Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2760/2021 02.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, iddiaçı Azmark Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “avtomaşının növbəti texniki baxış müddətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Azmark Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ərizə ilə məhkəməyə müraciət edərək, şirkətə məxsus dövlət qeydiyyat nişanı 90PB299, 2015-ci il istehsalı olan Ford Fusion markalı avtomaşının növbəti texniki baxış müddətinin xx xxxxxxxx 2021-ci il tarixində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” nümunəvi Əsasnamənin 1.1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan və mühərrikinin işçi həcmi 50 kub sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına və yarımqoşqularına dövlət texniki baxışının keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edir. Məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxxx 2015-ci il tarixli qərarının 14-cü bəndinin tövsiyəsini nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbinə ümumi məhkəmədə deyil, inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxxx 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə iddiaçıya tövsiyə edilir ki, o, hazırki məsələnin həllini tapmaq məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə müraciət etsin. Həmin İdarənin imtina cavablarından və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə isə müvafiq dövlət orqanının və ya vəzifəli şəxsin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Çünki vətəndaşla adıçəkilən İdarə arasında yaranan münasibətlər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi inzibati orqan olduğundan, inzibati mübahisə kateqoriyasına aiddir və beləliklə də bu cür tələblərə ümumi məhkəmədə baxıla bilməz Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, iddia ərizəsində məhkəmə tərəfindən prosesə cavabdeh qismində cəlb edilməli olan şəxsin kim olduğu (cavabdehin adı, poçt ünvanı) göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azmark Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “avtomaşının növbəti texniki baxış müddətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı tələblə əlaqədar ilkin olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə rəsmi müraciət etməsi, həmin müraciətə imtina cavabı aldığı halda isə, sözügedən qurumun hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməldiir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azmark Dış Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “avtomaşının növbəti texniki baxış müddətinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya ilkin olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə rəsmi müraciət etməsi, həmin müraciətə imtina cavabı aldığı halda isə, sözügedən qurumun hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malik olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. . Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2760/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2760/2021
02.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver