Məhkəmə qərarları › İş №2(3-7)-661/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-661/2026

14.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-661/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Həsənova (Məmmədova) Gülnar Aydın qızına qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Həsənova (Məmmədova) Gülnar Aydın qızı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı məhkəmədə cavabdeh Həsənova (Məmmədova) Gülnar Aydın qızına qarşı iddia qaldıraraq, cavabdehdən borclu olduğu cəmi 2400 manat borcun və ödənilmiş 44 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qiyabi qətnaməsi ilə cavabdeh Həsənova (Məmmədova) Gülnar Aydın qızından cəmi 2400 manat pul və 44 manat dövlət rüsumu alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Həsənova (Məmmədova) X2 Rayon Məhkəməsinin ## ###### 2026- cı il tarixli qiyabi qətnaməsinin ləğvinə dair ərizə verərək həmin qətnamənin ləğv olunmasına və işə mahiyyəti üzrə yenidən baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Məmmədova Gülnar Aydın qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdeh Məmmədova Gülnar Aydın qızının qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsi təmin edilməmiş, qiyabi qətnamənin ləğvindən imtina edilmişdir. Cavabdeh Məmmədova Gülnar Aydın qızı ## ##### 2026-cı il tarixdə məhkəməyə şikayət verərək, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsinə, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilk olaraq onu qeyd edir ki, o, apellyasiya şikayəti vermək istəyəndə iddiaçı onun apellyasiya verməməməyi üçün onu təhdid etmiş və bununla bağlı WhatsApp proqramı vasitəsilə ona mesajlar göndərmişdir. Bu səbəbdən o, real qorxu şəraitində olmuş və öz hüquqlarını həyata keçirə bilməmişdir. Təhdidlər aradan qalxdıqdan dərhal sonra məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən ona qarşı irəli sürülən 2400 manat borc tələbi əsassızdır. Belə ki, iddiaçının öz əl yazısı ilə tərtib etdiyi sənəddə onun ona cəmi 65 manat borcu olduğu göstərilmişdir. Bu hal iş, üzrə ciddi mübahisənin mövcud olduğunu və işə onun iştirakı ilə yenidən baxılmasının zəruri olduğunu sübut edir. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayətinin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qiyabi qətnaməsi ##.##.2026-cı il tarixində Elektron məhkəmə informasiya sisteminə yüklənilmiş, həmin gün də tərəflərin hər ikisinin elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə tərəfindən qətnamə ərizəçinin elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək ərizəçiyə göndərilmişdir. Lakin qanunla müəyyən edilmiş müddət ərzində cavabdeh qiyabi qətnamənin ləğvi üçün məhkəməyə müraciət etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə haqlı olaraq Həsənova (Məmmədova) Gülnar Aydın qızının Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qiyabi qətnaməsinin ləğvindən imtina etmişdir. Şikayətində cavabdeh qeyd etmişdir ki, apellyasiya şikayəti vermək istəyəndə iddiaçı onun apellyasiya verməməməyi üçün onu təhdid etmiş və bununla bağlı WhatsApp proqramı vasitəsilə ona mesajlar göndərmişdir. Bu səbəbdən o, real qorxu şəraitində olmuş və öz hüquqlarını həyata keçirə bilməmişdir. Təhdidlər aradan qalxdıqdan dərhal sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri inandırıcı hesab etmir, cavabdehin formal mülahizələri kimi qiymətləndirir. Həmin dəlilləri təsdiq edəcək heç bir mötəbər sübut təqdim edilməmiş, təhdid və hədə-qorxu ilə bağlı hər hansı hüquq mühafizə orqanına müraciət edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, iş üzrə Həsənova (Məmmədova) Gülnar Aydın qızına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi onun şikayətdə də qeyd etdiyi Tovuz rayonu Abulbəyli kəndindəki ünvanına göndərilmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Əgər iddia tələbindən narazı idisə, işə mahiyyəti üzrə baxılmasında iştiral etmək imkanı var idi. Beləki, məhkəmə iclası bir neçə dəfə təxirə də salınmışdır. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apelyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh öz prosessual hüquq və vəzifələrinin icrasında lazımi diqqət və ehtiyatlılıq göstərməmişdir. Məhkəmə praktikasına və prosessual hüququn ümumi prinsiplərinə əsasən, müddətin buraxılması yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hallar mövcud olmamışdır. Cavabdehin şikayətin dəlillərində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsi üçün üzrlü hesab edilə bilməz və bu ötürülmə tam şəkildə cavabdehin öz üzərinə düşən prosessual vəzifələri vaxtında və lazımi qaydaya yerinə yetirməməsinin nəticəsidir. Cavabdeh öz hərəkətlərinə və hərəkətsizliyinə görə məsuliyyət daşıyır və bu məsuliyyət sonradan aradan qaldırıla bilməz. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPMin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məhkəmə kollegiyası izah edir ki, prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Müddətlərin üzrlü səbəb olmadan buraxılması bu prinsiplərin mahiyyətinə zidd olmaqla yanaşı, qarşı tərəfin qanunla qorunan subyektiv hüquqlarına birbaşa müdaxilə edir. Hazırki iş üzrə müddətin ötürülməsi cavabdehin öz prosessual davranışından irəli gəldiyi halda, bu müddətin üzrlü hesab edilməsi və ya bərpa olunması digər tərəfin – məhkəmə qətnaməsi ilə hüququ bərpa edilmiş şəxsin hüquqi sabitlik və qərarın icra olunmasına olan legitim gözləntilərini pozur. Bundan əlavə, prosessual müddətin üzrlü hesab edilməsi tərəflər arasında prosessual bərabərlik prinsipini də pozur. Çünki bir tərəfin öz səhlənkarlığı nəticəsində yol verdiyi prosessual pozuntunun məhkəmə tərəfindən kompensasiya edilməsi, digər tərəfin qanuna uyğun, vicdanlı və vaxtında həyata keçirdiyi prosessual davranışın mənasız hala gətirilməsi ilə nəticələnir. Eyni zamanda müddətin əsassız şəkildə buraxılması işin süni şəkildə uzadılmasına, məhkəmə qərarının icrasının gecikdirilməsinə və digər tərəfin əmək hüquqlarından faktiki istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur ki, bu yalnız prosessual deyil, həm də madd hüquqların pozulması kimi qiymətləndiriləcəkdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 244, 246, 249, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Həsənova (Məmmədova) Gülnar Aydın qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar