Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-325/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun və dəymiş ziyanın ödənilməsi, əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, öhdəliyin pozulması, icarə haqqı) Hakim sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (“Icarəyə verən”) ilə İddiaçı (“Icarəçi”) arasında bağlanmış ##.##.2006-cı il tarixli, *** nömrəli icarə müqaviləsinə əsasən X1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ümumi sahəsi 6000 m2 olan torpaq sahəsi hər mövsüm ili üçün 720 manat icarə haqqı ödənilməsi şərtilə 99 il müddətinə icarəyə verilmişdir.
2. İddiaçı (“Icarəyə verən”) ilə Cavabdeh (“Icarəçi”) arasında bağlanmış ##.##.2024-cü il tarixli, *** nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X1 yerləşən, ümumi sahəsi 6000 m2 olan qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ##.##.2025-ci il tarixədək icarəyə verilmişdir. Müqaviləyə əsasən bir illik icarə haqqı 40 000 manat müəyyən edilmiş və onun 2024-cü ilin may ayının 15-dən gec olmayaraq 10 000 manat, iyun ayının 15-dən gec olmayaraq 10 000 manat, iyul ayının 15-dən gec olmayaraq 10 000 manat və avqust ayının 15-dən gec olmayaraq 10 000 manat olmaqla ödənilməsi, habelə kommunal xərclərin icarəçi tərəfindən ödənilməsi razılaşdırılmışdır.
3. Tərəflərin imzaladıqları və ##.##.2024-cü il tarixli, *** nömrəli icarə müqaviləsinin ayrılmaz hissəsi olan akta əsasən adları siyahıda göstərilmiş müxtəlif əşya və avadanlıqlar, mal və materiallar İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir.
4. ##.##.2025-ci il tarixli mədaxil qəbzlərinə əsasən qaz sərfiyyatına görə 903,54 manat, elektrik enerjisi sərfiyyatına görə isə 1 156,46 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli icarə müqaviləsi üzrə 18 000 manat məbləğində icarə haqqı borcu, elektrik enerjisindən istifadəyə görə 1 062,39 manat, təbii qazdan istifadəyə görə 903 manat, dəymiş ziyanın əvəzi qismində 5 000 manat olmaqla cəmi 24 965,39 manat, həmçinin hüquqi yardıma görə ödənilmiş 570 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 165 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi və Bakı şəhəri, Binəqədi rayonu, X1 yerləşən, ümumi sahəsi 6000 m2 olan qeyri-yaşayış sahəsinin və təhvil-təslim aktındakı əşyaların cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq, öz öhdəliklərini icra etməmiş, müqavilə üzrə icarə haqqını və istifadə edilmiş kommunal xidmətlərin dəyərini ödəməmiş, həmçinin qeyri-yaşayış sahəsində özbaşına söküntü və digər işlər aparmış, müqavilə müddətinin bitməsinə baxmayaraq obyekti və əşyaları müqavilədə nəzərdə tutulmuş şərtlərlə təhvil verməkdən imtina etmişdir. Nəticədə, cavabdehin 18 000 manat icarə haqqı borcu, elektrik enerjisindən istifadəyə görə 1 062,39 manat və təbii qazdan istifadəyə görə 903 manat borcu yaranmışdır. Həmçinin, qeyri-yaşayış sahəsində söküntü işlərinin aparılması nəticəsində iddiaçıya 5 000 manat ziyan dəymişdir. Cavabdeh etiraz ərizəsində bildirmişdir ki, iddiaçı mübahisə predmeti olan qeyriyaşayış7. sahəsinin ona məxsus olmasını təsdiq edən sənədlər təqdim etməmiş və pretenziya qaydasına əməl etməmişdir. Pretenziyanın cavabdehə göndərilməsini təsdiq edən, eləcə də söküntü və ziyanla bağlı heç bir sübut təqdim olunmamışdır. Həmçinin, icarə müqaviləsi 1 il müddətinə bağlansa da, iddiaçı onu əvvəlcədən xəbərdar etmədən 2024-cü ilin oktyabrında obyektdən çıxarmış, obyekt isə avadanlıqları ilə birlikdə təhvil verilmiş və hazırda iddiaçının istifadəsindədir. Eyni zamanda cavabdeh obyektdən vaxtından əvvəl çıxarıldığı üçün iddiaçının 18 000 manat borcu könüllü olaraq tələb etmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 18 000 manat icarə haqqı borcu, elektrik enerjisindən istifadəyə görə 1 062,39 manat və təbii qazdan istifadəyə görə 903 manat olmaqla, cəmi 19 965,39 manat pul, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 149,90 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə cavabdehin iki ardıcıl dövr üzrə icarə haqqını tam ödəməməsi və icarə obyektini 2024-cü ilin oktyabr ayında iddiaçıya təhvil verməsi nəticəsində vaxtından əvvəl faktiki olaraq xitam verilmişdir. Cavabdehin havaların isti keçməməsini əsas gətirməsi müqavilədən imtina üçün əsas hesab edilməmişdir. Şahid ifadələri və digər sübutlarla obyektin açarlarının iddiaçı tərəfə verildiyi təsdiq olunmuşdur. Məhkəmə hesab etmişdir ki, müqavilənin ləğvi tərəflərin həmin vaxta qədər yaranmış öhdəliklərini aradan qaldırmadığından, iddiaçının 18 000 manat məbləğində ödənilməmiş icarə haqqını tələb etmək hüququ vardır və bu tələb əsaslıdır. Həmçinin, cavabdehin kommunal borcları etiraf etməsi və müqavilə üzrə bu öhdəliyin ona aid olması nəzərə alınaraq, elektrik enerjisinə görə 1 062,39 manat və təbii qaza görə 903 manatın iddiaçının xeyrinə tutulması əsaslı hesab edilmişdir. Dəymiş ziyana görə tələb edilən 5 000 manat isə iddiaçı tərəfindən ziyanın məzmunu və məbləği sübut edilmədiyindən təmin edilməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, qeyri-yaşayış sahəsi artıq faktiki olaraq iddiaçıya təhvil verilmiş və onun istifadəsində olduğundan, obyektin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı deyildir. Təhvil-təslim aktındakı əmlaklarla bağlı da onların çatışmazlığı və ya təhvil verilməməsi sübut olunmadığından həmin hissədə iddia təmin edilməmişdir.
10. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti etiraz ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin qeyri-yaşayış sahəsindən vaxtından əvvəl çıxarılmasına görə icarə haqqı üzrə qalıq 18 000 manat borcun iddiaçı tərəfindən tələb edilmədiyini təsdiq edəcək şahid məhkəmə tərəfindən dindirilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçının əsassız varlanmasına şərait yaratmış, halbuki həmin məbləğin tələb edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları və digər əhəmiyyətli halları tam və obyektiv araşdırmamış, MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ... Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır.
Maddə 690. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmunu 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. ... Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. ... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Maddə 704. Icarə müqaviləsinin ləğvi 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 704.2. Icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını tələb etsə də, mahiyyət etibarilə qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı cavabdeh tərəfindən mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış # ### 2024-cü il tarixli icarə müqaviləsinə əsasən cavabdeh qeyri-yaşayış sahəsindən istifadəyə görə illik 40 000 manat icarə haqqını 2024-cü ilin may ayından avqust ayınadək hər ay 10 000 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 2024-cü ilin noyabr ayında mübahisə predmeti olan qeyri-yaşayış sahəsi iddiaçıya geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayətində bildirir ki, iddiaçı mübahisə predmeti olan qeyriyaşayış22. sahəsi üzərində hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasına riayət etməmiş, həmçinin müqavilə müddəti başa çatmamış qeyri-yaşayış sahəsindən çıxarıldığı üçün icarə haqqı üzrə qalan 18 000 manat məbləğində borcun iddiaçı tərəfindən könüllü qaydada tələb edilməməsi barədə aralarında razılıq əldə olunmuş, lakin həmin faktı təsdiq edəcək şahid məhkəmə tərəfindən dindirilməmişdir.
23. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin iki ardıcıl dövr üçün kirayə haqqını ödəməməsi və obyekti faktiki olaraq iddiaçıya təhvil verməsi nəticəsində icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi nəticəsinə gəlsə də, iş üzrə müəyyən edilmiş hallar həmin nəticəni təsdiq etmir.
24. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğvi üçün həm müqavilənin şərtlərinə, həm də mülki qanunvericiliyin tələblərinə əsasən qarşı tərəfə əvvəlcədən yazılı bildiriş verilməsi tələb olunsa da, cavabdeh tərəfindən bu tələblərə əməl olunması iş materialları ilə təsdiq edilmir.
25. Kollegiya qeyd edir ki, cavabdehin obyekti faktiki qaytarması da müqavilə münasibətlərinə qanunauyğun qaydada xitam verildiyini təsdiq etmir. Belə ki, obyekt cavabdehə təhvil-təslim aktı ilə müəyyən əşyalar və avadanlıqlarla birlikdə təqdim edilmiş, həmin əmlakın da eyni qaydada geri qaytarılması nəzərdə tutulmuşdur. Lakin iş üzrə müəyyən edilmiş hallara əsasən cavabdeh tərəfindən obyekt və ona aid əmlak müqavilənin tələblərinə uyğun şəkildə iddiaçıya qaytarılmamışdır. Şahid ifadəsi ilə də obyekt üzrə təhviltəslimin olmadığı təsdiq edilmişdir.
26. Əksinə, məhkəmə iclasında şahid qismində dindirilmiş şahid5 iddiaçının adından obyektə ümumi nəzarəti həyata keçirən şəxs olduğunu bildirmiş, cavabdehin obyekti nəzarətsiz qoyaraq tərk etdiyi üçün məcburiyyət qarşısında obyektin açarlarını götürməli olduğunu, müqavilənin isə ##.##.2025-ci il tarixədək qüvvədə olduğunu bildirmişdir. Buna görə də kollegiya hesab edir ki, müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə vaxtından əvvəl xitam verilməsi də öz təsdiqini tapmamışdır və tərəflər arasında bağlanmış icarə müqaviləsi hüquqi qüvvəsini itirməmişdir.
27. Bu baxımdan, mövsümün zəif keçməsi, qazancın kifayət qədər olmaması və s. kimi hallar cavabdehin kommersiya riskini təşkil edir və icarə haqqını tam şəkildə ödəmək öhdəliyini aradan qaldırmır. Mülki Məcəllənin 684.2-ci maddəsinə əsasən kirayəçi ona məxsus istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə kirayə haqqını ödəməkdən azad edilmir.
28. Həmin maddəyə əsasən kirayəyə verən yalnız istifadə edilməmə nəticəsində qənaət edilmiş məsrəflər və ya əmlakdan başqa şəkildə istifadə etməklə əldə etdiyi (edə biləcəyi) faydalar həcmində tələbin azaldılması ilə razılaşmalıdır. Lakin mübahisəli dövrdə obyektdən başqa şəkildə istifadə edilməsi, gəlir əldə edilməsi və ya müəyyən məsrəflərə qənaət edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
29. Eyni zamanda işin hallarından görünür ki, mübahisəli obyekt dəniz kənarında yerləşən və əsasən yay mövsümündə fəaliyyət göstərən restoran kimi istifadə olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə icarə münasibətinin müddəti bir il müəyyən edilsə də, ümumi 40 000 manat məbləğində illik icarə haqqının may-avqust ayları üzrə bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. Bu hal tərəflərin obyektin gəlir gətirən fəaliyyət dövrünün əsasən yay mövsümü ilə məhdudlaşmasını nəzərə aldıqlarını göstərir. Cavabdehin işçisi kimi fəaliyyət göstərmiş şahid2 da birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadədə oktyabrın ortalarına qədər işlədiyini, lakin mövsüm başa çatdığından restorana gələn olmadığını və cavabdehin ona obyekti təhvil verəcəklərini dediyini bildirmişdir.
30. Göründüyü kimi, obyektdən icarəyə verənin özünün istifadə etməsi nəticəsində gəlir əldə edə biləcəyinə dair ehtimal da olmamışdır. Buna görə də iddiaçının tələb etdiyi məbləğin azaldılması və ya hər hansı güzəşt tətbiq edilməsi üçün hüquqi əsas mövcud deyildir.
31. Cavabdehin apellyasiya şikayətində vurğuladığı, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsindən vaxtından əvvəl çıxarılması ilə bağlı dəlil də iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdeh həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin öz izahatlarından və onun təqdim etdiyi şahid ifadələrindən görünür ki, mövsümün zəif keçməsi və obyektin fəaliyyət göstərməməsi səbəbindən obyekt sonradan cavabdeh tərəfindən təhvil verilmişdir. Eyni zamanda işin hallarından müəyyən olunur ki, cavabdehin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi daha əvvəl baş vermiş, icarə haqqının iyul ayı üzrə 8 000 manat, avqust ayı üzrə isə 10 000 manat hissəsi ödənilməmiş qalmışdır. Cavabdehin özünün bildirdiyi kimi obyektin yalnız sonradan təhvil verildiyi nəzərə alındıqda, onun qalan icarə haqqını iddiaçı tərəfindən obyektdən çıxarıldığına görə ödəmədiyinə dair arqumenti işin müəyyən edilmiş hallarına uyğun gəlmir.
32. Cavabdeh müqavilə üzrə icarə haqqı ödəmək öhdəliyini tam icra etməmiş, 40 000 manat icarə haqqından yalnız 22 000 manat ödəmiş, qalan 18 000 manat pulu ödəməmişdir. Odur ki, icarə haqqı üzrə 18 000 manat məbləğində qalıq borcun cavabdehdən tutulması qanuni və əsaslı olmuşdur.
33. Kollegiya qeyd edir ki, borcun bağışlanması, silinməsi və ya kreditorun tələbdən imtina etməsi kimi hüquqi nəticə doğuran hallar yalnız mötəbər və inandırıcı sübutlarla təsdiq edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, etirazın əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, o, bu barədə nə birinci instansiya məhkəməsində, nə də apellyasiya mərhələsində heç bir yazılı sübut, əlavə razılaşma və ya digər sənəd təqdim etməmişdir.
34. Cavabdehin borcun tələb edilməməsi barədə tərəflər arasında razılıq əldə olunmasını şahid ifadəsi ilə sübut etmək mümkün olduğuna dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu barədə birinci instansiya məhkəməsində vəsatət verilmiş, məhkəmə tərəfindən şahid qismində şahid3 məhkəmə iclasına çağırılsa da, gəlməmişdir. Bununla yanaşı, cavabdeh iddia etdiyi halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, borcun bağışlanması, silinməsi və ya kreditorun tələbdən imtinası kimi halların mövcudluğu mötəbər sübutlarla təsdiq edilməlidir. Bu baxımdan, şahidin dindirilməməsi iş üzrə gəlinmiş nəticənin düzgünlüyünə təsir edən hal kimi qiymətləndirilə bilməz.
35. Iddiaçı tərəfindən ödənilmiş kommunal xərclərin əvəzinin cavabdehdən tutulmasına gəldikdə, kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən icarə obyekti üzrə kommunal xərclərin cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmışdır. Iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən icarə dövründə icarə obyekti üzrə qaz və elektrik enerjisi sərfiyyatına görə edilməmiş ödənişlər sonradan iddiaçı tərəfindən ödənilmişdir. Bu hal cavabdehin öhdəliyini pozmaqla iddiaçıya zərər vurduğunu göstərir. Iddiaçı qeyd edilən xərcləri özü ödədiyindən ona dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə də işin hallarına və qanunun tələblərinə uyğundur.
36. Iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzrə hüquqlarını təsdiq edən sənədlərin təqdim edilməməsi barədə şikayətin dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi ##.##.2006-cı il tarixli icarə müqaviləsinə əsasən sözügedən ərazi bələdiyyə tərəfindən iddiaçıya uzun müddətə icarəyə verilmişdir. Həmin müqavilə ilə iddiaçının mübahisəli əmlak üzərində hüquqlar əldə etdiyi müəyyən olunur. Sonradan iddiaçı tərəfindən həmin sahənin sahibkarlıq fəaliyyəti məqsədilə cavabdehə icarəyə verilməsi də məhz bu hüquqa əsaslanmışdır.
37. Cavabdeh isə # ### 2024-cü il tarixli icarə müqaviləsini imzalamaqla və obyekti faktiki qəbul edib istifadə etməklə iddiaçının həmin obyekt üzərində icarəyəvermə səlahiyyətini qəbul etmişdir. Bu halda cavabdehin sonradan iddiaçının hüquqlarını mübahisələndirməsi onun əvvəlki davranışı ilə də ziddiyyət təşkil edir.
38. Cavabdehin məhkəməyədək pretenziya qaydasına əməl olunmaması barədə dəlilini kollegiya əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə elektron kabinet vasitəsilə mübahisənin məhkəməyədək həlli məqsədilə pretenziya məktubu göndərilmişdir.
39. Məhkəməyədək nizamasalma institutunun məqsədi tərəflərə mübahisəni məhkəmədən kənar qaydada həll etmək imkanı yaratmaqdan ibarətdir. Hazırkı halda cavabdehin mübahisənin mahiyyəti və irəli sürülən tələblər barədə əvvəlcədən məlumatlandırıldığı, habelə məhkəmə icraatında öz müdafiə hüququndan tam istifadə etdiyi müəyyən olunur. Bu səbəbdən cavabdehin pretenziya qaydasına əməl olunmaması ilə bağlı dəlili öz təsdiqini tapmır.
40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
41. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.