Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-886/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X8, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili X2 oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Rufan Mürsəlov) məhkum Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında məhkəmə baxışı zamanı məhkum və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026cı tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında məhkəmə baxışı zamanı prokuror öz çıxışında verilmiş apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirirərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışında işin materialları araşdırılıb, proses iştirakçılarının çıxışı dinlənilib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı yoxlanılaraq hesab edilir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkumun cəza çəkdiyi ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Məhkum ##.##.2025-ci il tarixdə Umbakı PM-dən ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Şəxsi işin materiallarından göründüyü kimi məhkum İstintaq təcridxanasında saxlandığı zaman daxili rejim pozuntusu hallarına yol verməmişdir. Məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə gəldiyi gündən karantin briqadasında onunla islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunmuşdur. Məhkum Məhkum ** saylı CM-də cəza çəkdiyi müddət ərzində ##.##.2025-ci il tarixdə məhkum yoldaşı X4 ilə heç bir əsaslı səbəb olmadan mübahisə etdiyinə, əsəbi gərginlik keçirdiyinə, məsuliyyətdən yayınmaq üçün əlində olan stəkanı sındıraraq şüşə qırığı ilə sol qolunun iç said nahiyəsinə səthi xəsarət yetirdiyinə görə müəssisə rəhbərliyi tərəfindən 05 (beş) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Onunla aparılan söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti etiraf etmir, əməlindən peşmançılıq hissi keçirmir. Fərdi-tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxarmağa çalışmır. Əməyə və təhsilə münasibəti qənaətbəxş deyil, verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirməkdən, Dəstə Kollektiv və Müəssisə Kollektiv şuralarının iclaslarında, həmçinin dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməkdən yayınır. Xasiyyətcə tərs və qapalıdır. Ailə üzvləri və yaxın qohumları ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Müəssisə əməkdaşlarına qarşı qeyri- səmimidir. Məhkum Məhkum şəxsi işinin materiallarından aydın olur ki, hökm üzrə üzərində 50 (əlli) manat ekspertiza xərci vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum Məhkum barəsində, ##.##.2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasına dair mənfi protokol verilmişdir. Nəticədə Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, davranışlarında əməlindən peşman olmasını göstərməsinə baxmayaraq formal xarakter daşımasını, eləcədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum Məhkum barəsində ##.##.2025- ci il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılamsına dair mənfi protokol verilməsini nəzərə alaraq AR CMnin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə uyğun hesab edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.1973-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, sonuncu dəfə Beyləqan rayon məhkəməsinin ##.##.2014-cü il tarixli hökmünə əsasən CM-nin 127.1-ci maddəsilə təqsirli bilinərək qazancının 20 faiz dövlət nəfinə tutulmaqla 02(iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, AR Milli Məclisinin ##.##.2016-cı il tarixli Amnistiya Qərarına əsasən ##.##.2016-cı il tarixdə cəza sonu ilə azad edilmiş, məhkumluğu olmayan, Beyləqan şəhəri, SMD-42 qəsəbəsində qeydiyyatda olan məhkum Məhkum Bakı şəhəri Nizami rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin ##.##.2026-cı il tarixli Qərarına əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. Cəzasının əvvəli ##.##.2024-cü il tarixdən hesablanır və ##.##.2026-cı il tarixdə başa çatır. Hal-hazırda çəkilməmiş cəzası 03 ay 04 gün təşkil edir. Birinci instansiya məhkəməsi məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinə münasibət bildirərkən qeyd etmişdir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmamış, barəsində mənfi rəy verilmiş və iş üzrə ekspertiza xərcini dövlət büdcəsinə ödəməmiş, barəsində heç bir həvəsləndirilmə tədbiri tədbiq edilməmiş əksinə bir dəfə tənbeh tədbiri tədbiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, məhkum Məhkum ərizəsi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun törətdiyi cinayətin xarakteri, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, hesab etmişdir ki, hal-hazırda məhkumun islah olunması üçün cəzasını tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; Qeyd edilən məcəllənin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məsəlləsinin 170.1-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında qeyd edildiyi kimi, «məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər». Eyni zamanda həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olub-olmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəallyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Cəzaların icrası qanunvericiliyindən göründüyü kimi, məhkumun cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsindən fərqli olaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı onun bütün cəzaçəkmə müddətindəki davranışının nəzərə alınması şərt kimi müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsinin mülahizəsini iş materialları ilə qarşılıqlı surətdə tədqiq edib, məhkumun cəzadan vaxtından əvvəl azad edilməsinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini tam təmin etməyəcəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apellyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya protestini isə dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026cı tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. “A.İ.M” Vəkil Bürosunun vəkili X2 oğlu tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-414-cü maddələrində nəzərdə tutulmuş qaydada apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №7(3-6)-886/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-886/2026
03.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver