Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-70/2026 17.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Səmədov Xəqani Hacı oğlu və X1 ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X7 nümayəndəsi TITŞ-nin böyük inspektoru, R X3, məhkum Məhkum və onun müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli (hakim Pərvanə Məmmədova) qərarı ilə, ##.##.1990-cı il tarixdə Qəbələ rayonu Böyük Əmili kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Böyük Əmili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməməsi müəyyən edilmişdir. işin halları Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsi iclasında iştirak edən məhkum Məhkum ərizəsini müdafiə edərək bildirdi ki, artıq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 2/3 hissəsindən çox hissəsini çəkmişdir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən müəssisənin nümayəndəsi X2 mülahizəni məhkəməyə elan edərək bildirmişdir ki, Məhkum ##.##.2024-cü il tarixdə Şəki penitensiar müəssisəsinə gətirilmiş, azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün ##.##.2024-cü il tarixdə müəssisənin Ümumi rejimli korpusuna keçirilmişdir. Məhkum müəssisəyə gətirildiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri bildirilmişdir. Məhkumun şəxsi işi öyrənilmiş və onunla fərdi tərbiyəvi söhbətlər aparılmışdır. Bu söhbətlərdən və məhkumun şəxsi işindən gəlinən qənaətə görə qeyd etmək olar ki, məhkum törətdiyi cinayətdə özünü təqsirli bilir, hazırda törətdiyi cinayətdən peşmançılıq hissi keçirir. Daxili intizam qaydalarını pozduğuna görə məhkum barəsində 3 dəfə tənbeh tədbiri tətbiq edilmişdir. 1. ##.##.2025-ci il - "03 gün CO" ##.##.2025-ci il - “04 gün CO” ##.##.2026-cı il - “15 gün CO”.Məhkum asudə vaxtında televiziya verilişlərini izləyir, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır. Əməyə münasibəti qənaətbəxş deyil. Mədəni kütləvi tədbirlərdə və təmir-abadlıq işlərində iştirak etmir, verilən tapşırıqları qismən yerinə yetirir. Məhkum yoldaşları ilə zəif münasibət qurur. Ailə üzvləri və yaxınları ilə görüş və telefon qovşağı vasitəsi ilə əlaqə saxlayır. Xasiyyətcə ünsiyyətcil, qeyri-səmimi, dəyişkən fikirli məhkumdur. Hökm üzrə barəsində təyin edilmiş 264 manat ekspertiza xərci ödənilməmişdir. Hökmə əsasən zərərçəkmiş şəxslərin şikayət və tələbi yoxdur. Məhkum barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yarädılmış “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı” komissiya məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə mənfi rəy vermişdir.Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edilmir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror ərizənin təmin edilməməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilmiş qərar qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkum Məhkum verdiyi apellyasiya şikayətində ona köməklik göstərilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Məhkum bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Xahiş edir ki, ona köməklik edilsin və apellyasiaya şikayətini təmin edərək şərti olaraq vaxtından əvvəl azad edilməyi barədə ərizəsi təmin edilsin. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkumun müdafiəçisi müdafiəçi1 izahatında bildirdi ki, verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X7 nümayəndəsi TITŞ-nin böyük inspektoru, R X3 mülahizəni müdafiə etdiyini bildirdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası icraat materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun, onun müdafiəçisinin, prokurorun və X7 nümayəndəsinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə məhkumun ərizəsi əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 520.7-ci mаddəsinə görə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apelyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə görə, məhkəmə islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.3.1-1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzаlаrın Icrаsı Məcəlləsinin 170.1-ci mаddəsinə görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzаlаrın Icrаsı Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Iş materialında olan mülahizədən görünür ki, məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177. 2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2. 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ARCM-nin 66.3cü maddəsi tətbiq edilməklə 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daxili intizam qaydalarını pozduğuna görə məhkum barəsində 3 dəfə tənbeh tədbiri tətbiq edilmişdir. 1. ##.##.2025-ci il - "03 gün CO" ##.##.2025-ci il - “04 gün CO” ##.##.2026-cı il - “15 gün CO”. Əməyə münasibəti qənaətbəxş deyil. Mədəni kütləvi tədbirlərdə və təmir-abadlıq işlərində iştirak etmir, verilən tapşırıqları qismən yerinə yetirir. Məhkum yoldaşları ilə zəif münasibət qurur. Hökm üzrə barəsində təyin edilmiş 264 manat ekspertiza xərci ödənilməmişdir. Hökmə əsasən zərərçəkmiş şəxslərin şikayət və tələbi yoxdur. Məhkum barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkum Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və azad cəmiyyətdə yaşamağa hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün o, tam islah olunmalıdır. Lakin, məhkəmə iclasında verdiyi izahatı ilə məhkum əməlindən peşmançılıq çəkməsinə və islah olunduğuna məhkəmədə inam yaratmamışdır, bu isə hazırkı halda məhkumun hələ tam islah olunmamasını və ona tətbiq edilən cəzanın məqsədinə nail olunmamasını göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq, məhkum Məhkum törətdiyi cinayətin xarakterini, cəza çəkdiyi müddət ərzindəki davranışını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və azad cəmiyyətdə yaşamağa hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Hazırda məhkumun islah olunmaq məqsədilə cəzasını tam çəkməsi üçün zərurət aradan qalxmamışdır. Bundan başqa cəza çəkdiyi dövrdə daxili intizam qaydalarını pozduğuna görə məhkum barəsində 3 dəfə tənbeh tədbiri tətbiq edilmiş, 264 manat ekspertiza xərci ödənilməmişdir. Cəzaların Icrası Məcəlləsinin 70.2-ci maddəsinin və Ali Məhkəmənin istinad olunan Plenum qərarının mənasına görə, məhkumun müsbət xarakterizə olunması barədə tələb şübhəsiz ki, onun cəza çəkdiyi dövr ərzində nümayiş etdirdiyi davranışı və əməyə münasibəti kimi məsələləri əhatə etməlidir (məhkum bu parametrlər üzrə müsbət səciyyələndirilməlidir). Lakin nəzərə almaq lazımdır ki, cəzaçəkmə müəssisəsi əməkdaşlarının nizam-intizam (davranış) qaydaları və müəyyən işlərin icrası ilə bağlı tələblərinin məhkumlar tərəfindən yerinə yetirilməsi məcburidir, əks halda onlar tənbeh tədbirinə məruz qala bilərlər. Ona görə də məhkumun cəzaçəkmə müəssisəsində yaxşı davranışı və əməyə müsbət münasibəti onun tam islah olunması qənaətinə gəlmək üçün yetərli göstəricilər deyildir. Məhkum Məhkum şəxsiyyətini, törətdiyi və hazırda cəzasını çəkdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum cəzanın çəkilməsi ilə bağlı əlavə güzəştlərin edilməsi cəzanın məqsədlərinin təmin olunması baxımından məqbul görünmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzаlаrın Icrаsı Məcəlləsinin 2.1-ci mаddəsinə görə, bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə düzgün qərara gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərаrı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.1-ci mаddələrinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Məhkum göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 55 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 55 manat vəsait müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-10)-70/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-70/2026
17.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver