Məhkəmə qərarları › İş №7(3-6)-767/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-767/2026

30.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-767/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Müdafiəçi müdafiəçi1, Məhkum – Məhkum iştirakları ilə, ## ###### 1988-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2018-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.2.5, 32.5, 181.2.3, 32.5, 181.2.4 və 32.5, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ######## 2018-ci il tarixdən hesablanmış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim G.Məmmədova) ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlillərini onunla əsalndırmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2018-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.2.5, 32.5, 181.2.3, 32.5, 181.2.4 və 32.5, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən onun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə onun islah olunmadığı qənaətinə gələrək ərizəsi təmin etməmişdir. Odur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarın ləğv edilməsini və onun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ona təyin edilmiş cəzasının 2/3 hissəsini çəkdiyini, islah oldunduğunu nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını ləğv edərək ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında prokuror X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2018-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün surətindən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.2.5, 32.5, 181.2.3, 32.5, 181.2.4 və 32.5, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ######## 2018-ci il tarixdən hesablanmışdır. Məhkum cəza çəkmə müddəti sonu ## ######## 2027-ci il tarixdə başa çatır. Həmçinin cəzaçəkmə müəssisəsi tərəfindən məhkum barəsində verilmiş mülahizədən görünür ki, məhkum Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinə ##.##.2019-cu il tarixdə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum xaraktercə ünsiyyətcildir, məhkum yoldaşları ilə münasibətlərində mehribandır, təşkilati işlərdə fəaldır, müəssisəyə daxil olduğu müddətdən könüllü olaraq təsərrüfat və məişət xidmətində cəlb edilmişdir. ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən tikiş sexində əməyə cəlb edilmişdir. Asudə vaxtlarını səmərəli dəyərləndirir. Ailə üzvləri və yaxın qohumları ilə əlaqə saxlayır. AR Ədliyyə Nazirinin "Məhkumların özfəaliyyət təşkilatlarının yaradılması və onların fəaliyyət Qaydası"nın təsdiq edilməsi haqqında ##.##.2002-ci il tarixli **-T saylı Təlimatın tələblərinə əsasən X4 üzvü seçilmişdir. Törətdiyi əməldən peşmanlığını ifadə edir. Hökm üzrə barışıq yoxdur, 49,78 manat ekspertiza xərci ödənilib. Cəza müddəti ərzində rejim qaydalarını pozmamış, nümunəvi davranışına mədəni-kütləvi tədbirlərində, abadlıq işlərində fəal iştirakına görə barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur: 1.Nümunəvi davranışına və "xxxx” münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2020-ci il tarixli əmri ilə "Əlavə sovqat, bağlama və ya banderol" elan olunmuşdur. 2. Nümunəvi davranışına və "xxxx" münasibətilə müəssisənin mədəni- kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2021-ci il tarixli əmri ilə "Təşəkkür" elan olunmuşdur. 3. Nümunəvi davranışına və "18 oktyabr-Müstəqillik günü münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2021-ci il tarixli əmri ilə "Təşəkkür elan olunmuşdur.

4. Nümunəvi davranışına və "xxxx” münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq-iməclik İşlərində fəal iştirakına görə müəssisə rəisinin ##.## 2022-ci il tarixli əmri ilə "Təşəkkür" elan olunmuşdur. 5. Nümunəvi davranışına və "xxxx" münasibətilə müəssisənin mədəni- kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2023-cü il tarixli əmri ilə "Təşəkkür" elan olunmuşdur. 6. Nümunəvi davranışına və "xxxx" münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2023-cü il tarixli əmri ilə "Təşəkkür" elan olunmuşdur.

7. Nümunəvi davranışına və "31 dekabr-Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı" münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıqiməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2024-cü il tarixli əmri ilə "Təşəkkür" elan olunmuşdur. 8.Nümunəvi davranışına və "xxxx” münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2024-cü il tarixli əmri ilə "Təşəkkür" elan olunmuşdur. 9. Nümunəvi davranışına və "xxxx” münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2023-cü il tarixli əmri ilə "Yaxşılaşdırılmış saxlanılma şəraitinə keçirilsin elan olunmuşdur. 2019 mənfi, 2020, 2021, 2022, 2023, 2024,2025-ci ilin illik xasiyyətnamələri üzrə müsbət xarakterizə olunur. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsis edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya"nın iclasında müzakirə edilmiş, ##.##.2026-ci il tarixli ** nömrəli protokolla barəsində mənfi rəy bildirilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq komissiyasının mənfi rəyinə (zərərin ödənilməməsi, barışığın olmaması) əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun hesab edilmir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkummım cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində verilmiş mənfi xarakterli mülahizənin əsaslı olması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkum Məhkum ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinin tələbinə görə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanin çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə götərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar Məhkum Məhkum şəxsi işindən və iş materiallarından görünür ki, məhkumun islah yoluna qədəm qoymuş məhkum kimi xarakterizə edilməsi, onun yenidən cəmiyyətə qaytarılması üçün çəkdiyi cəza müddətini yetərli hesab etmir. Belə ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkum Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2018-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün surətindən görünür ki, Məhkum özünü təqsirli bilməmiş, əməlindən peşman deyil, zərərçəkmiş şəxslə barışmamış və onu üzərinə düşən zərəri ödəməmişdir. Göründüyü kimi məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının yarısından çoxunu çəkməsinə baxmayaraq, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olmamışdır ki, bu isə öz növbəsində onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilməsini istisna edir. Məhkum və onun müdafiəçisi apellyasiya baxışı zamanı məhkum Məhkum cəzasının 2/3 hissəsinin çəkdiyini, özünün tam islah olunmuş kimi hiss etdiyini qeyd edib barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda cəzanın 2/3 hissəsinin çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkum cəzasının çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə vermiş olduğu ərizənin təmin edilməməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI:

Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunmu Rayon Məhkəməsinin Məhkum cəzasının çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Kredo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum məhkəmədə hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən İbrahim İbrahimli

Hakimlər: Telman Hüseynov

Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar