Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-158/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “icarə haqqının tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 oktyabr tarixli 2-2(103)-750/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2096-cı məhəllə, 15X ünvanında yerləşən 2808,8 m2 sahədən ibarət əmlak kompleksi "xxxx" QSC-nin mülkiyyətindədir.
2. Tərəflər arasında bağlanmış 2021-ci il 1 fevral tarixli 01-02A/21 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" QSC (icarəyə verən) Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən və öz balansında olan 60 m2 sahəsini istifadə etmək üçün Cavabdeh MMC-nin (icarəçinin) istifadəsinə verir, icarəçi isə həmin sahəni icarəyə götürür. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı 100 manat + 18 % ƏDV təyin edilir. - 2.2-ci bəndinə əsasən aylıq icarə haqqı icarəçi tərəfindən icarəyə verənin hesablaşma hesabına və ya kassasına nağd yolla hər ayın 5-dən ge c olmayaraq ödənilir.
3. Tərəflər arasında bağlanmış 2021-ci il 1 mart tarixli 01-03A/21 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən və öz balansında olan 520 m2 sahəsini istifadə etmək üçün icarəçinin istifadəsinə verir, icarəçi isə həmin sahəni icarəyə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı 520 manat + 18 % ƏDV təyin edilir. 2.2-ci bəndinə əsasən aylıq icarə haqqı icarəçi tərəfindən icarəyə verənin hesablaşma hesabına və ya kassasına nağd yolla hər ayın 5-dən gec olmayaraq ödənilir.
4. Cavabdeh MMC (icarəçi) tərəfindən "xxxx" QSC-yə (icarəyə verənə): - 2021-ci il 25 iyun tarixli köçürmədən göründüyü kimi, EBBC 576104 nömrəli, EBBC 576140 nömrəli, EBBC 576256 nömrəli, EBBB 27410 nömrəli elektron qaimələrə əsasən 2.400 manat; - 2021-ci il 6 iyul tarixli köçürmədən göründüyü kimi, iyul və may ayları icarə haqqı ödənişləri üçün 3.300 manat; - 2021-ci il 6 avqust tarixli köçürmədən göründüyü kimi, EBBF 754358 nömrəli, EBBF 754336 nömrəli elektron qaimələrə əsasən ödənişlər üçün 2.400 manat; - Vergilər Nazirliyinin sistemindən çıxarışdan göründüyü kimi, 2021-ci il 25 iyun tarixində 162 manat və 270 manat, 2021-ci il 6 iyul tarixində 594 manat, 2021-ci il 6 avqust tarixində 432 manat ödəniş edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" QSC (bundan sonra – “iddiaçı”) 2023-cü il 9 yanvar tarixdə Cavabdeh MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında olmuş icarə müna sibətlərinə əsasən 38.940 manat əsas borcun, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin, 200 manat mediasiya xərclərinin, 8 manat dövlət rüsumunun, cəmi 39.298 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci il 6 sentyabr tarixində vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü icarə fəaliyyəti göstərilməsindən ibarətdir. İddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 80 m2 olan ofis sahəsi cavabdehə 2021-ci il 1 may tarixində icarəyə verilmişdir. Razılaşmaya əsasən icarə haqqı məbləği aylıq olaraq əl avə dəyər vergisi ilə birlikdə 1.062 manat müəyyən edilmişdir. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 520 m2 olan qeyri-yaşayış binası (anbar sahəsi) cavabdehə 2021-ci il 1 oktyabr tarixində icarəyə verilmişdir. Razılaşmaya əsasən icarə haqqı məbləği aylıq olaraq əlavə dəyər vergisi ilə birlikdə 3.540 manat müəyyən edilmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, hər iki icarə müqaviləsi 2022ci il 1 fevral tarixində yenilənmiş, ümumi sahəsi 80 m2 olan ofis sahəsinin aylıq icarə haqqı məbləği əlavə dəyər vergisi ilə birlikdə 354 manat, ümumi sahəsi 520 m2 olan qeyri-yaşayış binasının (anbar sahəsinin) aylıq icarə haqqı məbləği isə əlavə dəyər vergisi ilə birlikdə 1.416 manat olaraq müəyyən edilmişdir. Tərəflər arasında müxtəlif tarixlərdə 4 ədəd icarə müqaviləsinin bağlanmasına razılıq əldə olunsa da, cavabdeh həmin müqavilələri bu müddət ərzində müxtəlif bəhanələrlə imza etməkdən yayınmışdır. Bununla belə, cavabdehə aylıq icarə haqqı məbləğləri ilə bağlı elektron qaimələr göndərilmiş, onlar cavabdeh tərəfindən qəbul edilmiş və icarə haqları məbləğləri ilə bağlı ödənişlər olunmuşdur. Belə ki, 2022-ci il 2 noyabr tarixli qarşılıqlı üzləşmə aktına əsasən müəyyən olunur ki, cavabdehə ümumi məbləği 48.498 manat olan elektron qaimələr göndərilmiş, cavabdeh həmin məbləğdən ümumilikdə 9.558 manat ödəniş aparmış, lakin 38.940 manat icarə haqqı məbləğini bugünədək ödəməmişdir. Tərtib olunmuş qarşılıqlı üzləşmə aktı da cavab deh tərəfindən təsdiq edilməmişdir. Beləliklə, cavabdehin 2022-ci il 2 noyabr tarixinədək iddiaçıya olan borcu 38.940 manat təşkil edir.
7. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 1 mart tarixli 01-03A/21 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 520 m2 olan qeyri-yaşayış sahəsi (anbar) aylıq 520 manata iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. İddiaçı özü də iddia ərizəsində bildirir ki, göndərilmiş elektron qaimələrə əsasən cavabdeh tərəfindən 9.558 manat ödəniş edilmişdir. 2022-ci il 1 sentyabr tarixindən iddiaçı qanunsuz olaraq cavabdehin qeyd olunan qeyri-yaşayış sahəsindən istifadə etməsini məhdudlaşdırmışdır. Bununla bağlı cavabdehin təsisçisi Toğrul Əliyev, direktor Qanuni nümayəndə, digər şəxslər Fərid Atayev, Orxan Ağayev və Elxan Şirinovun iştirakları ilə akt tərtib olunmuşdur. İddiaçı ilə razılaşmaya görə təxminən 3-4 ay cavabdeh icarə haqqı verməməli idi. Lakin iddiaçı 2021-ci may ayında icarə haqqını tələb etdiyi üçün ödəniş həmin vaxtdan başlamışdır. Görünür, iddiaçı cavabdehə cəmi 2 ay icarə haqqını güzəşt etmişdir. Tərəflər arasında bağlanmış 2021-ci il 1 fevral tarixli 01-02A/21 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 60 m2 olan qeyri-yaşayış sahəsi (ofis) aylıq 100 manata iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. Sonradan isə, yəni 2022-ci ilin mart ayından etibarən cavabdeh əmlak kompleksinin ikinci mərtəbəsində olan 60.0 m2 qeyri-yaşayış sahəsindən (ofis) çıxaraq həmin binanın birinci mərtəbəsində hər biri 20.0 m2 olmaqla 2 otaqdan ibarət 40.0 kv.m qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Göründüyü kimi iddiaçı 38.940 manat icarə məbləği tələb etsə də həmin məbləğin əsasını təşkil edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu isə onu göstərir ki, iddiaçı cavabdehin maddi vəsaiti hesabına əsassız olaraq varlanmaq niyyətindədir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 iyun tarixli e-2-2(113)-763/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 3.060 manat əsas borc, 550,80 manat ƏDV, ödənilmiş 50 manat dövlət rüsumu, 150 manat hüquqi yardımla bağlı xərc olmaqla, ümumilikdə 3.801,80 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olun maması qət edilmişdir (hakim – Ü.Həsənova).
9. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 2021-ci il 1 fevral tarixli 01-02A/21 nömrəli və 2021-ci il 1 mart tarixli 01-03A/21 nömrəli icarə müqavilələri bağlanmış, həmin müqavilələr üzrə qeyri-yaşayış sahələri iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, lakin icarəçi (cavabdeh) tərəfindən üzərinə düşən öhdəliklər tam şəkildə icra edilməmişdir. Belə ki, iddiaçıya məxsus olan icarə sahələri 2021-ci il 1 may tarixindən 2022-ci il 2 noyabr tarixinə qədər cavabdehin sahiblik və istifadəsində qalmış, lakin icarə haqları tam şəkildə ödənilməmişdir.
10. Məhkəmə onu da vurğulamışdır ki, iddiaçı 2021-ci il 1 fevral tarixli 01-02A/21 nömrəli və 2021-ci il 1 mart tarixli 01-03A/21 nömrəli müqavilələrin formal bağlandığını qeyd etsə də, həmin müqavilələrin sonradan ləğv olunması və ya onlara əlavə, dəyişikliklər edilməsi, habelə müqavilədə nəzərdə tutulmuş qiymətlərin dəyişdirilməsi (icarə haqqının artırılması) ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə icarə haqqının məbləği ilə bağlı bildirmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 1 fevral tarixli 01-02A/21 nömrəli icarə müqaviləsində aylıq icarə haqqının məbləği 100 manat (ƏDV-siz), 2021-ci il 1 mart tarixli 01-03A/21 nömrəli icarə müqaviləsində isə 520 manat (ƏDV-siz) müəyyən edilmişdir.
12. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərəflər arasında bağlanmış 2021-ci il 1 mart tarixli 01-03A/21 nömrəli icarə müqaviləsinin əsli (cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqaviləsi) təq dim olunmuş və iddiaçı tərəfindən təqdim edilmiş internet vergi idarəsindən çıxarışda da icarə müqaviləsinin tarixi kimi 2021-ci il 1 mart, müqavilənin nömrəsi olaraq 01-03A/21, icarə məbləği kimi də 520 manat qeyd olunmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, 2021-ci il 1 may tarixli 01-05/21 nömrəli, 2021-ci il 1 oktyabr tarixli 01-10/21 nömrəli, 2022-ci il 1 fevral tarixli 01-02/22 nömrəli, 2022-ci il 1 fevral tarixli 01-02A/22 nömrəli müqavilələr yalnız iddiaçı tərəfindən imzalanıb möhürləndiyindən, cavabdeh tərəfindən təsdiq olunmadığından həmin müqavilələri hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz.
14. Bundan başqa, 2021-ci il 1 fevral tarixli 01-02A/21 nömrəli icarə müqaviləsində aylıq icarə haqqının məbləğinin 100 manat (ƏDV-siz), 2021-ci il 1 mart tarixli 01-03A/21 n ömrəli icarə müqaviləsində isə 520 manat (ƏDV-siz) müəyyən olunduğundan, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələri hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilməmişdir.
15. Göründüyü kimi, mübahisələndirilən dövr (18 ay) üzrə cavabdeh tərəfindən hər iki müqavilə üzrə iddiaçıya ümumilikdə 11.160 manat əsas borc ödənilməli olduğu halda cəmi 8.100 manat, əlavə dəyər vergisi üzrə 2.008,80 manat ödənilməli olduğu halda, 1.458 manat vəsait ödənilmişdir. Odur ki, məhkəmə tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə əsas borcun əvəzi olaraq 3.060 manat (11.160 manat – 8.100 manat), əlavə dəyər vergisi üzrə 550,80 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan s onra – “MM”) 385.1, 386.1, 398.1, 399.1, 423.1, 424.3, 433.1, 442, 445.2, 675, 700.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 88, 119.1, 121.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh də apellyasiya şikayəti verərək həmin qətnamənin - iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, mövcud sübutlara qiymət verməklə iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2023-cü il 23 oktyabr tarixli 2-2(103)-750/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassız olmaqla mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas təşkil etmir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələrlə əsaslandırmışdır (bax §16).
22. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, işə hə min hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 404-cü maddəsi üzrə - məhkəmə tərəfindən qeyd olunan hüquq normaları tədbiq edilməmiş, işgüzar münasibətlərin reallığı nəzərə alınmamış, real bazar qiymətləri müəyyən edilməmişdir.
24. MPM-in 8.1, 8.2, 9.1, 9.3, 14.1, 77.1, 88, 217.1 və 217.3-cü maddələri üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmiş, qətnamə iş üzrə müəyyənləşdirilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
25. Kassator birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı izahatında və apellyasiya şikayətində irəli sürdüyü dəlillərə uyğun olaraq qeyd etmişdir ki, işdə olan sənədlərdən müəyyən edildiyi kimi, tərəflər arasında aşağı məbləğlərdə icarə haqqı qeyd olunan formal müqavilə bağlansa da, iddiaçı tərəfindən faktiki olaraq razılaşdırılmış məbləğlərlə bağlı elektron qaimələr göndərilmişdir. İstər birinci instansiya, istərsə də apellyasiya məhkəmələri tərəfindən sözügedən elektron qaimələr birtərəfli xarakter daşıdığından və cavabdehin bu qaimələri təsdiq etmədiyindən əsaslı sübut kimi qəbul etməmişdir. Lakin bununla belə, işə baxan məhkəmə 3 halı nəzərə almamışdır: 1) Cavabdeh elektron qaimələri təsdiq etməsə də, həmin qaimələri inkar etməmiş, onlarla bağlı hər hansı bir etiraz və ya pretenziya xarakterli müraciət etməmiş və onları hər hansı formada mübahisələndirməmişdir. 2) Cavabdeh tərəf özünün icarə haqqı ödəmələrində (hazırda qəbul etmədiy i) həmin o yüksək məbləğ yazılan elektron qaimələrə istinad etmişdir. 3) Qeyd olunan elektron qaimələrlə bağlı ƏDV ödənilmişdir. Bununla bağlı iddiaçı tərəfindən icarə haqqının real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizasının təyin olunmasına dair vəsatət verilsə də, obyektivliyin təmin olunmasına və işin hərtərfli araşdırılmasına zidd olaraq, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
27. İddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, iddia qismən təmin olunduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edilmədiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri)
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, mə sələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
399. Müqavilənin qüvvə si 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır....” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır....” “Maddə
433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verə nə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halları na istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
33. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental pr insipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, ekspertizanın keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət olunsa da, məhkəmə əsassız olaraq vəsatəti rədd etmişdir. Əvvəla, ekspertizanın təyin olunması MPM-in 97.1-ci maddəsində məhkəmənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Baxılan işdə də apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmək üçün işdəki materialları yetərli hesab etdiyindən ekspertizasının təyin olunmasına hər hansı zərurət görməmişdir. Bundan başqa, icarə obyektlərinin real bazar icarə haqqı məbləğinin müəyyən edilməsi üçün isə heç bir ekspertiza təyin olunmasına zərurət də yoxdur. Belə ki, MM-in 398.1-ci maddəsinin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilənin bağlanması zamanı müqavilənin mühüm şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını müəyyən etmişdir.
37. Kassasiya şikayətinin digər dəlillərinə dair kollegiya qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Əlavə olaraq kollegiya qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onlara hüquqi qiymət verilmişdir.
39. Kassator isə özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə tə kzib edə bilməmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
41. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiy a Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 oktyabr tarixli 2-2(103)-750/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.