Məhkəmə qərarları › İş №7(3-6)-621/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-621/2026

01.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-621/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, Məhkum – Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Penitensiar Xidmətin 0Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək xüsusi rejimli cəzaçəkmə müəssisəsindən ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona xüsusi rejim deyil ciddi rejim təyin edilməli idi. Buna dair məhkəməyə ərizə versə də ərizəsi əsassız olaraq təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən prokuror X2 birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1, 509.1.9cu maddələrinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən məsələlərə dair ərizələrinə bu Məcəllənin 510-520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə məhkum Məhkum ərizəsini geri qaytarmışdır. Belə ki, məhkəmə bu qənaətini belə əsaslandırmışdır ki, məhkumun hazırkı müraciət, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini tənzimləyən Cəzaların İcrası Məsəlləsinin 70-ci maddəsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10.2.12-ci maddəsinə əsasən cəzaların icrası və çəkilməsi zamanı məhkumların cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanın çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin mövqeyi ilə razılaşır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası məhkum Məhkum apellyasiya şikayətinin dəlillərini, iş materiallarını qarşılıqlı şəkildə tədqiq edib, hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarı məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Azərbaycan Respublikası Penitensiar Xidmətin 0Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ərizəsinin geri qaytarılmasına dair ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov(sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar