Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-358/2026 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Audiovizual Şurası və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC olmaqla) qarşı iş üzrə QƏRAR Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbayan Respublikası Audiovizual Şurası və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC olmaqla) "öhdəliyin qoyulması və pulun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddia tələbinin həcmini artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus “Tvin TV” xidməti vasitəsilə Rusiya Federasiyasının “xxxx” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində yayım hüquqları iddiaçıya məxsus (aid) olan futbol üzrə Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X2” yarışlarının (oyunlarının) 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək 11 ay müddətinə qanunsuz yayımlanması nəticəsində iddiaçıya vurulmuş 165000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 455 manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi və Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ iddiaçıya məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X3 Liqası”, “X1”, Ispaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X2” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanmasına dair hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 165.000 manat məbləğində pul, 455 manat dövlət rüsumu, ümumilikdə 165455 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ iddiaçıya məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X3 Liqası” , “X1”, Ispaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X2” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanmasının cavabdehə qadağan edilməsi qət olunmuşdur (hakim Ü.Həsənova).
3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
5. Cavabdеh kassasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddianın təmin edilməməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 52. Iddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi
52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.”
“Maddə 191. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi
191.1. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.”
“Maddə 261. Icraata xitam verilmə əsasları
261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;”
“Maddə 262. Icraata xitam verilmə qaydası və nəticələri
262.1. Iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. Işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.”
“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri
417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Kassasiya baxışı zamanı cavabdeh tərəflər arasında bağlanmış 2026-cı il ## ### tarixli barışıq sazişini təqdim edərək, onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barışıq sazişinin məzmunu aşağıdakı kimidir:
Sazişin predmeti
Tərəflər Ali Məhkəmənin Kommersiya kollegiyasının icraatında olan iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus kontentləri ООО “xxxx” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Премьер, МАТЧ Футбол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalları vasitəsilə idman yarışlarının (oyunlarının) 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək 11 ay müddətinə qanunsuz yayımlanması nəticəsində İddiaçı MMC-yə vurulmuş əldən çıxmış fayda qismində 165.000 manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 455 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi və Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ İddiaçı MMC-yə məxsus olan kontentləri ООО “xxxx” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Премьер, МАТЧ Футбол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 idman oyunlarının Azərbaycan Respublikası ərazisində qanuni əsaslar olmadan yayımlanmasına dair hərəkətlərin cavabdeh Cavabdeh MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsi tələbinə (bundan sonra iddia) dair sözügedən mübahisənin məhkəmədənkənar həll edilməsindən irəli gələn məsələlərin hüquqi tənzimlənməsi. Tərəflərin öhdəlikləri, hüquq və vəzifələri
a. İddiaçı MMC-nin hüquq və vəzifələri
ı. İddiaçı MMC reklam materiallarının yayımlanması ilə əlaqədar Cavabdeh MMC ilə arasında müqavilə bağlanmasını nəzərə alaraq, bu Sazişin 1-ci bəndində göstərilən iddiasından imtina etməyi və Cavabdeh MMC-yə sazişin predmetində göstərilən iddialarla bağlı gələcəkdə hər hansı iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür. ıı. İddiaçı MMC bu sazişin imzalandığı gündən 5 (beş) təqvim günü ərzində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasına sazişin predmdetində göstərilən iddia tələblərindən imtina edilməsinə və hazırkı sazişin məhkəmə Kollegiyası tərəfindən təsdiq olunmasına və bununla da kassasiya icraatına xitam verilməsinə dair ərizə ilə müraciət etməyi öhdəsinə götürür. ııı. İddiaçı MMC-nin bu sazişlə yaranan hüquq və vəzifələri Azərbaycan Respublikasının mövcud prosessual və digər qanunvericilik aktlarına uyğun tənzimlənir.
b. Cavabdeh MMC-nin hüquq və vəzifələri ı. Cavabdeh MMC İddiaçı MMC-nin bu sazişin predmetində göstərilən iddia tələblərindən onunla İddiaçı MMC arasında reklam materiallarının yayımlanması ilə əlaqədar imtina etməsi səbəbindən Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # ##### tarixli, *-*(*-*)-***/**** nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etməyi və bu barədə hazırkı sazişin imzalandığı gündən 5 təqvim günündən gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kollegiyasına yazılı imtina ərizəsi verməyi öhdəsinə götürür. ıı. Cavabdeh MMC-nin bu sazişlə yaranan hüquq və vəzifələri Azərbaycan Respublikasının mövcud prosessual və digər qanunvericilik aktlarına uyğun tənzimlənir
Xüsusi şərtlər
c. Tərəflər bəyan edirlər ki, bu sazişin bağlanmasının hüquqi nəticələrini ehtiva edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri onlara tam izah edilmişdir. Barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam aydındır və onlar bu nəticələri bəyənirlər. d. Tərəflər bəyan edirlər ki, öz könüllü iradə ifadələri əsasında qarşılıqlı razılıq yolu ilə aralarında yaranmış mübahisəni hazırkı sazişin şərtlərinə uyğun həll edirlər. e. Sazişin heç bir şərti, o cümlədən sazişdəki söz və ifadələrin hərfi mənası tərəflərin bu saziş ilə müəyyən edilən iradə ifadəsinin həqiqi mənasına, bütövlükdə sazişin mahiyyətinə zidd təfsir edilə bilməz. Sazişin şərtlərindən sübut kimi istifadə edilə bilməz. f. Saziş imzalandıqdan sonra məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Saziş tərəflər öhdəliklərini icra etdiyi vaxtadək qüvvədədir. g. Sazişin şərtlərinə əməl edilməməsi məhkəməyə icra vərəqəsinin verilməsi üçün müraciət edilməsinə əsas yaradır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 417.1.5-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və kommersiya mübahisəsi üzrə işin icraatına xitam verilməli, eyni zamanda apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə MPM-in 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır.
9. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 52, 191, 261.0.5, 262.4, 417.1.5-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC arasında bağlanmış barışıq sazişi (bax §7) təsdiq edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.