Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4025/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ümumi dəyəri 19.231 manat olan 13 adda qızıl-zinət və ümumi dəyəri 31.130 manat olan 34 adda cehiz əşyalarının cavabdeh Cavabdeh alınaraq ona qaytarılmasını, həmin əşyalardan hər hansı biri olmadıqda onun dəyərinin cavabdeh Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı iddiası təmin edilmiş, 1 ədəd Tiffany sırğa 585 (türk qızılı) 6 qram-930 manat, 1 ədəd nişan üzüyü 750 (ağ, italiyan qızılı) 5 qram-975 manat, toy komplekti dəst (ağ, italyan qızılı) 25 qram-5.375 manat, Tiffany sırğa və qolbaq dəsti 585 (türk qızılı) 21,52 qram-3.336 manat, 1 ədəd Tiffany üzük 750 (italiyan qızılı) 5,45 qram-1063 manat, 1 ədəd Burma üzük 585 (türk qızılı) 5 qram 775 manat, 1 ədəd Graziella üzük 750 (italiyan qızılı) 4 qram-780 manat, 1 ədəd Graziella klon 750 (italiyan qızılı) 5 qram-975 manat, 1 ədəd Graziella qolbaq 750 (italiyan qızılı) 10 qram-1.950 manat, 1 ədəd toxunma sep 750 (italiyan qızılı) 7 qram-1.365 manat, 1 ədəd Dollar klon 585 (türk qızılı) 5 qram-775 manat, 1 ədəd Raika sırğa 750 (italiyan qızılı) 12,69 qram-2.475 manat və 1 ədəd Bottega sırğa 585 (türk qızılı) 8 qram-1.240 manat adlı qızıl zinət əşyalarının, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyərinin Cavabdeh alınaraq, İddiaçı verilməsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X1 küçəsi, ev 30 ünvanında yerləşən 1 ədəd “Samsung UE” markalı, UHD TV-2200 manat, 1 ədəd “LG GNC680HLCL” markalı, soyuducu-2100 manat, Mebel dəsti-12.000 manat, 1 ədəd “Samsung VC15K4170” markalı, tozsoran-500 Manat, 1 ədəd “Kenwood MG510” markalı, ətçəkən maşını-350 manat, 2 ədəd Akril “Merinos” xalı-900 Manat, 1 ədəd (2x3) xalı-150 manat, 12 ədəd çəngəl, qaşıq, bıçaq dəsti-450 Manat, bıçaq seti-50 manat, Keramika baharatlıq 7-li 70 manat, 12 nəfərlik yemək dəsti (servis)-1200 manat, 6 nəfərlik gündəlik istifadə üçün yemək dəsti-400 manat, 2 ədəd Antik Xrustal konfet qabları-50 manat, 2 ədəd Xrustal mürəbbə qabları-30 manat, 2 ədəd Antik Xrustal gəmi meyvə qabı-100 manat, Zər işləməli Xrustal çərəz qabı, zər işləməli xrustal güldan, zər işləməli külqabı - 400 manat (ümumi), 2 ədəd Türkiyə istehsalı Granite qazan seti-800 manat, 5-li Emal qazan dəsti-100 manat, 1 ədəd Antik meduza meyvə qabı- 500 manat, 2 ədəd Antik meduza şam qabı-280 manat, 36 ədəd Su bakal-220 manat, Yataq otağı pərdəsi -480 manat, Qonaq otağı çilçırağı -850 manat, Yataq otağı çilçırağı-350 manat, “X2 Pro” ütü-350 Manat, Elektrikli Somavar-200 manat, Stol süfrələri-500 manat, Yun odeyallar-250 manat, Yorğan-döşək dəstləri-2500 manat, Sintifon yorğan-150 manat, 2 ədəd yay yorğanı-50 manat, 2 ədəd Taxt üçün pokraval-800 manat, Uşaq kravatı-1500 manat, “Kidilo” uşaq kolyaskası-300 manat adlı əşyaların, bu əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyərinin Cavabdeh alınaraq, İddiaçı verilməsi, məhkəmə xərclərinə aid olan, iddia üzrə ödənilməli olan 148,83 manat dövlət rüsumunun Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə təmin edilməmişdir. Qeyd edilən qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra cavabdeh yenidən ##.##.2026-cı il tarixli qərardaddan şikayət vermişdir. Həmin şikayət məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət vermə müddətinin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş şikayət məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə yenidən şikayət vermə müddətinin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Daha sonra cavabdeh məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət, eyni zamanda şikayətin verilməsi müddətinin bərpasına dair ərizə təqdim edərək, qərardaddan şikayətin verilməsi müddətinin bərpa edilməsini, qərardadın ləğv edilməsini, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayətin verilməsi müddətinin bərpasına dair ərizə təmin edilməmiş, şikayət geri qaytarılmışdır. Cavabdeh Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, ##.##.2026-cı il tariхli qərardaddan şikayət vermə müddətinin bərpa edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı ona qarşı qızılzinət və cehiz əşyalarının qaytarılması, onlar olmadıqda dəyərinin tutulması tələbi təmin edilmişdir. Həmin qətnaməni ##.##.2026-cı il tarixdə əldə etmişdir. Həmin qətnamədən verilmiş müddətin bərpası barədə ərizə məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə qanunsuz və əsassız olaraq təmin edilməmişdir. Məhkəmə qərardadda mübahisələndirilən qətnamənin ona rəsmi qaydada verilməsi üçün məhkəmənin üzərinə düşən vəzifələri lazımınca yerinə yetirdiyini, qətnamənin istər cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməsi, istərsə də poçt vasitəsilə işdə olan ünvanına göndərilərək çatdırılmasının təmin edildiyini, ona görə də qətnamənin cavabdehə rəsmi qaydada verilmiş hesab edildiyini göstərmişdir. Halbuki, o, elektron kabineti işlədə bilmir, ona görə də qətnaməni elektron kabinetdən əldə etməmişdir. Qətnamənin poçtla göndərildiyi ünvanda yaşamır, həmin ünvanda iddiaçı yaşamışdır. Beləlilkə, yalnız ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etdikdən sonra qətnaməni əldə etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından vaxtında, ##.##.2026-ci il tarixdə şikayət vermiş, lakin məhkəmə MPM-nin 267.3-cü maddəsinin tələblərinə əməl edilmədiyinə görə ##.##.2026-cı il tarixli qərardadla şikayəti geri qaytarmış və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayətlə məhkəməyə müraciət edilməsi hüququnu izah etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra məhkəmənin ##.##.2026cı il tarixli qərardadının ləğv edilib, qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilərək baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi üçün məhkəməyə yenidən müraciət etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından etdikləri şikayət məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hesab edir ki, qərardad ləğv edilərək, mülki iş mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət vermə müddəti bərpa edilməli, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər; 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə verilmiş, lakin həmin ərizə məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmişdir. Bu qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət isə ilk dəfə məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Buna əsas kimi cavabdeh tərəfindən qeyd edilən qərardaddan apellyasiya şikayətinin verilməsi və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə ünvanlanması göstərilmişdir. Birinci instansiya məhkəməsi bu halları Mülki Prosessual Məcəllənin 267-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirmişdir. Halbuki, həmin sənədin üzərində şikayət deyil, apellyasiya şikayəti sözlərinin yazılması onun mahiyyətini və məqsədini dəyişmir. Cavabdeh açıq və aydın şəkildə məhz məhkəmənin ##.##.2026-cı il tarixli qərardadını mübahisələndirmiş, buna uyğun olaraq da onun ləğv edilməsini və qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini tələb etmişdir. Bu qəbildən olan şikayətlərə də bilavasitə birinci instansiya məhkəməsi tərəfindən baxılır. Həmin şikayət də “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə məhz birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh qərardadı mübahisələndirən zaman nəticə etibarı ilə “Elektron” məhkəmə informasiya sistemində müraciətin növünü seçərkən səhvə yol vermiş və “şikayət” bölməsindən deyil, “apellyasiya şikayəti” bölməsindən istifadə etmişdir. Bu baxımdan başqa əsasların olmadığı bir halda, birinci instansiya məhkəməsinin göstərdiyi bu iki əsas hüquqi nəticə etibarı ilə formal xarakter daşıyır və şikayətin geri qaytarılmasını şərtləndirmir. Birinci instansiya məhkəməsi həmin məsələyə məhz bu qaydada yanaşaraq, şikayətə mahiyyəti üzrə baxa bilərdi. Bundan sonra məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından verilmiş 18 iyun və 29 iyun tarixli şikayətlərin hər ikisi məhkəmənin müvafiq olaraq 19 iyun (23 iyun tarixində yerləşdirilmişdir) və 01 iyul (02 iyul tarixində yerləşdirilmişdir) tarixli qərardadları ilə eyni, yəni şikayət vermə müddətinin ötürülməsi əsası ilə geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə isə cavabdeh şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Nəzərə alınmalıdır ki, 18 iyun tarixdə şikayətin verilməsi müddəti artıq ötmüşdür və yuxarıda göstərilən prosessual hərəkətlərin (geri qaytarmalar) nəticəsi olaraq bu qaçılmaz bir hal idi. Bu baxımdan 19 iyun tarixli qərardadın da məzmunu nəzərə alınmaqla 29 iyun tarixdə şikayətlə birlikdə artıq şikayətin verilməsi müddətinin bərpası barədə ərizə verilməli idi. Lakin həmin vaxt verilməsə də, 01 iyul tarixli qərardad yerləşdirildikdən sonra, 08 iyul tarixdə verilmişdir. Məhkəmə kollegiyası ##.##.2026-cı il tarixli qərardaddan ilk dəfə şikayətin müəyyən edilmiş 10 günlük şikayət etmə müddəti ərzində verildiyini, bu şikayətin geri qaytarılması barədə ##.##.2026-cı il tarixli qərardada münasibətini, ilk dəfə müddətin həyata keçirilmiş prosessual hərəkətlər nəticəsində ötürüldüyünü, sonradan isə cavabdeh tərəfindən nəticə etibarı ilə müddətin bərpası barədə ərizənin verilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, ##.##.2026-cı il tarixli qərardadla ##.##.2026-cı il tarixli qərardaddan şikayətin verilməsi müddəti bərpa edilə bilərdi. Hər halda, bunu üçün əsaslar olmuşdur. Qeyd edilənlər öz növbəsində birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət vermə müddəti bərpa edilməli, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, bu səbəbdən şikayət qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilsin. Cavabdeh Cavabdeh ərizəsi təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət vermə müddəti bərpa edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-4025/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4025/2026
04.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver