Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-953/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, Müdafiəçi Müdafiəçi iştirakları ilə, ## #### 1976-cı il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsill, evli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X3 müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin olunmaması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cəzasının çəkilməmiş qalan hissəsinin X3 müəssisəsinə keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı (hakim T.Qurbanov) qərarı ilə məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsinin çəkilməsi üçün X3 müəssisəsinə keçirilməsinə dair verdiyi ərizə təmin olunmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarın ləğv edilməsini, onun cəzasının qalan hissəsini çəkmək üçün X3 müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiyiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarına əsasən onun cəzasının çəkilməmiş qalan hissəsinin çəkilməsi üçün X3 müəssisəsinə keçirilməsinə dair verdiyi ərizə təmin olunmamışdır. Məhkəmə qərar qəbul edərkən onun barəsində olan yüngülləşdirici halları və onu müsbət xarakterizə edən hallara məhəl qoymadan əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə onun ilk məhkumluğunu, ailəli olduğunu, 4 övladının olduğunu, himayəsində yaşlı valideyinlərinin olmasını nəzərə almadan əsassız qərar qəbul etmişdir. Övladları ali təhsil alır. O, cəza çəkərkən müəssisədə daxili nizam intizam qaydalarına riayət etmişdir. Məhkəmə iclasında məhkum Məhkum müdafiəçisi Müdafiəçi, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətini tam müdafiə edərək, təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilərək, Məhkum cəzasının qalan hissəsini çəkmək üçün X3 müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında prokuror X4 məhkum Məhkum apellyasiya şikayətinin əsassız olduğunu, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına məhkum Məhkum cəza cəkmə müəssisəsindən ərizə ünvanlayaraq apellyasiya şikayətinin baxılmasına dair məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası məhkum Məhkum ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki işin materiallarını və məhkum Məhkum şəxsi işini verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, tərəflərin fikirlərini dinləməklə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkumun şəxsi işində olan və iş materialına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumun şəxsi işində olan və iş materialına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, Məhkum apellyasiya şikayəti təmin ediməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkumun şəxsi işində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkumun şəxsi işində olan Bakı şəhər Xəzər Rayon məhkəməsinin ## ###### 2025ci il tarixli qərarından görünür ki, məhkum Məhkum cəzasının 03 (üç) ayını çəkmək üçün həbsxanaya keçirilmişdir. Məhkum cəzaçəkmə müddətinin əvvəli ##.##.2023-cü il tarixdən hesablanmaqla, cəzasının sonu ##.##.2026-cı il tarixdə başa çatır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən verilmiş mülahizədən görünür ki, Məhkum əvvəllər cəza çəkdiyi yerlərdə olduğu müddətdə intizam pozuntusuna yol vermiş, barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Məhkum Məhkum ##.##.2025-ci il tarixdən cəza müddətinin qalan hissəsini çəkmək üçün ** saylı CM-nə gətirilmiş və * saylı dəstəyə təyin edilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən ona karantin bölməsində Daxili İntizam Qaydaları, hüquq və vəzifələri izah olunmuş, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün köməkçi işlərə cəlb olunmamışdır, əməyə münasibəti mənfidir. Xasiyyətcə qapalıdır. Törətdiyi cinayət əməlini etiraf etmir. Onunla aparılan tərbiyəvi tədbirlərdən özü üçün düzgün nəticə çıxarmağı bacarmır. Dəstə daxili mədəni-kütləvi tədbirlərdə könülsüz iştirak edir. Xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir, şəxsi gigiyena qaydalarına riayət edir və ərzaq məhsullarını xüsusi ayrılmış yerdə saxlayır. Yaxınları ilə ünsiyyət saxlayır. Törətdiyı cinayət işi üzrə dövlətə olan 71.94 manat borcu ödənilməmişdir. Fiziki şəxslərə borcu yoxdur. Məhkum Məhkum cəza çəkdiyi müddətdə ##.##.2024-cü il tarixdə 07 gün CT, ##.##.2024-cü il tarixdə 07 gün CT, ##.##.2024-cü il tarixdə 07 gün CT keçirilməklə, ##.##.2024-cü il tarixdə “"Töhmət" elan edilməklə, ##.##.2024-cü il tarixdə 01 ay KTO-a keçirilməklə barəsində beş dəfə tənbeh tədbiri tətbiq edilmiş və həvəsləndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəууən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkliməmiş hissəsinin daha yüngül cəza növü ilə əvez edilməsi və məhkumun X3 müəssisəsinə keçirilməsi ilə bağlı tənzimləmədə səmərəliliyin artırılması, prosedurların optimallaşdırılması və nəzarət mexanizmlərinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılmış Komissiya" tərəfindən ##.##.2026-cı il tarixdə məntəqə tipli cəzaçəkm müəssisəsinə keçirilməsi məsələsınə baxılmış, mənfi rəy verilmişdir. Məhkum mənfi xarakterizə olunmasını və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən mənfi rəy verilməsini nəzərə alaraq, onun X3 müəssisəsinə keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. Cəzaların icrası qanunvericiliyin yuxarında istinad edilən normalarından müəyyən olunur ki, cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi müsbət xarakterizə edilən məhkumlara tətbiq olunmalıdır. Məhkuma müvafiq xasiyyətnamə isə onun faktiki cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən verilir. Hazırki işdən müəyyən olunur ki, məhkum Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı X6 rəhbərliyi tərəfindən mənfi xarakterizə olunmuş və onun X3 müəssisəsinə keçirilməməsinə dair mülahizə verilmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzaçəkmə müəssisəsi növünün dəyişdirilməsi barədə ərizəsinə baxarkən, öz qərarında mənfi xarakterizə olunması səbəbindən onun islah olunması və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Beləliklə, məhkumun cəza çəkdiyi müddət ərzində həvəsləndirilmədiyini, dəfələrlə rejim qaydasını pozduğunu, həmçinin cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsini nəzərə alaraq və cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək Məhkum ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha da məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir ki, verilmiş apellyasiya şikayəti həmin qərarın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin məcəllənin 70.2.3 -cü maddəsinə əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - X3 müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, məhkumun əməyə və təhsilə münasibətinin müsbət olmasının konkret nədə ifadə olunması, törətdiyi cinayətə münasibətinin təzahür forması, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Eyni zamanda, yuxarıda adı çəkilən Plenum qərarında da göstərilmişdir ki, bu sahədə olan qanun normalarının mənasına görə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhz bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun şəxsi iş materiallarını tədqiq edib, məhkumun cəzasının qalan hissəsini çəkməsi üçün X3 Müəssisəsinə keçirilməsini qeyri-mümkün hesab etmişdir. Apellyasiya şikayətində məhkum Məhkum məhkəmənin müsbət xarakterizə edən hallara məhəl qoymadan onun barəsində ədalətsiz qərar qəbul edilməsinə istinad etmişdir. Apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən məhkum Məhkum çəza çəkdiyi dövrdə törətdiyi cinayət etiraf etməmiş, əməyə münasibəti mənfidir, xasiyyətcə qapalıdır, onunla aparılan tərbiyəvi tədbirlərdən özü üçün düzgün nəticə çıxarmağı bacarmır, dəstə daxili mədəni-kütləvi tədbirlərdə könülsüz iştirak edir, xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir, törətdiyı cinayət işi üzrə dövlətə olan 71.94 manat borcu ödəməmişdir, cəza çəkdiyi müddətdə ##.##.2024-cü il tarixdə 07 gün CT, ##.##.2024-cü il tarixdə 07 gün CT, ##.##.2024-cü il tarixdə 07 gün CT keçirilməklə, ##.##.2024-cü il tarixdə "Töhmət" elan edilməklə, ##.##.2024-cü il tarixdə 01 ay KTO-a keçirilməklə barəsində beş dəfə tənbeh tədbiri tətbiq edilmiş və həvəsləndirilməmişdir və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən mənfi rəy verilmişdir. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X3 müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X3 müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: İkram Şirinov Aqil Musayev
Məhkəmə qərarları › İş №7(3-6)-953/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-953/2026
12.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver