Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-865/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1273/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 11 avqust 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən müqavilənin icra edilməsi məqsədilə Bakı şəhəri 51 saylı notariat ofisi vasitəsilə 11 avqust 2023-cü il tarixli icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən X1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16A, mənzil 337 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Eyni zamanda öhdəliyi müəyyən edən 1**-FM-*** nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 50485,08 manat əsas borc, 0.00 manat faiz borcu, 6339,41 manat komissiya borcu, 610,46 manat dəbbə pulu olmaqla cəmi tutulan məbləğin 57434,95 manat təşkil etdiyi bildirilmişdir. Lakin bank tərəfindən borcun qaytarılması məqsədilə tərəfə heç bir bildiriş göndərilməmiş, eyni zamanda icra qeydinin aparılacağı barədə bildiriş də iddiaçıya təqdim edilməmişdir. Əgər bu barədə iddiaçının məlumatı olsa idi, icra qeydi ilə bağlı cavab məktubu təqdim ediləcək idi. Daha sonra iddiaçı ilə icra şöbəsindən əlaqə saxlanılaraq sonuncu icra şöbəsinə dəvət edilmişdir. İddiaçının nümayəndəsi icra şöbəsinə getdikdə icra qeydini əldə edən zaman icra məmuru bu barədə qəbz imzalatmışdır. İcra qeydini yalnız 10 avqust tarixində iddiaçı tərəf əldə edə bilmişdir.
3. Cavabdeh2 ASC iddiaya etiraz edir və bildirir ki, həm iddiaçıya, həm də üçüncü şəxsə bildiriş göndərilmişdir.
4. Cavabdeh Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1273/2024 qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz etdi.
10. İşdə iştirak edən digər şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
12. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
13. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı abzasına əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
14. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci hissəsinin sonuncu abzasına əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
15. Həmin Təlimatın 169-1-ci hissəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır.
16. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
20. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında xx.xx.2022ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçıya məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək şərtilə 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 60000 manat kredit verməyi, iddiaçı isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 12 may 2022ci il tarixli 113-MFİ-269 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış, X1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16A, mənzil 337 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli 8İ-7388 nömrəsi ilə qeydə alınan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan AZ1065, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 ASC-nin tələbi ilə (borc alan AZ1033, ünvan 2 ünvanında yerləşən İddiaçı MMC) ünvan 3 ünvanında qeydiyyatda olan X1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16A, mənzil 337 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 1**-MF-*** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 50485,08 manat əsas borc, 0.00 manat faiz borcu, 6339,41 manat komissiya borcu, 610.46 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 57434,95 manat təşkil edir).
21. İddiaçı borcun qaytarılması barədə ona bildiriş göndərilmədiyini, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin borcalan kimi ona ünvanlanmadığını bildirərək icra qeydinin ləğv edilməsini tələb edir.
22. Cavabdeh2 ASC borcun tələb edilməsi barədə bildirişin iddiaçıya 12 iyul 2023-cü il tarixdə göndərildiyini (çatdırıldığını) göstərir və iddianın rədd olunmasını xahiş edir.
23. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
24. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin borcalan kimi ona ünvanlanmadığına” istinad edərək hazırkı iddianı irəli sürməyə subyektiv hüququ yoxdur.
28. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
29. Göründüyü kimi, ipoteka haqqında qanunvericilikdə ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət vermək hüququnun subyektləri dəqiq müəyyən edilmişdir: ipoteka qoyan; ipoteka predmetinin başqa ipoteka saxlayanı və ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf.
30. Həmin Qanunun 38.1-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
31. Lakin həmin Qanunun tələblərinə uyğun olaraq şikayət vermək hüququna malik olan üçüncü şəxs – ipoteka qoyan X2 tutma yönəldilməsi ilə razılaşmış, bildirişindən məhkəməyə şikayət verməmişdir.
32. Həmçinin, iddiaçı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə istinad etmişdir.
33. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı abzasına əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
34. Eyni zamanda, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161ci hissəsinin sonuncu abzasına əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
35. Həmin Təlimatın 169-1-ci hissəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır.
36. Göründüyü kimi, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da ipoteka predmetinə tutmanın aparılması ilə bağlı məsələlər göndərici normalar üzrə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa istinadla tənzimlənmiş, həmin Qanunda da ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət vermək hüququnun subyektləri siyahısında mülkiyyətçi və şəxsi borclunun eyni şəxs olub-olmamasından asılı olmayaraq ipoteka qoyan təsbit edilmişdir.
37. Həmin Təlimatın 169-1-ci hissəsində də ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə icra qeydinin aparılması göstərilmiş, yenə də ipoteka qoyan və borclunun eyni şəxs olub-olmamasından asılı olmayaraq ipoteka qoyan təsbit edilmişdir. Yəni borcluya bildiriş göndərildiyi halda belə, onun ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmək hüququ yoxdur.
38. Bu isə onu deməyə əsas verir ki, iddiaçının qanunla təsbit olunan, pozulmuş və təsdiq edilməli subyektiv hüququ yoxdur. Belə olan halda da hüququn pozulması halı mövcüd ola bilməz.
39. İddiaçı tərəfindən borcun qaytarılması barədə bildirişin ona göndərilmədiyinə istinad edilməsi də əsassızdır.
40. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh2 ASC tərəfindən cavabdehin ünvanına xx.xx.2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir (i/v 93-94).
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1273/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Ziya Şirinov
Vüsalə Baxışova