Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4600/2024 25.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov həmid Xudaverdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi-vəkil Nümayəndə tərəfindən barışıq sazişi məhkəməyə təqdim edilərək bildirdi ki, artıq iddiaçı və cavabdeh arasında mübahisənin həll edilməsi ilə bağlı barışıq sazişi bağlanmışdır. Həmin saziş üzrə tərəflər üzərinə öhdəlik götürmüş, nəticədə iş üzrə icraata xitam verilməsi üçün əsas yaranmışdır. Odur ki, mülki işin məhkəmə baxışına təyin edilməsi və iş üzrə barışıq sazişinin təsdiq edilməklə icraata xitam verilməsi məsələsinin məhkəmə baxışında baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində bağlanmışdır.
1. “ Hazırki barışıq sazişi İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan (e-2(001)-4600/2024) saylı mülki işin nizamlanması məqsədini daşıyır və barışıq sazişinin qüvvəyə mindiyi gündən iş üzrə icraata xitam verilir.
2. Cavabdeh bu sazişin imzalandığı vaxtdan 1 ay müddətində 750 (yeddi yüz əlli) manat ümumi borcdan 150 (bir yüz əlli) manat pulu iddiaçıya qaytarır.
3. Yerdə qalan 600 (altı yüz) manat pulu 25 noyabr 150 (bir yüz əlli) manat, 25 dekabr 150 (bir yüz əlli) manat, 25 yanvar 150 (bir yüz əlli) manat, 25 fevral 150 (bir yüz əlli) manat pulu iddiaçıya qaytarmağı öhdəsinə götürür.
4. İddiaçı bu sazişin qüvvəyə mindiyi gündən pul tələbinə dair iddia ərizəsindən imtina edir, hər hansı bir iddiası olmayacaq və gələcəkdə hər hansı tələb irəli sürməyəcəkdir.
5. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur.
6. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.
7. Tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
8. Tərəflər razılığa gəlmişdirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
9. Tərəflər razılığa gəlmişdirlər ki, bu saziş məhkəmə qaydasında təsdiq edildikdən sonra məcburi qüvvəyə malik olur.
10. Tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
11. Sazişin 12-ci bəndində göstərilən səbəblərdən sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
12. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.
13. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
14. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
15. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə müvafiq olaraq, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bağlanmış barışıq sazişininin araşdırıb hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, hazırkı işə aid hissələrdə təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı nümayəndəsi, vəkil Nümayəndə ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi hazırkı mülki işə münasibətdə aşağıdakı məzmunda təsdiq edilsin:
1. " Hazırki barışıq sazişi İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan (e-2(001)-4600/2024) saylı mülki işin nizamlanması məqsədini daşıyır və barışıq sazişinin qüvvəyə mindiyi gündən iş üzrə icraata xitam verilir.
2. Cavabdeh bu sazişin imzalandığı vaxtdan 1 ay müddətində 750 (yeddi yüz əlli) manat ümumi borcdan 150 (bir yüz əlli) manat pulu iddiaçıya qaytarır.
3. Yerdə qalan 600 (altı yüz) manat pulu 25 noyabr 150 (bir yüz əlli) manat, 25 dekabr 150 (bir yüz əlli) manat, 25 yanvar 150 (bir yüz əlli) manat, 25 fevral 150 (bir yüz əlli) manat pulu iddiaçıya qaytarmağı öhdəsinə götürür.
4. İddiaçı bu sazişin qüvvəyə mindiyi gündən pul tələbinə dair iddia ərizəsindən imtina edir, hər hansı bir iddiası olmayacaq və gələcəkdə hər hansı tələb irəli sürməyəcəkdir.
5. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur.
6. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.
7. Tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
8. Tərəflər razılığa gəlmişdirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
9. Tərəflər razılığa gəlmişdirlər ki, bu saziş məhkəmə qaydasında təsdiq edildikdən sonra məcburi qüvvəyə malik olur.
10. Tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
11. Sazişin 12-ci bəndində göstərilən səbəblərdən sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
12. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 3 təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.
13. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
14. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
15. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Elnarə Vəliyeva