Məhkəmə qərarları › İş №7(3-6)-560/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-560/2026

25.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-560/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Məhkum – Pirəliyev İnqlab Bəxtiyar oğlunun iştirakları ilə, Məhkum Pirəliyev İnqlab Bəxtiyar oğlunun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Pirəliyev İnqlab Bəxtiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkum Pirəliyev İnqlab Bəxtiyar oğlu ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə məhkum Pirəliyev İnqlab Bəxtiyar oğlunun, onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum Pirəliyev İnqlab Bəxtiyar oğlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkum Pirəliyev İnqlab Bəxtiyar oğlu və onun müdafiəçisi müdafiəçi1 məhkəmə iclasında verilmiş şikayətin məzmununa uyğun ifadə verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki işin materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, tərəflərin fikirlərini dinləməklə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Qərar qəbul etmişdir, həmin Qərarın: 3.1-ci bəndinə əsasən bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan məhkumların cəzası 6 ay azaldılır (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 3.2-ci bəndinə əsasən ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan məhkumların cəzası 6 ay azaldılır (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2.3-cü bəndinə əsasən məhkəmələr bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 15-ci hissəsinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir; 19.5-ci bəndinə əsasən Amnistiya məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir; 23-cü hissəsinə əsasən bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır; 28-ci hissəsinə əsasən bu Qərarın 22-ci, 23-cü və 25-ci hissələrində nəzərdə tutulan qaydada amnistiyanın tətbiqi məsələlərinə baxarkən, məhkəmələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər. Belə ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.2-ci bəndinə əsasən ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin bu Qərar qüvvəyə mindiyi günədək cəzalarının çəkilməmiş hissəsi 6 aydan artıq olduqda cəzalarının çəkilməmiş hissəsinin 6 ay azaldılması nəzərdə tutulmuşdur. Lakin, iş materiallarına əlavə olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Pirəliyev İnqlab Bəxtiyar oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli ##.##.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə qeyd edir ki, istinad olunan Amnistiya Qərarının 3.1-ci bəndində az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının həmin Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan məhkumların, 3.2-ci bəndində isə ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının həmin Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan məhkumların cəzasının 6 ay azaldılması nəzərdə tutulmuşdur. Halbuki, məhkum Pirəliyev İnqlab Bəxtiyar oğluna Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə ağır və qəsdən törədilmiş cinayət əməlinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkumun barəsində Amnistiya Qərarının 3cü hissəsinin (3.1 və 3.2-ci bəndlər) tətbiq olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 6 ay azaldılması üçün əsaslar yoxdur, Qərarın 3.1 və 3.2-ci bəndləri, eyni zamanda 15-ci hissəsi amnistiya aktının tətbiqinə məhdudiyyət yaradır, ona görə ərizə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Pirəliyev İnqlab Bəxtiyar oğlunun apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Pirəliyev İnqlab Bəxtiyar oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar