Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-919/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh, azyaşlı övladları Tunar və Elifin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə ayda 260 AZN olmaqla, cəmi 520 (beş yüz iyirmi) AZN məbləğində sabit pul məbləğində aliment tutulub iddiaçının xeyrinə verilməsi, alimentin hesablanması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən başlanması və məhkəmə xərcləri cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə 2013-cü il tarixli rəsmi nikahdan iki övladları - ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 doğulmuşdur. Hazırda azyaşlı övladları onun himayəsində yaşayır və onların bütün maddi ehtiyacları onun tərəfindən qarşılanır. Cavabdeh isə ayrı yaşayır və uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir, valideynlik vəzifələrini icra etmir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Elmir Murquzov) iddia tələbi qismən təmin edilmiş, ## ###### 2013-cü il təvəllüdlü X2 və ## ####### 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində alimentin tutulması, alimentin hesablanmasının ##.##.2026-cı il tarixdən hesablanması, iddiaçı İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ödədiyi 60 manat mediasiya xərcinin cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2013-cü il tarixdə X2 doğulmuşdur. X4, atası İddiaçıdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2017-ci il tarixdə X1 doğulmuşdur. X4, atası İddiaçıdur. Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş və iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2013-cü il tarixdə Lənkəran Şəhər İHB-nın İstisu qəsəbə İƏD nümayəndəliyində 15 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuşdur. Nikah pozulduqdan sonra ##.##.2013cü il tarixdə X2 və ##.##.2017 ci il tarixdə X1 iddiaçı İddiaçı yanında saxlanılması qət edilmişdir. Qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya xərci kimi 60 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər ayrıldıqları vaxtdan uşaqlar iddiaçı ilə qalmışlar və cavabdehin həmin vaxtdan indiyədək uşaqların saxlanması üçün iddiaçıya maddi yardım etməsi halları müəyyən edilməmişdir. Eyni zamanda, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Ona görə də tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanmaları üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Uşaqlar iddiaçının himayəsində olduqlarından uşaqlara qulluq, onların sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırkı iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi imkanının olmaması ilə bağlı dəlili qəbuledilən hesab edilmir. Onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Məhkəmə cavabdehin qeyd etdiyi kimi hər uşağa 100 manat məbləğində alimentin təyin olunmasını hazırda bir uşağın saxlanması üçün kifayət edəcək məbləğ kimi qəbul etmir. Həmçinin uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Bu səbəbdən də tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, habelə, uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alıb cavabdehdən hazırkı vəziyyətdə hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq tərəflərin birgə nikahda olduqları müddətdə doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıya verilməsini məhkəmə əsaslı və ədalətli hesab etmişdir. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin olunmalı, tərəflərin faktiki münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində (yəni 400 x 0,40 = 160 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi ##.##.2026-cı il tarixdən hesablanmaqla tutulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2, 100.2-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarının 1.2.1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 112.1.3, 119.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin dəyişdirilərək, cavabdehdən tutulan alimentin məbləğinin bir uşaq üçün aylıq 100 (yüz) manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o heç bir yerdə işləmir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi İşsizlik haqqında arayışı verilmişdir. Həmin arayışı məhkəməyə təqdim etsə də məhkəmə qəbul etdiyi qətnamədə nə izahatını nə də məhkəməyə sübut kimi təqdim etdiyi sənədləri qətnamədə sadalamamış, onlara qiymət verməmiş, qətnaməni özünün mülahizəsi əsasında iddiaçının iddia ərizəsində göstərdiklərini yazmaqla formal olaraq guya əsaslandırma aparmışdır. Bununla da işə baxan hakim işi araşdırarkən tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, uşağın mənafeyini qorumaq üçün onun işsiz olmağını nəzərə almaqdan imtina etməklə bir növ iş üzrə iddiaçının vəkili qismində çıxış etmişdir. Baxmayaraq ki, qanunvericiliyin tələbindən görünür ki, məhkəmə işin hallarını nəzərə alaraq bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcələnin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən etməli, hazırkı iş üzrə iddaçıya nisbətdə onun daha aztəminatlı olmağının nəzərə alınmasını tələb edilir. İş üzrə təqdim edilmiş sübutların araşdırılmaqla o qadın olmaqla hazırkı işsiz durumda qazanc əldə etməyinin məhdud olması halları araşdırılmaqla alimentin məbləği müəyyən edilməli olan halda edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, o, bir ana kimi övladlarının həqiqi qayğısına qalmaq, onların tərbiyəsi və gələcəyi üçün mübarizə aparmaq əvəzinə, sırf maliyyə məsələlərinə görə məhkəməyə müraciət etmişdir. Cavabdeh övladlarının yaşaması və onların mənafeyi üçün deyil, sırf aliment məbləğini azaltmaq və öz şəxsi pul maraqlarını təmin etmək üçün apellyasiya şikayəti vermişdir. Bir ananın övladının gələcəyi üçün deyil, məhz pul üçün mübarizə aparması onun səmimiyyətsizliyini və məsələyə mahiyyəti üzrə yanaşmadığını aydın göstərir. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh Cavabdeh oğlu məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hal-hazırda mübahisələndirilən qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək hər uşaq üçün 100 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-aliment məbləğinin müəyyən edilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün təfsir edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə tərkibi ilk olaraq bildirir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, bir uşağın saxlanması üçün tələb olunan sabit məbləğdə aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və Ailə Məcəlləsinin 75ci maddəsinə əsasən uşaqların saxlanılması valideynlərin bərabər vəzifəsidir. Bu öhdəlik subyektiv arzu və ya şəxsi imkandan asılı olmamaqla məcburi xarakter daşıyır. Aliment uşağın gündəlik qida, geyim, tibbi xidmət, təhsil, mənzil-məişət şəraiti kimi normal ehtiyaclarının ödənilməsi, sağlam və harmonik inkişafı üçün nəzərdə tutulur. Uşağın inkişafı üçün ən zəruri və vacib şərt onun fiziki, əqli, sosial və mənəvi cəhətdən normal şəraitdə böyüməsidir. Odur ki, alimentin miqdarı yalnız valideynin öz subyektiv vəziyyətinə görə deyil, uşağın real ehtiyaclarına uyğun müəyyən edilməlidir. Odur ki, cavabdehin hazırda işləməməsi barədə təqdim etdiyi arayış onun aliment ödəmək öhdəliyinin mövcudluğunu aradan qaldırmamışdır. Həmin sənəd yalnız cavabdehin müəyyən dövr ərzində rəsmi iş yerinin və əmək gəlirinin olmadığını təsdiq edə bilər. Lakin bu hal onun valideynlik vəzifəsindən, o cümlədən uşaqların saxlanılmasında maddi iştirak etmək öhdəliyindən azad olunması kimi qəbul edilə bilməz. Eyni zamanda, alimentin məbləği müəyyən edilərkən yalnız aliment ödəyəcək valideynin hazırkı gəlirinin olub-olmaması deyil, ilk növbədə yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, onların yaşına uyğun gündəlik və digər zəruri ehtiyacları, tərəflərin maddi və ailə vəziyyəti, habelə uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər saxlanılması nəzərə alınmalıdır. Uşaqların saxlanılması ilə bağlı xərclərin yalnız iddiaçının üzərinə qoyulması isə valideynlərin uşaqların saxlanılmasında bərabər vəzifəyə malik olması prinsipinə uyğun deyildir. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, hər iki azyaşlı uşaq iddiaçının yanında yaşayır və onların gündəlik saxlanılması, qidalanması, geyimi, təhsili, müalicəsi və digər zəruri ehtiyacları faktiki olaraq iddiaçı tərəfindən təmin edilir. Cavabdehin isə uşaqların saxlanılmasında mütəmadi maddi iştirak etməsi müəyyən edilməmişdir. Belə olan halda, uşaqların bütün maddi təminatının yalnız iddiaçının üzərinə qoyulması cavabdehin valideynlik vəzifəsinin faktiki olaraq icra edilməməsi ilə nəticələnərdi. Bununla yanaşı, cavabdehin qadın olması və işsiz vəziyyətdə olması da aliment öhdəliyinin məbləğinin yalnız 100 manatla məhdudlaşdırılmasına əsas verə bilməz. Aliment öhdəliyinin məbləği valideynin cinsinə deyil, qanunla müəyyən edilmiş meyarlara, xüsusilə uşaqların mənafeyinə, onların real ehtiyaclarına və tərəflərin maddi və ailə vəziyyətinə əsasən müəyyən edilməlidir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, cavabdehin işsiz olması uşaqların saxlanılması üçün zəruri olan xərclərin mövcudluğunu aradan qaldırmır. Uşaqların qida, geyim, təhsil, tibbi xidmət və digər gündəlik ehtiyacları valideynlərdən birinin işsiz olması səbəbindən aradan qalxmır və həmin xərclərin digər valideyn tərəfindən təkbaşına qarşılanması tələb oluna bilməz. Valideynlərdən hər biri öz imkanları daxilində uşaqların saxlanılmasına maddi töhfə verməlidir. Bu səbəbdən cavabdehin işsiz olması barədə arayışın mövcudluğu birinci instansiya məhkəməsinin alimenti sabit pul məbləğində müəyyən etməsinə mane olmamış, həmin hal aliment öhdəliyinin özünü deyil, yalnız onun məbləğinin müəyyən edilməsində nəzərə alınmalı olan hallardan birini təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, uşaqların iddiaçının yanında yaşamasını, onların saxlanılması ilə bağlı əsas yükün iddiaçının üzərinə düşməsini, cavabdehin uşaqların saxlanılmasında maddi iştirak etməməsini, habelə azyaşlı uşaqların mənafelərini nəzərə alaraq alimenti hər bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,40 misli, yəni 160 manat olmaqla, iki uşaq üçün ümumilikdə aylıq 320 manat sabit pul məbləğində müəyyən etmişdir. Həmçinin, cavabdehin hər bir uşaq üçün aylıq 100 manat məbləğində aliment müəyyən edilməsi barədə tələbi də əsaslı hesab edilə bilməz. Belə ki, iki azyaşlı uşağın qidalanması, geyimi, təhsili, tibbi xidmətləri, gigiyenik və digər gündəlik zəruri ehtiyacları nəzərə alındıqda, hər bir uşaq üçün aylıq 100 manat məbləğində alimentin uşaqların real və zəruri ehtiyaclarının qarşılanması baxımından kifayət etmədiyi aydındır. Beləliklə, məhkəmə tərkibinin gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-919/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-919/2026
24.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver