Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-84/2026 29.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, ləğv, qismən təmin) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşaq, aliment və əmlak” tələbi barədə iddia ərizəsinə dair iş üzrə cavabdeh Ərizəçi “uşaqla ünsiyyət” haqqında müvəqqəti təminat tədbirinin tətbiq olunmasına dair ərizəsi üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşaq, aliment və əmlak” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdeh Ərizəçi ilə aralarında ##.##.2019-cu il tarixli *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş ##.##.2020-ci il təvəlüdlü X1 və ##.##.2023-cü il təvəlüdlü X2 ananın yanında qalması və yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü cavabdeh Ərizəçi onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment tutulması, ## ##### 2017-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar tələb olunan əlavə xərclərin ödənilməsindən ötrü aylıq 100 manat sabit pul məbləğində maddi yardım, 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu tutulub onun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2023-cü il tarixində cavabdehin adına alınmış “KIA CEED MINIK” markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə pay hüququnun tanınması, cavabdehə məxsus Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.4883 ha sahəsində birgə nikah dövründə inşa edlmiş fərdi yaşayış evinin (təchiz olunmuş məişət və digər bütün avadanlıqlarla birlikdə) dəyərinin ½ hissəsinin, birgə nikah dövründə cavabdehin adına “xxxx” ASC-yə əmanət olaraq yerləşdirilmiş pul məbləğinin ½ hissəsinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ərizəçi uşaqla ünsiyyət haqqında müvəqqəti təminat tədbiri barədə ərizə verərək ##.##.2020-ci il təvəlüdlü X1 və ##.##.2023-cü il təvəlüdlü X2 ilə hər həftənin şənbə günü saat 09:00-dan bazar günü saat 20:00-dək, ata və uşaqların doğum günlərində saat 09:00-dan 19:00-dək, Yeni il bayramında 1 gün saat 09:00-dan 17:00-dək, Novruz bayrmı və digər əlamətdar günlərdə 1 gün saat 09:00-dan 17:00-dək görüşməklə ünsiyyət saxlaması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə ərizə təmin olunmamışdır. Ərizəçi şikayət edib Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini və Maraqlı şəxs qarşı “uşaqla ünsiyyət” barədə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- **(*-***)-**/**** saylı qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşaq, aliment və əmlak” tələbi barədə iddiasına dair işdə Ərizəçi cavabdeh tərəf olduğundan və onun tərəfindən hər hansı bir iddia qaldırılmadığından cavabdeh Ərizəçi “uşaqla ünsiyyət” haqqında müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair ## #### 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsi həmin qərarda gəldiyi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir, - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Göründüyü kimi mülki-prosessual qanunvericilikdə tərəfindən iddia qaldırılmaqdıqda şəxsin müvəqqəti təminat tədbiri barədə ərizə verməsini istisna edən hər hansı norma nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə izah edilir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir. Qeyd edilən qərarda məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Azərbaycan Respubliksı Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinəəsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müəyyən hüquq və azadlıqların səmərəli istifadəsi ilə bağlı olduqda dövlətlərin üzərinə pozitiv öhdəliklər qoyur. Pozitiv öhdəliklərin yerinə yetirilməsi bəzən milli hakimdən həmçinin mövcud olan sosial konsensusu qabaqlamağı tələb edir, lakin bu cəmiyyətin özünün tərəqqisi naminə edilir ki, bu da nəticədə onun hər bir üzvünün hüquq və azadlıqlarının müdafiəsi işinin daha etibarlı və tam olmasına səbəb olur. Bundan başqa məhkəmə qeyd edir ki, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Bu səbəbədən məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilməli, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Ərizəçi valideyinlik hüquqlarını həyata keçirməkdən ötrü ##.##.2020-ci il təvəlüdlü X1 və ##.##.2023-cü il təvəlüdlü X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan 17:00-dək ünsiyyətdə olmaq üçün görüş verilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək üçün kifayətdir. Belə ki, hazırkı qərardad uşaqların gələcəkdə hansı valideynin yanına qalmasını müəyyən etmədiyindən və valideynlər uşaqlar arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə göstərilən hissədə təmin edilməsi kifayətdir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Məsələn: Iddia təmin edilsin. Iddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263- 264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşaq, aliment və əmlak” tələbi barədə iddia ərizəsinə dair iş üzrə cavabdeh Ərizəçi “uşaqla ünsiyyət” haqqında müvəqqəti təminat tədbirinin tətbiq olunmasına dair ərizəsi üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi “uşaqla ünsiyyət” haqqında müvəqqəti təminat tədbirinin tətbiq olunmasına dair ərizəsi qismən təmin edilsin. Iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşaq, aliment və əmlak” tələbinə dair mülki işə baxılıb, iş üzrə çıxarılacaq müvafiq məhkəmə aktı qanuni qüvvəsini alanadək Ərizəçi ##.##.2020-ci il təvəlüdlü X1 və ##.##.2023-cü il təvəlüdlü X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan 17:00-dək ünsiyyətdə olmaq üçün görüş verilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2020-ci il təvəlüdlü X1 və ##.##.2023-cü il təvəlüdlü X2 uşaqların yaşayış yeri üzrə hər həftənin şənbə günü saat 12:00-da iddiaçı Maraqlı şəxs tərəfindən cavabdeh Ərizəçi, həmin gün saat 17:00-da isə eyni ünvanda cavabdeh Ərizəçi tərəfindən iddiaçı Maraqlı şəxs təhvil verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-84/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-84/2026
29.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver