Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1740/2021 31.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ümumi təhsil müəssisəsi QSC-yə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ümumi təhsil müəssisəsi QSC-nin ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ümumi təhsil müəssisəsi QSC-yə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlarının iztirab və sarsıntı yaşamalarına görə sağlamlıqlarına vurulmuş zərərin aradan qaldırılması üçün hər övladına dəyən 10000 ümumilikdə 20000 manat məbləğində zərərin əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh Ümumi Təhsil Müəssisəsi MMC arasında 11 may 2018-ci il tarixli, 21 və 22 nömrəli təhsil xidməti göstərilməsi haqqında müqavilələr imzalanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh tərəfindən qızı Nuray Xudiyeva və oğlu Xudayar Xudiyev təhsil müəssisəsinə qəbul olunaraq müvafiq təhsil proqramları əsasında onlara təhsil verilməli idi. Müqavilə imzalandığı andan etibarən onlar tərəfındən dövri olaraq təhsil haqlarının ödənilməsi həyata keçirilmiş, kobud pozuntu halları baş verməmişdir. Lakin 14 sentyabr 2020-ci il tarixində məktəbin əməkdaşı “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona bildirmişdir ki, övladlarının məktəbdə təhsil alması məhdudlaşdırılır. Məktəb tərəfindən övladlarının idtifadəsinə verilmiş xüsusi proqram təminatına girişi bloklanmışdır. 15 sentyabr 2020-ci il tarixdə övladlarının məktəbə daxil olmasına maneələr yaradılmışdır. 15 sentyabr 2020-ci il tarixində ona müqavilələrin ləğv edilməsinə dair sazişin bağlanılması təklif edilmişdir. O, bu sazişi imzalamamışdır. Cavabdehin bu hüquqazidd davranışının səbəbi barədə müraciət ünvanlanmışdır. Həmçinin vəkil sorğusu ilə aralarında olan müqavilələrin və ödəniş sənədlərinin surətləri istənildi. Vəkil sorğusuna cavab olaraq aralarında bağlanmış 11 may 2018-ci il tarixli müqavilələrin surətləri və 03.06.2020-ci il tarixli ödəniş sənədləri göndərilmişdir. Onun müraciətinə 29.09.2020-ci il tarixli, LS18/782 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Cavabdeh ÜTM MMC-yə ödənilməli olan təhsil haqları tam ödənilmədiyinə görə övladlarının tədris proqramına buraxıİmamaqdan başqa çıxış yolu mövcud deyil. Həmin məktub təhsil qanunvericiliyinin müvafiq normaları və 2018-ci il tarixli müqavilənin “müqaviləyə birtərəfli qaydada xitam verilməsi” barədə maddəsi ilə əsaslandırılmışdır. Daha sonra ona təhsil müəssisəsi tərəfindən 23.11.2020-ci il və 18.12.2020-ci il tarixli bildirişlər ünvanlanmışdır. Lakin bu bildirişlərin məzmunları birbirilərinə ziddir. Belə ki, 23.11.2020-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, onunla bağlanmış müqavilələrə 08.12.2020-ci il tarixdən xitam veriləcəkdir. Ona ünvanlanmış sonuncu bildirişdə isə (18.12.2020-ci il tarixli) qeyd olunmuşdur ki, onunla bağlanmış müqavilələrə 07.01.2020-ci il tarixdən xitam veriləcəkdir. Həmçinin, ona sentyabr-noyabr aylarında sözügedən müqavilələrin ikitərəfli qaydada ləğv edilməsinə dair məktəbin rəhbərliyi tərəfindən imzalanmış və möhürlənmiş sazişlər təklif edilmişdir. Bundan əlavə o, övladlarının Cavabdeh təhsil müəssisəsinə buraxılmadıqlarını gördükdən sonra onların “XXİ əsr Beynəlxalq təhsil və innovasiya mərkəzi”ndə təhsil almalarını təmin etmişdir. Təhsil nazirliyinin “şagirdlərin elektron yerdəyişməsi” sistemi üzrə müraciətlərin qəbulu 08.01.2021-ci il tarixə kimi davam etdiyi üçün övladlarının əvvəlki təhsil müəssisəsinin elektron sistemdən çıxarması məqsədi ilə “XXİ əsr Beynəlxalq təhsil və innovasiya mərkəzi” Cavabdeh təhsil müəssisəsi ilə əlaqə saxlamış, Cavabdeh təhsil müəssisəsi tərəfindən bildirilmişdir ki, “həmin şagirdlərin valideynləri ilə aralarında problemlər var, sistemdən çıxara bilməzlər. Bu o demək idi ki, onun övladları bir il artıq təhsil almalı, 11 illik təhsil sistemini 12 ilə bitirməli idilər. Bu isə özbaşınalıqdan başqa bir şey deyildi. Buna görə müxtəlif yerlərə şikayət edəcəyini bildirmiş, vəkili həmin təhsil müəssisəsinin hüquqşünası ilə əlaqə saxlamış və bir müddətdən sonra övladı həmin məktəbin elektron sistemindən çıxarıldılar. Göründüyü kimi məktəbin fəaliyyəti və onunla bağlamış olduğu müqavilələr üzrə davranışı ziddiyyətli qanunvericiliyin normalarına zidd olmuşdur. Aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin davranışları qanunsuz və hüquqaziddir, təqsirli davranışı nəticəsində övladları mənəvi zərərə məruz qalmışdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Məktəb tərəfindən heç bir xəbərdarlıq edilməmiş, heç bir pretenziya ünvanlanmamışdır. 2018-ci ildən bəri təhsil münasibətləri olmuş və bu müqavilə münasibətlərində heç vaxt qüsurlu davranışı olmamışdır. Əgər olmuşdursa, cavabdeh məktubunda qeyd etdiyi kimi ona dəfələrlə xəbərdarlıq edilmişdirsə, həmin xəbərdarlıqların olmasını təsdiq edən məktubların surətlərini sübut qismində məhkəməyə təqdim etsin. Lakin belə bir xəbərdarlıqlar mövcud deyil, xəbərdarlıq olmadan öhdəliklərin onun tərəfindən pozulmasını iddia etmək və birtərəfli qaydada müqaviləyə xitam vermək övladlarını məktəbə buraxmamaq hüquq normalarının tapdalanmasıdır. Məktəb tərəfindən ona 2018-ci il tarixli müqavilələrin ləğv edilməsi haqqında sazişin imzalanması təklif edilmişdir. Həmin sazişin layihəsindən görünür ki, saziş 2018-ci il tarixli müqavilələrin ləğv edilməsi və iddiaçının onlara 2020-2021-ci tədris ili üçün vaxtından əvvəl ödədiyi məbləğin geri qaytarılması nəzərdə tutulmuşdur. 2018-ci ildən bəri daim dövri olaraq ödənişlər etmişdir. Əgər ödənişlər məktəbi qane etmirdisə, bu barədə ona etiraz və ya pretenziya bildirilməli idi. Ona hər hansı etiraz təqdim edilməmiş, təhsil haqqını hissə-hissə ödəməyi üçün şərait yaradılmışdır. Bundan əlavə, nəinki təkcə o, hətta övladlarının sinfində təhsil alan əksər şagirdlərin valideynləri də ödənişləri onun kimi həyata keçirilmişdir. Belə olduğu təqdirdə, aralarında təşəkkül tapmış və məktəb tərəfindən tətbiq edilən praktika ondan ibarət idi ki, ödənişləri hissə-hissə həyata keçirmək mümkündür. Müqaviləyə istinad edilərək münasibətlərə birtərəfli qaydada xitam verilməsi əsası ilə övladlarının tədris müəssisəsinə buraxıİmaması, tədris ilinin başlanmasına bir gün qalmış sosial şəbəkə vasitəsi ilə məktəbə buraxılmama barədə məktəbin işçisi tərəfindən ismarıcın göndərilməsi, daha sonra müqavilənin ləğv edilməsi barədə sazişin bağlanmasının təklif edilməsi və müqavilənin müxtəlif tarixlərdə birtərəfli qaydada ləğv ediləcəyi məzmunlu ziddiyyətli xəbərdarlıqların ona göndərilməsi cavabdehin davranışlarındakı ziddiyətlərin aşkar təzahürüdür. Cavabdehin yuxarıda qeyd edilən hüquqazidd davranışları, övladlarının təhsil hüquqlarının araşdırılması və həmin məktəbdə təhsil almaları hüquqlarından məhrum edilmələri övladlarının durumunda mənfi nəticələrə səbəb olmuş, mənəvi sarsıntı və iztirab çəkmişlər. Belə ki, Loqos psixoloji və X10 tərəfindən verilmiş 020 və 021 nömrəli, 15 yanvar 2021-ci il tarixli psixoloji rəylərdən görünür ki, aparılan ilkin dəyərləndirmə zamanı övladlarımda yeni məktəbə və sinif yoldaşlarına adaptasiya olmaqda, özünə qapanma və ünsiyyət qurulmasında çətinlik keçirdikləri hiss edilib. Onların mənəvi sarsıntı və iztirab çəkmələrinə rast gəlinib, müayinə zamanı onlarda mənfi psixi reaksiya müşahidə olunub. Psixi sağlamlıqlarının pozulması ilə nəticələnib və iztirab çəkmələrinə səbəb olubdur. Bu səbəbdən övladları 21.10.2020-ci il tarixindən 27.11.2020ci ilədək psixoloqlar tərəfindən aparılan seanslarda iştirak ediblər və seansların nəticəsində məktəbə adaptasiya, ünsiyyət çətinliyi və özünə qapanma səbəbləri araşdırılıb. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ümumi təhsil müəssisəsi MMC-nin ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunazidd hərəkətləri nəticəsində Cavabdeh Ümumi Təhsil Mərkəzi QSC-yə vurulmuş 16000 manat məbləğində əldən çıxmış fayda qismində maddi zərərin, 100000 manat məbləğində mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat iddia rüsumunun, cəmi 116030 manat məbləğin cavabdeh İddiaçı Cavabdeh Ümumi Təhsil Mərkəzi QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, həmin iş üzrə iddiaçı (hazırkı qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilə Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC arasında bağlanmış “Təhsil xidməti göstərilməsi haqqında” 11.05.2018-ci il tarixli 21 və 22 №-li Müqavilələrin 4.5. bəndinə əsasən, təhsil haqqı ən geci müvafiq təqvim ilinin iyul ayının 15-dək tam ödənilməlidir. Lakin İddiaçı tərəfindən 2020-2021-ci tədris ili üzrə təhsil haqqı qismən hər bir müqavilə üzrə 1500 manat ödənilmişdir. Cavabdeh ÜTM QSC tərəfindən İddiaçı təhsil haqqının tam ödənilməsi üçün bir neçə dəfə müraciət olunsa da, tam ödəniş həyata keçirilməmiş, nəticədə Cavabdeh ÜTM QSC tərəfindən 21 və 22 №-li Müqavilələrə birtərəfli qaydada xitam verilmişdir. Belə ki, İddiaçı təhsil haqlarını ödəməməsi ilə, Müqavilələrin həm 8.1.2., həm də 8.1.3. bəndləri üzrə Cavabdeh ÜTM MMC-nin Müqavilələrə birtərəfli qaydada xitam vermək hüququ yaranır. İddiaçı övladları üçün təhsil haqqını ödəməməsi nəticəsində Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC həmin Müqavilələr üzrə əldə etməyə ümid etdiyi, yaxud əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, İddiaçı bağlanmış “Təhsil xidməti göstərilməsi haqqında” 11.05.2018-ci il tarixli 21 və 22 №-li Müqavilələr üzrə təhsil haqlarını gecikdirməsi 2020-2021-ci tədris ilinin başlanılmasınadək və ondan sonra da davam etmişdir. Həmin dövr ərzində Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC-nə tələbə qəbulu üçün bir neçə müraciət daxil olsa da, məktəblərdə tələbələr üçün kvotanın dolu olması nəzərə alınaraq, həmin müraciətlərə baxılmamışdır. Halbuki, İddiaçı öz övladları üçün təhsil haqqını tam ödəməyəcəyini vaxtında Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC bildirməmiş, bununla da, övladları X1 və X3 təhsilini Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC-də davam etdirib-etdirməməsi barəsində qeyri-müəyyənlik yaranmasına səbəb olmuşdur. Bununla yanaşı, ilkin iddia ərizəsində də qeyd olunduğu kimi, bir neçə dəfə Cavabdeh Ümumi Təhsil Mərkəzi MMCnin ona ünvanladığı rəsmi xəbərdarlıqları İddiaçı heç vaxt cavablandırmamaqla, Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC-nin tələbələr Xudayar Anar oğluna və X6 qarşı humanist yanaşmasına baxmayaraq, yekunda Cavabdeh ÜTM MMC-ni həmin tələbələr barəsində valideynləri olan İddiaçı ilə bağlanılmış “Təhsil xidməti göstərilməsi haqqında” 11.05.2018ci il tarixli 21 və 22 №-li Müqavilələrə birtərəfli xitam verməyə sövq etmişdir. Halbuki, “Təhsil xidməti göstərilməsi haqqında” Müqavilələrin 3.4.7. maddəsinə əsasən, təhsil müəssisəsinin sorğuları və xəbərdarlıqlarını dərhal cavablandırmaq valideynin vəzifəsidir. Göründüyü kimi, İddiaçı övladlarının təhsil haqlarını gecikdirməsi və təhsil haqlarını ödəmədiyi üçün təhsil almaq hüququnun olmadığı övladları X1 və X3 Cavabdeh ÜTM MMC 2020-2021-ci tədris ili üzrə tələbə (şagird) kvotasını əsassız olaraq doldurması nəticəsində Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC əldə etməyə ümid etdiyi, yaxud əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. 2020-2021-ci tədris ili üçün Cavabdeh ÜTM MMC-də X1 və X3 da cəlb olunduğu KS3 təhsil proqramı üzrə təhsil haqqı 8000 manat təşkil edir. İddiaçı tərəfindən “Təhsil xidməti göstərilməsi haqqında” 11.05.2018-ci il tarixli 21 və 22 №-li Müqavilələrin pozulması nəticəsində, həqiqətən, Cavabdeh ÜTM MMC-nə 16000 manat məbləğində əldən çıxmış fayda qismində zərər vurulmuşdur və həmin zərərin əvəzi cavabdeh İddiaçı tutulmalıdır. Bundan başqa, öz təqsiri nəticəsində övladlarını təhsil almaqdan məhrum etməsi azmış kimi, İddiaçı 2020-2021-ci tədris ilinin başlanması ərəfəsindən etibarən Cavabdeh ÜTM MMC-nin təhsil haqlarının ödənilməsinə dair haqlı tələblərinə etiraz olaraq, həm tələbələrin valideynləri, həm də sosial şəbəkələrdə Cavabdeh ÜTM MMC-nin işgüzar nüfuzunu ləkələməklə məşğul olmuş, məktəbdə təhsilin keyfiyyəti barədə yalan, əsası olmayan iddialar irəli sürmüşdür. Nəzərinizə çatdırırıq ki, Cavabdeh ÜTM MMC ən müasir tədris metodikalarını, ən effektiv təhsil proqramlarını tətbiq etməklə qısa müddətdə milli və beynəlxalq səviyyədə təhsil alanların, təhsil sahəsində mütəxəssislərin və qiymətləndiriri təşkilatların müsbət rəylərini qazanmışdır. Həmçinin, İddiaçı və əri Anar Xudiyev tərəfindən Cavabdeh ÜTM MMC-yə və onun əməkdaşlarına qarşı işgüzar nüfuzu, şərəf və ləyaqəti ləkələyən ifadələr işlədilmişdir. Belə hərəkətlərə misal olaraq, “Whatsapp” mobil proqramında İddiaçı Cavabdeh ÜTM MMC-də orta məktəbin direktoru Aysel Məmmədovaya qarşı “sizdə orada kimsə başı ilə düşünürmü?!”, Anar Xudiyev tərəfindən Cavabdeh ÜTM MMC-nin təhsil işləri üzrə Baş İcraçı Direktorun müavini Rüstəm Piriyevə qarşı “yalançı”, “Allah balasına bəla versin” kimi ifadələr işlətdiyi yazışmadır. Halbuki, Cavabdeh ÜTM MMC-nin əməkdaşları onlar ilə yazışmalarda yalnız məlumat xarakterli mesajlar göndərmiş, təhrik və ya təhqir edici ifadələrdən istifadə etməmişdirlər. Təbii olaraq, İddiaçı yuxanda qeyd olunan işgüzar nüfuzu ləkələməyə yönəlmiş hərəkətləri, habelə onun və əri Anar Xudiyevin təhqir məzmunlu ifadələri həm Cavabdeh ÜTM MMC barəsində istər tələbələr və valideynlər, istərsə də üçüncü şəxslər arasında bəzi mənfi fikirlərin formalaşmasına, həm də kobud ifadələrə və təhqirə məruz qalmış Cavabdeh ÜTM MMC əməkdaşlarının mənəvi sarsıntılar keçirmələrinə gətirib çıxarmış, Cavabdeh ÜTM MMC əməkdaşlarının haqlı narazılığına səbəb olmuş, əmək vəzifələrini yerinə yetirən zaman üçüncü şəxslər tərəfindən layiq olmadıqlan münasibətə və təhqirə məruz qaldıqlarına görə rəhbərliyin İddiaçı və əri Anar Xudiyevə qarşı zəruri tədbir görməsini xahiş etmişlər. Cavabdeh ÜTM MMC-nin əməkdaşları müəssisənin ən vacib dəyərlərindən hesab olunur. Məhz müəllimləri sayəsində qabaqcıl tədris və təhsil proqramlarını uğurla tətbiq etmək müyəssər olmuşdur. Bu səbəbdən, Cavabdeh ÜTM MMC öz əməkdaşlarının əmək şəraitinin daim yaxşılaşdırılmasına və əmək fəaliyyətinə həvəsləndirilməsinə həssaslıqla yanaşmaqdadır. Əmək funksiyalarının icrasından irəli gələrək, onların şəxsiyyətinə, habelə Cavabdeh ÜTM MMC-nin işgüzar nüfuzuna qarşı edilən hərəkətlər qanunla yolverilməzdir. Yuxarıda qeyd olunan hərəkətlər İddiaçı tərəfindən Cavabdeh ÜTM MMC-nin işgüzar nüfuzunu və onun əməkdaşlarının şərəf və ləyaqətini ləkələyən əməllərdir və həmin əməllər nəticəsində Cavabdeh ÜTM MMC-nə 100000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Odur ki, Cavabdeh ÜTM MMC-nə vurulmuş 100000 manat məbləğində mənəvi zərərin əvəzinin İddiaçı tutulması ədalət mühakiməsinin həyata keçirilməsi baxımından olduqca vacibdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanılıb. Həmin müqavilə təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədir. Həmin müqavilə üzrə qarşı tərəf öhdəliklərini pozub. Belə ki cavabdeh tərəf sentyabr ayının 14-də, tədris prosesinin başlamasına saatlar qalmış iddiaçının telefon nömrəsinə mesaj yazaraq, övladlarının sabahdan dərsə gəlməmələrini bildiriblər. Müəyyən anlaşmazlıqlar olub tərəflər arasında. İddiaçının övladları təhsil müəssisəsinə getsələr də, içəri buraxılmayıblar. Bununla bağlı qarşı tərəfə telefon vasitəsi ilə müraciətlər olunsa da, ortaq qərara gəlinməyib və iddiaçı cavabdehə yazılı müraciət ünvanlayıb. Yazıı müraciətə cavab olaraq bildirilib ki, iddiaçı tərəf təhsil haqqını müəyyən olunmuş qaydada ödəmədiyi üçün Cavabdehun müqaviləni birtərəfli qaydada xitam etməkdən başqa yolu qalmamışdır. Bundan sonra tərəflər arasında yazışmalar başlamışdır. Sentyabrın 15-i tarixində qarşı tərəf onlara yazılı qaydada saziş təklif etdi ki, tərəflər arasındakı öhdəliklərə xitam verilsin, lakin iddiaçı həmin sazişi imzalamaqdan imtina etmişdir. Sonra 29 sentyabr tarixində isə iddiaçı tərəfə yazaraq bildirmişdirlər ki, müqaviləni birtərəfli qaydada xitam verməkdən başqa çıxış yolları qalmayıb. Daha sonra onlar təhsil müəssisəsinə yenə müraciət etmişlər. Və qarşı tərəf 23 noyabr tarixində müraciətə cavab verdi. Həmin cavabda qeyd ediblər ki, onlarla bağlanan müqaviləyə 8 dekabr tarixində xitam veriləcəkdir. Daha sonra 18 dekabrda cavab yazaraq bildiriblər ki, müqaviləyə 07.01.2021-ci il tarixindən xitam veriləcəkdir. Artıq qarşı tərəfin mövqeyi iddiaçıya məlum deyildir. Artıq 3 aydan artıq müddətdə uşaqlar tədris prosesindən kənarda qaldıqdan sonra valideynlər məcburiyyət qarşısında uşaqları başqa bir təhsil müəssisəsinə yerləşdirməli oldular. Lakin belə bir məsələ var ki, Təhsil Nazirliyində şagirdlərin elektron yerdəyişməsi sistemi mövcuddur. Orda şagirdin daxil edilməsi üçün şagirdin qeydiyyatda olduğu məktəb razılıq verməlidir. Yeni məktəb cavabdeh tərəflə əlaqə saxladı, lakin Cavabdehdan bildirdilər ki, uşaqların valideynləri ilə mübahisə vardır, bu səbəbdən də uşaqları məktəbdən çıxara bilmərik. O, dəfələrlə qarşı tərəfə müraciət edərək bildirmişdir ki, bu mübahisənin davam etməsi uşaqların bir ildən artıq təhsildən kənar qalmasına səbəb olacaq. Yekunda uşaqları ordan çıxarmağa nail oldular. Ümumiyyətlə isə iddianın hüquqi əsasını bir neçə məsələ təşkil edir. Birincisi, məktəb bildirir ki, onlar dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq xidmət haqqını ödəməmişlər, buna görə də müqavilə birtərəfli qaydada xitam olunub. Müqavilənin müvafiq bəndi vardır ki, tərəflər arasında bütün danışıqlar yazılı şəkildə olmalıdır. Müqavilənin birdən-birə belə pozulması kobud pozuntudur. Müqavilənin ləğv olunmasına dair onlara saziş təklif olunub, hansı ki o sazişi imzalamaqdan iddiaçı imtina etmişdir. Sazişin möhürlü versiyası da onlarda mövcuddur. Belə olan təqdirdə cavabdehin birtərəfli qaydada xitam etməkdən başqa yolu qalmamışdır deməsi onların hərəkətlərinin əsassızlığına gətirib çıxarır. İddiaçı tərəf 2018-ci ildən bəri dövri olaraq ödənişlər etmişdir. Müqavilədə qeyd olunur ki, iyun ayında ödənişlər 75 faiz, qalan hissəsi isə sentyabr ayına qədər ödənilməlidir. Amma Mülki qanunvericiliyin də norması vardır ki, tərəflər arasında təşəkkül tapmış praktikaya da nəzər salınmalıdır. Onlar arasında münasibətlər 2018-ci ildən yaranmışdır və həmin dövrdən bəri iddiaçı tərəf müqavilədə yazıldığı kimi yox, məhz dövri olaraq və hissə-hissə ödənişlər etmişdir. Bununla bağlı cavabdeh tərəfdən onlara hər hansı bir şikayət daxil olmayıb. Digər tərəfdən isə tədris ili başa çatanadək təhsil haqqı tam şəkildə ödənilib. Cavabdeh müqavilənin birtərəfli qaydada xitam etdiyini bildirir, lakin bununla bağlı prosedur qaydalara riayət eləmir. Mülki Məcəllədə qeyd olunur ki, müqavilənin birtərəfli qaydada xitam verilməsi üçün qarşı tərəfə ziyan vurulmalıdır, ya da ki tərəf müqavilə bağlayarkən ümid etdiyi haqqına çatacaqlardan xeyli dərəcədə məhrum olmalıdır. Bu 421-ci maddənin tələbidir. Konkret halda isə o əsaslar mövcud deyildir. Bir dəfə belə olsun ki, qarşı tərəfdən onlara bildirilməyib ki, onlar xidmət haqqını vaxtıvaxtında ödəmirlər. Cavabdehin qanunazidd hərəkətləri ilə bağlı iddiaçıya dəyən ziyanla bağlı onlar müraciət etmiş və uşaqlar psixoloq baxışından keçmişlər və psixoloq rəylərindən də görünür ki, uşaqlara psixoloji zərər dəyib. Mülki Məcəllədə qeyd olunur ki, mənəvi zərərin tələb edilməsi üçün cavabdehin hüquqazidd hərəkətləri olmalıdır. Hüquqazidd hərəkətlər də onunla əsaslandırıldı ki, cavabdehin birtərəfli qaydada xitam hüququ yaranmamışdır, iddiaçıya bununla bağlı hər hansı bir bildiriş, xəbərdarlıq edilməmişdir, anidən gecə saat 22:00-da iddiaçı tərəfə bildirirlər ki, uşaqlar sabahdan dərsə gəlməsinlər və bunun da nəticəsində uşaqlar 3 ay müddətində tədrisdən kənar qalırlar. Bu cavabdehin hüquqazidd hərəkətidir və həmin hərəkət nəticəsində də iddiaçıya zərər dəymişdir. Bu səbəbdən də ilkin iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinə isə etiraz edərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, qarşılıqlı iddia əsasları həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış 21 və 22 nömrəli təhsil haqqında müqavilələrin müddəalarında da öz əksini tapmışdır. Tərəflər arasında bağlanan təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilədən də aydındır ki, Cavabdeh ödənişli təhsil müəssisəsidir. Qarşı tərəf müqavilə bağlandığı anda bunu dərk etmiş və qəbul etmişdir. İkincisi, təhsil müəssisəsində ödənişlərin tədris ili başlananadək ödənilməsi müqavilənin 4.5-ci maddəsində öz əksini tapmışdır. Orda dəqiq olaraq qeyd olunur ki, iyul ayının 15-dək təhsil haqqı ödənilib başa çatdırılmalıdır. Müqavilənin 2.4-cü maddəsində qeyd olunur ki, tələbə tədrisə təhsil haqqı tam ödənilib başa çatdırıldıqdan sonra buraxılır. Qarşı tərəf qeyd etdi ki, tərəflər arasında ödənişlərin edilməsi ilə bağlı mövcud praktika vardır. Lakin ödənişləri bu qaydada qəbul etmək cavabdehin hüququdur, vəzifəsi deyil. Ona görə də bir norma kimi bu məsələyə istinad edilə bilməz. Tədris ili başlananadək iddiaçı iki uşağa görə təhsil müəssisəsinə cəmi 3000 manat ödəniş edib, halbuki bu ödəniş 10.000 manat olmalı idi. Ödənişin tam edilməməsi əsas vermişdir ki, təhsil müəsissəsi müqavilənin 2-ci, 3-cü və 8.1.3-cü maddələri əsasında müqavilələrə birtərəfli qaydada xitam versin. Bununla bağlı qarşı tərəfə bir neçə dəfə yazılı xəbərdarlıq edilib. Bunu qarşı tərəf öz ifadəsində də təsdiq edir. Xəbərdarlıqda qeyd olunur ki, xahiş edirik təhsil haqqlarını göstərilən tarixədək ödəyəsiniz. Əks təqdirdə müqaviləyə birtərəfli qaydada xitam verilməsi məcburiyyətində qalınacaqdır. Və həmin xəbərdarlıqlarda ödəniş üçün son tarix də göstərilmişdir. Heç bir pozuntuya yol vermədən təhsil müəssisəsi müqavilələrə xitam vermək zərurətində qalmışdır. Müqavilələrə xitam verilərkən də Cavabdeh müəyyən zərərlərə məruz qalmışdır. Bütün bunları qarşılıqlı iddia ərizəsində əsaslandırmışlar. Birincisi, əldən çıxmış fayda məsələsidir. Belə ki, təhsil müəssisəsi əldə edəcəyinə ümid etdiyi gəlirlərdən məhrum olmuşdur. Təhsil müəssisəsində belə bir kvota var ki, hər bir sinif üzrə nə qədər şagird təhsil müəssisəsinə qəbul edilə bilər. Cavabdeh isə şagird sayını süni surətdə artırmaqla gəlir əldə etmək məqsədi güdən bir müəssisə deyil. Çünki belə tədbirlər həm təhsilin keyfiyyətinə təsir göstərir, həm də pandemiya dövründə artıq yüklənmələrin olması qanunvericiliyin də tələblərinə ziddir. Təhsil haqlarının ödənilməsinə ümid edərək təhsil müəssisəsi həmin uşaqları humanistlik göstərərək tədris ili bağlanılana qədər təhsil müəssisəsində saxlayıb. Lakin ödəniş edilməyib. Cavabdehda tələbələrin qəbulu adətən may, iyun, iyul aylarında, ən geci avqust ayında həyata keçirilir. Uşaqlar məktəbdə qeydiyyatda olduğu üçün yeni müraciət edən şəxslərə imtina cavabı verilmişdir. Ən azı iki uşağın kvotasını və 2020-ci il üçün bir uşağa görə ödənişin 8000 manat olduğunu nəzərə alaraq 16000 manat əldən çıxmış faydanı tələb etmişlər. Cavabdehin elektron sistemində həmin dövr üçün məktəbə qəbul olunmaq istəyən şəxslərin müraciətlərinə dair qeydlər də var. 100.000 manat mənəvi zərəri də ona görə tələb etmişlər ki, iddiaçı və onun həyat yoldaşı tərəfindən valideylər arasında məktəbə qarşı mənfi fikir formalaşdırmaq və s. cəhdlər olmuşdur. Ona görə də o, məhkəmədən ilkin iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ÜTM ilə İddiaçı arasında bağlanmış 11.05.2018-ci il tarixli, 21 saylı müqavilədən görünür ki, X8 10.09.2018-ci ildən Təhsil Proqramı yekunlaşana qədər Təhsil Müəssiəsində KS3-2 Proqramı üzrə qəbul olunur. Bu müqaviləyə əsasən təhsil haqqı 2018-2019-cu tədris ili üçün 5400 manat təşkil edir. Eyni tarixli 22 saylı müqavilədən görünür ki, X7 10.09.2018-ci ildən Təhsil Proqramı yekunlaşana qədər Təhsil Müəssiəsində KS3-1 Proqramı üzrə qəbul olunur. Bu müqaviləyə əsasən təhsil haqqı 2018-2019-cu tədris ili üçün 6000 manat təşkil edir. Müqavilələrin 4.5-ci bəndinə əsasən təhsil haqqı tam şəkildə və ya 25% öncədən və 75% iyul ayının 15-ci gününədək ödənilməlidir. Müqavilələrin 8.1.3-cü bəndinə əsasən tərəflərdən biri öz öhdəliklərini kobudcasına pozduqda və digər tərəfin tələbi daxil olduğu vaxtdan 10 iş günü ərzində belə vəziyyət aradan qaldırılmadıqda müqavilə ləğv edilə bilər. Həmçinin müqavilənin 2.4-cü bəndinə əsasən tələbənin qəbulu bilavsitə təhsil haqqı valideyn və ya onun təyin etdiyi üçüncü şəxs tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq ödənildikdən sonra həyata keçirilir. Müqavilənin 3.4.1-ci maddəsinə əsasən təhsil haqqını bu Müqavilədə qeyd edilən qaydalara əsasən vaxtında ödəmək valideynin vəzifəsidir. İş materiallarında olan 23.11.2020-ci il tarixli Cavabdeh ÜTM MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Təhsil Müəssisəsi ilə onun arasında olan X4 dair 22 saylı müqaviləyə 08.12.2020-ci il tarixdən etibarən xitam veriləcək və təhsil haqqının ödənilən bir qismi 1495 manat məbləğ onlara geri qaytarılacaq. İş materiallarında olan 23.11.2020-ci il tarixli Cavabdeh ÜTM MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Təhsil Müəssisəsi ilə onun arasında olan X6 dair 21 saylı müqaviləyə 08.12.2020-ci il tarixdən etibarən xitam veriləcək və təhsil haqqının ödənilən bir qismi 1495 manat məbləğ onlaraq geri qaytarılacaq. İş materiallarında olan 18.12.2020-ci il tarixli Cavabdeh ÜTM MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, Təhsil Müəssisəsi ilə onun arasında olan X6 dair 21 saylı müqavilə 07.01.2020-ci il tarixdən etibarən ləğv edilir. İş materiallarında olan 11.01.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında 11.05.2018-ci il tarixli “təhsil xidməti göstərilməsi haqqında” 21 saylı müqavilənin birtərəfli qaydada ləğv edildiyini nəzərə alınaraq, valideyn tərəfindən həmin müqavilənin şərt və müddəalarına uyğun olaraq 2020-2021-ci tədris ili üzrə təhsil haqqının Təhsil Müəssisəsinin ödənilmiş hissəsi 1500 manat məbləğində pul vəsaiti İddiaçı bank rekvizitlərinə əsasən köçürmə yolu ilə geri qaytarılmışdır. İş materiallarında olan Cavabdeh ÜTM MMC tərəfindən İddiaçı ünvanlanmış 29 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, onun övladları X8 və X1 adına bağlanmış 21 və 22 saylı müqavilələrin 4.5-ci bəndinə əsasən təhsil haqqı tam məbləğdə əvvəlcədən ən geci iyul ayının 15-dək ödənilməlidir. Həmçinin 4.7-ci bəndinə əsasən təhsil haqqı müvafiq tədris ili üzrə illik, yəni tədris ili üçün ödənilməlidir. Müqavilənin 2.4-cü bəndinə əsasən tələbənin təhsil proqramına qəbulu, o cümlədən tədris prosesinə buraxılması təhsil haqqı ödənildikdən sonra həyata keçirilir. Müqavilənin 3.4.1-ci bəndinə əsasən, təhsil haqqını vaxtında ödəmək valideynin vəzifəsidir... Belə ki, Cavabdeh ÜTM MMC-nin təhsil haqları tam ödənilmədiyinə görə İddiaçı övladlarının tədris proqramına buraxmamaqdan başqa çıxış yolu qalmamışdır. İş materiallarında olan 15.01.2021-ci il tarixli Loqos Psixoloji və X10 tərəfindən verilmiş psixoloji rəydən görünür ki, mərkəzdə aparılan ilkin dəyərləndirmə zamanı X2 yeni məktəbə və sinif yoldaşlarına adaptasiya olmaqda, özünə qapanma və ünsiyyət qurulmasında çətinlik çəkdiyi hiss edilib. Onun mənəvi sarsıntı və iztirab çəkməsinə rast gəlinib, müayinə zamanı şüurunda mənfi psixi reaksiya müşahidə olunub. Psixi sağlamlığının pozulması ilə nəticələnib və iztirab çəkməsinə səbəb olmuşdur. Bu səbəbdən X7 21.10.2020-ci il tarixdən 27.11.2020-ci il tarixinədək psixoloq Elanur Seyfidar və Günel Axundova tərəfindən aparılan seanslarda iştirak edib. Seansların nəticəsində məktəbə adaptasiya, ünsiyyət çətinliyi, özünə qapanma səbəbləri araşdırılıb. İş materiallarında olan 15.01.2021-ci il tarixli Loqos Psixoloji və X10 tərəfindən verilmiş psixoloji rəydən görünür ki, mərkəzdə aparılan ilkin dəyərləndirmə zamanı X5 yeni məktəbə və sinif yoldaşlarına adaptasiya olmaqda, özünə qapanma və ünsiyyət qurulmasında çətinlik çəkdiyi hiss edilib. Onun mənəvi sarsıntı və iztirab çəkməsinə rast gəlinib, müayinə zamanı şüurunda mənfi psixi reaksiya müşahidə olunub. Psixi sağlamlığının pozulması ilə nəticələnib və iztirab çəkməsinə səbəb olmuşdur. Bu səbəbdən X8 21.10.2020-ci il tarixdən 27.11.2020-ci il tarixinədək psixoloq Elanur Seyfidar və Günel Axundova tərəfindən aparılan seanslarda iştirak edib. Seansların nəticəsində məktəbə adaptasiya, ünsiyyət çətinliyi, özünə qapanma səbəbləri araşdırılıb. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ÜTM ilə İddiaçı arasında bağlanmış 11.05.2018-ci il tarixli, 21 saylı müqaviləyə əsasən X8 10.09.2018-ci ildən Təhsil Proqramı yekunlaşana qədər Təhsil Müəssiəsində KS3-2 Proqramı üzrə qəbul olunmuşdur. Bu müqaviləyə əsasən təhsil haqqı 2018-2019-cu tədris ili üçün 5400 manat təşkil edir. Eyni tarixli 22 saylı müqaviləyə əsasən X7 10.09.2018-ci ildən Təhsil Proqramı yekunlaşana qədər Təhsil Müəssiəsində KS3-1 Proqramı üzrə qəbul olunmuşdur. Bu müqaviləyə əsasən təhsil haqqı 2018-2019-cu tədris ili üçün 6000 manat təşkil edir. 2020- 2021-ci tədris ili üçün ilkin iddia ərizəsi üzrə iddiaçının övladları üçün təhsil haqqı müqavilə şərtlərinə uyğun ödənilmədiyi üçün uşaqlar ilkin iddia ərisəsi üzrə Cavabdeh ümumi təhsil müəssisəsi QSC tərəfindən tədris proqramına buraxılmamışlar. Hazırda ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh ümumi təhsil müəssisəsi MMC-yə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlarının iztirab və sarsıntı yaşamalarına görə sağlamlıqlarına vurulmuş zərərin aradan qaldırılması üçün hər övladına dəyən 10000 ümumilikdə 20000 manat məbləğində zərərin əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ümumi təhsil müəssisəsi MMC-nin ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunazidd hərəkətləri nəticəsində Cavabdeh Ümumi Təhsil Mərkəzi QSC-nə vurulmuş 16000 manat məbləğində əldən çıxmış fayda qismində maddi zərərin, 100000 manat məbləğində mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat iddia rüsumunun, cəmi 116030 manat məbləğin cavabdeh İddiaçı Cavabdeh Ümumi Təhsil Mərkəzi QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilkin iddia ərizəsini araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ÜTM ilə İddiaçı arasında bağlanmış 11.05.2018-ci il tarixli, 21 saylı və eyni tarixli 22 saylı müqavilələrin 4.5-ci bəndinə əsasən təhsil haqqı tam şəkildə və ya 25% öncədən və 75% iyul ayının 15ci gününədək ödənilməlidir. Müqavilələrin 8.1.3-cü bəndinə əsasən tərəflərdən biri öz öhdəliklərini kobudcasına pozduqda və digər tərəfin tələbi daxil olduğu vaxtdan 10 iş günü ərzində belə vəziyyət aradan qaldırılmadıqda müqavilə ləğv edilə bilər. Həmçinin müqavilənin 2.4-cü bəndinə əsasən tələbənin təhsil proqramına qəbulu, o cümlədən tədris prosesinə buraxılması təhsil haqqı ödənildikdən sonra həyata keçirilir. Müqavilənin 3.4.1-ci bəndinə əsasən, təhsil haqqını vaxtında ödəmək valideynin vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərin iclası ilə bağlı mübahisələr baş vermişdir. Bu səbəbdən də müqavilə Cavabdeh ÜTM MMC tərəfindən birtərəfli qaydada xitam verilmiş və 11.01.2021ci il tarixli təhvil-təslim aktına əsasən 2020-2021-ci tədris ili üzrə təhsil haqqının Təhsil Müəssisəsinin ödənilmiş hissəsi 1500 manat məbləğində pul vəsaiti İddiaçı bank rekvizitlərinə əsasən köçürmə yolu ilə geri qaytarılmışdır. Lakin məhkəmə iş materiallarında olan İddiaçı övladlarının psixoloji vəziyyəti ilə bağlı verilmiş 15.01.2021-ci il tarixli Loqos Psixoloji və X10 tərəfindən verilmiş psixoloji rəyləri mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin rəylərdə hər iki uşağın psixoloji vəziyyəti eyni cümlələrlə qeyd edilmişdir “X2 yeni məktəbə və sinif yoldaşlarına adaptasiya olmaqda, özünə qapanma və ünsiyyət qurulmasında çətinlik çəkdiyi hiss edilib.” “X5 yeni məktəbə və sinif yoldaşlarına adaptasiya olmaqda, özünə qapanma və ünsiyyət qurulmasında çətinlik çəkdiyi hiss edilib.” Məhkəmə hesab edir ki, uşaqların bir məktəbdən çıxarılıb digər məktəbə keçirilməsi, uşaqların mənəvi iztirab və sarsıntı yaşamasına səbəb olan amil kimi qiymətləndirilə bilməz. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Ona görə də, iddiaçı hər uşağa görə 10000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüş olsa da, belə ziyanın həqiqətən övladlarına vurulmasını məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh tərəfindən uşaqların şüurunda müəyyən mənfi psixi reaksiyaya və fiziki əzab çəkmələrinə səbəb olan hər hansı hüquq pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Qarşılıqlı iddia ərizəsinin cavabdehin qanunazidd hərəkətləri nəticəsində Cavabdeh Ümumi Təhsil Mərkəzi QSC-nə vurulmuş 16000 manat məbləğində əldən çıxmış fayda qismində maddi zərərin tutulması hissəsi üzrə məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı övladlarının təhsil haqlarını gecikdirməsi və təhsil haqlarını ödəmədiyi üçün təhsil almaq hüququnun olmadığı övladları X1 və X3 Cavabdeh ÜTM MMC 2020-2021-ci tədris ili üzrə tələbə (şagird) kvotasını əsassız olaraq doldurması nəticəsində Cavabdeh Ümumi Təhsil Mərkəzi MMC əldə etməyə ümid etdiyi, yaxud əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Lakin qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ÜTM MMC 2020- 2021-ci tədris ili üzrə tələbə (şagird) kvotası barədə hər hansı bir normativ akt, nizamnamə, qayda və ya şagirdlərin məhdud sayda məktəbə qəbulu ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin qarşılıqlı iddia tələbinin mənəvi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edilmədiyindən və iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Habelə məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən ilkin iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ilkin və qarşılıqlı iddia ərizələri üzrə iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1740/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1740/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver