Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-267/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), X1 və X7 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin Halları
1. . Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 2.59 hektar torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir.
2. Iş materiallarında olan iddiaçı ilə X3 arasında imzalanmış ##.##.2024-cü il tarixli, ** nömrəli müqaviləyə əsasən Ə.Ismayılov ona DTXK Tərtər rayonu şöbəsi tərəfindən mülkiyyətinə verilmiş Dövlət aktı RX******* nömrəli torpaq sahəsini hər hektarına 500 AZN icarə haqqı olmaq şərti ilə 2.59 hektar torpaq sahəsini 11 ay müddətinə müvəqqəti istifadə üçün verir. Qapanlı kənd sakini İddiaçı 2.59 hektar sahəsini hər hektarına 500 manat icarə haqqı ödəmək şərti ilə 11 ay müddətinə müvəqqəti istifadə üçün alır.
3. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bərdə Ərazi Idarəsinin Torpaq sahəsinin planı və ölçüsü haqqında AN ****** nömrəli, ##.##.2023-cü il tarixli torpaq sahəsinin planına əsasən ünvan 1 ünvanında yerləşən 1.79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir.
4. Iş materiallarında olan iddiaçı ilə X5 arasında imzalanmış ##.##.2024-cü il tarixli, ** nömrəli müqaviləyə əsasən T.Ibrahimov ona DTXK Tərtər rayonu şöbəsi tərəfindən mülkiyyətinə verilmiş Dövlət aktı ****/******* nömrəli torpaq sahəsini hər hektarına 500 AZN icarə haqqı olmaq şərti ilə 1.79 hektar torpaq sahəsini 11 ay müddətinə müvəqqəti istifadə üçün verir. Yuxarı Qapanlı kənd sakini İddiaçı 1.79 hektar sahəsini hər hektarına 500 manat icarə haqqı ödəmək şərti ilə 11 ay müddətinə müvəqqəti istifadə üçün alır.
5. . Iddiaçı tərəfindən ünvanlanmış ##.##.2024-cü il tarixli, * saylı sifariş ərizəsindən görünür ki, iddiaçı sığorta hadisəsi nəticəsində aqrar sığortanın predmeti olan xampambığın risklərdən qorunması məqsədi ilə sığorta haqqı ödənilməklə sığorta müqaviləsinin bağlanılmasında köməklik göstərilməsini xahiş etmişdir.
6. Iddiaçı ilə cavabdeh arasında bağlanmış X10 və Bitkiçilik Məhsullarının Sığortası üzrə BS-**********-MS nömrəli sığorta şəhadətnaməsinə əsasən ünvan 1 ərazisində yerləşən bu müqavilənin * nömrəli əlavəsində göstərilən bitkilər və bitkiçilik məhsulları ##.##.2024-cü il saat 23:59-dan ##.##.2024-cü il saat 23:59-dək azadolma 10%, sığorta məbləği 16960 manat olmaqla sığortalanmışdır.
7. . Cavabdeh X10 və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspert Məmmədli Bəxdiyarın ##.##.2024-cü il tarixli yekun ekspert rəyində qeyd olunmuşdur: “Ərazidə bitkilər yetişmə fazasındadır. Ekspertiza nəticəsində müəyyən edildi ki, ərazidə yağan aramsız yağışlar nəticəsində temperatur dəyişikliyi baş vermişdir və bu səbəbdən bitkilərdə generativ orqanlarda (daraq, xırda qozalar) fizioloji olaraq tökülmə müşahidə edildi və tökülən orqanların şəkilləri çəkildi. Ərazidə baş verən leysan yağışlar nəticəsində sahədə dərmanlama aparılmamışdır və bu səbəbdən pambıqda generativ orqan zərərvericisi sayılan pambıq sovkasının (Helicoverpa Armigera) zədələri müşahidə edildi. Ərazidə yağan aramsız yağışların nəticəsində yaranan generativ orqan tökülməsi (daraq, xırda qoza) və pambıq sovkasının zərəri nəticəsində ərazidə məhsuldarlıq azalması müşahidə ediləcək. Lakin pambıq bitkisində generativ orqan (daraq, xırda qoza) tökülməsi təminat daxili zərər olmadığı və sığortalının zərərvericilərdən təminat paketi olmadığını nəzərə alsaq ərazidə təminat daxili zərər müşahidə edilmir”.
8. Cavabdeh X10 və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspert Məmmədli Bəxdiyarın ##.##.2024-cü il tarixli yekun ekspert rəyində qeyd olunmuşdur: “##.##.2024-cü il tarixdə sığortalı İddiaçı ilə görüşüb daha əvvəl leysan zərərindən ilkin ekspertiza aparılmış BS-2024021997-MS müqavilə nömrəli 5.30 ha pambıq sahəsinə gedildi və yekun ekspertiza aparıldı. 5.30 ha ərazi 2.50 ha və 2.80 ha olmaqla 2 parseldən ibarətdir. Ərazilərdə bitkilər qozaların açılması fazasındadır. 5.30 ha ərazidə pambıq zərərvericisipambıq sovkasının zərəri yaşanmışdır (generativ orqanların zədələnərək tökülməsinə səbəb olmuşdur) və nəticədə məhsuldarlıq aşağı düşmüşdür. Ərazidən generativ orqan tökülmələri müşahidə edilir. Sığortalının zərərvericilərdən təminat paketi olmadığını nəzərə alsaq, ərazidə təminat daxili heç bir hal müşahidə edilmir”
9. Cavabdeh X10 və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspert Fəqan Mansurovun ##.##.2024-cü il tarixli ekspert rəyinə əsasən ##.##.2024-cü il tarixində BS2024021997-MS müqavilə sahibi İddiaçı əraziyə baxış keçirmiş, ərazini tam olaraq gəzmiş, xəritə şəkili və müxtəlif hissələrdən nümunələr götürülmüş, baxış keçirilən ərazidə pambıq bitkisinin yetişmə inkişaf fazasında olduğu müşahidə edilmiş, ərazi tam olaraq gəzilmiş və üç metr məsafədə olan bitkilər sayılaraq zərər müəyyən edildi. Yağan leysan xarakterli yağışlardan sonra ərazidə yaranan nəmlik səbəbindən qozalarda qaralma və yığım dövründə havaların soyuq olması nəticəsində qozalarda açılmaların gecikməsi kimi halları müşahidə olunduğu qeyd olunur. Sahədə təminat daxilində zərər 45,78 faiz təşkil edir
10. Iş materiallarında olan LR-**** nömrəli ilkin məlumat vərəqəsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsində bitkiçilik məhsullarına leysanla bağlı dəymiş ziyana dair sığorta hadisəsi ilə bağlı ##.##.2024-cü il tarixdə məlumat verilmişdir.
11. Iş materiallarında olan LR-**** nömrəli ilkin məlumat vərəqəsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsində bitkiçilik məhsullarına leysanla bağlı dəymiş ziyana dair sığorta hadisəsi ilə bağlı ##.##.2024-cü il tarixdə məlumat verilmişdir.
12. “xxxx” MMC-nin X11 rəhbəri tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş ##.##.2025-ci il tarixli, REF/***/** nömrəli arayışa əsasən 2024-cü il üçün “xxxx” MMC-nin (indiki xxxx MMC) Tərtər filialı ilə 5.3 hektar sahəyə ##.##.2024-cü il tarixli ******** saylı Xam pambığın alqı satqısına dair müqavilə bağlayıb. Kondisiya çəkidə 10018 xam pambıq təhvil verilmiş, məhsuldarlıq 18.9 sentner olmuşdur.
13. Iş materiallarında olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## #### 2025-ci il tarixli, **-*/*-Q-**-****/**** saylı sığorta hadisəsinin tənzimlənməsi haqqında məktubda qeyd edilmişdir: “Müstəqil ekspert tərəfindən həyata keçirilmiş ekspertiza zamanı sahədə mövcud olan məhsuldarlıqla Aqrar Kredit və Inkişaf Agentliyi (AKIA) tərəfindən təqdim edilmiş məhsuldarlıq göstəriciləri arasında fərq müşahidə olunmuşdur. Belə ki, müstəqil ekspertin təqdim etdiyi ortalama məhsuldarlıq 13,86 s/ha, AKIA-nın təqdim etdiyi ortalama məhsuldarlıq isə 18,9 s/ha təşkil etmişdir. Yuxarıda göstərilənlərə əsasən, X10 və bitkiçilik məhsullarının sığortası üzrə BS**********-MS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış pambıq sahəsinə dəyən zərərin əvəzinin müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləğinə uyğun olaraq Fond tərəfindən ödənilməsi mümkün deyildir. AKIA tərəfindən təqdim edilmiş ortalama məhsuldarlığa uyğun olaraq sığorta ödənişinin verilməsi üçün isə tərəfinizdən Fonda rəsmi müraciət ünvanlanmalıdır”
Birinci instansiya məhkəməsindəki icraat
14. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 9413 ( doqquz min dörd yüz on üç ) manat və 114.13 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Tərtər rayonunda yaşayır və kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. ##.##.2024-cü ildə “xxxx” MMC-nin “MKT-Tərtər” filialı ilə icarəsində olan Tərtər rayonu Qaynaq kəndində yerləşən 2,59 ha və Yuxarı Qapanlı kəndində 1,75 ha və 1,0 ha olmaqla, cəmi 5,34 ha torpaq sahəsində xam pambığın istehsalı barədə müqavilə bağlamışlar. Hazırki iş üzrə cavabdeh “xxxx” ASC ilə ##.##.2024-cü il tarixdə “X10 və bitkiçilik məhsullarının ”sığorta müqaviləsini bağladıq. Bunun üçün sığorta Şirkətinə sığorta ödənişini etmişdir. Iddiaçı müqavilə şərtlərini yerinə yetirərək həmin 5,34 ha torpaq sahəsinə pambıq bitkisini əkib becərməyə başlamış, məhsulun yığılmasına az qalmış leysan yağışları nəticəsində məhsul zay olmuşdur. Iddiaçı bununla əlaqədar X4 müraciət etmiş və Fondun əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, leysan xarakterli yağışlardan sonra, 45,78 faiz zərər dəymişdir. Sığorta Şirkəti iddiaçı ilə müqavilə bağlayarkən hər hektardan 41 sentnerə qədər dəymiş ziyanı ödəyəcəyini öhdəsinə götürmüşdür. Ancaq dəymiş zərərin ödənilməsi ilə bağlı iddiaçı dəfələrlə cavabdeh Təşkilatla əlaqə saxladığına baxmayaraq, bu günədək sığorta ödənişi ödənilməmişdir. Leysan yağması nəticəsində məhsuldarlıq xeyli aşağı olmuşdur. Hər hektardan 55 sentner əvəzinə 18,8 sentner pambıq təhvil vermişdir. Ümumilikdə dəymiş zərər 9.413 manat təşkil edir. 3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh “xxxx” ASC əsl cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) ilə əvəz edilmişdir. 4. Cavabdeh ##.##.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, ölkəmizdə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il ## #### tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) qəbul edilmiş və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il ## #### tarixli ****-VQ nömrəli Qanununun tətbiqi və Cavabdeh yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli *** nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Fond təsis edilmişdir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən X10 və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## ###### tarixli *** nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. Bildiririk ki, sığortalı İddiaçı ilə Fondun adından “xxxx” ASC (bundan sonra – Cəmiyyət) ilə BS-**********-MS nömrəli sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sığortalanmış 5,3 hektar pambıq sahəsinə ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, leysan, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Fondun “1651” Çağrı Mərkəzinə sığortalı İddiaçı tərəfindən ünvan 1 ərazisində yerləşən pambıq sahəsinə ##.##.2024- ##.##.2024-cü il tarixlərdə leysan nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 30 oktyabr tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən ##.##.2024-cü il tarixdə aparılan ilkin ekspertiza zamanı bitkilərin yetişmə fazasında olduğu, ərazidə yağan aramsız yağışlar nəticəsində temperatur dəyişikliyinin baş verdiyi və bu səbəbdən bitkilərin generativ orqanlarında (daraq, xırda qozalar) fizioloji olaraq tökülmələrin olduğu müşahidə edilmişdir. Ərazidə baş verən leysan yağışlar nəticəsində sahədə dərmanlanma işlərinin aparılmadığı və buna görə də pambıqda generativ orqan zərərvericisi sayılan pambıq sovkasının (Helicoverpa Armigera) zədələri görülmüşdür. Həmçinin aramsız yağan yağışlar nəticəsində yaranan generativ orqan tökülməsi (daraq, xırda qoza) və pambıq sovkasının zərəri nəticəsində ərazidə məhsuldarlıq azalmasının müşahidə ediləcəyi müəyyən edilmişdir. Lakin pambıq bitkisində generativ orqan (daraq, xırda qoza) tökülməsi nəticəsində təminatdaxili zərər olmadığı və sığorta müqaviləsində zərərvericilərin vurduğu zərərlərə görə təminat verilmədiyini nəzərə alaraq, ərazidə təminatdaxili zərər halı müşahidə edilməmişdir. Müstəqil ekspert tərəfindən ##.##.2024-cü il tarixdə aparılan yekun ekspertiza zamanı 5,3 hektar ərazidə pambıq zərərvericisipambıq sovkası zərərinin aşkar edildiyi və nəticədə məhsuldarlığın aşağı düşdüyü məlum olmuşdur. Ərazidə generativ tökülmələr müşahidə edilmiş və təminatdaxili heç bir hal qeyd olunmamışdır. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmçinin Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Eyni zamanda sığortalıya təqdim edilmiş BS-**********-MS nömrəli sığorta müqaviləsinin “sığorta riskləri” bölməsindən də göründüyü kimi Fond tərəfindən pambıq zərərvericisi-pambıq sovkası zərəri ilə bağlı hər hansı riskə təminat verilməmişdir. Qeyd edilənlərə əsasən sığortalı ilə bağlanılmış sığorta müqaviləsi üzrə sığortalanmış pambıq sahəsinə sığorta təminatı verilən risklər üzrə zərər dəymədiyindən və qanunvericiliyə əsasən sığorta ödənişi sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində zərər dəydikdə ödənilən maliyyə kompensasiyası olduğundan Fond tərəfindən sığorta hadisəsi mövcud olmadığı əsası ilə sığorta ödənişinin verilməsindən imtina barədə 2025-ci il ## #### tarixli **-*/*-Q-**-***/**** nömrəli Qərar qəbul edilmişdir.
17. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib dair yazılı etirazlarının məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən iki dəfə (2024-cü ilin yayında və payızında) sığorta hadisəsinin baş verməsi ilə bağlı müraciət daxil olmuşdur. Birinci halda sığorta hadisəsinin baş vermədiyi müəyyən edilmiş, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Ikinci halda isə sığorta hadisəsinin baş verməsi öz təsdiqini tapmış, lakin müstəqil ekspert tərəfindən həyata keçirilmiş ekspertiza zamanı sahədə mövcud olan məhsuldarlıqla Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən təqdim edilmiş məhsuldarlıq göstəriciləri arasında fərq müşahidə olunmuşdur. Belə ki, müstəqil ekspertin təqdim etdiyi ortalama məhsuldarlıq 13,86 s/ha, AKIA-nın təqdim etdiyi ortalama məhsuldarlıq isə 18,9 s/ha təşkil etmişdir. Bu səbəbdən X10 və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-MS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış pambıq sahəsinə dəyən zərərin əvəzinin müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləğinə uyğun olaraq Fond tərəfindən ödənilməsi mümkün deyildir. AKIA tərəfindən təqdim edilmiş ortalama məhsuldarlığa uyğun olaraq sığorta ödənişinin verilməsi üçün isə iddiaçı tərəfindən Fonda rəsmi müraciət ünvanlanmalıdır. Belə müraciət olduğu təqdirdə AKIA tərəfindən təqdim edilmiş ortalama məhsuldarlığa uyğun olaraq sığorta ödənişi veriləcəkdi.
19. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X6 öz izahatında göstərdi ki, sahəyə getdiyi dövrdə leysan hadisəsi baş vermişdir. Iddiaçıdan müraciət avqust ayında daxil olmuşdur. Sahədə leysan hadisəsinə dair zərər olmayıb. Zərərin faizini hesablamamışlar, çünki pambıq qozaları açılmamış formada idi. Halbuki, açılmalı idi. Bu iş üzrə ilk və yekun rəy tərtib olunmuşdur. Ikinci dəfə sahəyə oktyabr ayında Cavabdeh qaydalarına əsasən yenidən baxış keçirmişdir. Oktyabr ayında açılmış, açılmamış və açılmaqda olan pambıq qozaları olmuşdur. Zərəri hesablamamışlar, çünki sığorta hadisəsi baş verməmişdir. Bütün sahəyə baxış keçirmiş, pambıq sovkası düzgün aqrotexniki qulluq edilmədiyi üçün pambığa düşmüş, yağıntı olduğu üçün zərərvercililər yaranmışdı. Pambıq sovkası olmasa idi də, zərər hesablanmayacaqdı, çünki yağıntı ilə bağlı zərər yox idi. 2024cü ilin oktyabr ayında baxış zamanı müəyyən etmişdir ki, məhsul qozalarının bəzisi açılıb, bəzisi açılmayıbdır, bəzisi yarıaçılıbdır. Sovka yox idi. 2024-cü ilin oktyabr ayında baxış zamanı zərər hesablanmayıb, çünki sığorta hadisəsi olmamışdır.
20. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X2 öz izahatında göstərdi ki, ## ###### 2024-cü il tarixdə sahədə olmuş və 01 ədəd yekun hesabat tərtib etmişdir. Bütün sahəyə baxış keçirmişdir. 2 sahədir, sahədə açılmış və yarımaçılmış qozalar var idi. Yağıntılar yağmışdı. Açılmaq ehtimalında olan pambıq qozalarının potensial məhsuldarlığını hesablamışdır. Əkin gec aparılıb, dərmanlama düzgün aparılmayıb, hava şəraiti yaxşı olmayıb deyə məhsuldarlıq aşağı olub, pambıqlar artıq tam açılmış olmalı idi, lakin tam açılmamışdı, məhsulun yetişməsi gecikirdi. Pambıq bir qayda olaraq apreldə əkilir, 20 noyabra qədər yığılır. Zərər faizini hesablayıb təqdim etmişdir. Hər cərgəyə baxış keçirilib, rəy yazılmışdır.
21. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1121,73 manat məbləğində pul, 31,22 manat dövlət rüsumu, ümumilikdə 1152,95 (bir min bir yüz əlli iki manat doxsan beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi,iddia ərizəsi verilərkən ödənilmiş 82,91 (səksən iki manat doxsan bir qəpik) manat dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.
22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsaslı olmuşdur.Tərəflər arasında bağlanmış müqavilədə bitki xəstəlikləri və zərərvericilər aqrar sığorta predmetləri üzrə risklər sırasına daxil edilməmişdir. 2024-cü ilin 19-28 noyabr tarixlərində sığorta hadisəsinin baş verməsi sübut olunur. Ona görə də, iddiaçı cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. 58. Yuxarıda göstərilən maddi hüquq normalarına görə sığorta hadisəsi baş verməsi səbəbindən cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. 59. Aqrar Kredit və Inkişaf Agentliyi tərəfindən cavabdehə verilmiş ##.##.2025-ci il tarixli məlumatdan görünür ki, iddiaçıya məxsus sahənin 2024-cü il üzrə ortalama məhsuldarlığı 18,9 s/ha təşkil etmişdir. 60. Materiallardan görünür ki, yekun zərər faizi 26,05 faiz ((25,56 s/ha – 18,9 s/ha)/25,56 s/ha)) * 100) təşkil edir. 61. Real məhsuldarlığa əsasən hesablanan yeni sığorta məbləği - 10837,44 manat (5,3 ha * 25,56 s/ha * 80 manat), maddi ziyanın məbləği isə 2817,73 manat (10837,44 manat * 26,05 %) təşkil edir. 62. Beləliklə, ödənilməli olan sığorta ödənişinin məbləği 1121,73 manatdır (2817,73 manat – 1696 manat azadolma məbləği; azadolma məbləği isə – 16960 manat * 10 faiz / 100).
23. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, , cavabdeh təşkilatla cəmi 5,34 ha torpaq sahəsində xam pambığın istehsalı barədə müqavilə bağlamışıq bundan sonra, pambıq bitkisini əkib becərməyə başlamış, məhsulun yığılmasına az qalmış leysan yağışları nəticəsində məhsul zay olmuşdur. Bununla əlaqədar X4 müraciət etmiş və Fondun əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, leysan xarakterli yağışlardan sonra, 45,78 faiz zərər dəymişdir. Sığorta Şirkəti iddiaçı ilə müqavilə bağlayarkən hər hektardan 41 sentnerə qədər dəymiş ziyanı ödəyəcəyini öhdəsinə götürmüşdür. Ancaq dəymiş zərərin ödənilməsi ilə bağlı iddiaçı dəfələrlə cavabdeh Təşkilatla əlaqə saxladığına baxmayaraq, bu günədək sığorta ödənişi ödənilməmişdir. Leysan yağması nəticəsində məhsuldarlıq xeyli aşağı olmuşdur. Hər hektardan 55 sentner əvəzinə 18,8 sentner pambıq təhvil vermişdir. Ümumilikdə dəymiş zərərin məbləği 9.413 manat təşkil edir. Sadalananlara əsasən hesab edirəm ki, apelyasiya şikayətim təmin edilməli və 9.413 manat zərərə düşməyim sığorta hadisəsi hesab edilməli və mənə dəymiş zərər tam şəkildə cavabdeh təşkilat tərəfindən ödənilməlidir
25. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
28. Iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş,ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
29. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
30. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
31. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
32. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
33. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır . “Aqrar Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun:
34. 1.1.1-ci maddəsinə əsasən aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
35. 4.1.1-ci maddəsinə əsasən X10 və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla) aqrar sığortanın predmeti sayılır.
36. 16.1-ci maddəsinə əsasən aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı Idarəedici quruma müraciət edir və Idarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir.
37. 17.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın
38. 1.5.1-ci bəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.
39. 1.5.3-cü bəndinə əsasən sığorta təminatı verilməmiş və (və ya) istisna edilmiş risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi hesab edilmir.
40. 1.20.8-ci bəndinə əsasən bu Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra Fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə sığortalıya “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.
41. 1.14.11-ci bəndinə əsasən X10 və bitkiçilik məhsullarının sığortası üzrə sığortalanmış predmetlərə dair aqrotexniki, bioloji, kimyəvi və bitkinin yetişdirilməsi, mühafizəsi ilə bağlı tədbirləri vaxtında həyata keçirmək sığortalının vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
46. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilməyən edilən hissəsində yoxlanılır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən iddiaçıya məxsus pambıq sahəsi ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək sığortalanmışdır.
49. Iddiaçı tərəfindən 2024-cü ilin iyul ayında baş vermiş leysan yağışlarla bağlı sığorta hadisəsinin baş verdiyi bildirilsə də, iş üzrə mütəxəssis tərəfindən verilmiş rəylərlə müəyyən edilmişdir ki, sahədə müşahidə olunan zərər leysan yağışların birbaşa təsirindən deyil, temperatur dəyişiklikləri nəticəsində baş verən fizioloji tökülmə və zərərvericilərin (pambıq sovkası) təsiri ilə əlaqədar olmuşdur. Həmçinin iddiaçının öz izahatı ilə də təsdiq olunur ki, o, yağıntılar səbəbindən aqrotexniki tədbirləri, o cümlədən dərmanlamanı vaxtında həyata keçirə bilməmişdir.
50. Nəzərə alınmalıdır ki, sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq fizioloji proseslər nəticəsində yaranan itkilər, eləcə də zərərvericilərin vurduğu zərərlər (əlavə təminat paketi nəzərdə tutulmadıqda) sığorta təminatına daxil deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iyul ayında baş verdiyi iddia olunan hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz və cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi əsaslı olmuşdur.
51. Bununla yanaşı, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 2024-cü ilin noyabr ayında baş vermiş leysan yağışlarla bağlı ikinci dəfə sığorta hadisəsi barədə müraciət edilmişdir. Bu hadisə üzrə aparılmış baxış zamanı mütəxəssis tərəfindən leysan xarakterli yağışların təsiri nəticəsində pambıq sahəsində rütubətin artması, qozalarda qaralma və açılmanın gecikməsi kimi hallar müəyyən edilmiş, nəticədə sahədə 45,78 faiz həcmində zərərin mövcudluğu qeyd olunmuşdur. Məhkəmə iclasında mütəxəssis həmin rəyi təsdiq etmiş və zərərin məhz leysan yağışların təsiri ilə baş verdiyini bildirmişdir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini haqlı olaraq iddiaçıya məxsus sahənin 2024-cü il üzrə ortalama məhsuldarlığı 18,9 s/ha təşkil etdiyini, yekun zərər faizi 26,05 faiz ((25,56 s/ha – 18,9 s/ha)/25,56 s/ha)) * 100), real məhsuldarlığa əsasən hesablanan yeni sığorta məbləği - 10837,44 manat (5,3 ha * 25,56 s/ha * 80 manat), maddi ziyanın məbləği isə 2817,73 manat (10837,44 manat * 26,05 %) müəyyən etmişdir.
53. Beləliklə, ödənilməli olan sığorta ödənişinin məbləği 1121,73 manatdır (2817,73 manat – 1696 manat azadolma məbləği; azadolma məbləği isə – 16960 manat * 10 faiz / 100)
54. Qeyd edilənlərdən görünür ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.
55. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
56. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
57. Həmçinin iddianın mübahisələndirilən hissəsinin qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.