Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1199/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra xidmətinə (maraqlı şəxs Binəqədi rayon İcra və Probasiya şöbəsi olmaqla) qarşı qanunsuz tutulmuş icra ödənişinin geri qaytarılması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2- 2(113)-7405/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra xidmətinə (maraqlı şəxs Binəqədi rayon İcra və Probasiya şöbəsi olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icra ödənişinin alınması barədə qərar ləğv edildiyindən 34234 (otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-7405/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra xidmətinə (maraqlı şəxs Binəqədi rayon İcra və Probasiya şöbəsi olmaqla) qarşı qanunsuz tutulmuş icra ödənişinin geri qaytarılması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. İddiaçı qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirilir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh (əvvəlki adı "xxxx" MMC) "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilmiş, "xxxx" MMC-dən AP-İ-17/3 saylı, 05 sentyabr 2017-ci il tarixli "Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında" müqaviləyə görə ödənilməli olan 479092.98 (ƏDV daxil olmaqla) manat məbləğində əsas borc, 10000 manat məbləğində cərimə məbləği, dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 489122,98 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi iddiaçıya təqdim edilmədən icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra işi icra məmurunun icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-673/2024 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2(113)-199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra tərəflər birgə razılığa gələrək müəyyən etmişlər ki, "Azmicon” MMC-nin "xxxx" MMC-yə borcu 489122,98 manat deyil, cəmi borcu 61422,97 manat təşkil edir. Belə ki, araşdırma zamanı tərəflər müəyyən etmişlər ki, məhkəmə işi araşdırmadan irəli sürülən iddia tələbini əsassız təmin etmişdir. Ona görə də tərəflər razılaşaraq, "xxxx"xxxx"Azmicon” MMC-yə olan 54877,49 manat borcu "xxxx"xxxx"xxxx" MMC-yə olan borcundan çıxılaraq "xxxx"xxxx"xxxx" MMC-yə ümumi borcu ƏDV xaric 61422,97 manat təşkil etdiyini müəyyən etmişlər. Barışıq sazişində qeyd edilir; - Tərəflərin birgə razılığına əsasən "xxxx" MMC öhdəsinə götürür ki, "xxxx" MMC-yə olan yuxarıda qeyd edilən borcunu 2022-ci ilin fevral ayından başlayaraq 3 ay müddətində hissə-hissə ödəyəcək. - "xxxx" MMC ƏDV xaric 61422,97 manat borcunu 3 ay müddətinə tam ödəyəcəyi halda "xxxx" MMC Binəqədi rayon İcra Şöbəsinin icraatında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 199/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən imtina olunacaqdır. Qeyd edilən barışıq sazişinin imzalanmasından sonra iş üzrə tələbkar "xxxx" MMC tərəfindən Binəqədi icra şöbəsinə ərizə ilə müraciət edərək, tərəflər arasında barışıq əldə edilməsi bildirilmiş və icraanın davam etdirilməməsi xahiş edilmişdir. Tərəflər arasında imzalanmış birgə sazişdən sonra "xxxx" MMC tərəfindın "xxxx" MMC-yə ödənişlər edilməyə başlanılmışdır. Tərəflər arasında heç bir narazılıq olmamışdır və hal-hazırda da narazılıq yoxdur. Tərəflər 17 yanvar 2022-ci il tarixli birgə sazişə 17 aprel 2022-ci il tarixli 1 saylı Əlavə imzalanaraq, ödəniş müddətinin öz aralarında uzadılması barədə razılığa gəlmələrinə baxmayaraq, Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icra ödənişinin alınması barədə qərar qəbul etdiyindən həmin qərar aşağıdakı səbəblərə görə ləğv edilməlidir. 1. İcra məmuru 489122,98 manat məbləğində borclun 7 faizi qədər deyil, tərəflərin müəyyən etdiyi 61422,97 manat borcun 7 faizinin tutulması barədə qərar qəbul edə bilərdi. 2. Tələbkar tərəfindən xx.xx.2022-ci il tarixdə həm borclunun bank hesablarına qoyulmuş inkasso sərəncamlarının götürülməsi barədə, eyni zamanda "İcra haaqında" Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsaslanaraq Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-199/2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.1-ci maddəsinin tələblərinə əsasən tələbkarın ərizəsi əsasında tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 3. "İcra haqqında" AR qanununun 78.1-ci maddəsini tələblərinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pulməbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. 4. Borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməsindən söhbət gedə bilməz, qeyd edildiyi kimi, borclu icra məmurunun bildirişini aldıqdan sonra dərhal hüquq prosedurlarına əməl edərək, ilk öncə qətnamənin alınması ilə bağlı məhkəməyə müraciət etmiş, eyni zamanda bu barədə icra məmuruna məlumat vermiş, daha sonra qətnaməni əldə etdikdən sonra apellyasiya şikayəti vermiş, icraat dayanmış, daha sonra isə tələbkarla barışıq sazişi imzalamışdır. Bu barədə yenidən icraya rəsmi qaydada müraciət edilmişdir. Büün prosedurlar könüllü icra müddətində həyata keçirilmişdir. 5. Tələbkar tərəf də ərizə ilə müraciət edərək, aralarında artıq razılığa gəlindiyini bildirmiş və icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. 6. Məlumdur ki, apellyasiya şikayəti məhkəmə qərarının icrasını dayandırır (17-18-ci maddələr), əgər tərəflər razılığa gəlməsəydi və borcluya əlavə vaxt lazım olsaydı, borclu kassasiya şikayəti də verə bilərdi. Lakin barışıq sazişi imzalandığı üçün borclu kassasiya şikayəti verməmiş və kassasiya şikayətinə ehtiyac da olmamışdır. Qeyd edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 8-2(103)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək, tərəflərindən verilmiş apellyasiya şikayətini təmin edərək, Bakı şəhər, Binəqədi rayon icra şöbəsinin 34234 (otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişinin alınması barədə xx.xx.2022-ci il tarixli qərarını ləğv etmişdir. Lakin bu günə qədər dəfələrlə Ədliyyə Nazirliyi və İcra Baş İdarəsinə müraciət etsələr də, cavabdeh 34.234 (otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişini geri qaytarmamışdır.Ona görə də 34234 (otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişinin geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət etsələr də, Bakı İnzibati Məhkəməsi 2-1(112)- 9283/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək, iddianı mümkün saymamışdır. Əsas olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Daha sonra onlar Bakı Kommersiya Məhkəməsinə müraciət etsələr də, Bakı Kommersiya Məhkəməsi 2-2(113)-7405/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadla iddianın qəbulundan imtina etmiş və “qərara aldı” hissəsində qeyd edilmişdir ki, iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 78.4-ci maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır. 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. 87.4-ci maddəsinə əsasən icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icra ödənişinin alınması barədə qərar ləğv edildiyindən icra ödənişinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni icraata qəbul etməkdən imtina edərkən qeyd etmişdir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə deyil. Belə ki, hazırkı tələb cavabdeh tərəfindən icra ödənişinin alınması barədə qərar ləğv edildiyindən icra ödənişinin geri qaytarılması ilə bağlıdır, yəni icra məmurunun hərəkət və ya hərəkətsizliyinin qanuniliyi mübahisələndirilir və tələb inzibati orqana qarşı yönəlmişdir. Ona görə də hazırkı mübahisəyə hazırkı məhkəmədə baxıla bilməz. Məhkəmə kollegiyası bu qənaətlə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşdən görünür ki, iddiaçı hazırkı ərizə ilə əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsi 2-1(112)-9283/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianı mümkün saymamışdır. Kollegiya iddia icraatı qaydasında hazırkı ərizənin məhkəmədə baxılması üçün əsasların olmaması hissəsində məhkəmənin mövqeyi ilə razılaşsa da, inzibati məhkəmədə baxılmasına dair qənaətlə razılaşmır. Belə ki, Bakı İnzibati Məhkəməsi qeyd edilən iddianı mümkün saymamışdır. Məhkəmə bu qərar barədə məlumatlı olsa da, yanlış qənaətə gəlmişdir. Bundan başqa məhkəmə iddiaçının ərizəsinə hansı orqanın baxmalı olmasını izah etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edilən maddənin tələbinə riayət etməmişdir. İşdən görünür ki, Bakı Kommersiya məhkəməsinin 2-2(113)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh (əvvəlki adı"xxxx" MMC) "xxxx"MMC-yə qarşı iddiası qismən təmin edilmiş, "xxxx"MMC-dən AP-İ-17/3 saylı, 05 sentyabr 2017-ci il tarixli "Texnikanın icarəsi və idarə olunması üzrə xidmətlərin göstərilməsi haqqında" müqaviləyə görə ödənilməli olan 479092.98 (ƏDV daxil olmaqla) manat məbləğində əsas borc, 10.000 manat məbləğində cərimə məbləği, dövlət rüsumunun əvəzi qismində 30 manat,cəmi 489122,98 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi iddiaçıya təqdim edilmədən icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra işi icra məmuru Ramin Muradovun icraatına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-673 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə Cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, e-2-2 (113)199/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra tərəflər birgə razılığa gələrək müəyyən etmişlər ki, "Azmicon MMC-nin "xxxx" MMC-yə borcu 489122,98 manat deyil, cəmi borcu 61422.97 ( altmış bir min dörd yüz iyirmi iki mannat 97 qəpik) manat təşkil edir. Belə ki, araşdırma zamanı tərəflər müəyyən etmişlər ki, məhkəmə işi araşdırmadan irəli sürülən iddia tələbini əsassız təmin etmişdir. Ona görə də tərəflər razılaşaraq "xxxx"xxxx"Azmicon MMCyə olan 54877.49 (əlli dörd min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat borcu "xxxx"xxxx"xxxx" MMC-yə olan borcundan çıxılaraq "xxxx"xxxx"xxxx" MMC-yə ümumi borcu ƏDV xaric 61422.97 (altmış bir min dörd yüz iyirmi iki mannat 97 qəpik) manat təşkil etdiyinimüəyyən etmişlər. Qeyd edilən barışıq sazişinin imzalanmasından sonra iş üzrə tələbkar "xxxx" MMC tərəfindən Binəqədi icra şöbəsinə ərizə ilə müraciət edərək tərəflər arasında barışıq əldə edilməsi bildirilmiş və icraanın davam etdirilməməsi xahiş edilmişdir. Tərəflər arasında imzalanmış Birgə Sazişdən sonra "xxxx" MMC tərəfindın "xxxx" MMC-yə ödənişlər edilməyə başlanılmışdır. Tərəflər arasında heç bir narazılıq olmamışdır və hal-hazırda da narazılıq yoxdur. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramil Muradovun xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu "Azmicon” MMC-dən 34.238 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası 8-2(103)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək, Bakı şəhəri, Binəqədi rayon icra şöbəsinin 34.234 (otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişinin alınması barədə xx.xx.2022-ci il tarixli qərarını ləğv etmişdir. İddiaçının mövqeyinə görə bu günə qədər dəfələrlə müraciət etsə də, cavabdeh 34.234 (otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişini geri qaytarmamışdır. Ona görə də 34.234 (otuz dörd min iki yüz otuz dörd) manat icra ödənişini geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının bu mövqeyinə dair kollegiya aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İddiaçının narazılığı məhkəmə tərəfindən ləğv edilmiş qərarın icra məmurunun icra etməməsinə dair hərəkətsizliyindəndir. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8-2(103)- 1/2023 nömrəli Qərardadı ilə 34.234 manat məbləğində icra ödənişinin alınması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin 29 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi ilə əlaqədar 34.234 manat icra ödənişinin geri qaytarılmasını tələb edir. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə aktının icrası ilə bağlı olan icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə aidiyyəti üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, kommersiya və inzibati işin bilavasitə davamıdır və iddiaçıya izah edilməlidir ki, onun müraciəti icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət kimi icra sənədini vermiş (Bakı Kommersiya Məhkəməsi) məhkəmə tərəfindən icra üzrə icraat çərçivəsində (8-2 indeksi ilə) baxılmalıdır. Bu hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Beləliklə, yuxarıda göstərilən hüquqi mövqelərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, məhkəmə prosessual pozuntulara yol verməklə yolverilməzlik əsası ilə iddianın icraata qəbul edilməsindən imtina etmişdir. Ona görə məhkəmənin qərardadı ləğv edilməli, iddia ərizəsinin yolverilməzlik əsası ilə icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-7405/2024 saylı qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra xidmətinə (maraqlı şəxs Binəqədi rayon İcra və Probasiya şöbəsi olmaqla) qarşı qanunsuz tutulmuş icra ödənişinin geri qaytarılması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbuldan imtina edilsin. İddiaçıya izah edilsin ki, onun Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası 8-2(103)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramil Muradovun xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu "Azmicon” MMC-dən alınmış 34.238 manat məbləğində pulun qaytarılmaması barədə icra məmurunun hərəkətsizliyindən icra üzrə icraat çərçivəsində (8-2 indeksi ilə) Bakı Kommersiya Məhkəməsinə şikayət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-1199/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1199/2024
12.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver