Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5493/2023 08.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” HŞİ-yə qarşı bonusların bərpası tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” HŞİ-yə qarşı “bonusların bərpası və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avto icbari sığorta haqqının hesablanmasında ona münasibətdə tətbiq edilmiş və ləğv edilmiş bonusların bərpa edilməsi, cavabdeh İcbari sığorta Bürosundan onun xeyrinə 51.50 manat məbləğində ziyan tutulması, ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun cavabdehə aid edilməsi barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyəti və sahibliyində olan Wolksvagen Touareg markalı 90HV909 dovlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi xx.xx.2022-ci ildə bitdiyi üçün növbəti dəfə təzələmək istəyərkən məlum olmuşdur ki adına qanuna zidd sığorta hadisəsi rəsmiləşdirilərək icbari sığorta reyestrinə daxil edilmiş və bununla da indiyə kimi topladığı bonuslar silinərək yüksək malus əmsalı tətbiq olunmuş, nəticədə isə sığorta haqqı bir neçə dəfə artırılaraq 525 man təşkil etmişdir. Belə ki adına olan ** HN *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsinə dair icbari sığorta müqaviləsi həmin nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən atası tərəfindən xəbəri və buna razılığı olmadan onun adına bağlanmış və 2022-ci ilin iyun ayında axırıncı tərəfindən sığorta hadisəsi törədiləsinə baxmayaraq həmin hadisə müvafiq sığorta şirkəti tərəfindən onun adına rəsmiləşdirilərək reyestrə məlumat daxil edilmişdir. Məsələdən hali olan kimi dərhal tərəfindən xx.xx.2022-ci ildə Mərkəzi Banka bankın saytı vasitəsi ilə elektron qaydada müraciət olunaraq İcbari Sığorta Bürosunun (bundan sonra İSB) İnformasiya Sisteminə daxil edilmiş icbari sığorta hadisəsinin adına rəsmiləşdirilməsi barədə məlumatın sistemdən silinməsinə dair müvafiq qərarın qəbul edilməsi tələb edilmişdir. Mərkəzi Bank tərəfindən məsələnin araşdırılması ilə bağlı əlavə məlumatların əldə edilməsi üçün xx.xx.2022-ci ildə ərizələri İSB-na göndərilərək 5 iş günü müddətində məlumatların həm banka həm də onlara təqdim edilməsi qeyd olunmuşdur. Həmin müraciətin cavablandırılması İSB tərəfindən yubadıldığı üçün tərəflərindən xx.xx.2022-ci ildə rəsmi ərizə ilə bilavasitə İSB-nun özünə müraciət edilərək 90HN990 dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtomaşına dair bağlanmış sığorta müqaviləsindən onun məlumatının və razılığının olmadığı bir daha vurğulanaraq müraciətə cavab verilməsinin tezləşdiriləməsi xahiş olunmuşdur. Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli və İSB-nin xx.xx.2022-ci il tarixli onlara ünvanladıqları məktublarında icbari sığorta müqaviləsinin onun adına rəsmiləşdirilməsi əsas götürülərək informasiya sisteminə tələb etdiyi müvafiq düzəlişin edilməsindən imtina olunmuşdur. Belə olduqda ziyandan müəyyən qədər yayınmaq üçün mülkiyyətində olan və hazırda idarə etdiyi Wolksvagen Touareg markalı avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsini oğlu X4 adına, naxırıncıya avtomobili idarə etmə etibarnaməsi verməklə qeydə alıb İSB-nun hesabına 151 man.pul məbləği ödəmışdir, halbuki adına qeyri qanuni icbari sığorta hadisəsi rəsmiləşdirilməsəydi bu məbləğ 45% bonus tətbiqini nəzərə almaqla 96.25 man.təşkil etməli idi. Bundan sonra iddia tələbi ilə tərəfindən Mərkəzi Banka qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Mərkəzi Bankın məhkəməyə təqdim etdiyi 2 may 2023-cü il tarixli məlumatına əsasən BM sistemi Mərkəzi Bankın deyil, Büronun elektron informasiya sisteminin tərkib hissəsi olduğu və həmin sistemə nəzarət və istifadə Büro tərəfindən həyata keçirildiyi üçün iddiaya cavabdeh qurum da Büro çıxış etməlidir. Eyni zamanda Mərkəzi Bank məlumata əlavə olaraq inzibati məhkəməyə oxşar iddia ilə bağlı Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il hazırda qüvvəyə minmiş qətnaməsinin də təqdim etmişdir. Həmin qətnaməyə əsasən vət X10 Sığorta Birliyinə qarşı eyni əsası edilmiş bonuslarım bərpa edilməsi tələbi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin yuxarıda qeyd olunan qətnaməsi ilə iddia tam təmin olunaraq bonusların bərpa olunması qərar alınmışdır. Bunları nəzərə almaraq iddia ərizəsi tərəfindən könüllü olaraq geri götürülmüşdür ki məhkəməyə müraciət olunsun. Hazırda da Azərbaycan Respubliksı Ali Məhkəməsinin tövsiyyəsinə uyğun olaraq məhkəmələrin qəbul etdiyi qərarlar üzrə vahid məhkəmə təcrübəsi formalaşdırılır. Hesab edir ki,imtina əsassızdır və bu sahəni tənzimləyən həm mülki həm də sığorta qanunvericiliyinə ziddir. Belə ki,əvvəla imtinaya əsas olan onun adından bağlanmış PPA********** sayı icbari sığorta müqaviləsi razılığı və xəbəri olmadan onun adına rəsmiləşdirilmişdir. İkincisi, mülki qanunvericiliyin və İcbari Sığorta haqqında Qanunun tələblərinə əsasən sözügedən sığorta şəhadətnaməsi onun adına verilməsinə baxmayaraq sığorta hadisəsi sayılan avtoqəza avtonəqliyyat vasitəsini qanuni əsaslarla idarə və istismar edən şəxs tərəfindən törədildiyi üçün sığorta hadisəsi də onun adına rəsmiləşdirilərək malus sistemi fərdi qaydada tətbiq olunmalıdır. Cavabdeh “İcbari Sığorta Bürosu” HŞİ iddia ərizəsinə etiraz edərək, iddia tələbi əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Büroya qarşı tələbləri "İcbari sığortalar haqqında" Qanunun normalarına zidd olmaqla iddiaçı tərəfindən qanunvericiliyə düzgün istinad edilməmişdir. Burada göstərilənlərə əsasən hesab edirlər ki, cavabdehə qarşı iddia tələbi əsassız olduğu üçün təmin edilməməli, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının "sığorta şəhadətnaməsi iddiaçının adına verilməsinə baxmayaraq sığorta hadisəsi sayılan avtoqəzanın avtonəqliyyat vasitəsini qanuni əsaslarla idarə və istismar edən şəxs tərəfindən törədildiyi üçün sığorta hadisəsinin də onun adına rəsmiləşdirilərək malus sisteminin fərdi qaydada tətbiq olunması" barədə iddiasına dair: Nəzərə çatdırırlar ki, "İcbari sığortalar haqqında" Qanunun (Qanun) 57.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli 25/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nın (bundan sonra Qayda) 2.1-ci yarımbəndinə uyğun olaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə həmin Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla hesablanır. Qaydanın 1.2.1-ci yarımbəndinə əsasən Bonus-Malus (bundan sonra - BM) sistemi Əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortaliya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. İşin hallarından göründüyü kimi, İddiaçı icbari sığorta müqaviləsi bağlayaraq sığortalı qismində çıxış etmiş və 90HN990 dövlət qeydiyyat nişanlı Toyota Prado markalı nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxsin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyini müqavilə qüvvədə olduğu müddət ərzində sığortalamışdır. İddiaçının atası Dadaşov Cabir həmin nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə etmiş, törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini iddiaçının bağladığı və sığortalı qismində çıxış etdiyi icbari sığorta müqaviləsi üzərindən həyata keçirərək iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, bonus-malus sistemi qanunvericiliyin tələblərinə əsasən sığorta olunana yox, sığortaliya münasibətdə tətbiq edildiyindən, PPA********** nömrəli icbari sığorta müqaviləsi üzrə iddiaçının atası C.Q.Dadaşovun törətdiyi avtoqəza nəticəsində hesablanmış malus əmsalının sığorta müqaviləsinin tərəfi olmayan (yəni - sığortalı qismində çıxış etməyən şəxsə münasibətdə hesablanmasının qanuna-zidd və mümkünsüz olduğunu bildirirlər. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, PPA********** saylı icbari sığorta müqaviləsi xx.xx.2021-ci il tarixində İddiaçı və "xxxx" ASC arasında bağlanmışdır. İddiaçı bildirir ki, onun mülkiyyətində olan 90HN990 dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsinə dair PPA********** saylı icbari sığorta müqaviləsi həmin nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən atası tərəfindən iddiaçının xəbəri və buna razılığı olmadan iddiaçının adına bağlanmışdır. Məlumdur ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, qeyd edilən iddia ilə əlaqədar hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarından belə nəticəyə gəlmək olur ki, iddiaçı bu halı nə müqavilənin digər tərəfi olan sığortaçı qarşısında, na də həmin əməli törətmiş atası qarşısında mübahisələndirməmiş, müqavilənin ləğvi ilə bağlı hər hansı bir hərəkət etməmişdir. Buna görə də sübuta yetirilə bilinməyən iddia əsassız hesab edilməlidir. İddiaçının "Büronun" hesabına 151 manat məbləğində pul ödəməsi" ifadəsi ilə bağlı MM-nin 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Təqdim edilmiş digər sığorta müqaviləsindən göründüyü kimi, PME********** saylı xx.xx.2022-ci il tarixində qüvvəyə minmiş icbari sığorta müqaviləsi X5 və sığortaçı "xxxx" ASC arasında bağlanmışdır. İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə Qanunun 27-ci maddəsində əks olunmuş funksiyaların həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X7 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Qeyri kommersiya təşkilatı olan "İcbari Sığorta Bürosunun sığorta şirkəti olmaması və sığorta müqavilələri bağlamaq səlahiyyətinə malik olmaması səbəbindən hər hansı icbari sığorta müqaviləsinin tərəfi ola bilməz Buna görə də iddiaçının ifadəsi əsassız hesab edilməlidir. İddiaçının “cavabdeh İcbari sığorta bürosundan onun xeyrinə 51.50 manat məbləğində ziyanın tutulmasını və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunu cavabdehə aid edilməsi” tələbinə dair hesab edirlər ki, iddiaçının hər hansı bir hüququnun pozulması faktı işin halları və və iş materialında olan sübutlar ilə təsbit olunmur: buna razılığı olmadan müqavilənin bağlanılması faktı sübuta yetirilməmişdir; sığorta müqaviləsinin qüvvədə mübahisələndirilməmişdir. Büro sığortaçı ilə sığortalı arasında bağlanan müqavilənin yaradılmasında tərəfləri digər qurumlardan əldə edilən zəruri elektron məlumatlarla təmin edən, əldə edilən məlumatlar əsasında müqavilənin yaradılması üçün qanun və qaydaların tələblərinə uyğun olaraq sığorta haqlarının hesablanmasını təmin edən və həmin müqavilənin informasiya sistemində mövcudluğunu təsdiq edən informasiya sisteminin "operatorudur". Buna görə də, sübuta yetirilməmiş "hüquq pozuntusu" ilə əlaqədar zərərin əvəzinin tam ödənilməsi ilə bağlı iddiaçının tələbi əsassızdır. Belə ki, zərər vurmuş şəxsin məsuliyyət daşıması üçün onun təqsirli, hüquqa zidd əməli təsbit edilməli, iddiaçının isə zərərin əvəzinin tam ödənilməsi ilə bağlı hüquqlarının əmələ gəlməsi üçün hər hansı bir hüquq pozuntusu mövcud olmalıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, "hüquq pozuntusu" sübuta yetirilsə belə müqavilə tərəfi olmayan, sığorta ödənişi almayan, sığorta haqlarının hesablanmasını qanun və qaydaların tələblərinə uyğun olaraq həyata keçirən İcbari Sığorta Bürosu mövcud hal üzrə əsl cavabdeh deyildir. "20 aprel 2023-cü il tarixli 2(006)-1049/2023 saylı Qətnamə" ilə əlaqədar: Hazırki haldan fərqli olaraq, qeyd olunan işdə iddiaçı X8 cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və X3 qarşı iddia ərizəsi ilə müraciət edərək iddiaçının sığorta vəsaiti hesabına ödənilmiş 1500 manat sığorta ödənişinin ləğv edilməsi və ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir məhkəməyə müraciət etmişdir. Daha sonra proses zamanı iddiaçı iş üzrə cavabdeh sığorta şirkətinin icbari Sığorta Bürosu ilə əvəz edilməsini, cavabdeh X1 cavabdehlər sırasından çıxarılmasını, eyni zamanda iddia tələbini dəqiqləşdirərək, icbari sığorta üzrə sığorta haqqının hesablanmasında ona tətbiq edilmiş və əsassız olaraq ləğv edilmiş bonusların bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses zamanı müəyyən edilmişdir ki, icbari sığorta müqaviləsi bağlanan zaman vətəndaş X8 nə avtomobilin mülkiyyətçisi olmuş, nə də onun həmin avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Hazırki işdə isə nəqliyyat vasitəsi müqavilə bağlanan zaman iddiaçının mülkiyyətində olmuş, iddiaçının sığorta marağı mövcud olmuşdur. Buna görə də hesab edirlər ki, qeyd olunan Qətnamədə işin hallarının və iddia tələbinin fərqli olması səbəbindən həmin məhkəmənin qərarı məhkəmə təcrübəsinin vahidliyi üçün əsas götürülə bilməz. Cavabdeh “İcbari Sığorta Bürosu” X7 məhkəməyə ərizə ünvanlayaraq, 2(004)- 5493/2023 nömrəli mülki işə onların iştirakı olmadan baxılmasını, iddia ərizəsində nəzərdə tutulan məbləğdə ödənişin iddiçıdan tutularaq “İcbbari Sığorta Bürosu” HŞİ-nin bank hesabına köçürülməsini təmin edən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onlun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilmədir. Belə ki, iş materiallarında olan: “İcbari sığorta Bürosu” HŞİ-nin İddiaçı və AR X2 iş departamentinin direktoru Xəyal Babayev ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Büronun informasiya sistemində axtarış zamanı iddiaçının adına (FİN: OWCVVQ0) rəsmiləşdirilmiş PPA********** nömrəli avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə sığorta hadisəsinin qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun (Qanun) 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər həmin Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi (Mülkiyyətçi qismində İddiaçıQ.) törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini iddiaçının bağladığını və sığortalı qismində çıxış etdiyini AVSMMİS müqaviləsi üzərindən həyata keçirərək (qanuni əsaslarla) iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 12 yanvar 2023 tarixli, 6-1-26-D-2-2022-9598-246 saylı məktubun surətindən görünür ki, iddiaçının müraciəti ilə əlaqədar araşdırma aparılmış və İcbari Sığorta Bürosundan (X11 daxil olmuş 28 dekabr 2022-ci il tarixli, İSB-2-2022-53 nömrəli məktuba əsasən müəyyən olmuşdur ki, Büronun informasiya sistemində axtarış zamanı iddiaçının adına (FİN: 0WCVVQC rəsmiləşdirilmiş PPA********** nömrəli avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətini icbari sığortası (AVSMMİS) müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə sığorta hadisəsinin qeyd alındığı və bu səbəbdən malus tətbiq edilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun (Qanun) 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər həmin Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi (Mülkiyyət qismində - İddiaçıQ.) törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini iddiaçının bağladığı sığortalı qismində çıxış etdiyi AVSMMİS müqaviləsi üzərindən həyata keçirərək (qanur əsaslarla), iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir. Burada qeyd olunanları nəzərə alaraq, bu kimi halların təkrarlanmaması üçün sığortaçıya yaxınlaşaraq iddiaçının adına olan sığorta müqaviləsini xitam etdirməyi tövsiyə olmuşdur. xx.xx.2023-cü il tarixli (№**********) dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 34.2-ci maddəsinə əsasən Büro iştirakçı sığortaçıların bu Qanunla, həmçinin Mərkəzi Bankın qayda və təlimatları ilə müəyyən olunmuş tələblərə riayət etməməsi, habelə öhdəliklərini bu Qanuna və ya Büronun nizamnaməsinə uyğun yerinə yetirməməsinə dair ona məlum olan faktlar barədə Mərkəzi Banka məlumat verir. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. 53.4-cü maddəsinə əsasən İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 57.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın 1.2.1-ci yarımbəndinə əsasən Bonus-Malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olubolmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı və "xxxx" ASC arasında PPA********** saylı icbari sığorta müqaviləsi bağlanmışdır. İddiaçı icbari sığorta müqaviləsi bağlayaraq sığortalı qismində çıxış etmiş və **-HN-*** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxsin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyini müqavilə qüvvədə olduğu müddət ərzində sığortalamışdır. İddiaçının atası Dadaşov Cabir həmin nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə etmiş, törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini iddiaçının bağladığı və sığortalı qismində çıxış etdiyi icbari sığorta müqaviləsi üzərindən həyata keçirərək iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir. İddiaçı Bonus-Malus (bundan sonra - BM) sistemi Əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olubolmamasından asılı olaraq, sığortaliya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Bundan başqa, İddiaçı iddia tələbində müqavilənin onun atası tərəfindən iddiaçının xəbəri və buna razılığı olmadan iddiaçının adına bağlanmasını bildirsə də, məhkəmə araşdırması zamanı istinad etdiyi halı sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X7na qarşı “bonusların bərpası və maddi ziyanın ödənilməsi” tələblərinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5493/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5493/2023
08.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver