Məhkəmə qərarları › İş №2-2(115)-3/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-3/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-3/2020 02.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndələri X8 və X9, Cavabdeh X4, onun nümayəndəsi X10, Cavabdeh nümayəndəsi və vəkili, həmçinin X4 vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh və X11 qarşı özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair ilkin iddiası, həmçinin Cavabdeh və X4 İddiaçınə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X11 qarşı özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Boz-dağ massivinin “Samux rayonu inzibati ərazisində yerləşən 35 və 36 saylı qış otlaq sahələrində Gəncə şəhər sakinləri Cavabdeh və X14 tərəfindən özbaşına inşa olunmuş qoyun yataqlarının, çoban evlərinin və digər köməkçi tikililərin onların özlərinin hesabına məcburi sökülməsi və onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin həmin 600 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanında qeyd olunanların həyata keçirilməsi ilə əlaqədar, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 10/4pr nömrəli protokolunda iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün hədəf kimi müəyyən edilən 29 rayonda, o cümlədən Samux rayonunda dövlət mülkiyyətində olan torpaqların tədricən əkin dövriyyəsinə qatılması istiqamətində lazımi tədbirlər görülməkdədir. Samux rayonu “Boz dağ” massivindən qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200,0 ha qış otlaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-citarixli 38 ssaylı sərəncamında qeyd olunduğu kimi Samux rayonu “Boz dağ” massivindən qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200,0 haqış otlaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi tələbləri nəzərə alınaraq“xxxxxxxxxxx” MMC-nin istifadəsinə verilmişdir. Həmin ərazilərdə örüş sahələrindən qanuna uyğun olaraq istifadə edən icarəçilərindigər ərazilərdə yerləşdirilməsi və icarə müqavilələrində qismən dəyişiklikedilməsi işlərinin qanuna müvafiq qaydada həyata keçirilmişdir. Hazırda həmin ərazidə yerləşən qoyun yataqlarından bir neçəsinin sökülərək ərazidən çıxarılması təmin edilmişdir. Lakin Gəncə şəhər sakinləri Cavabdeh və X4 icarəsində olan “Boz dağ” massivinin Samux rayonu inzibati ərazisində yerləşən 35 və 36 nömrəli qış otlaq sahələrində özbaşına inşa olunmuş qoyun yataqlarının, çoban evlərinin və digər köməkçi tikililərin sökülməsi və onlara təklif olunan ərazilərə daşınması və 600 ha torpaq sahəsini boşaltmaları ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq etiraz edərək ərazini tərk etmək istəməmişlər. Cavabdeh və X1 rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən onlara qarşı qaldırılmış iddia tələbi qanunsuz olduğundan təmin edilməməsini, onların verdikləri qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı başçısının xx xxx 2017-ci il tarixli 71 və 72 saylı sərəncamlarına əsasən Azərbaycan Respublikası “Torpaq qanunvericiliyinə uyğun olaraq və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramı (2004-2008) nın həyata keçirilməsi məqsədilə Samux rayon “Boz dağ” massivində 35-36 saylı qış otlaq sahəsindən hər birinə 300 ha, orta ot örtüyünə malik, 1200 baş tutumu olan torpaq sahəsi qoyunçuluqla məşğul olmaq üçün 15 il müddətinə icarəyə verilmişdir. İddiaçı mövcud olan müqavilə şərtlərini pozaraq onlara qarşı iddia tələbi irəli sürmüşdür. Belə ki, onların təxmini hesablamalarına görə iddia ərizəsində göstərilənlər və Samux rayonu “Boz dağ” massivindən qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200,0 ha qış otlaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi onların istifadələrində olan torpaq sahəsindən çıxarılmadan artıq təmin edilmişdir. Çünki, icra yetkililəri lazım olan torpaq ərazilərinin tam cəlb edildiyini, onların istifadələrində olan torpaq sahəsindən isə cəmi 30 hektara yaxın lazım olacağını bildirmişdilər. İddiaçılar bu təklifə razılaşmışlar. Ancaq sonra onlar öz dediklərinin əksinə olaraq iddiaçıların icazələri və xəbərləri olmadan həmin ərazidə əkin işləri həyata keçirmişdilər. Hal-hazırda müqavilə əsasında iddiaçıların istifadələrində olan və hər il icarə haqqı ödədikləri 300 hektar torpaq sahəsi icra hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə edilməkdədir. Qeyd etdiklərini sübut etmək üçün iddiaçılarda faktlar mövcuddur. Hesab edirlər ki, İddiaçı halhazırda 1200 hektar torpaq əvəzinə bəlkə də 2000 hektardan artıq torpaq ərazilərindən istifadə etməkdədir. Ona görə də hesab edirlər ki, İddiaçı həm mülki qanunvericiliyin, həm də müqavilə üzrə yaranmış öhdəliklərin tələblərini pozduğuna görə onun iddia tələbi təmin edilməməli, onların qarşılıqlı iddia tələbləri təmin edilərək qanunsuz olaraq istifadə etdikləri torpaq sahəsindən çıxarılmalıdırlar. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh İddiaçı iddia ərizəsinin təmin edilməməsi və cavabdeh İddiaçı qanuni olaraq uzun müddətli istifadələrində olan 300 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı nümayəndəsi X15 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Samux rayonunda 2 aqroparkın tikilməsi nəzərdə tutulmuşdur. Bu barədə Nazirlər Kabinetinin qərarında bu torpaqların əkin dövriyyəsinə qoşulması göstərilmişdir. Həmin torpaqlardakı çoban evlərinin sökülməsi və cavabdehlərin təklif edilən əraziyə köçürülməsi təmin edilməli idi. Qış otlaq sahələrində yüngül konstruksiyalı tikililər olmalıdır. Lakin burada olan tikililər yüngül konstruksiyalı deyildir. Qış otlaq sahələri layihə üçün nəzərdə tutulmuş torpaqlarla həmsərhəddir və “xxxxxxxxxxx” MMC-yə ziyan vurulmuşdur. Bu torpaqlarda olan tikililər çoban evləri və heyvanların saxlanılması üçün damlar tikilmişdir. Torpaq sahələrinin “xxxxxxxxxxx” MMC-yə icarəyə verilməsi ilə əlaqədar əvvəlki icarəçilər başqa sahələrə köçürülsələr də, cavabdehlər başqa sahəyə köçməkdən imtina etmişlər. Cavabdehlərə təklif edilən ərazi həmin ərazidən bir-neçə kilometr uzaqda yerləşir. Lakin cavabdehlər təklif olunan yerə köçmək istəmirlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qarşılıqlı iddiaya gəldikdə, həmin iddianı əsassız hesab edirlər. Belə ki, İddiaçı sözügedən torpaq sahəsini tutmamışdır. Həmin torpaq sahəsi icarə müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC-nin istifadəsinə verilmiş və hazırda həmin cəmiyyətin qanuni istifadəsindədir. Ona görə də, məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi X16 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, qarşılıqlı tələblə razı olmayıb, nümayəndə Azər Nəsibovun dediklərinə uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X14 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, onlar bu torpağı 2007-ci ildə icarəyə götümüşlər və hər il icarə haqqını ödəmişlər. Həmin torpaqlarda sovet dövründən qoyunçuluq təsərrüfatı olmuşdur. Bu ərazilər qoyunçuluq üçün nəzərdə tutulmuşdur. Orada olan tikililər sovet dövründən qalmışdır. Onlar orada heç bir tikili inşa etməmiş, sadəcə olaraq onları bərpa etmişlər. İcra hakimiyyətinin qanunsuz tikili adlandırdığı tikililər çoban evləri və qoyun yataqlarıdır. İcra hakimiyyətinin onlara təklif etdikləri ərazi bu ərazidən 70 km kənarda, demək olar ki, Gürcüstanla sərhəddə yerləşir. Ona görə də, icra hakimiyyətinin haqsız təklifi ilə razılaşmamışlar. Məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 nümayəndəsi X17 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili, həmçinin X4 vəkili X13 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, icra hakimiyyəti cavabdehlərə qarşı qeyri-qanuni və ədalətsiz iddia irəli sürmüşdür. Belə ki, cavabdehlər otlaq sahələrini icarəyə götürərkən icarə müqaviləsi bağlamışlar və icarə müqavilələrinin başa çatma müddəti 2022-ci ildə bitir. Eyni zamanda cavabdehlər həmin ərazini icarəyə götürərkən həm İddiaçı başçısının xx xxx 2007-ci il tarixli 71 və 72 saylı sərəncamlarında, həm də icarə müqaviləsinin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin qoyunçuluğun inkişaf etdirilməsi məqsədilə verilməsi öz əksini tapmışdır. Həmin ərazilər bundan əvvəl qoyunçuluq yataqları olmuşdur. Cavabdehlər torpaq sahəsini icarəyə götürərkən orada yaşayan çobanların həyat şəraitini yaxşılaşdırmaq məqsədilə otaqları təmir etmişlər. Cavabdehlər malların saxlandığı fermada da müəyyən işlər görmüşlər. Cavabdehlər uzun müddədə torpaq sahələrini icarəyə götürüb kifayət qədər vasait sərf edərək, təsərrüfat yaratsalar da, icra hakimiyyətinin işçiləri onları qanuni əsasla əldə etdikləri torpaq sahəsindən çıxarıb əlverişsiz sahəyə köçürmək istəyirlər. Ona görə də, məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxx 2007-ci il tarixli 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən Samux rayonu ərazisində “Boz dağ” massivində yerləşən 35-36 nömrəli sahədən 300 hektar qış otlaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə icarəçi Cavabdeh icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxx 2007-ci il tarixli 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən Samux rayonu ərazisində “Boz dağ” massivində yerləşən 35-36 nömrəli sahədən 300 hektar qış otlaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə icarəçi X11 icarəyə verilmişdir. İş materiallarında olan İddiaçı başçısının xx xxxxxx 2016-cı il tarixli 127 nömrəli sərəncamından verilmiş çıxarışdan görünür ki, Samux rayonu “Boz dağ” massivi 34 saylı qışlaqdan 48 ha, 36 saylı qışlaqdan 183 ha, 37 saylı qışlaqdan 516 ha və 38 saylı qışlaqdan 453 ha olmaqla, qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200 haq qış otlaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulmuşdur. Həmin ərazilərdə örüş sahələrindən qanuna uyğun olaraq istifadə edən icarəçilərin digər ərazilərdə yerləşdirilməsi və icarə müqavilələrində qismən dəyişiklik edilməsi işlərinin qanuna müvafiq qaydada həyata keçirilməsi məqsədilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 10/4pr nömrəli protokolunu əldə rəhbər tutularaq Samux rayonunda iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması məqsədilə “Boz dağ” massivi qış otlaq sahələrində yerləşən icarəçilər X5, X3, X12, X6, Cavabdeh, X4 və X7 icarəsində olan 34 saylı qışlaqdan 48 ha, 36 saylı qışlaqdan 183 ha, 37 saylı qışlaqdan 516 ha və 38 saylı qışlaqdan 453 ha olmaqla, qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200 hektarın geri alınması, “Boz dağ” qış otlaq sahələrindən 1200 hektar torpaq sahəsinin dövlət ehtiyyat fonduna keçirilməsi ilə əlaqədar həmin ərazidə yerləşən, icarəçilərə qış otlaq sahəsinin icarəyə verilməsinə dair İddiaçı başçısının sərəncamlarında və icarəçilərlə bağlanmış icarə müqavilələrində müvafiq dəyişikliklərin edilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı başçısının xx xxxxxx 2016-cı il tarixli 127 nömrəli sərəncamından verilmiş çıxarışdan görünür ki, Samux rayonu “Boz dağ” massivi 34 saylı qışlaqdan 48 ha, 36 saylı qışlaqdan 183 ha, 37 saylı qışlaqdan 516 ha və 38 saylı qışlaqdan 453 ha olmaqla, qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200 haq qış otlaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulmuşdur. Həmin ərazilərdə örüş sahələrindən qanuna uyğun olaraq istifadə edən icarəçilərin digər ərazilərdə yerləşdirilməsi və icarə müqavilələrində qismən dəyişiklik edilməsi işlərinin qanuna müvafiq qaydada həyata keçirilməsi məqsədilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 10/4pr nömrəli protokolunu əldə rəhbər tutularaq Samux rayonunda iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması məqsədilə “Boz dağ” massivi qış otlaq sahələrində yerləşən icarəçilər X5, X3, X12, X6, Cavabdeh, X4 və X7 icarəsində olan 34 saylı qışlaqdan 48 ha, 36 saylı qışlaqdan 183 ha, 37 saylı qışlaqdan 516 ha və 38 saylı qışlaqdan 453 ha olmaqla, qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200 hektarın geri alınması, “Boz dağ” qış otlaq sahələrindən 1200 hektar torpaq sahəsinin dövlət ehtiyyat fonduna keçirilməsi ilə əlaqədar həmin ərazidə yerləşən, icarəçilərə qış otlaq sahəsinin icarəyə verilməsinə dair İddiaçı başçısının sərəncamlarında və icarəçilərlə bağlanmış icarə müqavilələrində müvafiq dəyişikliklərin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxxxx 2017-ci il tarixli, 19 nömrəli müqavilədən görünür ki, İddiaçı tərəfindən Samux rayonu ərazisində “Boz dağ” massivində yerləşən 230 hektar qış otlaq sahəsi təsərrüfatı suvarma suyu ilə təmin etmək məqsədilə 49 il müddətinə icarəçi “xxxxxxxxxxx” MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan İddiaçı başçısının xx xxxxxx 2018-ci il tarixli 14 nömrəli sərəncamından verilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2016-cı il tarixli 1138 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “X21”ni rəhbər tutaraq, Samux rayonunda aqroparkların salınması, iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması üçün “Boz dağ” massivi 34 saylı qış otlaq sahəsindən 48.05 hektar, 35 saylı qış otlaq sahəsindən 78.18 hektar və 36 saylı qış otlaq sahəsindən isə 153.77 hektar olmaqla, cəmi 280 hektar qış otlaq sahəsi üzərində torpaqdan istifadə hüququna xitam verilmiş və torpaq sahələri geri alınmış, “Boz dağ” qış otlaq sahələrindən 280 hektar torpaq sahəsinin “xxxxxxxxxxx” MMC-nin istifadəsinə verilməsi ilə əlaqədar həmin ərazidə yerləşən, qış otlaq sahələrinin icarəyə verilməsinə dair İddiaçı başçısının müvafiq sərəncamları ləğv edilmiş və icarəçilərlə bağlanmış icarə müqavilələri qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarına əlavə olunmuş torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli, 04 nömrəli müqavilədən görünür ki, İddiaçı tərəfindən Samux rayonu ərazisində “Boz dağ” massivində yerləşən 34, 35 və 36 nömrəli sahədən 280 hektar qış otlaq sahəsi aqroparkın salınması, iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması məqsədilə 49 il müddətinə icarəçi “xxxxxxxxxxx” MMC-yə icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X30 tərəfindən verilmiş torpaq sahələrinin planı və ölşüsü barədə sənədlərin surətindən görünür ki, Samux rayonu, “Boz dağ” massivində yerləşən 1200 ha torpaq sahələri icarə hüququ əsasında “xxxxxxxxxxx” MMC-nin istifadə hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Mülki Məcəllənin 717.1-ci maddəsinə əsasən əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş əşyadan gəlir icarəçi tərəfindən təsərrüfatın aparılması nəticəsində artdıqda və ya azaldıqda, icarə haqqının dəyişdirilməsini, əgər ayrı şərt qoyulmayıbsa, tələb etmək olmaz. Mülki Məcəllənin 717.3-cü maddəsinə əsasən müqavilə şərtlərinin dəyişdirilməsini ona dair bildiriş verildiyi icarə ilindən tez tələb etmək olmaz. Mülki Məcəllənin 717.4-cü maddəsinə əsasən əgər iştirakçılardan biri müqavilə şərtlərinin dəyişdirilməsinə razılıq vermirsə, digər iştirakçı bu razılığın məhkəmə qərarı ilə əvəz edilməsi barədə məhkəməyə iddia verə bilər. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibələrinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Mülki Məcəllənin 721.2-ci maddəsinə əsasən müqavilə iştirakçılarından birinin iddiası üzrə məhkəmə qüvvəsinə vaxtından əvvəl və ya qismən xitam verilmiş torpaq icarəsi müqaviləsinin təsviyəsi qaydasına dair qərar qəbul edə bilər. Əgər torpaq icarəsi müqaviləsinin qüvvəsi yalnız icarəyə götürülmüş torpağın hər hansı hissəsi üçün uzadılırsa, məhkəmə həmin hissə üçün icarə haqqını müəyyənləşdirə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə;torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. İşin faktiki hallarından göründüyü kimi, ilkin iddia üzrə iddiaçı ilə cavabdehlər arasında torpaq sahələrinin icarəyə verilməsi haqqında müqavilələr bağlanaraq, həmin müqavilələlər üzrə torpaq sahələrinin icarəyə verilməsi müddəti başa çatmamışdır. Belə olan halda, cavabdehlərin icarə müqavilələrinə əsasən istifadə etdikləri torpaq sahələrindən icarə müqavilələrinə dəyişiklik edilmədən çıxarılması qanuni sayıla bilməz. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbinin cavabdehlərin 600 hektar torpaq sahəsindən çıxarılmasına dair hissəsi əsassız olduğuna görə təmin edilməməlidir. İlkin iddia tələbinin cavabdehlər tərəfindən özbaşına inşa olunmuş tikililərin sökülməsi hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, həmin tikililər qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə icarəyə verilmiş torpaq sahələrində olan qoyun yataqları və çoban otaqlarından ibarətdir. Qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə icarəyə verilmiş torpaq sahələrində çoban otaqlarının və qoyun yataqlarının tikilməsi və ya mövcud olan tikililərin təmir edilməsi çoban otaqlarında yaşayan şəxslərin layiqli həyat səviyyəsinin təmin edilməsi, habelə qoyun yataqlarında saxlanılan xırda buynuzlu mal qaranın salamatlılığının təmin edilməsi məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, həmin tikililərin sökülməsi hissəsində ilkin iddia tələbi təmin edilə bilməz. Qarşılıqlı iddia tələbinə gəldikdə, iddiaçılar onlara icarəyə verilmiş torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən qanunsuz tutulmasını iddia etsələr də, işin faktiki hallarından göründüyü kimi, torpaq sahəsi icarə müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC tərəfindən istifadə edilir. Cavabdeh sözügedən torpaq sahəsini tutmadığı halda, ona qarşı irəli sürülmüş torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X11 qarşı özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair ilkin iddiası və Cavabdeh və X4 İddiaçınə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X11 qarşı özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair ilkin iddiası təmin edilməsin. Cavabdeh və X4 İddiaçınə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim RəşadMəmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar