Məhkəmə qərarları › İş №7(3-6)-943/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-943/2026

08.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-943/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Prokuror-Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, Məhkum Məhkum və onun müdafiəçisi Fides Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1982-ci ildə Saatlı rayonunun Məmmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Saatlı rayonunun Məmmədabad kəndində qeydiyyatda olmaqla, yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Məhkum cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Himayəsində 2 həddi-büluğa çatmamış övladı vardır. Ailəsindən uzaq düşməsi onlara maddi və mənəvi mənfi təsir göstərmişdir. Ailənin maddi dəstəyi tək onun tərəfindən olmuşdur. Cəzaçəkdiyi müddətdə daxili rejim qaydalarına riayət etmiş, heç bir tənbeh tədbiri ilə cəzalandırılmamış, cəzasını nümunəvi məhkum kimi çəkmişdir. Apellyasiya baxışı zamanı iştirak edən məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cəzaçəkmə müəssisəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cəzaçəkmə müəssisəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, habelə prokurorun həmin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkum Məhkum cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. CİM-nin 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər: - həbsxanadan cəzaçəkmə müəssisələrinə-məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə; - ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə; - ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə; - az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, məhkumun əməyə və təhsilə münasibətinin müsbət olmasının konkret nədə ifadə olunması, törətdiyi cinayətə münasibətinin təzahür forması, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Eyni zamanda, yuxarıda adı çəkilən Plenum qərarında da göstərilmişdir ki, bu sahədə olan qanun normalarının mənasına görə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmış, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir; Bundan sonra, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarı barəsində tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin mülahizəsindən görünür ki, məhkum Məhkum Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarı barəsində tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır. Cəzasının əvvəli: ##.##.2024cü il, cəzasının sonu: ##.##.2028-ci ildir. Məhkumun şəxsi işindən göründüyü kimi, o, ** saylı cəzaçəkmə müəssisəsinə Umbakı Penitensiar Müəssisəsindən ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündər ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarması, müəssisədə və dəstədə keçirilən abadlıq işlərində iştirak etməsi diqqətdə saxlanılır. Əməyə və təhsilə münasibəti qeyriqənaətbəxşdir. Məhkum kollektivi arasında hərəkət və davranışında qeyri-səmimilik müşahidə olunur. Asudə vaxtlarını səmərəli keçirir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə tənbeh və həvəsləndirmə tədbiri tətbiq olunmamışdır. Hökm üzrə ekspertiza borcu ödənilməyib. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olması bildirsə də hökm üzrə barışığı yoxdur. Məhkumun şəxsi işi -##.##.2026-cı il tarixdə 29 N-li iclas protokoluna əsasən protokollaşdırılmışdır. (Protokol şəxsi işə əlavə olunmuşdur). Onun mənfi xarakterizə olunması və halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün mənfi rəy verilmişdir. O, islah yoluna qədəm qoymayıb. Ona görə də onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilmir. Mübahisələndirilən qərardan görünür ki, işə baxmış birinci instansiya məhkəməsi məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsini cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə və məhkumun şəxsi işi ilə birgə araşdırmış, yekunda məhkumun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, cəzanın icrası və çəkilməsinin qayda və şərtlərinə tam riayət etmədiyini və islah yoluna qədəm qoymağa ciddi səy göstərmədiyini, təhsilə və əməyə münasibətinin qeyri-qənaətbəxş olmasını nəzərə alaraq və cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək məhkumun ərizəsinin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iş materiallarında olan mülahizəni və məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində məhkumun ailəsinin maddi və mənəvi dəstəyə ehtiyac olması, onun ailənin yeganə qazanc gətirən şəxsi olması, həmçinin cəzaçəkdiyi müddətdə heç bir zaman rejim pozuntusuna yol verməməsi kimi irəli sürdüyü dəlillər onun ərizəsinin təmin edilməsi üçün əsaslar deyildir. Belə ki, məhkəmə məhkumun cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirərkən onun müsbət xarakterizə olunmasını, davranışı, əməyə münasibəti, islah olunmasını nəzərə almalıdır ki, hazırki işdə məhkum Məhkum mənfi xarakterizə olunması, məhkəmə iclası zamanı onun islah olunmasını təsdiq edən hər hansı sübutun müəyyən olunmaması Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini istisna edir. Məhz bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, işə baxmış birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun şəxsi iş materiallarını tədqiq edərək onun cəzasının qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini qeyri-mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Məhkum cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunmasın. Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Fides Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Fides Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar