Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-634/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “əsassız borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: sudan istifadə qaydalarının pozulması, subyektiv hüquq) hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “əsassız borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Mingəçevir şəhər IH-nin 2015-ci il tarixli, ** nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Iqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin razılıqları əsasında X4 fəaliyyəti üçün “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 14,8 hektar torpaq sahəsi icarə hüququ ilə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsi qərara alınmışdır.
2. Iddiaçı ilə Sumqayıt Sənaye Parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən Rezident (iddiaçı) bu Müqavilənin şərtləri və öz riskləri əsasında Investisiya Layihəsinin həyata keçirilməsi üçün Sənaye Parkında sahibkarlıq fəaliyyətini həyata keçirir və investisiya qoyur, Operator (“xxxx” MMC) isə öz səlahiyyətləri çərçivəsində Rezidentə Sənaye Parkında sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün bütün lazımi şəraiti yaradır. Operator, Rezident tərəfindən X6 Layihəsinə uyğun 2 növdə (“Ring" və "Open End" üsulu ilə) ipliklərin istehsalı üzrə fəaliyyət göstərəcək istehsal sahələrinin tikilməsinə və sonradan istismarına razılıq verir.
3. Iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə * saylı Əlavə ilə layihənin təyinatı 2 növdə (“Ring" və "Open End" üsulu ilə) ipliklərin istehsalı, tikintiyə başlama tarixi 2017-ci ilin may ayı, layihənin istismara verilmə tarixi 2017-ci ilin dekabr ayı, istifadə olunacaq xammal pambıq, istehsalat həcmi illik 20 000 ton iplik, investisiya həcmi 46 milyon ABŞ dolları, tələb olunan ərazi 14 hektar, iş yerlərinin sayı 550 nəfər, əsas satış bazarları ölkə və region müəyyən edilmişdir.
4. ##.##.2017-ci il tarixdə iddiaçı ilə “xxxx” MMC arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən icarəyə verən (“xxxx” MMC) döviət mülkiyyətində olan və Sənaye Parkının ərazisində, Azərbaycan Respublikası, Mingəçevir şəhəri, H Əliyev prospekti, 69 ünvanında yerləşən yüz qırx beş min altmış beş kvadrat metr (145065 ha) torpaq sahəsini icarəçinin müddətli istifadəsinə verməyi, Icarəçi (iddiaçı) isə həmin torpaq sahəsinin istifadəsinə gorə bu icarə Muqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
5. Iddiaçı ilə “xxxx” MMC arasında ##.##.2018-ci il tarixdə bağlanmış “X4 idarə olunması ilə bağlı” MSP/X-***-**** saylı Xidmət Müqaviləsinə əsasən Operator (“xxxx” MMC) Sənaye Parkının idarə Olunması Xidmətlərini göstərməyi, Rezident (iddiaçı) isə Xidmətlərə görə bu Müqavilənin 4.1-ci bəndində qeyd olunan şərtlər daxilində aylıq xidmət haqqını ödəməyi öhdəsinə götürür.
6. Cavabdeh iddiaçının direktoruna onun ##.##.2024-cü il tarixli məktubuna cavab olaraq ##.##.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, “xxxx” ASC-nin abonent kodu 640856, debitor borcu (169952.83) olduğuna görə müqaviləni sizin müəssisənin adına (İddiaçı MMC-nin) dəyişmək olmur. Sizin müəssisənin də (İddiaçı MMC-nin) Mingəçevir Sukanal idarəsi ilə yeni müqaviləsi olmadığı üçün növbəti aylarda SMART kart sayğaca pul vurmaq üçün ödənişi yeni hesaba köçürməkdə çətinlik çəkəcəksiniz. Odur ki, qeyd olunanları nəzərə alaraq müqavilənin yenilənməsi və borcla bağlı məsələləri yuxarıda göstərilən ünvana müraciət etməyiniz xahiş olunur.
7. Həmçinin, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında ##.##.2024-cü il tarixdən ##.##.2024-cü ilədək su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə imzalanmışdır. Müqavilədə iddiaçının abonent kodu 640586 olaraq göstərilmişdir.
8. Iş materiallarına əlavə edilmiş abonent haqqında məlumatdan görünür ki, “xxxx” ASCnin su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 2011-ci il üzrə cəmi 170560,3 manat borc hesablanmış, bundan 169952,83 manat hissəsi hazırkı dövrədək ödənilməmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. Iddiaçı “xxxx” ASC-yə aid su borcunun İddiaçı MMC-yə şamil edilməsinin əsassız olduğunun tanınması, cavabdeh tərəfindən ona tətbiq edilmiş 169,952.83 manat məbləğində əsassız borc tələbinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2017 tarixində xxxx ilə 27 il müddətinə icarə müqaviləsi əsasında qeyd olunan ərazidə rezident kimi fəaliyyətə başlamış və həmin müddətdən etibarən su sərfiyyatı üzrə ödənişlərini müntəzəm həyata keçirmişdir. Lakin cavabdeh qurum tərəfindən ##.##.2025 tarixli məktubda bildirilmişdir ki, əvvəllər həmin ərazidə fəaliyyət göstərmiş “xxxx” ASC-nin 169,952.83 (AZN) məbləğində qalmış borcu mövcuddur və həmin borcun iddiaçı tərəfindən ödənilməsi tələb olunur. Bildiririk ki, Ərazi 2015-ci ildən dövlətin daimi istifadəsinə verilmişdir. X4 Yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2015 tarixli sərəncamı, habelə Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, ***-S saylı Qərarına əsasən Mingəçevir Şəhər Icra Hakimiyyətinin ##.##.2015 tarixli, ** saylı sərəncamı ilə iddiaçıya aid 14,8 ha torpaq sahəsi xxxxna daimi istifadəyə verilmişdir. Bu fakt göstərir ki, 2016-ci ildən etibarən həmin ərazi artıq iddiaçının istifadəsində olmayıb və bütün öhdəliklər də həmin tarixdən sonra əmələ gələ bilməz. 2017-ci ildən etibarən iddiaçı ərazini xxxx (hazırda X5 Agentliyi) ilə bağlanmış icarə müqaviləsi əsasında istifadə edir. Bu tam yeni hüquqi münasibətdir və əvvəlki istifadəçinin borclarının hüquqi şəxsə keçməsini istisna edir. X5 Agentliyinin cavabdeh quruma rəsmi şəkildə bildirib ki, 2018-ci ilə qədər olan borclar “xxxx” ASC-yə məxsusdur və iddiaçıya aid deyil. Iddiaçı ilə su təchizatı arasında bağlanmış ##.##.2024 tarixli 19335051 No-li abonent müqaviləsində də iddiaçının əvvəlki istifadəçinin varisi olmadığı qeyd olunur. Borcun digər şəxsə keçməməsi - Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, öhdəlik yalnız onun tərəfləri üçün hüquqi nəticə doğurur. Borcun başqa şəxsə keçməsi yalnız hüquqi varislik, və ya borcun üçüncü şəxs tərəfindən könüllü qəbul edilməsi hallarında mümkündür. Iddiaçı nə varis olub, nə də borcu qəbul edib. Iddiaçı ilə “xxxx” ASC arasında heç bir müqavilə münasibəti olmayıb. Mülki Məcəlləyə uyğun olaraq kommunal öhdəliklər şəxsi borc hesab olunur və əmlakın satılması/icarəyə verilməsi ilə yeni istifadəçiyə keçmir.
11. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı cavabdehə qarşı “borcun silinməsi” tələbi ilə Bakı Kommersiya məhkəməsinə müraciət etmişdir. Iddiaçı İddiaçı MMC-nin iddia tələbini tam və bütünlüklə rədd edirik. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddia tələbi cavabdehə münasibətdə əsassızdır. Digər tərəfdən MPM-nin tələblərinə əsasən iddia tələbinin əsaslığının sübuta yetirlməsi yükü iddiaçının üzərinə düşür. Bu baxımdan məhkəmə tərəfindən hazırkı iddia tələbinə baxılmamışdan öncə iddiaçının bu barədə subyektiv hüquqa malik olub-olmamasını məhkəmə müəyyən etməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair ## #### 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Buna görə də məhkəmə əvvəlcə tərəflərin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və müvafiq hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Iddiaçı, iddia ərizəsinə bir sıra sənədlər əlavə etsə də, lazım olan sübut-sənədi heç bir hüquq müəyyənedici sənədləri əlavə etməmişdir. Bu baxımdan iddiaçının hazırkı iş üzrə müvafiq subyektiv hüquqa malik olmaması nəzərə çarpır. Ona görə də hazırki iddia tələbi hüququ olmayan iddiaçı tərəfindən verilmiş hesab edilməlidir.
12. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
13. Cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, borc iddiaçıya məxsusdur, onun tərəfindən hissə-hissə ödənilməlidir.
14. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC-yə aid sudan istifadəyə görə yaranmış 169952,83 manat borcun iddiaçı İddiaçı MMC-yə şamil edilməsi əsassız hesab edilməsi, ödənilmiş 460 manat məbləğində dövlət rüsumunun cavabdeh “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞdən tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Iş materiallarından görünür ki, Mingəçevir şəhər IH-nin 2015-ci il tarixli, ** nömrəli sərəncamı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 14,8 hektar torpaq sahəsi icarə hüququ ilə “xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Bundan sonra iddiaçı ilə “xxxx" MMC arasında ##.##.2017-ci il tarixdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müqavilə və eyni tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin predmetinə əsasən, icarəyə verən (“xxxx” MMC) ##.##.2017-ci il tarixdən etibarən 27 il müddətinə (10.3-cü bənd) dövlət mülkiyyətində olan və Sənaye Parkının ərazisində, Azərbaycan Respublikası, Mingəçevir şəhəri, H Əliyev prospekti, 69 ünvanında yerləşən yüz qırx beş min altmış beş kvadrat metr (145065 ha) torpaq sahəsini icarəçinin (iddiaçının) müddətli istifadəsinə vermiş, Icarəçi isə həmin torpaq sahəsinin istifadəsinə görə bu icarə Muqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Iş materiallarına əlavə edilmiş abonent haqqında məlumatdan isə müəyyən olunur ki, “xxxx” ASC-yə su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 2011-ci il üzrə cəmi 170560,3 manat borc hesablanmış, bundan 169952,83 manat hissəsi hazırkı dövrədək ödənilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli və ##.##.2025ci il tarixli məktublardan görünür ki, “xxxx” ASC-nin 640856 abonent kodu üzrə ##.##.2025 ci il tarixinə 169952,83 manat debitor borcu vardır. Buna görə də müqaviləni İddiaçı MMC-nin adına dəyişmək mümkün deyil. Məhkəmə şərh edilənlərə əsasən, qeyd edir ki, tələb olunan 169952,83 manat məbləğində borc iddiaçının fəaliyyət göstərdiyi dövrdə yox, “xxxx” ASC-nin fəaliyyət göstərdiyi dövrdə su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 2011-ci il üzrə hesablanmış borcdur. Şərh edilənlərdən göründüyü kimi, həmin borc yaranana qədər iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmamışdır. Bu isə o deməkdir ki, iddiaçı həmin borcun ödənilməsinə görə heç bir öhdəlik daşımır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan tələb edilən borcun ödənilməsi öhdəliyinin qanunda nəzərdə tutulmuş əsaslarla iddiaçıya keçib- keçməməsi məsələsinə də hüquqi qiymət verilməlidir. Mülki hüquq nəzəriyyəsinə əsasən, Subyektiv mülki hüquq və vəzifələrin bir şəxsdən digər şəxsə keçməsi hüquqi varislik qaydasında həyata keçirilə bilər. Bu zaman mülki hüquq və vəzifələrin əvvəlki daşıyıcısı hüquqi sələf, bu hüquq və vəzifələri qəbul edən şəxs isə hüquqi varis adlanır. Hüquqi varislik qaydasında hüquqi sələfdən hüquqi varisə həm ayrı-ayrı hüquq və vəzifələr, həm də kompleks və məcmu halında hüquq və vəzifələr keçə bilər. Bu baxımdan mülki hüquqda hüquqi varisliyin iki növü fərqləndirilir: 1) xüsusi (sinqulyar) hüquqi varislik; 2) ümumi (universal) hüquqi varislik. Ümumi (universal) hüquq varisliyi odur ki, bu varisliyə görə qanunun, ümumiyyətlə, hüquq varisliyinə yol vermədiyi hallar istisna olmaqla, bir hüquqi akt nəticəsində hüquqi varis bütün hüquq münasibətlərində öz hüquqi sələfinin yerini tutur və onu əvəz edir. Bu zaman hüquqi sələfin bütün hüquq münasibətləri üzrə hüquq və vəzifələri tam kompleks və məcmu halında hüquqi varisə keçir (məsələn, hüquqi şəxsin yenidən təşkili, vərəsəlik və s.). Xüsusi (sinqulyar) hüquqi varislik zamanı isə hüquqi şəxsin yalnız bir və ya bir neçə hüquq və vəzifələri hüquqi varisə keçir. Bu növ hüquqi varisliyə misal olaraq öhdəlik hüquq münasibətində şəxslərin dəyişməsini (öhdəliklərin verilməsini) göstərmək olar (MM 26-cı fəsli). Hazırkı işin faktiki hallarına nəzər yetirdikdə isə nə ümumi hüquq varisliyi, nə də xüsusi hüquq varisliyi qaydasında “xxxx” ASC-yə məxsus hüquq və vəzifələrin iddiaçıya ötürülməsi iş materiallarından müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, 169952,83 manat məbləğində borc “xxxx” ASC-yə su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 2011-ci il üzrə hesablanmış borc olduğundan, həmin borcun yaranmasınadək iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibəti yaranmadığından iddiaçının birinci tələbi təmin edilməli, “xxxx” ASC-yə aid sudan istifadəyə görə yaranmış 169952,83 manat borcun iddiaçı İddiaçı MMC-yə şamil edilməsi əsassız hesab edilməlidir. Məhkəmə iddiaçının ikinci tələbinə – 169952,83 manat məbləğində borcun ləğv edilməsi tələbinə münasibətdə isə hesab edir ki, iddiaçının həmin tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Qanunvericilik hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalı, subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn bərpa edilməsini təmin etməlidir. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Əvvəldə də ətraflı şərh edilmişdir ki, iddiaçıdan tələb edilən 169952,83 manat məbləğində borc iddiaçıya deyil, “xxxx” ASC-nin sudan istifadə və tullantı sularının axıdılmasına görə cavabdehin göstərdiyi xdmətə görə yaranmış borc məbləğidir. Bu halda, iddiaçı başqa şəxsin borcunun ləğv edilməsi və ya onun silinməsi barədə tələb irəli sürməkdə haqlı deyil. Bekə ki, cavabdehin həmin borcu onu ödəməyə borclu olan şəxsdən tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, ödənilmiş 460 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 386.1ci maddəsinə,
16. Azərbaycan Respublikası Nazirlər Kbinetinin ##.##.2014-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6, 1.7, 2.1, 4.1-ci bəndlərinə istinad etmişdir.
17. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam rədd olunmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
19. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kbinetinin ##.##.2014-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”
21. 1.6-cı bənd. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.
22. 1.7-ci bənd. Müqavilələr fiziki şəxslərlə bu Qaydaların * nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların * nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların * nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir.
23. 2.1-ci bənd. STKM-in (Su Təchizatı və Kanalizasiya Müəssisəsi) vəzifələri aşağıdakılardır: 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) və s.
24. 4.1. Istehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 4.1.4. suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; 4.1.7. suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, iş materiallarında olan abonent haqqında məlumatdan müəyyən edilir ki, “xxxx” ASC-yə məxsus 640856 abonent kodu üzrə 2011-ci ildən etibarən ümumilikdə 170.560,3 manat məbləğində borc hesablanmış, həmin borcun 169.952,83 manat hissəsi hazırkı dövrədək ödənilməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı ## ###### 2024-cü il və ## ####### 2025-ci il tarixli məktublarından da görünür ki, cavabdeh tərəfindən qeyd olunan borc iddiaçı ilə əlaqələndirilmiş və iddiaçıdan həmin borcun ödənilməsi tələb edilmişdir.
38. Iş materiallarından müəyyən edilir ki, mübahisəli borcun yarandığı dövrdə iddiaçı ilə cavabdeh arasında su təchizatı xidmətinin göstərilməsi barədə müqavilə münasibətləri mövcud olmamışdır. Eyni zamanda, işdə olan sübutlarla “xxxx” ASC-yə məxsus hüquq və öhdəliklərin ümumi və ya xüsusi hüquq varisliyi qaydasında iddiaçı İddiaçı MMC-yə keçməsi də təsdiq edilmir.
39. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən “xxxx” ASC-yə məxsus borcun iddiaçıya şamil edilməsi hüquqi əsasa söykənmir və həmin hissədə iddia əsaslıdır.
40. Apellyasiya şikayətinin iddiaçının qeyd olunan tələb üzrə subyektiv hüququnun olmaması barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli borcun cavabdeh tərəfindən məhz iddiaçıya aid edilməsi, onun borclu kimi qəbul olunması və həmin borcun ödənilməsinin iddiaçıdan tələb edilməsi iddiaçının hüquqi vəziyyətinə və qanunla qorunan əmlak mənafelərinə birbaşa təsir göstərmişdir. Bu səbəbdən iddiaçı həmin borcun özünə şamil edilməsinin hüquqa uyğun olub-olmamasının məhkəmə tərəfindən yoxlanılmasını tələb etməkdə hüquqi marağa və müvafiq olaraq subyektiv hüquqa malik olmuşdur.
41. Apellyasiya şikayətinin dövlət rüsumunun cavabdehdən tutulmasının qanunsuz olması barədə dəlili də əsaslı hesab edilmir. Belə ki, iddiaçı tərəfindən iddia qaldırılarkən mübahisələndirilən 169.952,83 manat məbləğ nəzərə alınmaqla qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmişdir. Iddiaçının “sudan istifadəyə görə yaranmış 169952,83 manat borcun iddiaçı İddiaçı MMC-yə şamil edilməsi əsassız hesab edilməsi“ barədə tələbi təmin olunduğundan birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumunun cavabdehdən tutulması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin dövlət rüsumunun düzgün bölüşdürülməməsi barədə dəlili əsassızdır.
42. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olduğunu təsdiq edən hallarla müşayiət olunmur, iş üzrə toplanmış sübutların düzgün qiymətləndirilməsini təkzib etmir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əsasları yaratmır.
43. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır..
44. Məhkəmə xərclərinə də münasibət bildirən kollegiya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası.
QƏT ETDI:
“Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.