Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 7(3-10)-79/2026 14.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müsviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru R Prokuror, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinin TITŞ-nin dəstə rəisi X1, məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərvanə Məmmədova) ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə, ##.##.2000-ci il tarixdə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Mustafaağalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşamış Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi müəyyən edilmişdir. işin halları: Məhkum Məhkum müdafiəçisi Müdafiəçi məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.3-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ediməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə cəzası 7 il müddətinə artırılmışdır. Cəzasının əvvəli ##.##.2021-ci il tarixdən hesablanır. Zərərçəkmiş şəxsin hüquqi varisi Şəlalə Bayramova notarial qaydada ərizə verərək şikayət və tələbinin olmadığını bildirmişdir. Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən amnistiya aktı tətbiq edilərək cəzasının 6 ay azaldılmışdır. Ilk dəfə məhkum edilmişdir. Cəzasının 5 il 7 gününü, yəni 2/3 hissəsindən çoxunu çəkmişdir. Məhkumun ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında məhkum Məhkum ərizəsini müdafiə edərək bildirmişdir ki, artıq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 2/3 hissəsindən çox hissəsini çəkmişdir. Anası onkoloji xəstədir. Atasının da xəstəliyi də var. Bunları nəzərə alaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında məhkumun müdafiəçisi Müdafiəçi ərizəni müafiə edərək bildirmişdir ki, məhkumun anasının onkoloji xəstəliyi, həmçinin atasının ürək xəstəliyi ilə bağlı sənədləri təqdim edilmişdir. Məhkum islah olunmuşdur. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında müəssisənin nümayəndəsi X3 mülahizəni məhkəməyə elan edərək bildirmişdir ki, Məhkum ##.##.2022-ci il tarixdə Şəki penitensiar müəssisəsinə gətirilmiş, azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün ##.##.2022-ci il tarixdə Şəki penitensiar müəssisənin Ümumi rejimli korpusuna keçirilmişdir. Məhkum müəssisəyə gətirildiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri bildirilmişdir. Məhkumun şəxsi işi öyrənilmiş və onunla fərdi tərbiyəvi söhbətlər aparılmışdır. Bu söhbətlərdən və məhkumun şəxsi işindən gəlinən qənaətə görə qeyd etmək olar ki, məhkum törətdiyi cinayətdə özünü təqsirli bilir. Nümunəvi davranışına, abadlıq işlərində və tərbiyəvi tədbirlərdə iştirakına görə müəssisə rəhbərliyi tərəfindən məhkum barəsində 1 dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. ##.##.2024-cü il - "Təşəkkür" X4 Qaydalarını pozduğu üçün barəsində 1 dəfə tənbeh tədbiri tətbiq edilmişdir. ##.##.2024-cü il - "05 gün CO". Məhkum asudə vaxtında televiziya verilişlərini izləyir, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır. Əməyə münasibəti qismən qənaətbəxşdir, mədəni-kütləvi tədbirlərdə zəif iştirak edir, özfəaliyyətdə iştirak etmir. Təmirabadlıq işlərində iştirak etmişdir. Verilən tapşırıqları yerinə yetirir. Məhkum yoldaşları ilə münasibət saxlamağı bacarır. Ailə üzvləri və yaxınları ilə görüş və telefon qovşağı vasitəsi ilə əlaqə saxlayır. Məhkumun dövlətə olan 100 manat ekspertiza borcu ödənilmişdir. Xasiyyətcə ünsiyyətcil məhkumdur. Şəxsi işdə zərərçəkmiş şəxs X5 hüquqi varisi X6 ##.##.2023-cü il tarixli notariusda təsdiq edilmiş ərizəsində bildirmişdir ki, Məhkum heç bir şikayət və tələbi yoxdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə müsbət rəy vermişdir. Məhkumun Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilir. Mülahizəyə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R Prokuror ərizənin təmin edilməməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Məhkum izahatında bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Islah olunduğunu hesab edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinin TITŞ-nin rəisi böyük inspektoru R X2 bildirdi ki, məhkum barəsində mülahizə müsbətdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını bildirərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru R Prokuror apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası icraat materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 514.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq, məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı qərarına əsasən, məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növu ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» ## ####### 2010-cu il tarixli * nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi özündə iki bir-birinə əks olan müraciəti ehtiva edir. Belə ki, bu sahədə olan qanunun mənasına görə ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq müsbət xarakterizə edilən məhkumlar cəzanın qanunla müəyyən olunmuş hissəsini çəkdikdən sonra məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə, yəni həbsxanadan cəzaçəkmə müəssisələrinə, ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilə bilərlər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 56.4-cü maddəsində isə göstərilir ki, hökmün icrası qaydasında cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə bilər. Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Cəzaların Icrası Məcəlləsinin 70.2.3-cü maddəsinə əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən-məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilər. Göründüyü kimi, qanunvericilik ilk dəfə ağır cinayət törətmiş məhkumun ümumi rejimli cəzaçəkmə müəssisələrindən-məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məhkumun davranışı və əməyə münasibəti, habelə cəza müddətinin ən azı üçdə iki hissəsinin çəkilməsi ilə şərtləndirmişdir. Müəssisənin nümayəndəsinin izahatından, həm də məhkumun şəxsi işindən görünür ki, məhkum Məhkum ##.##.2022-ci il tarixdə Şəki penitensiar müəssisəsinə gətirilmiş, azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün ##.##.2022-ci il tarixdə Şəki penitensiar müəssisənin Ümumi rejimli korpusuna keçirilmişdir. Məhkum müəssisəyə gətirildiyi ilk gündən ona daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri bildirilmişdir. Məhkumun şəxsi işi öyrənilmiş və onunla fərdi tərbiyəvi söhbətlər aparılmışdır. Bu söhbətlərdən və məhkumun şəxsi işindən gəlinən qənaətə görə qeyd etmək olar ki, məhkum törətdiyi cinayətdə özünü təqsirli bilir. Nümunəvi davranışına, abadlıq işlərində və tərbiyəvi tədbirlərdə iştirakına görə müəssisə rəhbərliyi tərəfindən məhkum barəsində 1 dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. ##.##.2024-cü il - "Təşəkkür" X4 Qaydalarını pozduğu üçün barəsində 1 dəfə tənbeh tədbiri tətbiq edilmişdir. ##.##.2024-cü il - "05 gün CO". Məhkum asudə vaxtında televiziya verilişlərini izləyir, şəxsi gigiyena qaydalarına fikir verir, yataq yerini səliqəli saxlayır. Əməyə münasibəti qismən qənaətbəxşdir, mədəni-kütləvi tədbirlərdə zəif iştirak edir, özfəaliyyətdə iştirak etmir. Təmirabadlıq işlərində iştirak etmişdir. Verilən tapşırıqları yerinə yetirir. Məhkum yoldaşları ilə münasibət saxlamağı bacarır. Ailə üzvləri və yaxınları ilə görüş və telefon qovşağı vasitəsi ilə əlaqə saxlayır. Məhkumun dövlətə olan 100 manat ekspertiza borcu ödənilmişdir. Xasiyyətcə ünsiyyətcil məhkumdur. Şəxsi işdə zərərçəkmiş şəxs X5 hüquqi varisi X6 ##.##.2023-cü il tarixli notariusda təsdiq edilmiş ərizəsində bildirmişdir ki, Məhkum heç bir şikayət və tələbi yoxdur. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı" komissiya məhkum Məhkum Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə müsbət rəy vermişdir. Məhkumun Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkumun mülahizə üzrə müsbət xarakterizə olunmasına baxmayaraq, məhkumun cəza çəkdiyi müddət ərzində digər məhkumlar üçün nümunə ola biləcək davranışının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Valideynlərinin xəstə olması cəzaçəkmə müəssisəsinin dəyişdirilməsi üçün əsas olmasa da, nəzərə alına bilən haldır. Qanunvericliyə əsasən məhkumun cəza müddəti amnistiya aktı ilə azaldılmışdır. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X5 hüquqi varisi X6 ##.##.2023-cü il tarixli notariusda təsdiq edilmiş ərizəsində bildirmişdir ki, Məhkum heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CPMnin 420.3-cü maddəsinə dair” ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərərçəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərərçəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı qərarına əsasən, məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır. Hazırki işin əsas predmetinin cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələsinin olmasını nəzərə alan məhkəmə kollegiyası, dövlətin cəza siyasətinin əsas məqsədini, ruhunu və sosial nəticəsini qarşılıqlı şəkildə təhlil etməyi vacib hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhz bundan irəli gələrək, Konstitusiyada hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ (26-cı maddə), hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat hüququ təsbit edilmişdir (60-cı maddə). Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, şəxsin cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, məhkum barədə tətbiq edilən cəzanın siyasətinin xarakterini deyil, realizə üsulunu dəyişməkdədir. Bu zaman əlbətdəki sosial ədalət prinsipi, məhkumun fərdi keyfiyyətləri, cinsiyyəti, yaşı, ailə vəziyyəti, ətrafdakı şəxslərlə münasibəti nəzərə alınmalı olan əsas rekvizitlər arasındadır. Məhkumun etdiyi hüquqi zidd cinayət xarakterli əməlin peşmançılığını çəkməsi, gənclik səhvi kimi qəbul etməsi, nisbətən onun qanunvericilik ruhunda tərbiyə olunmasının göstəricisidir. Məhkumun gənc yaşda olması, həmçinin ailəsinə olan bağlılığı məhkəmədə o qənaət formalaşdırır ki, cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməklə məhkum barəsində cəza siyasətinin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, sosial və hüquqi dövlətin əsas meyarlarından biri, hər bir fərdin cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Məhkumların da cəmiyyətə inteqrasiyası üçün onların reabilitasiya olunması vacibdir ki, bu da məhkumun cəza çəkmə məkanlarından kənarda cəmiyyətlə əlaqələrini ehtiva edir. Müəyyən şərtlər daxilində və nəzarət altında məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinin məhz əsas məqsədi, məhkumların cəmiyyətə adaptasiyası və inteqrasiyasıdır. Məhz bu səbəblərdir ki, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunu qəbul edilmişdir. Məhz həmin qanunun da əsas məqsədi məhkumları cəmiyyətə qazandırmaq və sosial mühitin tərkib hissəsinə çevirməkdir. Beynəlxalq hüquqda da məhkumların cəmiyyətə inteqrasiyası üçün müəyyən sənədlər qəbul edilmişdir ki, məhz bu əsaslardan biri də BMT-nin qəbul etdiyi X10 Qaydalar Toplusudur (X11). Həmin qaydaların ümumi təhlilindən müəyyən olur ki, məhkumlarla davranışlar onların cəmiyyətə qazandırılması istiqamətindədir. Oxşar münasibətləri tənzimləyən Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Cəzaların Icrası Məcəlləsinin 70.2.3-cü maddəsinə əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən-məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilər. Həmçinin, “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi daha yüngül növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisəsinin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Hazırda öyrənilən işdən görünür ki, məhkum ona təyin edilmiş yedd il azadlıqdan məhrum etmə cəzasının 5 ilindən artığını, yəni üçdə ikisindən artıq hissəsini çəkmişdir. Etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmuşdur. CIM-in 8-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Bu baxımdan da, məhkəmə kollegiyası məhkumun məhkəmə kollegiyasının iclasında da davranışını nəzərə alaraq bu qənaətə gəlir ki, məhkumun əməlindən səmimi peşman olması onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Şərh olunаnlаrа əsаsən məhkəmə kollegiyаsı belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum müdafiəçisi Müdafiəçi cəzanın çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsini təmin etməməkdə düzgün qərara gəlməmişdir. Ona görə də, məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və ərizə təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəni çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.2-ci mаddələrinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.2, 400, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Ərizə təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəni çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilsin. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-10)-79/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-10)-79/2026
14.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver