Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-501/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli e-2-2(113)-2069/2024 nömrəli qərardadından iddiaçı “AECOM EXP Russia Limited” şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “AECOM EXP Russia Limited” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “AECOM EXP Russia Limited” şirkətinin sadalan pul tələbi məbləğlərinin: 4 iyul 2018-ci il tarixli Arbitraj Məhkəməsinin Hissəvi Yekun Qərarı üzrə 13.532.442,50 ABŞ dolları; 14.010.476,46 ABŞ dolları; 5.396.763,44 ABŞ dolları (30 iyun 2020-ci il tarixinədək hesablanmış faiz); 1 iyul 2020-ci il tarixindən hesablanmaqla 11.468.171,61 ABŞ dolları məbləğinin tam ödənildiyi günədək həmin məbləğə illik 8% hesablanmaqla faiz; 1 iyul 2020-ci il tarixindən hesablanmaqla Arbitraj Məhkəməsinin Yekun Qərarının tarixindən sonrakı 14-cü günə qədər olan müddət üçün 14.010.476,46 ABŞ dolları məbləğinə illik 4,6%-lə hesablanan sadə faiz və bundan sonrakı müddət üçün isə 14.010.476,46 ABŞ dolları məbləğinə illik 8%-lə hesablanan sadə faiz; 10.900.000 ABŞ dolları (AECOM-un xərcləri); 541.250 ABŞ dolları (BTP-nın xərcləri) Cavabdeh1 MMC-nin aralıq ləğvetmə balansına daxil edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli e-2-2(113)-2069/2024 nömrəli qərardadı ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 oktyabr 2023-cü il tarixdə iddiaçı ləğvetmə prosesində olan Cavabdeh1 MMC-yə qarşı öz kreditor tələbini irəli sürmüşdür. İddiaçının kreditor tələbi həm kuryer vasitəsilə, həm də ki elektron vergi kabineti vasitəsilə cavabdehə göndərilmişdir. Lakin, kreditorların tələblərinin irəli sürülməsi müddətinin bitməsindən 4 aydan çox müddətin keçməsinə baxmayaraq, cavabdehlər bu günədək nə iddiaçının kreditor tələbinin aralıq ləğvetmə balansına daxil etmişlər, nə də ki iddiaçının kreditor tələbi üzrə iddiaçıya ödəniş etmişlər. İddiaçı hələ 06 dekabr 2023-cü il tarixdə (kuryer vasitəsilə) və 07 dekabr 2023-cü il tarixdə (elektron vergi kabine- vasitəsilə) cavabdehlərə məktub göndərərək cavabdehlərdən kreditor tələbinin qəbul edilmə vəziyyəti barədə ona məlumat verilməsini istəmişdir. Lakin, cavabdehlər iddiaçıya bu dəfə də heç bir məlumat verməmişlər. Cavabdehlərin iddiaçının kreditor tələbini almış olmasına baxmayaraq, həmin kreditor tələbinin aralıq ləğvetmə balansına daxil edilməsi barədə iddiaçıya hər hansı bir cavab verməməsi və həmin kreditor tələbi üzrə iddiaçıya ödənişin edilməməsi onu göstərir ki, cavabdehlər faktiki olaraq iddiaçının irəli sürdüyü kreditor tələbi ilə razılaşmamışlar. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 61.1-ci maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olubolmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. Qeyd olunan maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, iddiaçı aralıq balansında irəli sürdüyü tələbin təsviyəçi tərəfindən təmin edilməsindən imtina edildiyi (razılaşmadığı) təqdirdə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Lakin, iddia ərizəsinə kreditorun (iddiaçının) tələbinə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən baxılması və hər hansı qərarın qəbul edilməsi barədə sübutlar əlavə edilməmişdir. İddiaçı özü də etiraf edir ki, belə qərar qəbul edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırki iş üzrə pul tələbi məbləğlərinin cavabdeh “Cavabdeh1 MMC-nin aralıq ləğvetmə balansına daxil edilməsi ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ona görə də kollegiya hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Şikayətin dəlilləri isə formal mülahizələrə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “AECOM EXP Russia Limited” şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli e-2-2(113)-2069/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-501/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-501/2024
16.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver