Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3542/2025 25.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş (açar sözlər: mənəvi ziyan, sübutetmə) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil3 iştirakı ilə, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı "şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyan" tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı şərəf və ləyaqətinin alçaldıması, cavabdehin həqiqəti əks etdirməyən şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatları yayması nəticəsində iddiaçıya vurulmuş mənəvizərərin əvəzi olaraq 10000 (on min) manat kompensasiya məbləğinin tutulması, Cavabdeh İddiaçı onun barəsində təqdim etdiyi məlumatlara görə üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3542/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilkin iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
3. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən şərəf və ləyaqətinin alçaldılması nəticəsində vurulan mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində kompensasiya məbləğinin ondan tutulmasını, cavabdeh İddiaçı onun şərəf və layəqətini alçaldan kişilik meyarına toxunan hərəkətlərinə görə üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 22 yanvar 2025-ci il tarixdə cavadeh İddiaçı yaşadıqları Bakı şəhəri Xətai rayonu Zığ yolu 5A, mənzil 37 ünvnında mənzilin onda olan açarı üzərinə ataraq “sən hər şeyi bilirsən mənlə oyun oynayırsan” deyərək evdən çıxdı. Bu sözündən sonra o, şübhələnməyə başladı. Amma yenə də özünə təskinlik verərək artıq əskik bir hərəkətlər edəcəyini ağlına belə gətirmək istəmirdi. Çünki bir kişi üçün bunu düşünmək belə böyük bir əzabdır, izdirabdır. Fevral ayının 6-sı anasının telefonuna zəng vurdu və uşaqlarla görüntülü danışdı. Bu zaman İddiaçı atası Azər gəldi. Telefonu alaraq ona bildirdi ki, “xoşuna gəlir? Evdə tək qalmısan bayquş kimi. Arxasınca cavabdehin anası Zülfıyyə Mamedova telefonu aldı və bildirdi ki, “sakit boşan nəbadə çaşarsan qızıma ləkə yaxarsan” dedi və telefonu keçirdi. O, geri zəng etsə də, telefonu keçirdi və onu əngəllədi. O, 12 fevral 2025-ci il tarixdə Qələnfilə zəng vurdu və görüşüb danışmaq istədiyini bildirdi. Bacısı Əsmərin yaşadığı ünvana getdi. Orada onunla nə qədər danışsa da, heç bir ortaq məxrəcə gələ bilmədilər. Söz arası Qələnfil bildirdi ki, bəs hələ cavandır öz həyatını yaşamaq istəyir. O, bu zaman Qələnfilin ona onun tərəfindən alınmış mobil telefonun əlindən aldı və oradan uzaqlaşdı. Yaşadığı mənzilə gəldi və İddiaçı telefonun kodunu açaraq Whatsapa daxil oldu. Orada “TAXSİ” adı ilə qeyd edilmiş 070 ***- **-** mobil telefon nömrəsindən bir nəfərin Qələnfilə gecə saat 23:54 radələrində aşağıda qeyd etdiyi yazışmaların gördü. Taksi: 23:54 “İşivin yanındayam. Gedirsə aparım” Qələnfil: 00:14 “Salam", “Bu nədi yazmısan", Hara aparasan saatdan xəbərinvar" Taksi: 00:47 “ var kanesna” Taksi: 00:48 “opalara” smalik. “BOLT" taksi proqramını araşdıran zaman ona məlum oldu ki, həmin mobil nömrənin sahibi Vüqar Həsənovdur. **-CV-*** dövlət nömrə nişanlı, “KlA Sorento” markalı avtomibili ilə taksi fəaliyyətilə məşğuldur. Yaşayış ünvanı, Binəqədi rayonu Mircəlal 27 ünvanıdır. Taksi gedişlərinə baxan zaman məlum oldu ki, 2023-cü ilin dekabr ayının 7 də saat 15:13 radələrində Vüqar Həsənovun yaşadığı Binəqədi rayonu Mircəlal 27 ünvanına taksi sifariş verərək həmin ünvana getmişdir. Daha sonra həmin ünvandan kimin vasitəsilə və saat neçədə haraya getməsi barədə taksi sifarişi olmadığından ona məlum olmamışdır. Əlavə olaraq, İddiaçı Vüqar Həsənova məxsus ***-***-**-** mobil nömrəsiylə də xx.xx.2025-ci il tarixdə 2 dəqiqə danışığı olmuşdur. Daha sonra 055 ***-**-** nömrəsindən 31 yanvar 2025-ci il tarixdə aşağıdakı mətndə sms gəldiyini gördü. “Yalandan bəhanələrlə hörmətsizlik etmək lazım deyildi....” Daha sonra teleqram, inistaqram və facebook sosial platformalarına daxil oldu, bir az araşdırandan sonra gördü ki, ***-***-**-** nömrənin sahibi “mr_a_s_l_a_n_01” niki ilə olan Aslan Sedreddenbeylidir. Tərəfindən həmin şəxs araşdırıldı və ona məlum oldu ki, ***-***- **-** nömrənin sahibi Aslan Sədrəddinbəyli “VTB Bank”-ın əməkdaşıdır. Onunla telefonla danışdı və görüşmək istədiyini bildirdi, ilk olaraq o nömrənin banka məxsus olduğunu və olanlardan xəbəri olmadığı, smsin kim tərəfindən yazıldığını bilmədiyini bildirdi. Onun işlədiyi “VTB Bank”-yə getdi və onunla görüşdü. X7 hər seyi etiraf edərək, 2 ildən çoxdur ki, Qələnfil Niftəliyevla görüşdüyünü, onunla Nərimanov rayon ərazisində yerləşən “Atatürk” parkında tanış olduğunu, “Lateracce” adlı cay evində görüşdüyünü və orada onunla cinsi əlaqədə olduğunu bildirdi. xx.xx.2024-cü il tarixdə İddiaçı bibisi “Ağcabədi Təhsil Şöbəsinin Həmkarlar İttifaqının sədri” Arzu Niftəliyevanın həyat yoldaşı Qaraxan Cəfərovun il mərasiminə getmişdim (İddiaçı işlə bağlı gedə bilmədiyini dediyi üçün tək getdi). Həmin tarixlərdə “BOLT” Taksi praqramında gördü ki, İddiaçı xx.xx.2024-cü il tarixdə gecə saat 00:05 radəsində yaşadıqları Binəqədi rayonu Cəfər Xəndan 42 ünvanından Gulayə Qədirbəyova 63 ünvanına taksi sifariş edib. Saat 00:14 radələrində həmin ünvana çatmışdır. Daha sonra 06:02 radələrində Fəzail Bayramov 1130/33 ünvanından yaşadıqları Binəqədi rayonu Cəfər Xəndan 42 ünvanına sifariş vermişdir. Saat 00:14 dən saat 06:02 - yə dək Gulayə Qədirbəyova 63 ünvanından Fəzail Bayramov 1130/33 ünvanına kimlə getdiyi necə ketdiyi, harada olması barədə heç bir məlumatı yoxdur. xx.xx.2024-cü il tarixdə yenidən gündüz saat 11:47 də ünvanından Binəqədi rayonu Cəfər Xəndan 42 ünvanından “Şövkət Məmmədova 7” ünvanına sifariş vermişdir.(rəfıqəsi Aişə həmin ünvanda yaşayır.) Daha sonra yenidən saat 12:41 də işlədiyi güzəllik salonuna “Həsən Abdullayev 4A” ünvanına sifariş verib. Daha sonra 18:36da işlədiyi gözəllik salonundan “Əcəmi Naxçıvani İA” ünvanına sifariş verib. Daha sonra 19:47 -də “Binəqədi rayonu Cəfər Xəndan 18B”-dən “Binəqədi rayonu Cəfər Xəndan 182” ünvama gedib. Saat 23:59 da “Theplace bar” gecə klubuna sifariş verib. Oradan hara da olması və kimlə olması mənzilə kimlə və necə gəlməsi barədə məlumat yoxdur. O, zəng vuraraq telefonu götürməyinin məqsədin soruşdu. O, bildirdi ki, "bəs gəl görüşək bu məsələni ailə içərisində həll edək”, İlk olaraq Azər Niftəliyev gələcəyini bildirsə də, görüşməyə gəlmədi. Daha sonra nikahın ləğv edilməni və aliment tələbi ilə məhkəməyə müraciət edildi, Ailə qurduqdan sonra 1 il övladı olmadı, öz şəxsi tanışı olan "Oksigen Klinika" həkimi Nigar Əlizadənin vasitəsilə müalicə almış, əməliyyat olunmuşduı, 2017-ci il tarixdə İddiaçı ona "Azərtürk Med" klinikasına gəlməyini və orada embrion hüceyrəsini verməyini bildirdi. O, deyilən getdi və embrionunu verdi. Üzərindən İ saatdan çox vaxt keçdikdən sonra bir şəxs ondan 5 manat taksi pulu istədi və verdiyi “embrionu" Tədris Cərrahiyyə universitetinə aparacağını bildirdi, bu məsələlərin aşkara çıxdıqdan sonra məhkəməyə vəsatət verərək "xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci təvəllüdlü X2 üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir, İddiaçının yüngül həyat tərzi keçirən qadın olması, taksi şoferi və fərqli şəxslərlə müxtəli (bar, kafe, otel, çayxana və s) yerlərdə cinsi münasibətdə olmağı və həmin əlaqələrin məhs ailə qurduqdan 1-2 il sonrasına təsadüf etməsini ən əsası onun tərəfindən verilən "Kişi embrionunun" başqa bir xəstəxanaya "kuryer” vasitəsilə aparılması onda İddiaçının dünyaya gətirdiyi uşaqların onun övladları olması şübhəsi yaratdığından atalığın müəyyən olunması üçün genetik kodun öyrənilməsi yolu ilə (DNİ analizi vusitəsilə keçirilən müayinəsinə əsaslanan) Məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş, bu barədə qərardad verilməsi barədə vəsatət verdi, vəsatətə baxılan zaman vəkili və müdafiəçisi məhkəmənin qapalı keçirlməsini xahiş etdi. Məhkəmə qapalı keçirildi və vəsatət təmin edildi. O, həmin məlumatları məhkəməyə təqdim etməkdə məqsədim övladlarının bialoji atalarının həqiqətən mən olmasına nail olmaq və bu ağır depresiyadan, düşünməsi belə agır olan beynimdəki fikirlərdən qurtulmaqdır. O, tanışının avtomobili ilə yol gedərkən İddiaçı “X15"nın qarşısı ilə piyada getdiyini gördü, həmin zaman "BMV X5” markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobilə işarə etdiyini gördü. Dərhal avtomobili kənarda saxladı və telefonla çəkiliş aparmağa başladı, sözü gedən avtomobil bir az da qabağa gələrək saxladı. Daha sonra Qərənfil Nifləliyeva yenidən sözü gedən avtomobilə işarə elədi və kofe almaq üçün "Kofe Shop"-a girdi. Daha sonra oradan çıxaraq həmin avtomobilə əyləşdi. Onlar birlikdə "JW Marriott Abşeron" otelinin qarşısında Qələnfil Nifləliyeva avtomobildən endi. Avtomobil isə park etmək üçün hərək etdi, o, park etmək üçün yer tapa bilmədiyimdən geçikdirıı və onların haraya getmələrini görə bilmədi, Daha sonra yenidən İddiaçı atasına zəng vurdu, görüşməyi və bəzi məsələlərə aydınlıq gətirməyi bildirdi. Atası telefonda bildirdi ki, bəs məhkəməyə yalandan sübutlar təqdim etmisən, subuta yetirməsən başına oyun açacam. O da bildirdi ki, bəs mən həqiqətləri təqdim etmişəm, bu zaman atası həmin faktları ona göndərməyini və sübut etməyini istədi. O da, həmin subutları onun mobil telefonuna göndərdi. Daha sonra anası Zülfiyyə Mamedova ona zəng vuraraq yoldaşına nə göndərdiyini soruşdu və bildirdi ki, bəsdi qızıma şər atdın. O, şər olmadığını əlimdə subutlann olduğunu dedikdə anası ona göndərməyini istədi. O, İddiaçı anası Zülfiyyə Mamedovanın mobil nömrəsinədə göndərdi. Daha sonra bacısı Əsmər Sultanova da ona zəng vuraraq nalayiq ifadələr işlətməyə başladı və subutları tələb etdi. Ona da göndərdi. Bundan sonra İddiaçı atası Azər Niftəliyeva ona səslər ataraq nalayiq ifadələr işlətməyə və onu təhqir etməyə başladı. Bir az sonra isə X9 mənə nalayiq ifadələrlə səslər ataraq hədələməyə və təhqirlər edərək onun şərəf və layqətimi alçaltmağa başladılar. Bu barədə o, Qələnfil Niftəliyevla telefon əlaqəsi saxlayaraq həmin şəxsləri soruşduqda boynuna aldığı və ona heçnə edə bilməyəcəyini, onun arxasında adamların olduğunu bildirərək daha da onu alçaltmaqdan çəkinməmişdir. İddiaçı xəyanəti barədə atasina, anasına və bacısına göndərdiyi həqiqətlərin səbəbi onu zəng vuraraq təhqir etmələri və ondan tələb edərək sübut istəmələri olmuşdur. Bundan əlavə, İddiaçı özü bu hərəkətləri edərkən atasın anasın qohumların dostların nəzərə almiş və bilərəkdən etmişdir ki, məhkəməyə təqdim etdiyi vidolarda acıq aydın görünür ki, İddiaçı heç bir mənəvi sarsıntı keçirməmişdir. Belə ki, İddiaçı xx.xx.2025-ci il tarixdə yaşadıqları Ağcabədi rayonuna gedirək orada bibisi qızının toy məclisində və “xına gecəsində” iştirak etmiş deyib gülüb əylənmişdir. Bunlar sübut edir ki, İddiaçı iddiası əsassızdır. Belə ki, sözü gedən İddiaçı avtomobilə minməsi faktı onun tərəfindən atası anası və bacısına göndərilməsi onların təkidi ilə olmuşdur. İddiaçı bu hərəkətləri ilə onu cəmiyyət, qohumlar və dostlar arasında olan nüfuzuna, şərəf və ləyaqətinə zərbə vurmuş, onu aldadaraq ailə dəyərlərinə və kişiliyinə mənliyinə və ən əsası psixologiyasına ağır silinməz zərbə vuraraq onun mənəvi və psixologiyasında silinməz ağır izlər buraxmışdır. Hesab edir ki, hazırda qeyd etdiyi hallar, cavabdehin nümayişkarcasına açıq aydın şərəf və ləyaqətinə zərbə vuraraq etiraf etməyi, şərəf və ləyaqətinin mənəvi alçaldılmasına gətirib çıxaran hərəkətləri ilə ona mənəvi zərər vurması ilə nəticələnən hərəkətləri silinməz və agır psixooji izlər qoymuşdur. Bu hərəkətləri ilə ona psixoloji zərərə vuraraq, dolayı yolla mənəvi zərərlə əlaqədar olaraq maddi zərərə gətirib çıxarmışdır.
II. Tərəflərin mövqeləri: Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil3 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və məhkəmədən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 1xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 11 aprel 2025-cü il tarixdə Cavabdeh DİN-in 102 zəng çağrı mərkəzinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 5 A saylı evin 37 №-li mənzilinə naməlum şəxslərin qanunsuz olaraq daxil olub oğurluq etməsini və həmin tarixdə eyni məzmunlu mənzilinin qonaq otağındakı masasının üzərində olan dəri əl çatasının içərisində olan 15.000 manat pulunun oğurlanmasını aşkar etdiyini göstərməsi ilə bağlı olan ərizəsi ilə Xətai RPl-in 36-cı Polis şöbəsinə müraciət etmişdir. 11 aprel 2025ci il tarixdə material üzrə araşdırmanın aparılması həmin şöbənin təhqiqatçısı polis mayoru kapitanı Qabil Hüseynova həvalə olunmuş və həmin tarixdə material şöbədə HK-1/788 sıra nömrəsi ilə qeydə alınmaqla tərəfindən araşdırma aparılmış və 14 may 2025-ci il tarixdə material aidiyyəti üzrə Xətai RPl-in istintaq şöbəsinə göndərilmişdir. Məlum olmuşdur ki, İddiaçı qardaşı X8 və bacısı X10 ilə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh məxsus yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 5 A saylı evin 37 №-li mənzilinə giriş qapısını sındırmaq yolu ilə huquqa zidd olaraq qanunsuz mənzilə daxil olub qonaq otağındakı masanın üzərində olan dəri əl çatasının içərisindən olan 15.000 manat pulunu gizli olaraq talayıb zərərçəkmiş şexs Cavabdeh 15.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlansın və tərəfimdən icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli qısamüddətli orderin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı 60 gün olmaqla, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qısamüddətli mühafizə orderi verilmişdir.
IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1 -ci hissəsinin tələbinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir; 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Şərəf və ləyaqət şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyəti şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf və ləyaqət hüquqları, bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir. Şərəf dedikdə- şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində şəxsiyyətin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunmasına dair ümumi norma vardır və həmin normaya görə heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Yəni, hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə- hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 23-cü maddəsində şərəf və ləyaqət hüquqlarının müdafiəsinin aşağıdakı üsulların köməyi ilə qorunması və müdafiə olunması nəzərdə tutulub: zərərin əvəzinin ödənilməsi; mənəvi zərərin kompensasiyası; hüquqları pozan hərəkətlərin qarşısının alınması; təkzibetmə; yayılmış məlumatların məhkəmə tərəfindən yalan məlumat kimi tanınması; cavabı dərc etmə və sair. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı). İddiaçı tərəfindən onun şərəf və ləyaqətinə toxunulduğu iddia edilən söz və ifadələrin cavabdeh tərəfindən keçmiş baldızının yoldaşına, anası və xalasına deyildiyi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: 1.məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; 2.həmin məlumatların doğru olmaması; 3.bu məlumatların yayılması. Məhkəmə qeyd edir ki, şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə- məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqimənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır. Məhkəmə bununla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki işin materiallarında qeyd olunanlar iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələri əks etdirmir. Belə ki, qeyd edilən qarşılıqlı iddiaçıya münasibətdə hər hansı kütləvi informasiya vasitələrində iddiaçının şərəf və ləyaqətini alçaldacaq məlumatların yayılması, səsləndirilməsi təqdim edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Bununla da belə olan halda məhkəmə hesab edir ki, məlumatların yayılmasından, yayılma olmadığı təqdirdə isə şərəf, ləyaqət və işgüzar nüfuza zərərin vurulmasından söhbət gedə bilməz. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarında izah edilir ki, vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaddıra bilərlər. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Qanunun mənasından aydın olur ki, şəxs barəsində yayılmış məlumatların onun şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və cavabdeh tərəfindən bu məlumatların həqiqətə uyğun olmasını sübuta yetirməməsi halında iddiaçının cavabdehdən bu məlumatları təkzib etməsini tələb etmək hüququ yaranır. Hazırki halda da məhkəmə araşdırması zamanı iddiaçı barəsində cavabdeh İddiaçı tərəfindən şərəf və ləyaqətinin alçaldılması ilə nəticələnən hərəkətlərin edilməsi, həmçinin həmin hərəkətlər nəticəsində mənəvi və maddi ziyanın vurulması ilə nəticələnməsini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, verilmiş şahidlərlə bağlı vəsatət təmin edilsə də, məhkəməyə təqdim edilməsi həyata keçirilməmişdir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, ... mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Bununla yanaşı, əgər şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya həqarətedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılması tələb edilirsə, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan şəxsə söylənilməsi də kifayət edir. Bu baxımdan hətta üçüncü şəxslərin iştirakı olmadan ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, onu açıq-aşkar alçaldan, adi əxlaq qaydaları çərçivəsindən kənara çıxmaqla söylənilən ifadələr zərərçəkənin ləyaqətini alçaltmaqla onun mənəvi iztirab və sarsıntı keçirməsinə, başqa sözlə mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva