Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-201/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh MMC-nin direktoru X9, nümayəndəsi X5 və v əkili X6 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(105)-29/2020 saylı qətnaməsindən iddiaçı İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Tərəflər arasında yaranmış başqa bir mübahisə üzrə başlanılmış inzibati işdə iddiaçı qismində çıxış etmiş Cavabdeh MMC (hazırki kommersiya işində cavabdeh qismində çıxış edir) həmin işdə cavabdeh olan Azərbayc an Respublikası Vergilər Nazirliyi yanında Sumqayıt şəhəri X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Departament tərəfindən iddiaçı MMC-yə hesablanmış 708.607,82 manat məbləğində borcu əks etdirən “Vergilərin hesablanması haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin iddianın təmin edilməsi qərara alınmışdır.
3. Həmin qərardan cavabdeh Departament apellyasiya şikayəti versə də, sonradan iş apellyasiya məhkəməsində baxılarkən həmin məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında mübahisə aradan qalxdığından apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdeh Departamentin ərizəsinin təmin edilməsi; cavabdeh X4-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətindən imtinasının qəbul edilməsi; iş üzrə apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X10 (hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Vergilər Baş İdarəsidir) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin xx/xx/2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 36.517,72 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 35.599,72 manat məbləğind ə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdeh MMC-yə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin cavabdeh MMC yaranmış borc məbləğini büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2018-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2018-ci il tarixə yaranan 251975.06 manat borcuna görə 35.599.72 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2018-ci il tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın...vərəqdən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xx/xx/2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Hazırda cavabdeh MMC-nin xx/xx/2018-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 36.517,72 manat ödənilməmiş borcu qalmışdır.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20 19-cu il tarixli, e2-2(085)449/2019 saylı qətnaməsi ilə (hakim İ.Quliyev) iddianın rədd edilməsi qət edilmişdir. 8. 1-ci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2018-ci il tarixdə tərəflər arasında yaranan başqa mübahisə üzrə başlanılmış inzibati iş üzrə iddiaçı qismində çıxış etmiş Cavabdeh MMC həmin iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X3rşı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Deapartamentin iddiaçı MMC barəsində vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il.xli, **********3 saylı qərarı ilə MMC-nin siyahıya alınmış əmlakları ilə bağlı hər hansı hərəkətlərin edilməsinin qadağan edi lməsinə dair qərardad qəbul edilməsini xahiş itmişdir.
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2962/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iddiaçı MMC-nin ərizəsinin təmin edilməsi, cavabdeh Departamentin iddiaçı MMC barəsində vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il tarixli, **********3 saylı qərarı ilə iddiaçı MMC-nin siyahıya alınmış əmlakları ilə bağlı hər hansı hərəkətlərin edilməsinin vergi orqanına qadağan edilməsi qərara alınmışdır.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (105)804/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə cavabdeh Departamentin apelyasiya şikayətininin təmin edilməməsi, 1-ci instansiya məhkəməsinin qərardadının dəyişdi rmədən saxlanılması qərara alınmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)869/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasnin xx xxxxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. X11 Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının icraatında olarkən iddiaçı Cavabdeh MMC tərəflər arasında mübahisə aradan qalxdığına görə müvəqqəti xarakterli müdafiəyə dair ərizəsinin geri qaytarılmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə vəsatətin təmin edilməsi; ər izənin qaytarılması; iş üzrə icraata xitam verilməəsi qərara alınmışdır. 13. 1-ci instansiya məhkəməsi işin araşdırılması zamanı müəyyən etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Sumqayıtşəhəri Lokal Gəlirlər Departamentinin Cavabdeh MMC barəsində 708.607,82 manat məbləğində əlavə hesablanmış vergi məbləği üzrə “Vergilərin hesablanması barədə” qərarı ləğv edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Sumqayıtşəhəri Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etsə də, iş apellyasiya qaydasında baxılarkən xx xxxxxx 2018-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək tərəflər arasında mübahisə aradan qalxdığından apelyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Sumqayıtşəhəri Lokal Gəlirlər X1İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarından verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilmiş, iş üzrə apelyasiya icraatına xitam verilmişdir. 14. 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı iddiaların təmin edilməsi üçün ilk növbədə siyahıya alınmanın əsasını təşkil edən borcun mövcud olması sübut olunmalıdır. Lakin iddiaçı inzibati orqan vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirməsinə əsas olmuş vergi borcunun hazırda mövcud olmasını sübut edə bilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə istinad edilmişdir.
15. İddiaçı İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-29/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ver gi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı iddiaların təmin edilməsi üçün ilk növbədə siyahıya alınmanın əsasını təşkil edən borcun mövcud olması sübut olunmalıdır. Lakin iddiaçı vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirməsinə əsas olmuş vergi borcunun hazırda mövcud olmasını sübut edə bilməmişdir.
18. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin ll-ci hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzə rinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
20. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı vergi orqanına xx.xx.2020ci il tarixdə təqdim edilmişdir.
22. İddiaçı İdarə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Kassasiya şikayətinin dəlilləri 23.Apellya siya instansiyası məhkəməsi qətnaməsində "iddiaçı tərəfindən vergi borcunu təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir” nəticəsinə gələrkən aşağıda nəzərə almamışdır ki, Azərbaycan Respublikasının MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
24. Qanunun tələbinə görə, iddiaçı vergi orqanı tərəfindən iddianın əsaslarına dair sübutlar, o cümlədən vergi borcunun ödənilməsinə dair bildiriş, cavabdeh MMC-nin şəxsi hesab vərəqəsindən çıxarış, əmlakın siyahıya alınmasına dair qərar, əmlakın siyahıya alınmasına dair protokol və digər zəruri sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmiş və həmin sübutlar iş materiallarında mövcuddur.
25. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixinə yaranmış v ergi öhdəliyinə gəldikdə isə qeyd olunmalıdır ki, iddia ərizəsində qeyd edilən vergi öhdəliyi üzrə borc məbləği işdə olan şəxsi hesab vərəqəsində konkret olaraq ifadə olunmuşdur. Şəxsi hesab vərəqəsi məlumatlarından görünür ki, xx.xx.2018-ci il tarixinə cavabdehin vergilər üzrə 183.961,20 manat əsas, 49.481,47 manat faiz borcu olmuşdur.
26. Lakin vergi borcunun ödənilməsinə dair cavabdeh MMC-yə bildiriş təqdim edildikdən sonra onun tərəfindən xx.xx.2018-ci il tarixində 2018-ci ilin sentyabr ayına görə ƏDV məbləğinə 149.729,21 manat, xx.xx.2018-ci il tarixində 2018-ci ilin iyun ayına görə isə ƏDV məbləğinə 1.210,46 manat azalma verilərək dəqiqləşdirmə aparılmış və nəticədə cavabdeh MMC-nin həmin tarixə 33.054,29 manat məbləğində vergi, 50.462,66 manat məbləğində isə faiz borcu yaranmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi cavabdeh MMC-nin əmlakının siyahıya alınmasına əsas olmuş vergi öhdəliyinin Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə ləğv edilməsi və bununla da cavabdehin vergi öhdəliyinin olmaması nəticəsinə gələrkən, iş materiallarını və cavabdeh MMC-nin şəxsi hesab vərəqəsində aparılmış azalma məbləğlərini nəzərə almamışdır.
28. Belə ki, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********042000, **********899000 və xx.xx.2016-cı il tarixli **********335700 nömrəli qərarlar və həmin qərarlar əsasında hesablanmış ümumilikdə 708.607,82 manat vergi məbləği ləğv edilmişdir. Lakin vergi orqanı tərəfindən məhkəmə qərarından əvvəl 2016-cı ilin may, iyun və iyul aylarına görə xx.xx.2016-cı il tarixli **********042000 nömrəli qərarla cavabdehə əlavə hesablanmış 11.213,23 manat vergi məbləğinə, xx.xx.2016-cı il tarixli **********899000 nömrəli qərarla əlavə hesablanmış 554.455,10 manat əlavə vergi məbləğinə və xx.xx.2016-cı il tarixli **********335700 nömrəli qərarla hesablanmış 142.939,49 manat əlavə vergi məbləğinə xx.xx.2017-ci il tarixdə azalmalar verilmişdir. Vergi borcunun ödənilməsi üçün cavabdeh MMCnin əmlakının siyahıya alınması barədə xx.xx.2018-ci il tarixli qərar çıxarılarkən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində aparılmış azalmalar (dəqiqləşmələr) nəzərə alınmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı işti rakçılarının izahatları
30. İddiaçı İdarənin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
31. Cavabdeh MMC-nin direktoru İ.Qocamanov, nümayəndəsi C.Həmidov və vəkili İ.Ukalayev kassasiya məhkəməsinin dəlillərinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin ll-ci hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
33. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə il ə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
34. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir.
35. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
36. Həmin Məcəllənin 89.3-cü maddəsinin üçün abzasına müvafiq olaraq vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda ve rgi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər.
37. Həmin Məcəllənin 89.7-ci maddəsinə görə, əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir.
38. Həmin Məcəllənin 89.10-cu maddəsinə uyğun olaraq siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.
39. Həmin Məcəllənin 89.12-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir.
40. Həmin Məcəllənin 89.14.8-ci maddəsinə müvafiq olaraq tərtib olunmuş aktlara və protokollara bu Məcəlləyə uyğun olaraq baxılır.
41. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması h aqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
42. Həmin Məcəllənin 90.2-ci maddəsinə uyğun olaraq məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır.
43. Həmin Məcəllənin 90.3.1-ci maddəsinə əsasən, əmlakın hərracda satışı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayət inin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. İş üzrə iddiaçı İdarə tərəfindən apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. İddiaçı vergi orqanının kassasiya şikayətində göstərilənlərlə bağlı məhkəmə kolle giyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, vergi orqanının istinad etdiyi və hazırki işin hallarına görə əsas mötəbər sənədlər sayılan vergi ödəyicisinin əmlakının siyahısı, siyahıya alınma haqqında müvafiq protokol və cavabdeh vergi ödəyicisinə ünvanlanmış, vergi borcunun ödənilməsi tələbini əks etdirən bildiriş işin materiallarında mövcud deyil.
48. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə görə, bu sənədlər olmadan məhkəmədə vergi ödəyicisinin vergi borcunun ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün müvafiq prosedurlara başlanıla bilməz. Həmçinin qeyd olunmalıdır ki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında məhkəmə qərarı müvafiq siyahı və protokol olmadan icra da ola bilməz (bax hazırki qərarın 35-43-cü bəndəlrinə).
49. İddiaçı vergi orqanının iddia ərizəsindən və digər yazılarından müəyyən etmək olur ki, onun tərəfindən cavabdeh vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir.
50. Lakin iş üzrə müəyyən edilir məhkəməyə təqdim edilməmiş sözügedən qərarın adı hazırki iş üzrə tərəflər arasında yaranmış əvvəlki mübahisələr əsasında başlanılmış inzibati işlərdə çəkilir, lakin həmin işlərdə iddiaçı vergi orqanı tərəfindən əmlakın siyahıya alınma vasitəsilə cavabdeh MMC-dən ödənilməsi tələb olunan 708.607,82 manat məbləğində vergi borcu hazırda qüvvədə olan Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Başqa sözlə desək, qeyd edilən siyahıya alınma haqqında qərar cavabdeh MMC-nin vergi öhdəliyinin ləğv edildiyi andan öz qüvvəsini itirmişdir (bax hazırki qərarın 39-cu bəndinə). 51.Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı İdarənin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
52. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 22(105)-29/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv