Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-109/2026 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbayan Respublikası Audiovizual Şurası və "xxxx" MMC olmaqla) “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3947/2025 nömrəli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işin məhkəmə baxışından çıxarılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazisində yayımın distribütorluq hüquqları İddiaçı MMC-yə məxsus olan lisenziyalı idman yarışlarının yayım hüquqları cavabdeh tərəfindən qanunsuz yayımlanması nəticəsində vurulmuş 30000 (otuz min) manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində Cavabdeh MMC-dən tutulmasına, həmçinin pozulmuş hüquqların bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən “Tvin TV” xidməti vasitəsilə Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X3” yarışlarının (oyunlarının) 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək 11 ay müddətinə qanunsuz yayımlanması nəticəsində İddiaçı MMC-yə vurulmuş 165000 manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 455 manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcmini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus “Tvin TV” xidməti vasitəsilə Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X3” yarışlarının (oyunlarının) 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək 11 ay müddətinə qanunsuz yayımlanması nəticəsində İddiaçı MMC-yə vurulmuş 165000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 455 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə və Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ İddiaçı MMC-yə məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X2 Liqası” , “X5”, İspaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X3” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanmasına dair hərəkətlərin Cavabdeh MMC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əməlində Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan Sübutları saxtalaşdırma cinayətinin əlamətlərinin olmasına dair əsaslı şübhələrin mövcudluğu ilə əlaqədar bu barədə xüsusi qərardad çıxarmaqla iş materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3947/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi və öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3947/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 165000 manat məbləğində pul, 455 manat dövlət rüsumu, ümumilikdə 165455 (bir yüz altmış beş min dörd yüz əlli beş) manat məbləğində pulun tutularaq tutularaq İddiaçı MMC-yə ödənilməsi, Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ İddiaçı MMC-yə məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X2 Liqası” , “X5”, İspaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X3” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanmasının Cavabdeh MMC-yə qadağan edilməsi, İddiaçı MMC tərəfindən verilmiş Cavabdeh barəsində “xüsusi qərardad çıxarılması barədə” vəsatətin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Qeyd olunmalıdır ki, əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə (vəsatət) verərək qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməyi xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni (vəsatəti) tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd, yaxud müddətin buraxılmamış hesab edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə müddətin bərpası haqqında üçüncü şəxsin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizəni bu qaydada müzakirə etməli olduğu halda bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqlarının olmasını nəzərə almadan şikayəti apellyasiya instansiyasına göndərmişdir. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin müddətin bərpası haqqında ərizəsinə baxılması məqsədilə iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3947/2025 nömrəli qətnaməsindən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(3-6)-109/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-109/2026
21.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver