Məhkəmə qərarları › İş №2-2(3-6)-108/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-108/2026

03.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-108/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı ilkin, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: barışıq razılaşması, razılaşmanın ləğv olunması, iradə ifadəsinin etibarsızlığı, səhmdar cəmiyyətinin ümumi yığıncağı, xüsusi əhəmiyyətli əqd, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X5 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi X1 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı ümumi yığıncağının qərarının barışıq razılaşmasının ləğv edilməsi hissəsində etibarsızlığın təsbit edilməsi, barışıq razılaşmasının ləğv edilməsinin qanunsuz hesab olunması və bu müqavilə üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh1 ASC-nin üzərinə qoyulması, tullantıların "xxxx" MMC tərəfindən toplanmasına, daşınmasına, satılmasına və hər hansı formada istifadə edilməsinə hər hansı maneələrin törədilməsinin qadağan edilməsi” barədə ilkin, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli əsas və 10 dekabr 2025-ci il tarixli əlavə qətnaməsindən Cavabdeh1 ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Viləş" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2008-ci il tarixli məktubuna əsasən, "xxxx" MMC-yə Qaradağ əhəngdaşı yatağının İİ geoloji sahədə 253 ha olan hissəsində dağ mədən istehsalı tullantılarından istifadə hüququ verilmişdir.

2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2014-cü il tarixli məktubuna əsasən, "xxxx" MMC-yə Qaradağ əhəngdaşı yatağının İİ geoloji sahədə 86 ha olan hissəsində dağ mədən istehsalı tullantılarından istifadə hüququ verilmişdir.

3. "xxxx" MMC-nin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə və xx.xx.2008-ci il tarixli icazə sənədinə xitam verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli 19/ü nömrəli əmrinin ləğv edilməsi” tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin olunmuş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh1 ASC "xxxx" MMC-yə və “Holcim (Azərbaycan)” ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona məxsus toplanaraq qorunmuş əhəngdaşı tullantılarının aparılmasının qadağan olunması və maddi zərər kimi vurulmuş ziyana görə 1 620 000 manatın MMC-dən, 1 200 000 manatın isə ASC-dən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 dekabr tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 7 dekabr tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2019-cu il 27 dekabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 17 may tarixli qərarı ilə Cavabdeh1 ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 20 sentyabr tarixli qərardadı ilə Cavabdeh1 ASC-nin “vurulmuş maddi zərərə görə 1 620 000 manatın MMCdən, 1 200 000 manatın isə ASC-dən xeyrinə tutulması” tələbindən imtinası qəbul olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək, mülki işin icraatına həmin hissədə xitam verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 27 sentyabr tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni "cavabdehlər tərəfindən iddiaçıya məxsus toplanaraq qorunmuş əhəngdaşı tullantılarının aparılmasının qadağan olunması tələbinin rədd olunmuş hissəsində” ləğv edilməklə, həmin hissədə yeni qətnamə çıxarılmış, iddia təmin olunmuş, Qaradağ əhəngdaşı yatağının İİ geoloji sahəsində Cavabdeh1 ASC-nə məxsus toplanaraq qorunmuş əhəngdaşı tullantılarının cavabdehlər tərəfindən aparılmasının (daşınması) qadağan olunması qət edilmişdir.

9. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 11 mart tarixli qərarı ilə “Holcim (Azərbaycan)” ASC və üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 iyun tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 dekabr tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 ASC-nin "xxxx" MMC-yə və “Holcim (Azərbaycan)” ASC-yə qarşı “cavabdehlər tərəfindən iddiaçıya məxsus toplanaraq qorunmuş əhəngdaşı tullantılarının aparılmasının qadağan olunması tələbinin rədd olunması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin olunmuş, 1992-ci il 28 dekabr tarixli Yataqayırma aktı və ona əlavə edilmiş plana əsasən Cavabdeh1 ASC-nin istifadəsinə verilmiş Qaradağ əhəngdaşı yatağının İİ geoloji sahəsində 311,6 ha ərazinin sərhədləri daxilində Cavabdeh1 ASC-nə məxsus toplanaraq qorunmuş əhəngdaşı tullantılarının cavabdehlər tərəfindən aparılmasının qadağan olunması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 oktyabr tarixli qərarı ilə “Holcim (Azərbaycan)” ASC-nin və üçüncü şəxs İddiaçı MMC-nin ayrıayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 iyun tarixli qətnaməsi dəyişdirilmiş, "xxxx" MMC-yə və “Holcim (Azərbaycan)” ASC-yə əhəngdaşı tullantılarının aparılması qadağan olunan ərazinin sahəsinin Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 2000-ci il 30 avqust tarixli 160 nömrəli Sərəncamı ilə Cavabdeh1 TMK-nın bazasında Cavabdeh1 ATSC yaradılarkən təsdiq olunmuş “Nümunəvi özəlləşdirmə planı”na (Emissiya prospektinə) uyğun olaraq 134 ha müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Həmin iş üzrə müəyyən olunmuşdur ki, 1992-ci il 23 dekabr tarixli 82 nömrəli yataqayırma aktına görə sahəsi 311,6 ha olmaqla 2-ci geoloji sahə-yataq əhəngdaşı işləmək və sənaye kəşfiyyatı aparmaq üçün "Vulkan” TMK-ya verilsə də, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 2000-ci il 30 avqust tarixli 160 nömrəli Sərəncamı ilə "Vulkan” TMK-nın bazasında "Vulkan” ATSC yaradılarkən, "Nümunəvi özəlləşdirmə planı”nın (Emissiya prospektinin) 2000-ci il 25 avqust tarixində təsdiq olunmuş kombinata dair məlumatların 1 -ci sətrində onun yerləşdiyi torpaq sahəsinin 134 ha olduğu göstərilmişdir. "Vulkan” ASC isə qeyd olunan ATSC-nin hüquqi varisi olaraq, 2000-ci il 13 sentyabr tarixində dövlət qeydiyyatına alınmışdır. Yəni, "Vulkan” ATSC yaradıldığı 2000-ci il 30 avqust tarixində onun yerləşdiyi torpaq sahəsi 134 ha təşkil etmiş, 311,6 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmuş eyni adlı TMK-nın istifadəsində olmuşdur.

13. Kassasiya instansiyası məhkəməsi 2024-cü il 16 oktyabr tarixli qərarında hesab etmişdir ki, “İstehsalat və məişət tullantıları haqqında” (hazırda “Tullantılar haqqında”) Qanunun 6cı maddəsinin tələbləri baxımından Cavabdeh1 ATSC-nin 2000-ci il 30 avqust tarixində bazasında yaradıldığı "Vulkan” TMK-nın mülkiyyət forması dövlət mülkiyyəti, təşkilati-hüquqi forması dövlət müəssisəsi olduğundan, sonuncunun Qaradağ rayonu ərazisində 2-ci geoloji sahədə yerləşən mişar daşı istehsalı ilə bağlı fəaliyyət nəticəsində yaranan əhəngdaşı tullantılarına mülkiyyət hüququ dövlətə, həmin tarixdən sonra qeyd edilən fəaliyyət nəticəsində yaranmış tullantılara (134 ha torpaq sahəsində mişar daşının istehsalı nəticəsində toplanmış tullantılara) mülkiyyət hüququ isə "Vulkan” ASC-yə məxsusdur.

14. Cavabdeh1 ASC, "xxxx" MMC və Qaradağ ASC arasında xx.xx.2025-ci il tarixdə barışıq razılaşması bağlanmış, barışıq razılaşmasının 2-ci bəndinə əsasən tərəflər, həmin razılaşma (müqavilə) ilə aralarında olan mübahisələri barışıq yolu ilə həll etdiklərini bəyan edərək aşağıda qeyd olunanlar barədə razılaşmışlar: - "xxxx" MMC və "Qaradağ” ASC qeyd olunan mübahisələrin məhkəmə qaydasında həllindən imtina edəcəklər və həmin işlər üzrə ərizələrini məhkəmələrdən geri götürəcəklər; - Cavabdeh1 ASC İİ geoloji sahədə yerləşən (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş DEİ 936 Nü-li, xx.xx.2008-ci il tarixli icazə sənədi və həmin tarixli müqavilə əsasında ayrılmış 253 ha, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş 15/864 Ns-li, xx.xx.2014-cii il tarixli icazə sənədi və həmin tarixli müqavilə əsasında ayrılmış 86 ha ərazidə, o cümlədən hal- hazırda "Vulkan” ASC-nin dağ-mədən ayırması olan sahədə) hazırda mövcud olan və gələcəkdə yarana biləcək əhəng daşı tullantılarının müstəsna olaraq "Viləş-A.A” MMC tərəfindən sahədən toplanması, istifadə edilməsi və satılmasına öz razılığını bildirir. Cavabdeh1 ASC təminat verir ki. İİ geoloji sahədə yerləşən əhəng daşı tullantılarını "Viləş- A.A” MMC-dən başqa heç bir şəxsə satmayacaq, əvəzsiz qaydada verməyəcəkdir və hansı formada həmin şəxslər tərəfindən bu tullantıların əvəzli və ya əvəzsiz qaydada daşınmasına şərait yaratmayacaqdır. "xxxx" MMC isə öz növbəsində hər ay İİ geoloji sahədə yerləşən əhəng daşı tullantılarının daşınmasının davam etdiyi bütün dövr ərzində "Vulkan” ASC-yə 1000 (min) manat pul ödəyəcəkdir; - "xxxx" ASC İ geoloji sahədə yerləşən onun inzibati binasının qarşısında olan 1 (bir) ədəd yükləmə-boşaltma meydançasının içərisindən keçən dəmit yolu xəttlərinin (bütün relslərin) Cavabdeh1 ASC tərəfindən sökülərək aparılmasına razılıq verir və bunun müqabilində heç bir ödəniş tələb etməyəcəkdir. Cavabdeh1 ASC isə öz növbəsində təsdiq edir ki, həmin meydançada olan dəmir yolu xəttindən başqa körpülü kran, onun estakadası, meydançanın özü və orada olan bütün digər əşyalar və əmlaklar "xxxx" ASC-yə məxsusdur.

15. Cavabdeh1 ASC-nin əsas səhmlərinin nəzarət paketinin mülkiyyətçisi olan Muxtar Nağıyev xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, “Qeyd edilən məzmunda barışıq razılaşmasının mətni ilə tanış olmuşam və onun bağlanmasına əsas səhm paketin malik səhmdar kimi razılıq verirəm.”

16. Cavabdeh1 ASC-nin İdarə heyətinin sədri Vasil Rəhimov tərəfindən "xxxx" MMC-nin direktoru Həzrət İsayevə xx.xx.2025-ci il tarixdə aşağıdakı məzmunda məktub ünvanlanmışdır: “Hörmətli cənab İsayev, Cavabdeh1 ASC, "xxxx" MMC və Qaradağ ASC arasında xx.xx.2025-ci il tarixdə “barışıq razılaşması” imzalanmışdır. ...”Vulkan” ASC-nin səhmdarları cəmiyyətin qanuni təmsilçisi-İdarə heyətinin sədri kimi mənə müraciət edərək, həmin razılaşmanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinin tələblərinin pozulması ilə bağlandığını bildirərək, bu məsələnin səhmdarların xx.xx.2025-ci il tarixdə keçiriləcək ümumi yığıncağında müzakirə edildikdən sonra imzalana biləcəyini bildirmişlər. Qeyd edilən səbəbdən xx.xx.2025-ci il tarixədək əhəng daşı tullantılarının aparılmasının mümkün olmadığını diqqətinizə çatdırıram. Səhmdarların ümumi yığıncağında qəbul ediləcək qərardadn asılı olaraq, razılaşma üzrə öhdəliklərin davam etdirilib-etdirilməyəcəyi Sizə bildiriləcəkdir...”.

17. Cavabdeh1 ASC-nin səhmdarlarının xx.xx.2025-ci il tarixdə keçirilmiş ümumi yığıncağı tərəfindən xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının ləğv olunması barədə qərar qəbul edilmişdir.

18. Cavabdeh1 ASC-nin İdarə heyətinin sədri Vasil Rəhimov tərəfindən "xxxx" MMC-nin direktoru Həzrət İsayevə xx.xx.2025-ci il tarixdə ünvanlanmış bildirişdə, Cavabdeh1 ASC-nin səhmdarlarının xx.xx.2025-ci il tarixdə keçirilmiş ümumi yığıncağı tərəfindən xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının ləğv olunması barədə qərar qəbul edildiyi barədə məlumat verilmişdır.

19. "xxxx" MMC-nin direktoru Həzrət İsayev tərəfindən Cavabdeh1 ASC-nin İdarə heyətinin sədri Vasil Rəhimova ünvanlamış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, “... razılaşmaya uyğun olaraq tərəfimizdən ilkin olaraq xx.xx.2025-ci il tarixdə 1000 (bir min) manat pul vəsaiti Cavabdeh1 ASC-nə ödənilmişdir. Bununla əlaqədar olaraq növbəti ay üçün nəzərdə tutulmuş ödənişin edilməsi üçün bank rekvizitlərinizi yenidən göndərməyinizi Sizdən xahiş edirik”.

20. İddiaçı MMC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizəsi Bakı Kommersiya Məhkəməsinin 11 avqust 2025-ci il tarixli qərardadı ilə təmin olunmuş, Qaradağ rayonu İİ geoloji sahədə olan tullantıların ərazidən hər hansı formada istifadə edilməsinin, daşınmasının, əvəzli və əvəzsiz olaraq başqa şəxslərə verilməsinin Cavabdeh1 ASC və digər 3-cü şəxslərə ("Viləş A.A.” MMC istisna olmaqla) qadağan edilməsi qərara alınmışdır.

21. Həmin qərardaddan Cavabdeh1 ASC tərəfindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilmiş, qərardad ləğv olunaraq "xxxx" MMC-nin müvvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh2 Müəssisini də cavabdeh qismində göstərdiyi iddianın dəyişdirilməsi barədə ərizə ilə (ilkin iddia tələbi) Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh1 ASC-nin səhmdarlarının xx.xx.2025-ci il tarixli ümumi yığıncağının qərarının "xxxx" MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının ləğv edilməsi hissəsində etibarsızlığın təsbit edilməsi, Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının Mülki Məcəllənin 99.3-cü maddəsinə istinad edilməklə ləğv olunmasınn qanunsuz hesab edilməsi və bu müqavilə üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh1 ASC-nin üzərinə qoyulması, Qaradağ rayonu ərazisində İ və İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların "xxxx" MMC tərəfindən toplanmasının, daşınmasının, satılmasının və hər hansı formada istifadə edilməsinə hər hansı maneələrin törədilməsinin Cavabdeh1 ASC-yə, Cavabdeh2 Müəssəsinə və digər şəxslərə qadağan edilməsi, Qaradağ rayonu ərazisində İ və İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların toplanmasının, daşınmasının, satılmasının və sair hər hansı formada istifadə edilməsinin Cavabdeh1 ASC-yə, Cavabdeh2 Müəssəsinə və digər şəxslərə qadağan edilməsi, Qaradağ rayonu ərazisində İ və İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların hər hansı 3-cü şəxslər tərəfindən toplanmasının, daşınmasının, satılmasının və sair formada istifadə edilməsinə şərait yaradılmasına yönələn hərəkətlərin Cavabdeh1 ASC-yə və Cavabdeh2 Müəssəsinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İlkin iddia tələbləri belə əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 2008-ci ildə İddiaçı MMC-yə Qaradağ rayonu, İİ geoloji sahədə (253 ha və 86 ha, ümumi 339 ha) və 2011-ci ildə İ geoloji sahədə 547 ha ərazidə olan tullantılardan istifadə hüququna dair icazə verilmiş və bununla əlaqədar müvafiq müqavilələr bağlanmışdır. 17 ildən artıq müddətdir ki, həmin müqavilə əsasında “Holcim (Azərbaycan)” ASC "Vulkan” ASC tərəfindən daşınmaya müdaxilə etməyə başladığı günədək maneəsiz olaraq sahədən tullantıların daşınması həyata keçirilir. İ və İİ geoloji sahə əvvəllər 40-50-ci illərdə yaradılmış “Qaradağ Tikinti Materialları Kombinatı”nın balansında olmuşdur. 1992-ci ildə isə “Qaradağ Tikinti Materialları Kombinatı”nın tərkibindən “Vulkan Tikinti Materialları Kombinatı” ayrılmış, beləliklə 1992-ci ilə qədər İİ geoloji sahədə “Qaradağ Tikinti Materialları Kombinatı” fəaliyyət göstərmiş, onun fəaliyyəti nəticəsində əhəngdaşı tullantıları meydana gəlmiş və həmin ərazidə toplanmışdır. Qaradağ Tikinti Materialları Kombinatının bazasında "Qızıldaş” ASC yaradılmış, sonradan "Qızıldaş” ASC özəlləşdirilmiş və adı dəyişdirilərək "Qaradağ” ASC müəyyən edilmişdir. "Qaradağ” ASC nizamnaməyə əsasən Qaradağ Tikinti Materialları Kombinatının hüquqi varisidir. Yəni l və İİ geoloji sahədə yerləşən və 1992-ci ilə qədər yaradılmış əhəngdaşı tullantıları "Qaradağ” ASC-yə məxsusdur. "Viləş-A.A.” MMC-yə İİ geoloji sahədə yerləşən tullantılardan istifadəyə icazə verildikdən bir müddət sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin dəyişməsindən istifadə edən "Vulkan” ASC "Viləş-A.A.” MMC-yə verilmiş icazənin ləğv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, müraciətdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi əmr verərək həmin icazəni qanunsuz olaraq ləğv etmişdir. İcazənin ləğv edilməsi barədə qərardan "Viləş-A.A.” MMC tərəfindən şikayət verilmiş, iş Ali Məhkəməyə qədər getmiş və bu qanunsuz qərar ləğv edilmişdir, yəni bütün məhkəmələrdə (hər 3 instansiyada) "Viləş-A.A.” MMC-nin lehinə qərar çıxarılmışdır. Bundan sonra "Vulkan” ASC “Holcim (Azərbaycan)” ASC-yə qarşı iddia qaldıraraq İİ geoloji sahədə yerləşən tullantıların daşınmasının “Holcim (Azərbaycan)” ASC-yə qadağan edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmiş, qeyd olunan işə "Viləş-A.A.” MMC üçüncü şəxs qismində qoşulmuş, işə Ali Məhkəmənin qərarı əsasında yekun verilmişdir. Ali Məhkəmənin qərarına əsasən İİ geoloji sahədə yerləşən 134 ha ərazidə 2000-ci ildən sonra yaranmış tullantıların "Vulkan” ASC-yə, 2000-ci ildən əvvəl yaranmış tullantılarının, o cümlədən İİ geoloji sahədə yerləşən 205 ha ərazidə olan bütün tullantılarının daşınması "Viləş-A.A.” MMC-yə aid edilmişdir. Lakin məhkəmə qərarında 134 ha və 205 ha ərazinin harada olması müəyyən edilməmiş və tərəflər arasında mübahisə bu hissədə həll edilməmiş qalmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019cu il tarixli 22/3553 nömrəli məktubundan da göründüyü kimi, Cavabdeh1 ASC-nin mülkiyyətinə cəmi yalnız 26 ha torpaq sahəsi ayrılmışdır. "Qaradağ” ASC ilə "Viləş-A.A.” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "Qaradağ” ASC Qaradağ rayonu ərazisində İ geoloji sahədə yerləşən "Qaradağ” əhəngdaşı yatağının 547 ha ərazisində olan əhəgdaşı tullantılarını təyin etdiyi məkan və vaxt müəyyən olunmaqla əvəzsiz və həmin ərazidə yükləmə meydançasında olan transformator, yarımstansiya binası, kran balka, dəmir darvaza, mexaniki təmir binaları, mexaniki təmir emalatxana binası, transformator və digər dəmir tullantılarını "Viləş-A.A.” MMC-nə satılması öhdəliyi götürmüşdür. Bundan sonra "Qaradağ” ASC "Vulkan” ASC-nə qarşı 1992-ci ilə qədər yaradılmış və 134 ha sahədə yerləşən tullantıların "Qaradağ” ASC-nə aid edilməsi ilə əlaqədar Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Eyni zamanda bundan başqa tərəflər arasında bir neçə başqa mübahisələr, o cümlədən 134 ha və 205 ha ərazinin harada yerləşməsi (koordinatların olmaması) barədə mübahisələr də olmuşdur və yekunda "Vulkan” ASC-nin özünün təşəbbüsü ilə mübahisə dayandırılmış və xx.xx.2025-ci il tarixdə tərəflər arasında barışıq razılaşması imzalanmış, tərəflər arasında olan bütün mübahisəli məsələlər həmin barışıq razılaşması ilə öz həllini tapmış və mövcüd məhkəmə icraatında olan işlər geri qaytarılmışdır. Belə ki, "Vulkan” ASC barışıq razılaşmasına əsasən 134 ha ərazidə yerləşən tullantılar üzərində tanınmış bütün hüquqlarını "Viləş-A.A.” MMC-yə verməyi və mövcud olan və gələcəkdə istehsal nəticəsində yaranacaq bütün tullantıları müstəsna olaraq "Viləş- A.A.” MMC-nin istifadəsinə verməyi, İddiaçı MMC isə bunun qarşılığında hər ay "Vulkan” ASC-yə 1000 (bir min) manat ödəməyi öhdələrinə götürmüşlər. Həmin razılaşma imzalanmış, qüvvəyə minmiş və icrasına başlanmış, lakin qısa müddətdə "Vulkan” ASC-nin əsas səhmdarlardan biri dəyişmiş, bundan sonra "Vulkan” ASC həmin razılaşma ilə üzərinə düşən öhdəliklərin icrasından imtina etmiş və "Viləş-A.A.” MMC tərəfindən həmin tullantıların ərazidən daşınmasına maneəçilik törətməyə başlamışdır. "xxxx" MMC həmin tullantıları sahədən toplayır, bundan sonra onları sement istehsalı üçün xammal kimi “Holcim (Azərbaycan)” ASC-yə verir. Cavabdeh1 ASC-nin bu qanunsuz hərəkətləri nəticəsində “Holcim (Azərbaycan)” ASC ilə bağlanılmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsində ciddi problemlər yaranmış, bu isə ölkə üzrə strateji istehsal müəssisələrindən biri olan “Holcim (Azərbaycan)” ASC fəaliyyətində ciddi problemlərin yaranması ilə nəticələnmişdir. Cavabdeh1 ASC-nin səhmdarlarının xx.xx.2025-ci il tarixli növbəti ümumi yığıncağı tərəfindən tam qanunsuz və əsassız olaraq xx.xx.2025-ci il tarixli barışıq razılaşması ləğv olunmuşdur ki, bu da mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozuntusudur. Belə ki, Cavabdeh1 ASC-nin ümumi yığıncağı çağırılan zaman qeyd olunan müqavilənin ləğv edilməsi ilə bağlı məsələ gündəlikdə ümumiyyətlə qoyulmamışdır və bu müqavilənin ləğv edilməsinin gündəliyə salınması əsassızdır. Bu səbəbdən də bu cür məsələ ilkin olaraq gündəliyə daxil edilmədiyindən bu barədə müzakirələr edilib, qərar qəbul edilə bilməz. Eyni zamanda, mülki qanunvericiliyə əsasən müqavilənin birtərəfli qaydada ləğv edilməsi yalnız bu halın müqavilədə və ya qanunda göstərildiyi hallarda mümkündür. Səhmdar Cəmiyyətinin ümumi yığıncağı Səhmdar Cəmiyyətinin idarəetmə orqanlarından biridir. Səhmdar Cəmiyyəti hüquqi şəxs olaraq ümumilikdə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik deyildir. Bu səbəbdən də Səhmdar Cəmiyyətinin istər icra orqanı, istər müşahidə şurası, istərsə də ümumi yığıncağı bu cür qərar qəbul etmək səlahiyyətinə malik deyildir. Səhmdar Cəmiyyətinin ümumi yığıncağı müqavilənin yalnız məhkəmə qaydasında ləğv edilməsi üçün iddia qaldırılması barəsində qərar qəbul edə bilər. Bu barədə də ümumi yığıncağın qərarı mövcud deyildir və qanunvericiliyin tələblərinə uyğun olaraq 45 gün öncədən səhmdarlara bildiriş göndərməklə xəbərdarlıq etməli, aktiv hesab etdikləri tullantılar haqqında məlumatları öz mühasibatlıq balansında bəyan etməli olduğu halda bəyan etməmiş və qanunsuz ümumi yığıncaq keçirmişdir. Aktiv hesab etdikləri tullantıların Cavabdeh1 ASC-nə məxsus olması barədə hər-hansı fakt mövcüd deyildir və həmin müəssisənin mühasibat balans sənədlərində öz əksini tapmamışdır və bütün bunlar məhkəmə mübahisəsi predmetinə aiddir. Bu fakt iddia ərizəsinə əlavə olunmuş “Respublika” qəzetində dərc edilmiş xx.xx.2025-ci tarixli elanda da öz təsdiqini tapmışdır. Odur ki, tərəflər arasında olan barışıq müqaviləsində müqavilənin birtərəfli qaydada ləğv edilməsi əsası müəyyən edilmədiyindən və Mülki Məcəlləyə əsasən müqaviləyə yalnız qanunda və müqavilədə göstərilən hallarda xitam verilə bildiyindən müqaviləyə birtərəfli xitam verilməsi barəsində Səhmdar Cəmiyyətinin idarəetmə orqanının qəbul etdiyi qərar qanunsuzdur və heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bu səbəbdən də bu müqavilə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında və belə qərar qüvvəyə mindiyi andan ləğv edilə bilər. O vaxta qədər isə müqavilə hüquqi qüvvəyə malik sənəd olaraq qüvvədədir və həmin müqavilədə hər bir tərəfin öz üzərinə götürdüyü vəzifələri lazımınca yerinə yetirilməlidir.

24. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün vurulmuş zərərin əvəzi olaraq İddiaçı MMC-dən 51 800 (əlli bir min səkkiz yüz) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “barışıq razılaşması”-na münasibət ümumi yığıncağın gündəliyinin “digər məsələlər” adlı hissəsində baxılmış və səhmdarlar həmin razılaşmanın Mülki Məcəllənin 99.3-cü maddəsinin imperativ tələblərinə zidd olduğu barədə münasibət bildirmişlər. Səhmdar cəmiyyətin İcra orqanının bağladığı əqdlərin müzakirə edilməsi üçün onların gündəlikdə ayrıca göstərilməli olmasına qanunvericilikdə hər hansı göstəriş yoxdur. Səhmdar cəmiyyətin hüquqi şəxs olaraq müqaviləyə birtərəfli qaydada xitam vermək hüququnun olmadığına dair ilkin iddiaçının İkinci “dəlili”nə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Barışıq razılaşmasının qanunsuz olduğuna dair ümumi yığıncaq münasibət bildirdikdən sonra, cəmiyyətin icra orqanının rəhbəri (direktoru) tərəfindən İddiaçı MMC-yə barışıq razılaşmasının ləğv edilməsi barədə müvafiq bildiriş göndərilmişdir. Barışıq razılaşmasının predmeti olmuş əhəng daşı tullantılarının "Vulkan” ASC-yə məxsus olmadığı barədə üçüncü “dəlil” də absurd olmaqla, ciddi müzakirə mövzusu ola bilməz. Belə ki, həmin “dəlil” ilə İddiaçı MMC ləğv edilmiş barışıq razılaşmasının etibarsız olduğunu bildirir. Həmin “dəlil”dən belə çıxır ki, Cavabdeh1 ASC “özünə məxsus olmayan” əmlak barəsində sərəncam vermişdir ki, belə əqd səlahiyyətsiz şəxsin imzaladığı əqd kimi etibarsız sayılır. Göründüyü kimi, "xxxx" MMC-nin əsassız və ziddiyyətli “dəlillər”ə istinad edən iddia tələbi təmin oluna bilməz və qeyd edilən hal ilkin iddiaçının özünə də məlumdur. Həmin iddianı qaldırmaqda məqsədi isə, iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılana qədər Cavabdeh1 ASC-nin mülkiyyətində olan əhəng daşı tullantılarını maneəsiz şəkildə götürərək satmağa və külli miqdar gəlir əldə etməyə imkan verən müvəqqəti təminat tədbirindən yararlanmaqdır. Belə ki, ilkin iddiaçı hər gün Cavabdeh1 ASC-nin sahəsindən 2000 (iki min) ton əhəngdaşı tullantısı götürməklə hər gün 1400 manat, hər ay 42 000 manat gəlir əldə edir və Cavabdeh1 ASC-yə həmin məbləğdə ziyan vurur. İş materiallarından da göründüyü kimi, İddiaçı MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq razılaşması Cavabdeh1 ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən qanunvericiliyin imperativ tələblərinin pozulması ilə bağlanması səbəbindən ləğv edilməli olması qərara alınmış və Cavabdeh1 ASC tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməklə ləğv edilmişdir. Məhkəmədə qaldırdığı əsasız iddianın müvəqqəti təminat tədbiri kimi həmin ərazidən əhəng daşı tullantılarının maneəsiz daşınmasına, əslində isə talanmasına nail olan İddiaçı MMC, bununla kifayətlənmədən daha bir müvəqqəti təminat tədbirinin - Cavabdeh1 ASC-nin mülkiyyətində olan əhəng daşı tullantılarının Cavabdeh1 ASC-nin özü tərəfindən də daşınmasını qadağan edən qərardad - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadın çıxarılmasına nail olmuşdur. Həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ləğv edilmiş, İddiaçı MMC-nin MTT tətbiqi barədə ərizəsi təmin edilməmişdir. Yəni, xx.xx.2025-ci il tarixdən əhəng daşı tullantılarının Cavabdeh1 ASC-nin özü tərəfindən daşınmasını qadağan olunmasının əsassız və qanunsuz olması halı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir və bu səbəbdən Cavabdeh1 ASC-yə münasibətdə tətbiq edilən əsassız qadağa müddətinə, yəni, xx.xx.2025-ci il tarixdən hazırkı tarixə kimi Cavabdeh1 ASC-yə vurulan ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, xx.xx.2025-ci il tarixli barışıq razılaşması ləğv olunduğundan İddiaçı MMC hazırda həmin razılaşmaya istinadən əhəng daşı tullantılarına hər hansı “eksklüziv” hüququnun olduğuna istinad edə bilməz. Qeyd etmək lazımdır ki, Bakı Kommersiya Məhkəməsinin ləğv olunmuş xx.xx.2025-ci il tarixli qərardadının qüvvədə olduğu müddətdə ‘"Vulkan” ASC-yə tətbiq olunan qadağa nəticəsində hər gün ən azı 1400 manat ziyan vurulmuşdur. Belə ki, İddiaçı MMCnin iddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC və "xxxx" ASC arasında imzalanmış 3 noyabr 2008ci il tarixli “Əhəngdaşı tozunun alqı-satqı müqaviləsi”nin 3.1-ci bəndində əhəngdaşı tozunun hər tonu üçün satış qiyməti 70 (yetmiş) qəpik müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən hər gün "xxxx" ASC-yə məxsus sahədən fasiləsiz olaraq 2000 (iki min) ton əhəngdaşı tullantısı daşınmışdır ki, bu da hər gün üçün 1400 (20000 x 0.70=1400) manat təşkil edir. Bazar qiymətinin tələb və təklif arasında təşəkkül tapan qiymət olduğu nəzərə alınsa, əhəngdaşı tullantılarının 1 tonunun bazar qiyməti ən azı 70 qəpikdir. Qadağanın tətbiq olunduğu xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək (xx.xx.2025-ci il tarixədək) olan müddət 37 gün təşkil edir (xx.xx.2025-xx.xx.2025=37 gün). Belə olan halda 37 günlük müddət üçün "Vulkan” ASC-yə vurulmuş ziyan məbləği 51 800 (əlli bir min səkkiz yüz) manatdır.

26. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ilkin iddia tələbləri Cavabdeh2nə münasibətdə ayrıca icraata ayrılması qərara alınmışdır.

27. Tərəflərin məhkəmə iclaslarında iştirak edən nümayəndələri ilkin və qarşılıqlı iddia ərizələrinin məzmunlarına uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.

28. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, ilkin iddia tələblərinin “Qaradağ rayonu ərazisində İ və İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların "xxxx" MMC tərəfindən toplanmasına, daşınmasına, satılmasına və hər hansı formada istifadə edilməsinə maneələrin törədilməsinin digər şəxslərə qadağan edilməsi, Qaradağ rayonu ərazisində İ və İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların toplanması, daşınması, satılması və sair hər hansı formada istifadə edilməsinin digər şəxslərə qadağan edilməsi” hissələrində baxılmamış saxlanılması qərara alınmış, eyni tarixli qətnamə ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1 ASC-nin səhmdarlarının xx.xx.2025-ci il tarixli ümumi yığıncağının qərarının “Viləş-A.A" MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının ləğv edilməsi” hissəsində etibarsız hesab olunması, “Vulkan" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-i il tarixli barışıq razılaşmasının "xxxx" ASC tərəfindən ləğv edilməsinin qanunsuz hesab edilməsi, xx.xx.2025-ci il tarixli barışıq razılaşması üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh1 ASC-nin üzərinə qoyulması, Qaradağ rayonu ərazisində İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların "xxxx" MMC tərəfindən toplanması, daşınması, satılması və hər hansı formada istifadə edilməsinə maneələrin törədilməsinin Cavabdeh1 ASC-yə qadağan edilməsi, Qaradağ rayonu ərazisində İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların toplanması, daşınması, satılması və sair hər hansı formada istifadə edilməsinin Cavabdeh1 ASC-yə qadağan edilməsi, Qaradağ rayonu ərazisində İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların hər hansı 3-cü şəxslər tərəfindən toplanması, daşınması, satılması və sair formada istifadə edilməsinə şərait yaradılmasına yönələn hərəkətlərin Cavabdeh1 ASC-yə qadağan edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

29. Qəbul etdiyi qətnamə üzrə gəldiyi nəticəni məhkəmə aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

29.1. İlkin iddiaçı tərəf hazırda xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının şərtlərinə tam əməl etdiklərini, cavabdeh tərəfindən qeyd edilmiş müqavilənin ləğv edilməsinin qanunsuz olduğunu, xx.xx.2025-ci il tarixli barışıq razılaşması üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İlkin iddia üzrə cavabdeh tərəf isə, müqavilənin ləğv edildiyini və bununla bağlı xx.xx.2025-ci il tarixli bildirişin ilkin iddiaçıya verildiyini bildirir. 29.2. İlkin iddianın həlli baxımından ilk növbədə xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının "Vulkan” ASC tərəfindən ləğv edilməsinin qanuniliyi yoxlanılmalıdır. 29.3. Göründüyü kimi müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin qanuniliyinə dair tərəflər arasında mübahisə mövcuddur. Bu mübahisəni isə həll etmək isə məhkəmənin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında mübahisə halında müqavilənin ləğvi ilə bağlı iddia qaldırmaq imkanı və məhkəmənin belə iddiaya baxmaq səlahiyyəti istisna edilməmişdir. Ona görə ki, müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. 29.4. Qeyd edilənlərdən o nəticəyə gəlmək mümkündür ki, müqavilə üzrə bir tərəf digər tərəfə bildirişin (məktubun və s.) kimi sənədlərin verilməsi, müqavilənin birmənalı olaraq ləğvi anlamına gəlmir. Əgər müqavilənin ləğvi ilə bağlı qarşı tərəf buna etiraz edib, bu barədə Məhkəməyə müraciət edirsə, Məhkəmə tərəfindən müqavilənin ləğvinin qanuniliyi yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, əks yanaşma yəni, bir tərəfin digər tərəfə bir məktubun verilməsi ilə müqavilənin müqavilə üzrə kontragentin etirazına baxmayaraq birmənalı olaraq ləğv edilməsi mülki dövriyyənin sabitliyinin təmin edilməsi baxımından təhlükəli təcrübə ilə nəticələ bilər. 29.5. Hazırkı işdən də görünür ki, "Viləş-A.A” MMC tərəfindən qeyd edilmiş xx.xx.2025-ci il tarixli barışıq razılaşması üzrə bütün öhdəliklər icra edilir və müqavilə üzrə razılaşdırılmış aylıq 1000 manat məbləğində pul Cavabdeh1 ASC-yə verilmişdir. Yəni müqavilənin Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən ləğv edilməsi halı mümkün deyildir. 29.6. Bundan başqa "Vulkan” ASC tərəfindən "Viləş-A.A” MMC-yə göndərilmiş olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, müqavilənin ləğv edilməsi səbəbi kimi Mülki Məcəllənin 99.3-cü bəndinə istinad edilmişdir. Mülki Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC-nin əsas səhmdarı olmuş Muxtar Nağıyev tərəfindən verilmiş razılıq ərizəsindən görünür ki, o, qeyd edilən məzmunda barışıq razılaşmasının mətni ilə tanış olmuş və razılıq vermişdir. 29.7. Göründüyü kimi, qeyd edilmiş barışıq sazişinin bağlanmasına nəzarət paketinə sahib olan səhmdarın razılığı olmuş və "Vulkan” ASC-nin direktoru tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Sonradan isə əsas səhmdarın dəyişməsi ilə, "Vulkan” ASC tərəfindən xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının ləğvi qərarı qəbul edilmişdir. 29.8. Qeyd edilənlərdən məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixli barışıq razılaşması müstəqil ədq olmaqla, tərəflər arasında yeni münasibətlər yaratmışdır. Qeyd edilmiş müqavilə bağlanarkən də, qanunvericiliyin tələblərinə tam olaraq əməl edilmişdir. Yəni, "Vulkan” ASC tərəfindən hər hansı bir əsas olmadan ümumi yığıncaq keçirilərək müqavilənin birtərəfli qaydada ləğvi qanunsuzdur. 29.9. Ona görə də, "xxxx" ASC-nin səhmdarlarının xx.xx.2025-ci il tarixli ümumi yığıncağının qərarı "xxxx" MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının ləğv edilməsi hissəsində etibarsız, "xxxx" ASC ilə "xxxx" mMc arasında bağlanmış xx.xx.2025-i il tarixli barışıq razılaşmasının Cavabdeh1 ASC tərəfindən ləğv edilməsi qanunsuz hesab edilməlidir. Bununla yanaşı xx.xx.2025-ci il tarixli barışıq razılaşması üzrə öhdəliklərin icra edilməsi vəzifəsi Cavabdeh1 ASC-nin üzərinə qoyulmaqla, müqavilədə göstərilmiş qaydada Qaradağ rayonu ərazisində İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların "xxxx" MMC tərəfindən toplanması, daşınması, satılması və hər hansı formada istifadə edilməsinə maneələrin törədilməsi Cavabdeh1 ASC-yə qadağan edilməli, Qaradağ rayonu ərazisində İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların toplanması, daşınması, satılması və sair hər hansı formada istifadə edilməsi Cavabdeh1 ASC-yə qadağan edilməli, Qaradağ rayonu ərazisində İİ geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların hər hansı 3-cü şəxslər tərəfindən toplanması, daşınması, satılması və sair formada istifadə edilməsinə şərait yaradılmasına yönələn hərəkətlər Cavabdeh1 ASC-yə qadağan edilməlidir. 29.10. Məhkəmə ilkin iddianın İ geoloji sahəyə dair hissəsinə münasibətdə isə qeyd edir ki, qeyd edilmiş xx.xx.2025-ci il tarixli barışıq razılaşmasında İ geoloji sahəyə dair "xxxx" MMC ilə "Vulkan” ASC arasında hər hansı bir öhdəlik müəyyən edilməmişdir. Bundan başqa da, İ geoloji sahənin "xxxx" MMC-yə aid olması barədə hər hansı bir sənəd işə əlavə edilməmişdir. 29.11. Beləliklə, ilkin iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

30. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 99.3-cü, 337.1-ci, 421.1-ci, 421.2-ci, 421.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinad etmişdir.

31. Birinci instansiya məhkəməsinin 10 dekabr 2025-ci il tarixli əlavə qətnaməsi ilə qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur.

32. xx.xx.2025-ci il tarixdə qətnamə qəbul edilən zaman qarşılıqlı iddiaya münasibət bildirilmədiyini, bu səbəblə də əlavə qətnamə çıxarılmasına zərurət yarandığını vurğulayan məhkəmə hesab etmişdir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi üzrə məhkəmənin qəbul etmiş olduğu qərardad əsasında ona ziyan vurulduğunu qeyd etsə də, bu halı təsdiq edə biləcək hər hansı sübutu təqdim edə bilməmişdir.

33. Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixli qətnamə ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin barışıq razılaşmasının ləğvi qanunsuz sayılmışdır.

34. Əlavə qətnamə üzrə gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.

35. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi əsas və əlavə qətnamədən apellyasiya şikayəti verərək onların ləğv olunmasını və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Birinci instansiya məhkəməsi iş üzrə tam, obyektiv, hərtərəfli araşdırma aparmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh tərəfindən ümumi yığıncaq çağırılaraq xx.xx.2025-ci il tarixli barışıq sazişinin ləğvi barədə qərar qəbul etmək səlahiyyəti olmuşdur. Mülki Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Belə ki, barışıq sazişi cavabdehin xalis aktivlərinin 25 faizindən çoxdur. Məhkəmə sorğu verərək sözügedən barışıq sazişinin xüsusi əhəmiyyətli əqd olub-olmamasını müəyyən edə bilərdi. Ona görə də məhkəmənin apelyasiya şikayətinə baxarkən qeyd edilən sorğuların verilməsini xahiş edirik. Həmçinin bildirmək istəyirəm ki, həmin müqavilə onsuz da etibarsız əqddir. Belə ki, əvvəlki məhkəmə qərarlarından məlum olur ki, şərti olaraq birinci və ikinci geoloji sahə adlandırılan ərazilərin kordinatları müəyyən deyildir. Belə olan halda həmin barışıq sazişinin predmeti qeyri-müəyyən olmuş olur. Belə ki, müqavilənin icra yeri olan birinci və ikinci geoloji sahə adlandırılan yerlərin müəyyən edilməməsi, müqavilənin icrasını da qeyri-mümkün edir. Belə olan halda da hesab edirik ki, Mülki Məcəllənin 328.2-ci maddəsinin tələbləri baxımından sözügedən barışıq sazişi etibarsızdır. Göstərilən xüsusatların iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edirik ki, həmin halların, yəni göstərilən torpaq sahələrinin döngə nöqtələrinin, konturlarının və sərhədlərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti texniki və texninki mühəndis ekspertizalarının təyin edilməsi zəruridir. Həmçinin məhkəmənin diqqətinə çatdırıram ki, həmin torpaq sahələrinin kadastr məlumatları da mövcud deyildir. Həmin xüsusatın müəyyən edilməsi üçün Reyestr xidmətinə sorğu göndərilməsini məhkəmədən xahiş edirik. Bundan əlavə, həmin müqavilə etibarlı olmuş olsa belə, bizim həmin müqaviləni ləğv etmək səlahiyyətimiz mövcuddur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Barışıq razılaşmasının qanunsuz olduğuna dair ümumi yığıncaq münasibət bildirdikdən sonra, cəmiyyətin icra orqanının rəhbəri (direktoru) tərəfindən İddiaçı MMC-yə barışıq razılaşmasının ləğv edilməsi barədə müvafiq bildiriş göndərilmişdir. Barışıq razılaşmasının predmeti olmuş əhəng daşı tullantılarının "Vulkan” ASC-yə məxsus olmadığı barədə də ilkin iddiada tələb absurd olmaqla, ciddi müzakirə mövzusu ola bilməz. Belə ki, həmin “dəlil” ilə İddiaçı MMC ləğv edilmiş barışıq razılaşmasının etibarsız olduğunu bildirir. Həmin “dəlil”dən belə çıxır ki, Cavabdeh1 ASC “özünə məxsus olmayan” əmlak barəsində sərəncam vermişdir ki, belə əqd səlahiyyətsiz şəxsin imzaladığı əqd kimi etibarsız sayılır. Göründüyü kimi, İddiaçı MMC-nin əsassız və ziddiyyətli “dəlillər”ə istinad edən iddia tələbi təmin oluna bilməz və qeyd edilən hal ilkin iddiaçının özünə də məlumdur. Həmin iddianı qaldırmaqda məqsədi isə, iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılana qədər Cavabdeh1 ASC-nin mülkiyyətində olan əhəng daşı tullantılarını maneəsiz şəkildə götürərək satmağa və külli miqdar gəlir əldə etməyə imkan verən müvəqqəti təminat tədbirindən yararlanmaqdır. Belə ki, ilkin iddiaçı hər gün Cavabdeh1 ASC-nin sahəsindən 2000 (iki min) ton əhəngdaşı tullantısı götürməklə hər gün 1400 manat, hər ay 42 000 manat gəlir əldə edir və Cavabdeh1 ASC-yə həmin məbləğdə ziyan vurur. İş materiallarından da göründüyü kimi, İddiaçı MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq razılaşması Cavabdeh1 ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən qanunvericiliyin imperativ tələblərinin pozulması ilə bağlanması səbəbindən ləğv edilməli olması qərara alınmış və Cavabdeh1 ASC tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməklə ləğv edilmişdir. Məhkəmədə qaldırdığı əsasız iddianın müvəqqəti təminat tədbiri kimi həmin ərazidən əhəng daşı tullantılarının maneəsiz daşınmasına, əslində isə alanmasına nail olan İddiaçı MMC, bununla kifayətlənmədən daha bir müvəqqəti təminat tədbirinin- Cavabdeh1 ASC-nin mülkiyyətində olan əhəng daşı tullantılarının Cavabdeh1 ASC-nin özü tərəfindən də daşınmasını qadağan edən qərardad - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının çıxarılmasına nail olmuşdu. Həmin qərardaddan tərəfimizdən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ləğv edilmiş, Viləş-A.A.” MMC-nin MTT tətbiqi barədə ərizəsi təmin edilməmişdir. Yəni, xx.xx.2025ci il tarixdən əhəng daşı tullantılarının Cavabdeh1 ASC-nin özü tərəfindən daşınmasının qadağan olunmasının əsassız və qanunsuz olması halı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci tarixli qərardadı ilə müəyyən edilmişdir və bu səbəbdən Cavabdeh1 ASC-yə münasibətdə tətbiq edilən əsassız qadağa müddətinə, yəni, xx.xx.2025-ci il tarixdən hazırkı tarixə kimi Vulkan” ASC-yə vurulan ziyanın əvəzini tələb etmək hüququ yaranmışdır. Nəzərə alsaq ki, 4.04.2025-ci il tarixli barışıq razılaşması ləğv olunduğundan İddiaçı MMC hazırda həmin razılaşmaya istinadən əhəng daşı tullantılarına hər hansı hüququnun olduğuna istinad edə bilməz. Qeyd etmək lazımdır ki, Bakı Kommersiya Məhkəməsinin ləğv olunmuş 1.08.2025-ci il tarixli qərardadının qüvvədə olduğu müddətdə Cavabdeh1 ASC-yə tətbiq olunan qadağa nəticəsində hər gün ən azı 1400 manat ziyan vurulmuşdur. Belə ki, "xxxx" MMC-nin iddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC və "xxxx" ASC arasında imzalanmış 3 noyabr 2008-ci il tarixli “Əhəngdaşı tozunun alqı-satqı müqaviləsi”ndə əhəngdaşı tozunun hər tonu üçün satış qiyməti 70 (yetmiş) qəpik müəyyən dilmişdir. İddiaçı MMC tərəfindən hər gün "xxxx" ASC-yə məxsus sahədən fasiləsiz olaraq 2000 (iki min) ton əhəngdaşı tullantısı daşınır ki, bu da hər gün üçün 1400 20000 x 0.70=1400) manat təşkil edir. Bazar qiymətinin tələb və təklif arasında təşəkkül apan qiymət olduğunu nəzərə alsaq, əhəngdaşı tullantılarının 1 tonunun bazar qiyməti ən azı 70 qəpikdir. Qadağanın tətbiq olunduğu xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək (xx.xx.2025-ci il tarixədək) olan müddət 37 gün təşkil edir (xx.xx.2025xx.xx.2025=37 gün). Belə olan halda 37 günlük müddət üçün Cavabdeh1 ASC-yə vurulmuş ziyan məbləği 51 800 (əlli bir min səkkiz yüz) manatdır. Yuxarıda qeyd etmiş olduğum hallar qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir. Nəzərə alınmaldır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Qeyd edim ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X6 X3 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya arşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə2005-ci il 11 anvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə maksimum formada ədalətli mövqeyi qanuni əsaslarla ortaya qoymağı məqsədə müvafiq hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtləri pozmaqla qanussuz və əsassız bir qətnamə qəbul etmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

36. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

37. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 ASC nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclaslarında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

39. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

40. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

44. Maddə 99.3. Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır.

45. Maddə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək.

46. Maddə 107.2. Bu Məcəllə ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz.

47. Maddə 107.4. Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər.

48. Maddə 107-2.1. Səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

49. Maddə 107-3.5. Səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm — bir səsdir" prinsipi əsasında həyata keçirilir.

50. Maddə 107-5.1. Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir.

51. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

52. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

53. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

54. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

55. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

56. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

57. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

58. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

59. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

60. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

61. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

62. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

63. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

64. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

65. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

66. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

69. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

74. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

75. Maddə 164.1. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.

76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

77. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

78. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

80. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı mübahisə üzrə apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissəsi, o cümlədən ilkin iddianın qismən baxılmamış saxlanılması barədə qərardad apellyasiya baxışının predmeti deyildir.

Məhkəmə kollegiyasının mövqeyi

81. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).

82. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

83. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

84. İşin müəyyən olunan və mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında mövcud olmuş uzunmüddətli məhkəmə mübahisələri xx.xx.2025-ci il tarixdə onların barışıq razılaşması bağlamaları ilə yekunlaşmış (§ 14), bu müqavilənin (razılaşmanın) bağlanmasına Cavabdeh1 ASC-nin əsas səhmlərinin nəzarət paketinin mülkiyyətçisi olan Muxtar Nağıyev razılıq vermiş (§ 15), həmin razılaşma üzrə öhdəliklərin icrası həyata keçirilməyə başlanmış, lakin sonradan Cavabdeh1 ASC sözügedən müqaviləni Mülki Məcəllənin 99.3-cü maddəsinə istinadla birtərəfli qaydada ləğv etmişdir.

85. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 99.3-cü maddəsi (§ 44) açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdlərin xüsusi əhəmiyyətli əqd hesab olunduğunu və belə əqdin bağlanılması barədə qərarın səhmdarların ümumi yığıncağında qəbul edilməli olduğunu təsbit edir; xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının (müqavilənin) isə Cavabdeh1 ASC-nin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləği əhatə etdiyi barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

86. Digər tərəfdən kollegiyanın qənaətinə görə, Mülki Məcəllənin 99.3-cü maddəsi sadəcə onun hərfi mənası baxımından deyil, qorunması hədəflənən mənafelər baxımından nəzərdən keçirilməli, ümumi yığıncaq qərarı olmadan bağlanan “xüsusi əhəmiyyətli əqd”in etibarlılığı məsələsi, bu əqdin səhmdarların əksəriyyətinin mənafeyinə uyğun olub-olmadığı kontekstində qiymətləndirilməlidir.

87. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qənaətinə görə, səhmlər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri üçün “mülkiyyət” hesab olunur. Səhm təsdiqləyir ki, onun sahibi müəssisənin nizamnamə kapitalındakı payının mülkiyyətçisi olaraq müvafiq hüquqlara malikdir. Bu yalnız aktivlər üzərində dolayı nəzarət hüququ deyil, həmçinin səsvermə və müəssisənin fəaliyyətinə təsir göstərmək hüququdur (X8 OOD və digərləri Bolqarıstana qarşı iş üzrə 20 sentyabr 2011-ci il tarixli Qərarı, § 77 və X2rşı iş üzrə 25 iyul 2002ci il tarixli Qərarı, § 92).

88. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...Səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi “bir səsli səhm – bir səsdir” (Mülki Məcəllənin 107-3.5-ci maddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir. Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqi şəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır. Digər tərəfdən əgər azlığın hüquqlarının müdafiəsi məqsədilə səhmdar cəmiyyətlərinin idarə olunmasında yekdillik prinsipi tanınarsa və hər bir səhmdara veto səlahiyyəti verilərsə, bu, əksəriyyəti təmsil edən səhm sahiblərinin öz səhmlərinin hüquqi müqəddəratını müəyyən edə bilməyəcəyindən onların hüquqlarının daha böyük həcmdə pozulmasına səbəb olar. Beləliklə, səhmdar cəmiyyətində sərmayənin azını təmsil edən və səhmdar cəmiyyətinin hüquqi-təşkilati formasının dəyişməsini istəməyənlərlə eyni səhmdar cəmiyyətində sərmayənin əksəriyyətini təmsil edən və bunun dəyişməsini istəyənlər qarşı-qarşıya gəldikdə, sərmayənin əksəriyyətini təmsil edənlərin iradəsinin üstün tutulması tarazlılıq prinsipi baxımından daha ədalətli və məqsədəuyğundur.” (Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).

89. Bu mənada qeyd olunmalıdır ki, xx.xx.2025-ci il tarixli barışıq razılaşması hətta “xüsusi əhəmiyyətli əqd” olmuş olsaydı belə, onun bağlanması zamanı Mülki Məcəllənin 99.3-cü maddəsinin pozulmuş olduğu nəticəsinə gəlmək həmin normanın məqsədinə uyğun gəlməzdi; çünkü sözügedən razılaşmanın (əqdin) bağlanmasına Cavabdeh1 ASC-nin əsas səhmlərinin nəzarət paketinin mülkiyyətçisi olan Muxtar Nağıyev razılıq vermişdir və bu razılığın bilavasitə onun iradəsi əsasında qərar qəbul edə biləcək ümumi yığıncağın qərarı formasında rəsmiləşdirilməməsi məsələnin mahiyyətini dəyişə bilməz.

90. Hətta xx.xx.2025-ci il tarixli barışıq razılaşmasının bağlanması prosesində Mülki Məcəllənin 99.3-cü maddəsinin pozulması halı olsa belə, səhmlərin mütləq əksəriyyətinin mülkiyyətçisi Muxtar Nağıyevin bu razılaşmaya tərəfdar olduğu, digər səhmdarların isə öz səsli səhmlərinin sayı etibarilə qərara təsir etmək imkanlarının olmadığı nəzərə alındığında, həmin pozuntu əhəmiyyətli sayılmamalıdır.

91. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Həmin norma ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü təsbit edir.

92. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, “Müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir”.

93. Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyi əsas götürən kollegiya hesab edir ki, xx.xx.2025-ci il tarixli müqavilənin (barışıq razılaşmasının) şərtlərinin "xxxx" MMC tərəfindən əhəmiyyətli dərəcədə pozulduğu müəyyən edilmədiyindən, həmin müqavilənin Cavabdeh1 ASC tərəfindən məhkəmədənkənar qaydada birtərəfli olaraq ləğvi bu baxımdan da əsassız olmuşdur.

94. Qarşılıqlı iddia tələbinə münasibətdə kollegiya qeyd edir ki, həmin tələbin təmin olunması üçün əsas ümumiyyətlə mövcud olmamışdır.

95. Belə ki, qarşılıqlı iddiaçının istinad etdiyi prosessual hüquq norması (§ 75), müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnun yaranmasını “işi mahiyyəti üzrə həll edən məhkəmə aktının qüvvəyə minməsi” ilə şərtləndirmişdir; Bakı Kommersiya Məhkəməsinin 11 avqust 2025-ci il tarixli qərardadının əlaqəli olduğu hazırkı iş üzrə çıxarılan qətnamə isə qanuni qüvvəyə minməmişdir.

96. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

97. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

98. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5989/2025 saylı iş üzrə 28 noyabr 2025-ci il tarixli əsas qətnaməsi mübahisələndirilən hissədə, həmçinin 10 dekabr 2025-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh1 ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar