Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-31/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “xxxx” MMC-nin “xxxx” şirkətinə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRARDAD Açar sözlər: iş üzrə icraata xitam verilməsi məsələsi GİRİŞ HİSSƏ Hakimlər: 11.03.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı MMC-nin nümayəndəsi və vəkili X5, cavabdeh şirkətin nümayəndəsi X1 və vəkili Vəkil1 Oqtay oğlu; 3-cü şəxs MMC-nin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” şirkətinə və “xxxx” MMC-yə qarşı saxlanc xidmətinə görə yaranmış borcun ödənilməsi haqqında iddia ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı MMC və 3-cü şəxs MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” şirkətinə və “xxxx” MMC-yə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şirkətin avadanlığının iddiaçı MMC-nin təsərrüfat idarəçiliyində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2.000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 9.371.052,46 AZN borc məbləğinin cavabdeh şirkətdən iddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə əbul edilməs ini xahiş etmişdir. Eyni zamanda cavabdeh “xxxx” şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, işə məhkəmədə baxıla bilməməsi icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cari iddianın predmetini Murphy ilə TOTAL arasında olan müqavilə təşkil edir və Murphy tərəfindən müqavilənin üçüncü şəxslə ötürülməsinə müqaviləni ləğv edir, nə də ki, Murphy-ni TOTAL qarşısında məsuliyyətdən azad etmir. Ən əsası isə, bu cür ötürmə üçüncü şəxsə (iddiaçıya) müqavilə şərtlərindən qaçmaq hüququ vermir - əksinə, o, əsas müqavilə üzrə bütün öhdəlikləri, o cümlədən, mübahisələrin arbitraj qaydasında həll etmək öhdəliyini, icra etməyə borcludur. Mübahisə predmetini tənzimləyən müqavilələrə əsasən bütün mübahisələr X2 Arbitraj Qaydalarına əsasən xa rici arbitrajda həll edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qərardadı ilə (hakim F.Mədətli; iş No e-2-2(81)-1024/2019) borcun ödənilməsi tələbinə dair işə məhkəmədə baxıla bilinməməsi səbəbindən iş üzrə icraata xitam verilməsi barədə cavabdeh şirkətin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş № 2-2(103)812/2019) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi; cavabdeh şirkətin şikayətinin təmin edilməsi; borcun ödənilməsi tələbinə dair iddia ərizəsi icraatına xitam verilməsi qərara alınmışır. Həmin qərardaddan naraz ı qalan iddiaçı MMC kassasiya şikayəti verərək, qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmin qərardaddan narazı qalan 3-cü şəxs MMC kassasiya şikayəti verərək, qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərardad qəbul olunmuşdur. 3-cü şəxs MMC-nin kassasiya şikayətində qeyd edilənlə rə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərardad qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı MMC-nin nümayəndəsi və vəkili A.Rəfiyeva kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən 3-cü şəxs MMC-nin vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh şirkətin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh şirkətin nümayəndəsi X.Tanrıverdiyeva vəilin dedkilərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası məruzəçini, iş üzrə tərəflərin və 3-cü şə xsin vəkil və nümayəndələrinin izahatlarını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli; apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə müvafiq olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk, belə hesab etmişdir ki, hazırki iddia tələbi “TOTAL” şirkəti ilə Ərizəçi MMC arasında olan TEPAB-12-20-00 saylı, xx xxxxxx 2012-ci il tarixli müqavilədən irəli gəlir. Müqavilə üzrə tərəflər qismində Ərizəçi MMC və “xxxx” Şirkəti çıxış edir. Müqavilənin 17.1-ci maddəsinə əsasən, Müqavilə Fransa qanunvericiliyi ilə tənzimlənir və şərh edilir. Eyni zamanda tərəflər arasında hər hansı mübahisə danışıqlar yolu ilə həll olunmadığı halda tərəflər arbitraja müraciət etməlidirlər. Bu ha lda, məsələ üzrə X2 Arbitraj Qaydaları əsasında 3 arbitr tərəfindən baxılmalıdır. Arbitrajın yeri kimi Paris (Fransa) və Sinqapur, dili qismində ingilis dili müəyyən edilir. Onlar bağladıqları müqavilədə razılaşdırmışlar ki, müqavilə üzrə aralarında yaranacaq mübahisəni danışıqlar yolu həll edilməsinə üstünlük verməlidir, lakin bunlar nəticə verməsə yekun olaraq mübahisəyə X2 Arbitraj Qaydaları əsasında 3 arbitr tərəfindən baxılmalıdır. Yəni, onlar bağladıqları yazılı müqavilədə aralarında yaranacaq mübahisələrin məhkəmədən kənar, yuxarıda qeyd olunan digər qaydada baxılıb həll edilməsini əvvəlcədən razılaşdırmışlar. Bu halda onlar arasında müqavilədən irəli gələn hər hansı bir mübahisəyə məhkəmə qaydasında baxıla bilməz. İş üzrə müəyyən edilir ki, “TOTAL” şirkəti ilə Ərizəçi MMC ilə olan müqavilə üzrə hüquq və öhdəliklərini tam şəkildə 3-cü şəxsə ötürdüyündən həmin 3-cü şəxsə “müqavilənin mübahisələrin arbitraj qaydasında həll etmək öhdəliyi də ötürülümüşdür. Habelə iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarından da görünür ki, 3-cü şəxs ilə cavabdeh şirkət arasında eyni əsasla oxşar məhkəmə mübahisə olmuş və məhkəmə tərəfindən icraata Müqavilənin arbitraj barədə müddəasına əsaslanaraq xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə görə, hazırki iddia predmetinin əsası 3-çü şəxs MMC ilə cavabdeh şirkət arasında bağlanmış müqavilədə olduğundan, müqavilədə tərəflər arasında yaranacaq mübahisənin arbitraj qaydasında baxılmalı olduğu q eyd edildiyindən və üçüncü şəxsin müqavilə üzrə hüquqları hazırki iş üzrə tam şəkildə iddiaçıya keçdiyindən cavabdeh Şirkətin vəsatəti əsaslı olmuşdur. Tərəflərə izah edilməlidir ki, onlar mübahisənin həlli üçün beynəlxalq arbitraj məhkəməsinə müraciət edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deytil, iddiaçı MMC-nin və 3-cü şəxs MMC-nin kassasiya şikayətlərində qeyd edlənlər əsaslı olduğundan qəbul edilməlidir. İş üzrə müəyyən edilir ki, iddiaçı “xxxx” MMC, cavabdeh Şirkətin və 3-cü şəxs MMC-nin vaxtilə, xx.xx.2017-ci ilədək aralarında olan TEPAP-12-20- 00-saylı Müqavilə üzrə tərəf və ya iştirakçı deyil, olmamışdır, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qərardadından qeyd olunan "xxxx” iddiaçı MMC-yə aid edilə bilməzdi. Bundan başqa, hər 2 kassator hesab edir ki, cavabdeh “xxxx” şirkəti və sonradan işə qoşulan müstəqil tələb irəli sürməyən 3-cü şəxs Ərizəçi MMC arasında vaxtilə bağlanmış TEPAB-12-20-00saylı, xx.xx.2012-ci il tarixli Müqavilə 2017-ci ilin noyabr ayının 14-də qüvvədən düşmüş və onun müddətinin uzadılmamasının, ona xitam verilməsinin təşəbbüskarı məhz, cavabdeh şirkət olmuşdur. Kasstorlar bu halın mövcudluğunu işin materiallarında olan cavabdeh şirkətin 3-cü şəxs MMC-yə ünvanladığı GM-DL 469/17-saylı, xx.xx.2017-ci il tarixli müraciətlə əsaslandırırlar. Kassatorlar qeyd edirər ki, yuxarıda sözügedən Müqavilənin bir bəndi kimi, tərkib hissəsi olan “xxxxnə”də xitam verilmiş, tərəflərdən heç biri digəri ilə başqa “xxxx” bağlamamış, iddiaçı MMC-yə aid olmayan həmin “x xxx”in müddəti də uzadılmamışdır. Arbitraj praktikasından məlum olduğu kimi, tərəflər arasında vaxtilə mövcud olmuş Müqaviləyə xitam verildikdə “xxxx” tərəflər arasında xüsusi razılıq olmaqla, həm konkret Müqavilənin tərkib hissəsi, həm müstəqil - tərəflərin gələcəkdə də əmələ gələ biləcək münaqişələrinin həlli üçün ümumi bir xxxx, yaxud konkret mübahisənin həlli üçün (ad-hoc) ola bilər. Dünyada mövcud olan bütün instutisional arbitraj təsisatlarının, o cümlədən Azərbaycan Respublikası Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) Reqlamentlərində bu, öz əksini tapmışdır. Eləcə də, Azərbaycan Respublikası “X4” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə də müvafiq olaraq xxxxnin predmeti olan məsələyə aid qarşısında iddia qaldırılmış məhkəmə hərhansı bir tərəfin mübahisənin mahiy yəti üzrə ilkin ərizəsinin təqdim edildiyi vaxtdan gec olmayaraq, bu barədə tərəflərin xahişi olarsa, xxxx etibarsız deyilsə, qüvvəsini itirməmişdirsə tərəfləri arbitraja göndərməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərardadında istinad olunan müqvaviləyə xx.xx.2017-ci il tarixdən xitam verilmiş, həmin müqavilədən sonra isə iddiaçı MMC ilə cavabdeh şirkət arasında heç bir müqavilə yaxud ad-hoc “xxxx” bağlanmamışdır. Eyni zamanda iddiaçı MMC-nin 3-cü şəxs MMC ilə razılaşdırılmış şərtlərlə sonuncuya məxsus təsərrüfat bazasının idarəçiliyi haqqında imzaladığı xx.xx.2017-ci il tarixli müqavilədən göründüyü kimi, bu müqavilə cavabdeh şirkətin iştirakı olmayan bağlanmış müstəqil bir müqavilədir və onun vaxtilə xx.xx.2017-ci il tarixədək cavabdeh şirkətlə 3-cü şəxs MMC ara sında olan bağlanmış TEPAP12-20-00-saylı Müqavilə ilə heç bir bağlılığı davamı olmadığından, bu müqavilə üzrə tələblər və hüquqlar iddiaçı MMC-yə verilmədiyindən, güzəşt edilmədiyindən, “xxxx” iddiaya, iddiaçı MMC-yə münasibətdə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərarında yuxarıda qeyd edilən müqavilələrin biri-biri ilə bağlı olması və bu səbəbdən iş üzrə icraata xitam verilməsi ilə bağlı söylənilən dəlillər kifayət qədər əsaslandırılmamış, bu məsələnin dəqiqliyi ilə araşdırılması üçün hazırki işə mahiyyəti üzrə baxılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ona görə də, m əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu tarixli qərardadı ləğv edilməli, iş mahiyəti üzrə baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMC-nin k assasiya şikayəti təmin edilsin. 3-cü şəxs “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğ edilsin. İş mahiyəti üzrə baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-31/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-31/2020
11.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver