Məhkəmə qərarları › İş №2-2(3-6)-96/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-96/2026

29.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-96/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: dəmir yolu daşımaları, yükləmə daşıma sifarişi, stansiya xidmətlərinə görə ödəniş vəzifəsi, öhdəliyin yaranması əsasları, sübutetmə, iddiaya cavabdehlik daşımalı olan şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlundan və X6 ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı QSC-nin nümayəndəsi vəkil1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X17 fəaliyyət göstərən “DGCİ General Trading” MMC ilə Rusiya Federasiyasının hüquqi şəxsi olan “xxxx” Səhmdar Cəmiyyəti arasında ##.##.2022-ci il tarixdə ***/CPV/GTC/**- **-*** saylı müqavilə bağlanmış, “DGCİ General Trading” MMC 2023-cü ilin yanvar-dekabr ayları ərzində 140 000 ton diammoniyfosfat tipli yüklərin alınmasını və çatdırılmasını öhdəsinə götürmüşdür.

2. “DGCİ General Trading” MMC ilə Əfqanistan Respublikasında fəaliyyət göstərən “xxxx Kabul” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli ***-******-DGCIHMT saylı müqaviləyə görə, “DGCİ General Trading” MMC həmin diammoniyfosfat tipli yüklərin satılmasını və çatdırılmasını öhdəsinə götürmüşdür.

3. “DGCİ General Trading” MMC ilə Azərbaycan Respublikasının hüquqi şəxsi olan “xxxx” MMC arasında ##.##.2023-cü il tarixdə “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” ***/**** saylı müqavilə bağlanmış, müqaviləyə əsasən “xxxx” MMC, Rusiya Federasiyası, Voloqda vilayəti, Çerepovets şəhərində yerləşən “xxxx” Səhmdar Cəmiyyətindən “diammoniyfosfat” tipli yüklərin götürülərək Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə çatdırılmasını öhdəsinə götürmüşdür.

4. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə Azərbaycan Respublikasına tranzitlə idxal edilmiş 28 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 53343679, 59405993, 90227893, 90278516); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90177791, 53348751); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90204256, 90202821, 90250903); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90227992, 90284225, 90182197); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 53289278, 90239435); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90172594, 90278656, 53349908, 53294740, 90295833); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 55673867, 58309881, 53346300, 90229824); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90171992, 53336889, 90279530, 90232364, 90234758).

5. Sözügedən ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında ölkəyə tranzitlə daxil olmuş 28 vaqon yüklə bağlı tərtib edilmiş 8 yük qaiməsində “Yükü qəbul edən” hissəsində Cavabdeh MMC-nin adı qeyd edilmişdir.

6. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 42 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90233370, 53376224); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90228339, 53346540, 53382867, 90289323, 55673727); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 58309725, 90235128, 55673743, 90191198, 90208273); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90207812, 90165697, 90222126); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 55673776); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90226713,90238320, 90190091, 90205147, 90170598); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90172099, 90184490, 90163395, 90267444, 90157694); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 53295853, 90183690, 90235276, 90284456, 55698369); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90211574, 90206343, 90155292, 90279340, 53379848); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 5700488, 90295767); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90201724, 90203126, 90284787, 90237538).

7. Sözügedən ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında ölkəyə tranzitlə daxil edilmiş 42 vaqon yüklə bağlı tərtib edilmiş 11 yük qaiməsində “Yükü qəbul edən” hissəsində Cavabdeh MMC-nin adı qeyd edilmişdir.

8. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 34 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 53383014); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 53337200); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 53348025, 90201641, 90284019); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90228701, 90220575, 90230293, 53320305); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 55700330); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90285362, 59403394, 90221987, 90206921); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90156290); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90292947); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90258393); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 58309774, 90203480, 90206665, 53338307, 53295739); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90221805, 90203944); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90295346, 90184094, 90294042, 59400598, 53352217); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90257197); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 59404095, 53389847, 55698336); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90225137).

9. Sözügedən ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında ölkəyə tranzitlə daxil edilmiş 34 vaqon yüklə bağlı tərtib edilmiş 15 yük qaiməsində “Yükü qəbul edən” hissəsində Cavabdeh MMC-nin adı qeyd edilmişdir.

10. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 29 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90150897, 90163791, 90225368, 90179292, 90171190); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 53375754, 55698179, 53294443, 53320966, 90276205); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 55698104, 90295759, 90228149, 55698021, 90230590); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 53386603, 58309790, 90283433, 53339057, 90234428); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90285172, 90293606, 59409193, 90283979); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 90213273, 55698328, 53379582, 90205162); Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 58309956).

11. Sözügedən ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında ölkəyə tranzitlə daxil edilmiş 29 vaqon yüklə bağlı tərtib edilmiş 7 yük qaiməsində “Yükü qəbul edən” hissəsində Cavabdeh MMC-nin adı qeyd edilmişdir.

12. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 24 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

Cavabdeh MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi (vaqon nömrələri: 55698302, 90200411, 90200668, 90252115).

13. Sözügedən ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında ölkəyə tranzitlə daxil edilmiş 24 vaqon yüklə bağlı tərtib edilmiş yalnız 1 yük qaiməsində “Yükü qəbul edən” hissəsində Cavabdeh MMC-nin adı göstərilmiş, bu gömrük bəyannaməsi üzrə qeyd edilən digər yük qaimələrində “xxxx Kabul AFG” MMC kimi qeydiyyatlar aparılmışdır:

“xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi.

14. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 24 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

“xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi.

15. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 35 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

“xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş 34426147saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi.

16. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 19 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

“xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi.

17. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 20 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

“xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi.

18. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 19 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

“xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi.

19. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 28 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

“xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi.

20. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaimələri” üzrə ölkəyə tranzitlə idxal edilmiş 41 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

“xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi; “xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi.

21. ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında aşağıda qeyd edilən “yük qaiməsi” üzrə ölkəyə tranzitlə idxal edilmiş 4 vaqon yükün Əfqanistan Respublikası ərazisində fəaliyyət göstərən “xxxx Kabul” MMC-yə göndərilməsi rəsmiləşdirilmişdir:

“xxxx Kabul AFG” MMC-nin adına rəsmiləşdirilmiş ******** saylı yük qaiməsi.

22. Azərbaycan Respublikasının hüquqi şəxsi olan Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə 2023-cü il ## #### tarixində İddiaçı QSC-nə (icraçı və ya QSC) ünvanladığı müraciətdə, ünvanlarına Rusiya Federasiyasından gələn vaqonların “xxxx” ASC-nin dalan yoluna verilməsinə icazə verilməsini xahiş etmiş, bütün dəmir yolu yığımlarının ödənilməsinə zəmanət verildiyini göstərmişdir.

23. İcraçı (QSC) tərəfindən tərtib edilmiş 2023-cü ilin aprel ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən, vaqonların QSC-nin stansiyalarında boşdayanması ilə bağlı hesablanmış yığım 456 492,02 manat; 2023-cü ilin may ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən hesablanmış yığım 5359,56 manat; 2023-cü ilin noyabr ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən hesablanmış yığım 283,20 manat; 2023-cü ilin aprel ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən hesablanmış yığım 113 223,87 manat; 2023cü ilin avqust ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən vaqonların QSC-nin stansiyalarında boşdayanması ilə bağlı hesablanmış yığım 266 601,92 manat təşkil edir.

24. 2023-cü il ## ###### tarixli **/* nömrəli hesab-fakturaya əsasən, QSC tərəfindən Cavabdeh MMC-nə 2189,57 manat, 2023-cü il # ### tarixli ** nömrəli hesab-fakturaya görə 113 223,87 manat, 2023-cü il # ### tarixli **/* nömrəli hesab-fakturaya görə 456 492,02 manat, ** nömrəli hesab-fakturaya görə 5359,14 manat, 2023-cü il # #### tarixli ** nömrəli hesabfakturaya görə 38 506,79 manat, 2023-cü il ## ###### tarixli ** nömrəli hesab-fakturaya görə 266 601,92 manat, 2023-cü il ## #### tarixli ** nömrəli hesab-fakturaya görə 38 792,38 manat, 2023-cü il ## ###### tarixli **/* nömrəli hesab-fakturaya görə 30 041,94 manat vəsait ödənilməlidir.

25. Cavabdeh MMC tərəfindən X5 1 il müddətinə verilmiş ## #### 2023-cü il tarixli etibarnamədə göstərilmişdir ki, adı çəkilən şəxs şirkət adından “xxxx” QSC-nin Hövsan Stansiyasında sənədlərin imzalanması, sənədlərin alınması və təqdim etmək üzrə səlahiyyətlidir.

26. Əfqanıstan Respublikasının hüquqi şəxsi olan “xxxx Kabul” LTD tərəfindən İddiaçı QSC-nin X3 Stansiyasının direktoruna ünvanlanmış ## #### 2023-cü il tarixli məktubda xahiş olunmuşdur ki, həmin şirkətin adına gələn diammofos yükünün stansiya ərazisində şirkətin adına müvafiq əməliyyatların yerinə yetirilməsinə (yükləmə, boşaltma, sənədlərin qəbulu və s.) Bəşirov Əhəd İsmayıl oğlunun ##.##.2023-cü il tarixinədək məsul şəxs kimi qeydiyyata alınmasına göstəriş verilsin.

27. QSC tərəfindən Cavabdeh MMC-nə 2023-cü il # ### tarixli EBDF ****** nömrəli 569 715,89 manat, 2023-cü il ## ######## tarixli EBDO ****** nömrəli 296 643,82 manat, 2023-cü il ## ###### tarixli EBDN ****** nömrəli 2189,57 manat, 2023-cü il # #### tarixli EBDH ****** nömrəli 5359,13 manat, 2023-cü il ## #### tarixli EBDK ****** nömrəli 38 506,79 manat, 2023cü il # ###### tarixli EBDL ****** nömrəli 38 792,32 manat, 2023-cü il ## ###### tarixli EBDS ****** nömrəli 283,20 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

28. QSC tərəfindən təqdim olunmuş ## #### 2024-cü il tarixli debitor borcu barədə arayışda göstərilmişdir ki, ## ##### 2023 - ## ##### 2024-cü il tarixləri ərzində QSC tərəfindən Cavabdeh MMC-nə göstərilmiş stansiya xidmətlərinə görə MMC-nin borcu 526 415,69 manat, faiz borcu 21 897,68 manat təşkil edir.

29. ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə, QSC tərəfindən sifarişçiyə göstərilmiş xidmətlərin dəyəri 314,40 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1375,90 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 360,82 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 954,85 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 2760 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1815,56 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1304,43 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 4331,52 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 115,30 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1342,96 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 2278,72 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 138,50 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 4076,26 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1393,94 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 231,44 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 774,40 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 3736,46 manat, *****/***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1609,32 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 26520,90 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 26 946,32 manat, ***** nömrəli qəbultəhvilçinin yaddaş vərəqəsinə görə 7648,14 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 4542 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 3842,50 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 3208,30 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 7368 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 2208,15 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 3041,91 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1729,82 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 660,05 manat, ***** nömrəli qəbul- təhvilçinin yaddaş vərəqəsinə görə 730,26 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 718,65 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 5571,12 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 813,37 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1016,42 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 2477,23 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 284,09 manat, ***** nömrəli qəbultəhvilçinin yaddaş vərəqəsinə görə 3305,56 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 5755,91 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 981,87 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 7290,60 manat, ***** nömrəli qəbul- təhvilçinin yaddaş vərəqəsinə görə 7170,16 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 3116,60 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1855,57 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 2560,04 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 8257,06 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 2706,18 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1339,11 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 2173,35 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 2314,80 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 4610,07 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə 1498,64 manat, ***** nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə icraçı tərəfindən sifarişçiyə göstərilmiş xidmətlərin dəyəri 3462,65 manat təşkil edir.

30. “xxxx” MMC tərəfindən QSC-nə bir-neçə məktub ünvanlanmış (##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il tarixlərdə), Hövsan limanından tranzit olaraq keçməsi nəzərdə tutulan, ilkin olaraq illik həcmi 200 000 ton olan “diammonium hidrogen fosfat” yükünün daşınması zamanı gömrüklə bağlı problemlər yarandığı və vaqonların uzun müddət stansiya yolunda dayandığı, yüklü vaqonların uzun müddət stansiya yollarında dayanması nəticəsində cərimələr hesablandığı bildirilərək, həmin cərimələrin silinməsi (azaldılmas) xahiş olunmuşdur.

31. QSC-nin İdarə Heyətinin ##.##.2023-cü il tarixli qərarı ilə, Cavabdeh MMC-nə Hövsan stansiyasında hesablanmış 575 075,44 manat məbləğində yığımın 425 075,44 manat olan hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərarda aşağıdakılar göstərilmişdir: “xxxx” MMC QSC-nə ##.##.2023-cü il tarixli ***** nömrəli məktub ünvanlayaraq, Hövsan limanından tranzit olaraq keçməsi nəzərdə tutulan, ilkin olaraq illik həcmi 200 000 ton olan “diammonium hidrogen fosfat” yükünün daşınması zamanı gömrüklə bağlı problemlər yarandığını və vaqonların uzun müddət stansiya yolunda dayandığını, tərəfdaşları olan Cavabdeh MMC-nin ünvanına daxil olmuş, təyinatı Hövsan stansiyası olan sözügedən “diammonium hidrogen fosfat” yüklü vaqonların vaxtında boşaldılmamasının əlavə xərclərin yaranmasına səbəb olduğunu və həmin vaqonlara QSC sədrinin ##.##.2017-ci il tarixli **/S saylı əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”na əsasən 575 075,44 manat məbləğində yığımlar hesablandığını bildirərək, bu yığımların 425 075,44 manat hissədə güzəştin tətbiq olunmasını xahiş etmişdir... ...İdarə Heyətinin üzvləri dəmir yolu nəqliyyatı ilə daşımaların stimullaşdırılması və mövcud istifadə maraqlarının yüksəldilməsi baxımından qaldırılan məsələnin müsbət həllinə etiraz etmədiklərini bildirdilər”.

32. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 2025-ci il ## #### tarixli məktubunda göstərilmişdir ki, “2023-cü il ərzində Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx” Səhmdar Cəmiyyəti (AO “xxxx”) tərəfindən “xxxx Kabul” LTD şirkətinə yüklər tranzit gömrük prosedurunda yerləşdirilməklə “Yalama” dəmiryolu gömrük postundan keçməklə dəmiryolu nəqliyyatı vasitəsilə “xxxx” gömrük postuna göndərilmişdir. Qeyd olunan yüklər “xxxx” gömrük postunda gəmilərə yüklənərək tranzit çıxış istiqamətində ölkə ərazisini tərk etmişdir. Eyni zamanda "X8” MMC tərəfindən “xxxx Kabul” LTD şirkəti vasitəsi ilə 2023-cü il ## #### tarixində yüklərin tranzit gömrük prosedurunda yerləşdirilməklə daşınmasına dair Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə müraciət ünvanlanmışdır”.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

33. İddiaçı QSC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 2023-cü ilin aprel, may, iyun, iyul, avqust və noyabr aylarında cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 526 415,69 manat əsas, 21 897,68 manat faiz borcunun, 839 manat dövlət rüsumunun, yəni cəmi 549 152,37 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin aprel, may, iyun, iyul, avqust və noyabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının Hövsan stansiyasında göstərdiyi xidmətlərə ("vaqonların dalan yoluna verilib götürülməsinə görə”, "dalan yolundan istifadə zamanı cərimə” və s.) görə cavabdehə 526 415,69 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2024-cü il ## ### tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Stansiya xidmətlərinin göstərilməsi iddiaçının təbii inhisar fəaliyyətidir. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il ## ###### tarixdə təsdiq edilmiş № **/S “Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatı”nın 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, təlimatın * nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışlar yuxarıda qeyd edilən təlimata uyğun tərtib edilmişdir və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır.

35. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, cavabdeh onlara 2023-cü ilin mart ayında müraciət ünvanlayaraq Rusiya Federasiyasından ünvanlarına gələcək yüklərin olduğu vaqonların ASCnin dalan yoluna verilməsini xahiş etmiş, bu səbəbdən 2023-cü il ərzində cavabdehin müraciəti əsasında ona müxtəlif stansiya xidmətləri göstərilmiş, cavabdehin qanuni təmsilçisi, habelə cavabdehin etibarnamə verdiyi şəxslər müvafiq sənədlərə imza etmişlər. Yükü müşayiət edən sənədlərdə də yük alan kimi cavabdeh MMC göstərilmiş, yalnız həmin MMC yüklərlə bağlı vaqonları qəbul etmək və sairəyə səlahiyyətli olmuşdur. Bundan əlavə, iş üzrə yazılı müqavilənin olması ilə bağlı qanunvericilikdə hər hansı tələb göstərilməmişdir.

36. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı iddia tələbini düzgün cavabdehə qarşı yönəltməmişdir. Yükü müşayiət edən sənədlərdə onların adı yük alan kimi yanlış göstərilmişdir, əslində yükü alan, yükün sahibi “xxxx LTD Əfqanıstan”xxxx"xxxx” ilə şəxsi tanışlığı vardır, lakin MMC-nin onlara hər hansı aidiyyəti yoxdur. Həmin şirkətlərin müraciəti əsasında iddiaçıya müraciət edərək yüklərin boşdayanmasının qarşısının alınması üçün yüklərin əksər hissəsi ilə bağlı müvafiq sənədlərə qol çəkmişdir. 127-ci vaqondan sonra yükləri cavabdeh deyil, "xxxx LTD Əfqanıstan” Şirkəti qəbul etmişdir. Yükü müşayiət edən sənədlərdə onların adını yük alan kimi yanlış göstərən "xxxx” olmuşdur. Bundan əlavə, tərəflər arasında hər hansı yazılı razılaşma, müqavilə mövcud deyildir. Bu səbəbdən borc onlardan tələb edilə bilməz.

37. Birinci instansiya məhkəməsinin 2025-ci il ## ###### tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

38. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

İddiaçı iddia ərizəsində 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, noyabr, aylarında cavabdehə müxtəlif stansiya xidmətlərinin göstərildiyini, xxxx-nin Hövsan stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsinə görə”, “dalan yolundan istifadə zamanı cərimə” və s.) görə Cavabdeh MMC-yə hesablanmış 526 415,69 manat yığımın tutulmasını xahiş etmişdir.

Cavabdeh iddiaya etiraz edərək iddiaya cavab verməli olan şəxs olmadığını, ona iddiaçı tərəfindən hər hansı xidmət göstərilmədiyini, vaqonlarda olan malların ona deyil, başqa hüquqi şəxsə məxsus olduğunu, habelə tərəflər arasında ümumiyyətlə yazılı müqavilə olmadığını, yükü müşayiət edən sənədlərdə yük alan kimi yanlışlıqla cavabdeh MMC-nin adının göstərildiyini bildirir.

Məhkəmə ilk öncə, cavabdehin tərəflər arasında yazılı müqavilə olmaması barədə dəlilinə cavab verməyi zəruri hesab edir.

Belə ki, materiallardan görünür ki, cavabdeh özü ## #### 2023-cü il tarixdə stansiya xidmətlərinin göstərilməsi ilə bağlı iddiaçıya müraciət etmiş, iddiaçı tərəfindən cavabdehin müraciəti əsasında ona müxtəlif stansiya xidmətləri (dalan yolundan istifadə, vaqonların dalan yoluna verilib götürülməsi, vaqonlardan, konteynerlərdən istifadə və ilaxır) göstərilmiş, bu barədə tərtib edilmiş aktları cavabdehin qanuni təmsilçisi, habelə MMC tərəfindən yazılı etibarnamə verilmiş şəxslər imza etmişlər.

Mülki qanunvericilikdə tərəflər arasında hazırkı halda müqavilənin yazılı olması ilə bağlı hər hansı tələb müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı qaimələrdən (nakladnoy) görünür ki, yük göndərən “xxxx” Səhmdar Cəmiyyəti, yükü alan Cavabdeh MMC-dir (ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 7A, mənzil 45A-dır).

Bundan əlavə, göstərilmiş xidmətlərlə bağlı cavabdeh MMC-yə iddiaçı tərəfindən 2023-cü ilin may ayından noyabr ayına qədər göndərilmiş elektron qaimələrə hər hansı etiraz verilməmiş, qaimələr ləğv edilməsi, habelə düzəliş edilməsi üçün geri qaytarılmamışdır. Cavabdeh yükü müşayiət edən sənədlərdə yük alan kimi cavabdeh MMC-nin adının səhv olmasını göstərsə də, bununla bağlı cavabdeh MMC-nin “xxxx” SC-nə, xxxx LTD Şirkətinə, habelə iddiaçıya müraciət etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi cavabdeh MMC-nin ümumiyyətlə hansı səbəbdən stansiya xidmətlərinin göstərilməsi üçün iddiaçıya müraciət etməsinin, “xxxx” Şirkəti tərəfindən göndərilmiş yüklərin olduğu vaqonlara xidmət göstərilməsi ilə bağlı stansiyalara gedib iddiaçı tərəfindən tərtib edilmiş sənədləri imza edib möhürləməsinin, “xxxx” Şirkətinin yük alan kimi qaimələrdə cavabdeh MMCni (ünvanı göstərilməklə) qeyd etməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir.

Bu səbəbdən məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında stansiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə mütəmadi olaraq xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya həmin xidmətlərin müqabilində hər hansı ödəniş edilməmişdir.

Materiallardan görünür ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlər (vaqonların verilib götürülməsi, dalan yolundan istifadə, vaqonlardan istifadə) cavabdeh tərəfindən qəbul edilsə də, göstərilmiş xidmətlərlə bağlı təqdim edilmiş elektron qaimələr hazırkı günə qədər ödənilməmişdir.

Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 21 897,68 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

Cavabdeh tərəfindən təsdiq edilmiş ##.##.2017-ci il tarixli “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydaları”nın 1-ci bəndinə əsasən X4, X11, X12 haqqında Sazişi rəhbər tutaraq dəmir yolu xidmətlərindən istifadə edən bütün yük göndərənlərdən, yükalanlardan və dalan yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilmiş xidmətlərə görə yığımlar tutulur. Həmin Qaydaların 3-cü bəndinə görə dəmir yolu tərəfindən göstərilmiş xidmətlərə: yükün mühafizəsi və müşayiət olunması; yükün tərəzidə çəkilməsi”, ümumi istifadə yollarında (yük həyətlərində, yükləmə-boşaltma yollarında, dəmir yoluna məxsus dalan yollarında və sairə) vaqonların dəmir yoluna məxsus olmayan dalan dəmir yoluna verilib- götürülməsi və digər xidmətlər aiddir. Həmin Qaydaların 6.7-ci bəndinə görə dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (konteynerlər) (məxsusluğundan asılı olmayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilirsə, vaqonların (konteynerlərin) ümumi istifadə yollarında dayanmasına görə yığım stansiyanın texnoloji iş prossesi nəzərə alınmaqla müvafiq olaraq cədvəl No 8 və cədvəl No 9dakı qiymətlərə 1,5 əmsalı tətbiq edilməklə hesablansın və əgər stansiyanın işində çətinlik yaranarsa, cəmiyyət rəhbərliyi tərəfindən yığımın məbləği yükalanı (yükgöndərəni) yazılı formada məlumatlandırdıqdan 24 saat sonra 5 dəfəyə qədər artırıla bilər.

Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 526 415,69 manat əsas borc, 21 897,68 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1- 39. ci, 386.1-ci, 398.1-ci, 399.1-ci, 406.1-ci, 408.1-ci, 442-ci, 445.2-ci, 445.7-ci, 448.2-ci, 777.1-ci, 783.2-ci, maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

40. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin, Cavabdeh MMC ilə “xxxx Kabul LTD” arasında əlaqəni müəyyən etməməklə, eləcə də gömrük rəsmiləşdirilməsi zamanı sonuncuya gələn yüklərlə bağlı sənədlərdə səhvən Cavabdeh MMC-nin adının qeyd edilməsini nəzərə almamaqla əsassız nəticəyə gəldiyini irəli sürmüşdür.

41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # #### tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşaraq cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh borcun yaranmasını gömrük rəsmiləşdirilməsi zamanı nöqsan olması ilə əsaslandırsa da, bununla bağlı kifayət qədər əsaslı dəlil təqdim etməmişdir. “xxxx” MMC tərəfindən tərtib edilən sənədlərdə məhz cavabdehin adı, ünvanı və digər məlumatları qeyd edilmiş, cavabdeh də həmin sənədləri təsdiq etmişdir.

43. Digər tərəfdən, cavabdeh bunun nöqsan olduğunu və sadəcə texniki xətanın aradan qaldırılması üçün etdiyini bildirsə də, məhkəmə kollegiyası bu dəlili ağlabatan hesab etməyərək qeyd etmişdir ki, Dövlət Gömrük Komitəsinin məktubundan görünür ki, sözügedən mallar Azərbaycan Respublikasına daxil olaraq beynəlxalq tranzit rejimi əsasında ölkədən çıxarılmışdır. Beynəlxalq tranzit rejimi malların xüsusi şərtlər çərçivəsində bir yerdən başqa yerə daşınmasını ehtiva edir. Bu halda isə malların məhz cavabdehə məxsus olması zərurəti yoxdur.

44. Məhkəmə, cavabdeh tərəfindən təqdim edilən müqavilələrlə bağlı qeyd etmişdir ki, apellyasiya baxışında yeni sübutların verilməsi yol verilməzdir. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı onları təqdim etməmişdir-yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər. Digər tərəfdən, həmin müqavilələr xarici dildə tərtib edilmiş və cavabdeh onların rəsmi notarial tərcüməsini təqdim etməmişdir. Halbuki, kommersiya mübahisələri üzrə icraat Azərbaycan dilində həyata keçirlir. Belə olan halda isə cavabdeh sübutları Azərbaycan dilində təqdim etmək öhdəliyi daşıyır.

45. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 385.1, 386.1, 404.1, 404.2, 408.1, 409.1, 409.4 və 425.1-ci maddələrinə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 174.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## ##### tarixli Qərarına və MPM-in 11.1, 11.3, 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81,88, 106.1, 106.3 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

46. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) kassasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutları hərtərəfli, tam və obyektiv araşdırmamış, onlara məcmu halda qiymət verməmiş, apellyasiya instansiyasında təqdim olunan, həmçinin təmin edilməsini tələb etdikləri sübutların birinci intansiya məhkəməsində təqdim edilməməsinin səbəbinin, ümumiyyətlə birinci instansiya məhkəməsinin həmin hissədə onların bildirdiklərini sual altına almaması olduğunu nəzərə almamışdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## #### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

48. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

Hazırki mübahisə yükdaşıma münüsibətləri çərçivəsində göstərilmiş xidmətlərin haqqının ödənilməsi ilə bağlı olduğundan, cavabdehin həmin münasibətlərdə hansı statusda iştirak etməsi hüquqi əhəmiyyət daşıyır. Mülki Məcəllədə sözügedən münasibətləri tənzimləyən xüsusi norma mövcud olmasa da, müqavilə azadlığı prinsipinə uyğun olaraq, belə müqavilələrin bağlanması yolveriləndir. Həmin müqavilə münasibətlərindən yaranmış mübahisələr Mülki Məcəllənin ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair (tapşırıq, brokerlik, daşıma və s.) müddəaları əsasında; işin hallarından asılı olaraq tərəflər arasındakı müqavilə şərtləri, işgüzar adətlər və mülki qanunvericiliyin öhdəlik münasibətlərini tənzimləyən ümumi normalarının tələbləri əsasında; və ya Mülki Məcəllənin 11-ci maddəsində müəyyən edilən qaydada tətbiq edilən maddi hüquq normaları əsasında həll olunmalıdır. Xidmətlərin göstərilməsi müəyyən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Xidmətlər göstərilən zaman nəticə maddiləşdirilə bilən bir formaya çevrilmir. Onun məqsədini faydalı fəaliyyətin özü təşkil edir (məsələn, mühafizə və ya təmizlik xidməti, stansiya xidməti və s.). İcraçının məsuliyyəti isə həmin fəaliyyətin düzgün icrası ilə bağlı olur. Göründüyü kimi, bu müqavilələr üzrə xidməti alan kimi icraçı tərəfindən göstərilən xidmətlərdən faydalanan şəxs çıxış edir və göstərilmiş xidmətin haqqını ödəmək vəzifəsi (yükü) də məhz həmin subyektin üzərinə düşür.

Baxılan işdə cavabdehin etirazının əsas dəlili də, məhz iddiaçı tərəfindən göstərilmiş stansiya xidmətlərindən onun deyil, yükalan olaraq xaricdə yerləşən üçüncü şəxsin faydalanması, bəzi rəsmi sənədlərdə yükalan kimi onun adının səhvən qeyd olunması ilə bağlıdır.

Mübahisənin düzgün həlli üçün əhəmiyyətli olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi yükün son alıcısının kim olması, tranzit daşınma şəraitində stansiya xidmətlərindən faktiki olaraq kimin faydalanması, cavabdehin yükün daşınması ilə bağlı münasibətlərin iştirakçısı (hüquqi statusu-yük göndərən, yük alan, daşıyıcı və s.) olub-olmaması ilə bağlı hər hansı hüquqi qiymətləndirmə aparmamışdır. Qeyd olunanlar isə cavabdehin avtomatik olaraq xidmət haqqının ödəyicisi kimi tanınması üçün yetərli hesab edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş yük qaimələrində yük alan kimi cavabdeh MMC-nin adı qeyd olunsa da, malların ölkə ərazisindən tranzitlə keçərək, üçüncü şirkətə çatdırılması işin apellyasiya instansiyası məhkəməsi tərəfindən də müəyyən edilmiş mübahisəsiz halıdır. Belə olan halda, onun iddiaçı tərəfindən göstərilmiş stansiya xidmətlərindən hansı formada istifadə etməsi aydın deyil.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası 2015-ci il ## ##### tarixdən, 1980-ci il # ### tarixli "Beynəlxalq dəmir yolu ilə daşımalar haqqında” Konvensiyaya qoşulmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisənin tranzit keçən yükə göstərilmiş xidmət haqqına görə yaranmasını nəzərə almaqla, qeyd olunan Konvensiyanın tələbləri baxımından qiymətləndirimə aparmamış, bununla da tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir.

“Beynəlxalq dəmir yolu ilə daşımalar haqqında” Konvensiyaya (COTIF) əlavə edilmiş "Beynəlxalq dəmir yolu ilə yükdaşımalar haqqında” Qaydaların (CİM) 6 və 7-ci maddəsinə əsasən, yük qaiməsində yük alanın adı və ünvanı göstərilməli, yük göndərən və daşıyıcı tərəfindən imzalanmalıdır. Qaydaların 10-cu maddəsinə əsasən, yük göndərən və daşıyıcı arasında başqa hal nəzərdə tutulmayıbsa, məsrəflər (daşıma haqqı, əlavə xərclər, gömrük rüsumları və müqavilənin bağlandığı andan çatdırılma anına qədər çəkilmiş digər xərclər) yük göndərən tərəfindən ödənilir.

Bu Qaydaların tələblərinə uyğun olaraq yük daşınması ilə bağlı yaranmış bu xərclərə görə məsuliyyətin hansı subyektin üzərində olmasının müəyyən edilməsi üçün yük göndərən və daşıyıcı arasında, o cümlədən yük göndərən və yük alan arasında müqavilənin şərtləri təftiş edilməli idi. Həmin sübutları təqdim etmək vəzifəsi isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür.

Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir.

Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı, mübahisəli dövr üzrə (2023-cü ilin aprel, may, iyun, iyul, avqust və noyabr aylarında) stansiya xidmətlərinə görə cavabdehin öhdəliyinin olub-olmamasına, yükün tranzit xarakteri nəzərə alınmaqla, "Beynəlxalq dəmir yolu ilə daşımalar haqqında” Konvensiyanın tələbləri baxımından qiymət verilməlidir. İşə baxan məhkəmələr iddianı təmin edərkən, həm də iddiaçı tərəfindən 2023-cü ilin may ayından noyabr ayına qədər cavabdehə göndərilmiş elektron qaimələrə hər hansı etiraz verilmədiyinə qaimələrin ləğv edilməsi, habelə düzəliş edilməsi üçün geri qaytarılmadığına istinad etmişlər. Bu zaman Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmamışdır.

Belə ki, elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli "xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, ... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Beləliklə, qeyd olunanlar bu qənaətə gəlməyə əsas verir ki, apellyasiya instansiyası tərəfindən işin materiallarında olan daşınma sənədləri, gömrük və tranzit qeydləri, yükün son təyinat məntəqəsinə dair məlumatlar, cavabdehin etirazının dəlilləri məcmu və qarşılıqlı şəkildə qiymətləndirilməmişdir.

Təkrar apellyasiya baxışı işdə iştirak edən şəxslərin izahatları və dəlilləri nəzərə alınmaqla, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

Apellyasiya şikayətinə qarşı etiraz

49. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Təkrar apellyasiya baxışı, izahatlar

50. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndələri isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

51. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

52. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

53. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

55. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

56. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

57. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

58. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

59. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

60. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

61. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

62. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

63. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

64. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

65. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

66. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

67. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

68. Maddə 546. Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın.

69. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

70. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

71. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

72. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

73. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

74. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

75. Maddə 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

76. Maddə 851.1. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır.

77. Maddə 851.2. Daşıyıcılar yükün daşınması ilə bağlı sifarişlər daxil olduqda həmin sifarişlərin normativ hüquqi aktlara və daşıyıcıların müəyyən etdiyi tələblərə zidd olmaması şərtilə yük daşınması müqaviləsini bağlayırlar. Həmin müqavilənin imzalanmasına sifarişlərin daxil olduğu gündən etibarən ən geci 5 (beş) iş günü ərzində, tez xarab olan yüklərə münasibətdə isə 2 (iki) iş günü ərzində razılıq verilməli, eləcə də müqavilə imzalandıqdan sonra yük göndərənin müəyyən etdiyi yerdə və tarixdə daşınmanın həyata keçirilməsinə başlanılmalıdır.

78. Maddə 852.1. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır.

79. Maddə 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin və ya yük alanın hüquq və vəzifələrinə malikdir .

80. Maddə 852.3. Ekspeditor yük göndərənin tapşırıqlarına əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və tapşırıqlarına əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir.

81. Maddə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ.

82. Maddə 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir.

83. Maddə 854.5. Yük göndərən qaimədəki məlumatların dəqiqliyi və tamlığı üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır.

84. Maddə 854.6. Əgər yük göndərən bu Məcəllənin 854.3.2, 854.3.4-854.3.8 və ya 854.4-cü maddələrində nəzərdə tutulan məlumatları yanlış və ya natamam vermişdirsə, bununla əlaqədar bütün zərər üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır.

85. Maddə 854.7. Qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər.

“Beynəlxalq yüklərin dəmir yolu ilə daşınmasına dair” 1951-ci il tarixli SMQS Sazişi

86. Maddə 14.3. Daşıma müqaviləsinin bağlanması yük qaiməsi ilə təsdiq edilir.

87. Maddə 14.4. Daşıma vərəqəsinə yanlış və ya qeyri-dəqiq məlumatların daxil edilməsi, habelə daşıyıcı tərəfindən yük qaiməsinin itirilməsi daşıma müqaviləsinin mövcudluğuna və ya etibarlılığına təsir göstərmir.

88. Maddə 15.1.17. Yük qaiməsində daşıma müqaviləsinin tarixi barədə məlumatlar əks etdirilməlidir.

89. Maddə 16.1. Yük göndərən yük qaiməsində göstərilən məlumatların və ifadələrin düzgünlüyünü təmin edir. O, bu cür məlumatların və ifadələrin səhv, qeyri-dəqiq və ya natamam təqdim edilməsinin, habelə onların yük qaiməsinin yanlış qrafasına daxil edilməsinin bütün nəticələrinə görə məsuliyyət daşıyırlar.

90. Maddə 31. Əgər daşıma tərəfləri arasında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, daşıma yığımlarının (daşıma müqaviləsinin bağlanmasından yükün alıcıya çatdırılmasına qədər, o cümlədən yükün yenidən yüklənməsi və ya yük avtomobillərinin yerinin dəyişdirilməsi ilə bağlı dövr ərzində çəkilmiş daşıma xərcləri, konduktor və avtomobil qatarının maşinistinin haqları, əlavə haqlar və digər ödənişlər daxildir) ödənilməsi aşağıdakıların üzərinə düşür: 1) yükgöndərən; 2) yükalan. Eyni prosedur cərimələrə də aiddir. Yük göndərən və ya alan bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini üçüncü şəxsə həvalə etdikdə, həmin üçüncü şəxs göndərici tərəfindən yük qaiməsində ödəyici kimi göstərilməli və müvafiq daşıyıcı ilə müqaviləsi olmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması” Qaydaları

91. Bənd 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində dəmiryol nəqliyyatı ilə yüklərin daşınmasının təşkilinə və yerinə yetirilməsinə dair tələbləri müəyyən edir, habelə yükgöndərənlə (yükalanla) daşıyıcı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləyir.

92. Bənd 1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. daşıyıcı - haqq müqabilində daşıma sənədi (müqavilə) əsasında yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə dəmiryol nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxs; 1.2.2. daşıma sənədi - yükün, boş yük vaqonunun daşıma müqaviləsinin bağlanılmasını təsdiq edən dəmiryol nəqliyyatı qaiməsi (bundan sonra - qaimə); 1.2.3. tarif - dəmiryol nəqliyyatı ilə daşımaların həyata keçirilməsi üçün müəyyən edilmiş haqq; 1.2.4. yığım - dəmiryol stansiyaları ərazisində əməliyyatlara, xidmətlərə və ya işlərə görə tarifə (qiymətə) daxil edilməyən əlavə ödəmə; 1.2.5. yükalan daşıma sənədi (əqd) əsasında yükü, boş yük vaqonunu almağa səlahiyyəti olan hüquqi və ya fiziki şəxs; 1.2.6. yükgöndərən - daşımanın təşəbbüsçüsü olan və adından yük, boş yük vaqonu göndərilməsi rəsmiləşdirilən hüquqi və ya fiziki şəxs.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

93. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

94. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

95. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

96. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

97. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

98. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

99. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

100. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

101. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

102. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

103. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Apellyasiya baxışının həddi

104. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

105. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

106. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

107. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları əsas götürməklə məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

108. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

109. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

110. İddiaçı, 2023-cü ilin aprel, may, iyun, iyul, avqust və noyabr aylarında cavabdehə stansiya xidmətləri göstərdiyini bildirərək, cavabdehdən həmin xidmətlərə görə yığımların ödənilməsini tələb edir; cavabdeh isə daşınan yüklərin onunla hər hansı bağlılığının olmadığını, yüklərin səhvən onun adına rəsmiləşdirildiyini, əslində ölkə ərazisindən tranzitlə keçərək Əfqanıstan Respublikasında yerləşən eyni adlı xarici şirkətə (“xxxx Kabul”) çatdırıldığını, dolayısı ilə də iddiaçı tərəfindən icra edilən xidmətlərdən yararlanmadığını bildirərək iddiaya etiraz edir.

111. Göründüyü kimi, mübahisə ilə bağlı həll edilməli hüquqi məsələ tranzit daşınma şəraitində dəmir yolu daşımaları üzrə stansiya xidmətlərinə görə ödəniş vəzifəsinin (yükünün) kimin üzərində olmasıdır.

112. Yuxarıda qeyd olunan gömrük bəyannamələri əsasında Azərbaycan Respublikasına gəlmiş 347 vaqon yükün tranzitlə daxil olaraq Əfqanistan Respublikasına göndərildiyi işin mübahisəsiz halıdır.

113. “Beynəlxalq yüklərin dəmir yolu ilə daşınmasına dair” 1951-ci il tarixli SMQS Sazişinin tənzimləməsinə görə, daşıma yığımlarının (daşıma müqaviləsinin bağlanmasından yükün alıcıya çatdırılmasına qədər, o cümlədən yükün yenidən yüklənməsi və ya yük avtomobillərinin yerinin dəyişdirilməsi ilə bağlı dövr ərzində çəkilmiş daşıma xərcləri, konduktor və avtomobil qatarının maşinistinin haqları, əlavə haqlar və digər ödənişlər daxildir) ödənilməsi yükgöndərənin və ya yükalanın üzərinə düşür (əgər daşıma tərəfləri arasında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa). Yük göndərən və ya alan həmin öhdəliklərin yerinə yetirilməsini üçüncü şəxsə həvalə etdikdə, həmin üçüncü şəxs göndərici tərəfindən yük qaiməsində ödəyici kimi göstərilməli və müvafiq daşıyıcı ilə müqaviləsi olmalıdır (§ 90).

114. İşin hallarından aydın olur ki, Cavabdeh və “xxxx Kabul AFG” MMC-lərin adına Rusiya Federasiyasından 2023-cü il ərzində ümumilikdə gəlmiş diammoniyfosfat yüklü 347 vaqondan 134-ü Cavabdeh MMC-nin adına rəsmiləşdirilərək “yükü qəbul edən” kimi Cavabdeh MMC göstərilmişdir.

115. Halbuki, iş materiallarında olan **-******* saylı ##.##.2023-cü il tarixli, **-******* saylı ##.##.2023-cü il tarixli, **-******* saylı ##.##.2023-cü il tarixli YDS-lərdə İddiaçı QSC-nin (“xxxx” QSC-nin) müştərisi - “Sifarişçi” kimi “xxxx” MMC, “Yük Göndərən” kimi “xxxx” Səhmdar Cəmiyyəti, “X1” kimi “xxxx Kabul” MMC, **-******* saylı ##.##.2023-cü il tarixli YDS-də isə “xxxx” QSC-nin müştərisi - “Sifarişçi” kimi “xxxx” MMC, “Yük Göndərən” kimi “xxxx” Səhmdar Cəmiyyəti, “X1” kimi “DGCİ X9” MMC qeyd edilmişdir.

116. Nəzərə alınmalıdır ki, YDS - yükləmə daşıma sifarişi olmaqla istənilən sifarişçi ilə “xxxx” QSC arasında bağlanılan müqavilə əlavəsidir və sözügedən əlavədən tərəflər arasında sifariş verilmiş xidmətlərin həcmi, istiqaməti, icra edilmə tarixləri və s. müəyyən olunur.

117. Bununla belə kollegiyanın qənaətinə görə, Cavabdeh MMC ##.##.2023-cü il tarixində İddiaçı QSC-nə ünvanladığı müraciət (§ 22) və öz əməkdaşına verdiyi etibarnamə (§ 25) ilə “müvafiq öhdəliklərin yerinə yetirilməsinin həvalə olunduğu üçüncü şəxs” statusunu almış, İddiaçı QSC həmin müraciəti qəbul edib Cavabdeh MMC-ni daşıma prosesinə daxil etdiyi üçün onların arasında müqavilə münasibətləri yaranmışdır.

118. Cavabdehin nümayəndəsi yükü müşayiət edən sənədlərdə yükalan kimi Cavabdeh MMC-nin səhvən göstərildiyini bildirsə də, bununla bağlı kifayət qədər əsaslı dəlil təqdim etməmiş, MMC-nin nümayəndəsinin “xxxx” şirkəti tərəfindən göndərilmiş yüklərin olduğu vaqonlara xidmət göstərilməsi ilə bağlı stansiyalara gedib iddiaçı tərəfindən tərtib edilmiş sənədləri imza edib möhürləməsinin, yük alan kimi qaimələrdə onun (ünvanı göstərilməklə) qeyd olunmasının, sözügedən müraciəti iddiaçıya ünvanlamasının səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir.

119. Lakin qeyd olunmalıdır ki, bu münasibət çərçivəsində Cavabdeh MMC-nin, yalnız özünün adına rəsmiləşdirilərək “yükü qəbul edən” kimi göstərildiyi 134 vaqonla bağlı hesablanmış yığım xərclərindən məsuliyyət daşıyıb-daşımadığı müzakirə oluna bilər.

120. İddiaçı QSC-nin Cavabdeh MMC-nə göndərdiyi e-qaimələr (EBDF ****** saylı, 05.05.23-cü il tarixli – 569 715,89 (ƏDV daxil) manat; EBDH ****** saylı, 06.06.23-cü il tarixli – 5359,13 (ƏDV daxil) manat; EBDK ****** saylı, 20.07.23-cü il tarixli – 38.506,79 (ƏDV daxil) manat; EBDN ****** saylı, 29.08.23-cü il tarixli – 2189,57 (ƏDV daxil) manat; EBDL ****** saylı, 04.08.23-cü il tarixli – 38.792,32 (ƏDV daxil) manat; EBDO ****** saylı, 11.09.23-cü il tarixli – 296 643,82 (ƏDV daxil) manat; EBDS ****** saylı, 15.11.23-cü il tarixli – 283,20 (ƏDV daxil) manat) üzrə QSC-nin Cavabdeh MMC-nə hesabladığı borc məbləği 951 490,72 (ƏDV daxil) manat təşkil edir.

121. İddiaçının nümayəndəsinin izahına görə, e-qaimələrinin əsası QU 45 formalı yaddaş vərəqələridir və borcu müəyyən edən FDU 92 adlı sənəd məhz QU 23 və QU 45 adlandırılan sənədlər əsasında formalaşır (yəni FDU 92 = QU 23 + QU 45).

122. Təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin təqdim etdiyi arayışa əsasən, yaddaş vərəqələri ilə bağlı mövcud vəziyyət aşağıdakı kimidir:

YKX№****** y/v əsasında 7648,05 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 31294,66 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 1899,00 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 31796,66 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 4872,24 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 140,02 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 913,79 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 4420,82 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 1644, 85 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 273,10 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 490,60 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 370,99 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 1126,72 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 4502,05 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 1637,79 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 2627,53 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 1564,56 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 435,21 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 185,85 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 4809,99 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 10573,34 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 5359,56 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 8460,79 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 8520,31 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 1158,61 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 6791,98 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 3900,56 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 335,23 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 1199,38 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 2923,14 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 3677,59 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 1539,23 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 6573,92 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 959,78 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 258,00 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 885,31 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 778,86 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 2041,19 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 3589,45 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 2605,62 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 3785,43 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 8694,24 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 4085,93 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 4534,17 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 1768,39 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 5439,87 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 2564,55 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 2731,46 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 3020,85 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 9743,35 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 3193,29 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 1580,15 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında 2189,57 (ƏDVdaxil) manat yığım hesablanmışdır; YKX№****** y/v əsasında təkrar 283,20 (ƏDVdaxil) manat yığım hesablanmışdır.

123. Beləliklə, tərtib edilmiş toplam 54 ədəd QU 45 formalı yaddaş vərəqələri əsasında hesablanmış yığımların ümumi məbləği 228 400,78 (ƏDV daxil) manat təşkil etmiş, həmin vərəqələrin bir hissəsi Cavabdeh MMC-nin rəhbəri Qanuni nümayəndə və MMC-nin nümayəndəsi X5 tərəfindən, digərləri isə “xxxx Kabul” LTD-nin nümayəndəsi Bəşirov Əhəd İsmayıl oğlu tərəfindən imzalanmışdır.

124. “xxxx Kabul” LTD-nin nümayəndəsinin imzası ilə təsdiq edilmiş QU-45 formalı yaddaş vərəqələrinin cəmi 68 544,79 (ƏDV daxil) manat, Cavabdeh MMC-nin nümayəndələrinin imzası ilə təsdiq edilmiş QU 45 formalı yaddaş vərəqələrinin cəmi isə 159 855,99 (ƏDV daxil) manat təşkil edir.

125. İddiaçının nümayəndəsinin təqdim etdiyi maliyyə arayışından aydın olur ki, Cavabdeh MMC-nə borc həmçinin QU 23 formalı ümumi aktlara əsasən də hesablanmışdır.

126. Həmin aktlarla müəyyən edilən məbləğlər isə aşağıdakı kimidir:

** nömrəli QU 23 formalı ümumi akta əsasən 35 306,82 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 9150,61 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 12148,99 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 2743,57 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 2596,73 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 20503,82 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 4402,41 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 16265,94 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 6506,37 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 82484,47 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 30113,36 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 4450,62 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 9228,35 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 18302,57 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 6662,28 (ƏDV daxil) manat; ** nömrəli QU 23 formalı ümumi akta əsasən 6055,38 (ƏDV daxil) manat.

127. Beləliklə QU 23 formalı ümumi aktların cəmi 266 922,29 (ƏDV daxil) manat təşkil edir, lakin bu sənədlər ümumiyyətlə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmamışdır və onların əsasında kimin nə ilə bağlı hesabat aparması qeyri-müəyyəndir.

128. İddiaçının nümayəndəsinin təqdim etdiyi maliyyə arayışında həmçinin qeyd olunmuşdur ki, “xxxx” QSC-nin ## #### 2023-cü il tarixli **-*-**/*-*-*****/**** nömrəli qərarına uyğun olaraq aprel ayında Hövsan stansiyası tərəfindən tərtib edilmiş **/* saylı FDU 92 formalı yığım vərəqəsində Biləcəri və Hövsan stansiyasında vaqonların ümumi istifadə yollarında dayanmasına görə hesablanmış 456 492,02 manat yığımdan 425 075,44 manat yığım silinmiş, 31 416,58 manat məbləğində yığım qalıq olaraq saxlanılmışdır.

129. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının nümayəndəsi QU 45 və QU 23 formalı aktların FDU 92 formalı yığım vərəqələrinin təməli olduğunu, yəni bu aktların toplamının FDU- 92 ilə müəyyən edilmiş məbləği təşkil etdiyini bildirmişdir.

130. İş materiallarından isə aydın olur ki, əlavə yığımlar üçün aşağıdakı yığım vərəqələri (FDU-92) mövcuddur:

Aprel 2023, ** saylı vərəqə - 113 223,87 (ƏDV daxil) manat; Aprel 2023, **/* saylı vərəqə - 456.492,02 (ƏDV daxil) manat; May 2023, ** saylı vərəqə - 5359,56 (ƏDV daxil) manat; Avqust 2023, ** saylı vərəqə - 266 601,92 (ƏDV daxil) manat; Noyabr 2023, *** saylı vərəqə - 283,2 (ƏDV daxil) manat.

131. Əlavə yığım vərəqələrinin (FDU-92) cəmi 841 960,57 (ƏDV daxil) manat təşkil edir, FDU 92-lərin isə yalnız 48 və **/* saylı olanları Cavabdeh MMC-nin səlahiyyətli şəxsinin imzası və MMC-nin möhürü ilə təsdiq olunmuşdur.

132. Cavabdeh MMC-nin səlahiyyətli şəxsinin imzası və MMC-nin möhürü ilə təsdiq edilmiş FDU 92-lərin cəmi 569 715,89 (ƏDV daxil) manat təşkil edir.

133. Beləliklə müəyyən edilən odur ki, Cavabdeh MMC-nə ümumilikdə 951 490,72 (ƏDV daxil) manat məbləğində e-qaimə təqdim olunmuş, QU 45 formalı aktların cəmi 228 400,78 (ƏDV daxil) manat, onların Cavabdeh MMC tərəfindən təsdiqlənənlərin cəmi 159 855,99 (ƏDV daxil) manat, Cavabdeh MMC-nin səlahiyyətli şəxsinin imzalamadığı QU 23 formalı aktların cəmi 266 922,29 (ƏDV daxil) manat, FDU 92-lərin cəmi 841 960,57 (ƏDV daxil) manat, onlardan Cavabdeh MMC-nin səlahiyyətli şəxsinin imzası və MMC-nin möhürü ilə təsdiq olunanların cəmi 569 715,89 (ƏDV daxil) manat təşkil edir.

134. Göründüyü kimi, QU 45 və QU 23 formalı aktların ümumi məbləği 426 777,28 (ƏDV daxil) manatdır (159 855,99 + 266 922,29) – halbuki onların toplamı FDU 92-nin toplam məbləğini, yəni 569 715,89 (ƏDV daxil) manatı təşkil etməli idi.

135. Başqa sözlə, “xxxx” QSC-nin təqdim etdiyi sənədlər arasında, 142 937,61 (ƏDV daxil) manatlıq (569 715,89 – 426 777,28) QU 45 və QU 23 formalı aktlar ümumiyyətlə mövcud deyil.

136. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin adına gəlmiş 134 vaqon yükə 42 yük qaiməsi (nakladnoy) tərtib olunmuş, hər qaimədə vaqon nömrələri göstərilmiş, bu yüklər ##.##.2023-cü, ##.##.2023-cü, ##.##.2023-cü və ##.##.2023-cü il tarixli gömrük bəyannamələrinə əsasən tranzit gömrük prosedurundan keçmiş və onların ixracına razılıq verilmişdir.

137. Tranzit gömrük proseduru zamanı bəyannamə tərtib edildikdən dərhal sonra yük ölkədən çıxarıldığı üçün, ##.##.2023-cü il tarixinədək məhz Cavabdeh MMC-nin adına gələn bütün yüklər ölkədən ixrac edilmişdir.

138. Bu isə o deməkdir ki, ##.##.2023-cü il tarixindən sonra hesablanan bütün stansiya xərcləri artıq “xxxx Kabul” LTD-nin adına gələn vaqonlarla bağlıdır.

139. QU 45 formalı aktlarla (bu aktlarda konkret vaqonların nömrələri yazılmışdır) gömrük bəyannamələrinin əlavələri olan qaimələrdəki (nakladnoylar) Cavabdeh MMC-nin adına gələn vaqon nömrələrinin müqayisəli təhlilindən aydın olur ki, 2023-cü ilin aprel ayının sonunadək tərtib edilən QU 45-lərdə Cavabdeh MMC-nin vaqon nömrələri, may ayından etibarən isə artıq “xxxx Kabul” LTD-nin vaqon nömrələri göstərilmişdir.

140. Bu xüsusat o nəticəyə gəlməyə əsas verir ki, ##.##.2023-cü il tarixli YKX№****** yaddaş vərəqəsindən sonra bütün vaqonlar “xxxx Kabul” LTD-nin adına gəlmişdir və sonrakı yaddaş vərəqələrini kimin imzalamasından asılı olmayaraq Cavabdeh MMC həmin vaqonlara görə məsuliyyət daşıya bilməz.

141. YKX№****** yaddaş vərəqəsindən sonra gələn bütün yaddaş vərəqələrinin cəmi 115 172,4 manat təşkil edir – bu isə o deməkdir ki, həmin məbləğdə QU 45-lər “xxxx Kabul” LTD-nin adına gələn vaqonlarla bağlıdır.

142. Yuxarıda qeyd olunduğu kimi, QU 45 formalı aktların ümumi məbləği 228 400,78 manatdır – “xxxx Kabul” MMC-nin adına gələn vaqonlarla bağlı olan QU 45 aktları nəzərə alındığında isə, öz adına gələn vaqonların stansiya xidmətlərinə görə Cavabdeh MMC-dən 113 228,38 manat (228 400,78 – 115 172,4 = 113 228,38) tələb oluna bilər.

143. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının “2023-cü ilin aprel, may, iyun, iyul, avqust və noyabr aylarında cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 526 415,69 manat borcun tutulması” tələbi qismən təmin olunmalı, Cavabdeh MMC-dən stansiya xidmətlərinə görə tətbiq olunan yığım qismində 113 228,38 (yüz on üç min iki yüz iyirmi səkkiz manat 38 qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır.

144. İddiaçının “21 897,68 manat faiz borcunun cavabdehdən xeyrinə tutulması” tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:

145. İddiaçının həmin tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi (§ 63) nəzərdən keçirilə bilər; həmin maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

146. İşin hallarından görünür ki, Cavabdeh MMC-nin səlahiyyətli şəxsinin imzaladığı 48 və **/* saylı FDU-larla bağlı Cavabdeh MMC-nə e-qaimə ##.##.2023-cü il tarixdə göndərilmiş, pretenziya ##.##.2024-cü il tarixdə MMC-nə ünvanlanmış, iddiaçı isə iddia ərizəsində müvafiq gecikmə faizini ##.##.2024-cü il tarixinə qədər olan müddət üçün hesablamışdır.

147. Sözügedən elektron qaimə Cavabdeh MMC-nə göndərilən ilk qaimədir və həmin qaimə üzrə ödənişin neçə gün ərzində həyata keçirilməli olduğuna dair razılaşmanın mövcudluğu müəyyən edilməmişdir.

148. Ağlabatan mühakimə əsasında ödənişin elektron qaimənin vurulmasından sonra təxminən 10 gün ərzində həyata keçirilməli olduğu qəbul edilə bilər – belə olan halda isə ödəmə tarixindən iddiaçının özünün əsas götürdüyü ##.##.2024-cü il tarixinə qədər təxminən 1 illik gecikmə müddəti yaranır və Cavabdeh MMC bu gecikdirmə müddətinə görə iddiaçıya 5661,41 manat ödəməlidir (113 228,38 * 5% = 5661,41).

149. Məhkəmə xərclərinə də qiymət verən kollegiya hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumunun iddia tələbinin təmin olunan hissəsinə mütənasib hissəsi qismində 160 manat cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun qalan hissəsi, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

150. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC-nin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən stansiya xidmətlərinə görə tətbiq olunan yığım qismində 113 228,38 (yüz on üç min iki yüz iyirmi səkkiz manat 38 qəpik) manat, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə 5661,42 (beş min altı yüz altmış bir manat 42 qəpik) manat, dövlət rüsumuna görə 160 (yüz altmış) manat olmaqla cəmi 119 049,8 (yüz on doqquz min qırx doqquz manat 80 qəpik) manat tutularaq İddiaçı QSC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun qalan hissəsi, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid olunsun. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar