesablanmalı idi.

67. Lakin cavabdeh Cavabdeh İB-nin X1 İstismar İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdən iddiaçıya qaz sərfiyyatı ticarət və xidmət tarifləri üzrə - 1 m3-i 0.285 manatdan hesablanmışdır. Nəticədə ##.##.2022-ci il tarixdən ##.##.2026-cı il tarixədək qaz sərfiyyatı üzrə iddiaçının abonent hesabına 6206.94 artıq borc hesablanmışdır. Belə ki, ##.##.2022-ci ildən ##.##.2025-ci ilə qədər qaz sərfiyyatı - 127827 m3 x 0.22 manat =28121.94 manat olmalı halda cavabdeh tərəfindən 127827 m3 x 0.25 manat =31956.75 manat borc (31956.75 - 28121.94 =3834.81 manat) hesablanmışdır. ##.##.2025-ci ildən ##.##.2026-cı ilə qədər qaz sərfiyyatı 64054 m3 -11340 m3 = 52714 m3 təbii qazın 0.285 manatdan hesablanan dəyəri 15023.49 manat, 52714 m3 təbii qazın 0.24 manatdan hesablanmalı olan dəyəri 12651.36 manat (15023.49- 12651.36 manat=2372.13 manat) təşkil edir.

68. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın (bundan sonra - Qaydalar) 5.1-ci bəndinin tələblərinə əsasən əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Tarif Şurası tərəfindən tənzimlənir. Həmçinin qaydalara əsasən, qaz paylayıcısı istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmalıdır. İşin hallarından məlum olur ki, iddiaçı İddiaçı məxsus *************** nömrəli kod üzrə 6206,94 manat məbləğində əlavə borc itirilmiş qazın bərpasına görə deyil, tarifin düzgün tətbiq edilməməsinə görə yaranmışdır. Nəticədə ##.##.2022-ci il tarixindən ##.##.2026-cı il tarixə qədər Cavabdeh İB tərəfindən sözügedən qeyri-yaşayış sahəsi üzrə təbii qazdan istifadəyə dair hesablanmış 6206.94 manat məbləğin Tarif Şurasının müvafiq qərarlarına və qanunvericiliyin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən qaz paylayıcısının Tarif Şurasının müvafiq qərarlarına uyğun hesabat aparmaması əsasında yaranmış təbii qaz borcunu istehlakçıdan tələb etməsi qanuni olmamışdır.

69. Kollegiya işdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi və X6 Agentliyi tərəfindən verilən ##.##.2026-cı il tarixli mütəxəssis rəyinin ##.##.2022-ci il tarixindən ##.##.2026-cı il tarixədək istehlakçının abonent saldosu təhlil edilməsi və istehlak edilmiş qaz həcminə görə məbləğin Azərbaycan Respublikasının Tarif Şurasının müvafiq qərarlarına əsasən müəyyən edilmiş tarifə və qanunvericiliyin tələbinə uyğun hesablandığı müəyyən edilməsinə dair hissəsinə tənqidi yanaşaraq qeyd edir ki, rəyin həmin hissəsi işin müəyyən olunmuş halları və hazırkı qətnamənin 62-ci bəndində göstərilənlərlə uzlaşmır.

70. Eyni zamanda rəydə həmin nəticəyə gəlinməsinin əsasları göstərilmədiyindən rəyin həmin hissəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Qanunu tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir MPM-n 101.7 və 103.1-ci maddələri)

71. Göründüyü kimi “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif Şurasının qərarlarına əsasən iddiaçı onun abonent hesabına artıq hesablanmış 6206.94 manat borcun silinməsini tələb etməkdə haqlıdır.

72. Birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus *************** saylı abonent koduna hesablanmış 2835 manat cərimə borcu, ##.##.2022-ci il tarixdən ##.##.2026-cı il tarixədək artıq ödənilmiş 6206,94 manat qaz borcu olmaqla ümumilikdə 9041,94 manat borc silinməlidir.

73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

74. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

75. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

76. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

77. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Hazırkı kommersiya mübahisəsi üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya şikayətinin veriməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh İstehsalat Birliyinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar