Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-122/2021 18.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, cavabdeh “X3” ASC-nin nümayəndəsi həmçinin, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X3” ASC-yə qarşı “09 sentyabr 2019-cu il tarixli “X3” ASC-nin “Aralıq ləğvetmə balansı”-nın etibarsız sayılması, “X3” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların, yəni 2019-cu il üzrə SC-nin reyestrinin və nizamnaməsinin, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrinin”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019-cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının, 2014- 2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014-2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin ləğv” aktlarının, “X3” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X3” ASC-nin yerləşdiyi sahənin planı cizgisinin, texniki pasportu və “X3” ASC-nin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışının, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi akt”-ının, müəssisənin 2006-cı və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsinin cavabdeh “X3” ASC-nin ləğvetmə komissiyasına həvalə olunması” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli e-2-2(117)-155/2021 nömrəli qətnaməsindən cavabdeh “X3” ASC-nin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh “X3” ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət edərək 09 sentyabr 2019-cu il tarixli “X3” ASC-nin “Aralıq ləğvetmə balansı”-nın etibarsız sayılması, “X3” ASCnin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların, yəni 2019-cu il üzrə SC-nin reyestrinin və nizamnaməsinin, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrinin”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019-cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının, 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014-2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin ləğv” aktlarının, “X3” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X3” ASC-nin yerləşdiyi sahənin planı cizgisinin, texniki pasportu və “X3” ASC-nin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışının, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi akt”-ının, müəssisənin 2006-cı və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsinin cavabdeh “X3” ASC-nin ləğvetmə komissiyasına həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakimi Mübariz Hüseynov) 16.09.2021-ci il tarixli e-2-2(117)-155/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək “X3” ASC-nin 2019-cu il üzrə SC reyestrinin və Nizamnaməsinin, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrinin”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının (09.04.2019-cu il tarixli ümumi yığıncağın protokolu istisna olaqla), 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014- 2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin ləğv” aktlarının, “X3” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X3” ASC-nin yerləşdiyi sahənin plancizgisi, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi akt”-ının, müəssisənin 2006-cı və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq edilmiş surətləri İddiaçı tanış edilməsi üçün təhvil verilməsinin cavabdeh “X3” ASCnin Ləğvetmə Komissiyasına həvalə edilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh “X3” ASCnin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti vermişdir. Qeyd olunan kommersiya iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olan zaman birinci instansiya məhkəməsi tərəfindən işin geri qaytarılması barədə məktub daxil olmuşdur. Həmin məktubda İddiaçı tərəfindən qeyd edilən kommersiya iş üzrə apellyasiya şikayəti verildiyi qeyd edilmiş və hazırki kommersiya işin Şəki Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası sənədləri əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin uyğunluğunu yоxlаmаq üçün mülki iş Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364-cü mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsi аpellyаsiyа şikаyətinin bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə uyğunluğunu yоxlаyır. Bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə cаvаb verən аpellyаsiyа şikаyəti оnа əlаvə оlunmuş sənədlərlə və işlə birlikdə аpellyаsiyа şikаyətinin verilmə müddəti bitdikdən sоnrа 7 gün müddətində аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Göründüyü kimi, аpellyаsiyа şikаyətinin prоsessuаl tələblərə uyğunluğu birinci instаnsiyа məhkəməsi tərəfindən yоxlаnılmаlı və şikаyətin göstərilən tələblərə uyğunluğu müəyyən edildikdə iş аpelyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 22.10.2021-ci il tarixli, 2-2(107)-122/2021 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Şəki Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli e-2-2(117)-155/2021 nömrəli qətnaməsindən cavabdeh “X3” ASC-nin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Şəki Apellyasiya Məhkəməsinin 22.10.2021-ci il tarixli, 2-2(107)-122/2021 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Şəki Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli e-2-2(117)-155/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh “X3” ASC-nin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla, Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-122/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-122/2021
18.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver