Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6287/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciətinə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və dəyən maddimənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciətinə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və dəyən maddimənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məhkəməyə müraciətinə qadağasından dəyən toplam 355 min manat ziyanın dövlət tərədindən cavabdehlik daşıyan Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçının inzibati məhkəmə icraatı çərçivəsində qəbul edilmiş qərarlardan şikayət vermə hüququ qanunla təsbit edilmişdir, belə olan təqdirdə onun inzibati məhkəmə icraatı qaydasında verdiyi iddia ərizələrinin icraata qəbulundan imtina edildiyi təqdirdə şikayət vermə hüququ olduğu halda hazırki ərizə ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilməsi yolverilməzdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi inzibati məhkəmə icraatı çərçivəsində qəbul edilmiş qərarlardan şikayət hüququndan irəli gəldiyindən və bu tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması mümkün olmadığından, İddiaçı hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciətinə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və dəyən maddimənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilsin ki, o, müvafiq məhkəmə aidiyyəti üzrə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-6287/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6287/2025
11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver