Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-745/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışinski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. İddiaçı Ərizəçi cavabdeh cavabdeh1 qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci iI tarixli icra sənədinin icrası üzrə yaranmış 43.406,66 (qırx üç min dörd yüz altı manat altmı altı qəpik) manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Həmçinin ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, e-*(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək, müvəqqəti təminat tədbiri olaraq Sabunçu rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli, e*****/****-*-** nömrəli sifariş məktubu (qərarı) üzrə Ərizəçi məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərraca çıxarılmasının dayandırılması və hərracın keçirilməsinin qadağan edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5- 97)- ***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-*(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Sabunçu rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli, e*****/****-*-** nömrəli sifariş məktubu üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərraca çıxarılması dayandırılsın və hərracın keçirilməsi qadağan edilməsi qərara alınmışdır.
4. cavabdeh1 ##.##.2026-cı il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri ilə əlaqədar e- **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5- 97)- ***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməməsi və qoyulmuş qadağaların götürülməsi qərara alınmışdır.
ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ
6. Ərizəçi Ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026cı il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/****-*** nömrəli qərardadını ləğv edərək, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin olunmasına qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon İcra şöbəsinin icra məmuru R Sevinc Qurbanova təqdimatla məhkəməyə müraciət edərək, Ərizəçi məxsus olan əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 8(5-97)-28/2026-004 Qərardadı ilə təqdimat təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci iI tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ərizəçiyə məxsus "CADİLLAC ELR LUXURY” minik markalı, 2014-cü il buraxılışlı 77- FV-154 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bununla yanaşı, Sabunçu rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli, e*****/****-*-** nömrəli məktubu ilə ünvan 1 ünvanında yerləşən ərizəçiyə məxsus fərdi yaşayış evi də hərraca çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci iI tarixli icra sənədinin icrası üzrə yaranmış 43.406,66 (qırx üç min dörd yüz altımanat altmı altı qəpik) manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bu səbəbdən də həmin işə baxılıb yekun qərar çıxarılanadək Sabunçu rayon İcra Şöbəsinin ##.##.2026cı il tarixli, e*****/****-*-** nömrəli sifariş məktubu (qərarı) üzrə Ərizəçi məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərraca çıxarılması dayandırılmalıdır. Göründüyü kimi, müvəqqəti təminat tədbirinin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Buna görə də, hesab edir ki, iddia tələbi təmin olunduğu təqdirdə məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsi çətinləşə və ya mümkünsüz ola bilər. Cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tərəfimizdən verilmiş müvəqqəti təminat tədbiri təmin edilməlidir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)- ***/**** saylı qərardadı ilə, şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.2,157.5-157.6-cı maddələrini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, yuxarıda sadalanan maddələrin məzmununa əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir.
12. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizə üzrə gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, iddia tələbi ilə sözügedən tədbirlər arasında əlaqənin mövcud olması, bu tədbirin tətbiq edilməsinin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyi müəyyən edilmir, tədbirlər iş üzrə çıxarılacaq qətnamənin tam və düzgün icrasını təmin etməyə yönəlmiş tədbir deyildir. Halbuki məhkəmə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, tətbiq edilməsi xahiş olunan təminat tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.
14. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, hazırda ərizəçinin hərəkətləri aliment öhdəliklərinin icrasından yayınma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, hazırda ərizəçi Ərizəçi aliment üzrə borcu mübahisələndirirsə, alimentin tutulmasına dair icra sənədi icra şöbəsinin icraatında olduğundan, ərizəçi hərracla bağlı icra tədbirlərinin dayandırılması məsələsinə baxılması üçün məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət verməklə, müraciət edə bilərdi. Lakin ərizəçi bunun əksinə olaraq, müvəqqəti təminat tədbirinin görülməsini xahiş etmişdir ki, öz növbəsində də müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizənin qanuni əsası mövcud olmamışdır. Bu baxımdan qeyd olunan hallar müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə münasibətdə məhkəmənin gəldiyi nəticəni dəyişdirmir.
15. Həmçinin qeyd olunmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən, iddiaçı Ərizəçi cavabdeh cavabdeh1 qarşı “aliment borcunun silinməsi” tələbinə üzrə icraata xitam verilməsi qərara alınmışdır.
16. Beləliklə də, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən tədbirlərin tətbiq edilməsinin əsaslı olub-olmamasına, həmçinin tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olub-olmasına hərtərəfli qiymət vermiş və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etmişdir. Belə olan halda da, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDI:
Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər imzalar: Fuad Talışınski Məmməd Məmmədov