Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3562/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "TİM Consulting” MMC-yə qarşı əmək haqqının, son haqq-hesabın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "TİM Consulting” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin aprel, may və iyun aylarından etibarən ödənilməmiş 2400 manat məbləğində əmək haqqının, işdən çıxması ilə əlaqədar 857,63 manat məbləğində son haqq-hesabın, 8393,98 manat məbləğində ödəncin, 800 manat məbləğində hüquqi yardım xərcinin və 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmşdır ki, İddiaçı əmək müqaviləsinə əsasən işəgötürən Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinə kimi “kiçik mütəxəssis” vəzifəsində çalışmışdır. 2024-cü ilin aprel, may və iyun aylarında cavabdeh onun əmək haqqını ödəməmiş, iyul ayında isə işdən çıxanda ona son haqqhesabı ödəməmişdir, dəfələrlə cavabdehə xəbərdarlıq etməyinə və müxtəlif dövlət orqanlarına müraciət etməsinə baxmayaraq cavabdeh əmək haqqını və son haqq-hesabı ona ödəməmişdir, Hazırda cavabdehin ona əmək haqqı və son haqq-hesab olmaqla 3257,63 manat məbləğində borcu vardır.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Cavabdeh isə iddiaçıya ödəməli olduğu əmək haqqının ödənişini bir ilə yaxın müddət ərzində gecikdirmişdir. Qeyd edilən maddənin tələbləri baxımından cavabeh 01 aprel 2025-ci il tarixinə qədər olan dövr üçün iddiaçıya 8393,98 manat məbləğində ödənc verməlidir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbi həcminin azaldılması barədə ərizə ünvanlayaraq, cavabdehdən iddiaçının xeyrinə 2024-cü ilin aprel, may və iyun ayları üçün 2400 manat məbləğində əmək haqqının, işdən çıxması ilə əlaqədar 818,04 manat məbləğində son haqq-hesabın, 8393,98 manat məbləğində ödəncin, 800 manat məbləğində hüquqi yardım xərcinin və 50 manat məbləğində mediasiya xərcinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xxxxxxx000400 saylı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanılmış, İddiaçı əmək haqqı 498,28 manat, iş rejimi həftədə 5 gün, məzuniyyət hüququ 21 gün olmuşdur. xxxxxxx000402 saylı əmək müqaviləsi bildirişinə dəyişiklikdən görünür ki, xx.xx.2024cü il tarixdən İddiaçı əmək haqqı 898,29 manat, əmək haqqının 1-ci ödəniş tarixi ayın 10da, ödənilmə müddəti ayda bir dəfə olmuşdur. xxxxxxx000402 saylı əmək müqaviləsi bildirişinə dəyişiklikdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 2024-cü ilin aprel ayının və sonrakı ayların əmək haqqı ödənilməmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosuna 800 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiya xidməti üçün 50 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 114.2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 131.2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. 135.1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 140.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 140.2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. 140.3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 140.4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
142. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. 143.1. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 177.2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:
1. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə hazırlıq iclası dəfələrlə təxirə salınmasına və iddiaçıya 2024-cü ilin mart ayından sonra əmək haqqının ödənilməsini təsdiq edən sənədləri, eləcə də 21 gün məzuniyyət hüququndan iddiaçının istifadə edibetməməsinə dair sənədləri, məzuniyyət hüququndan istifadə edilməmişdirsə, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmək cavabdehə təklif edilsə də, Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materialları ilə təsdiq edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC-də kiçik mütəxəssis vəzifəsində çalışmış, iddiaçının vəzifə maaşı xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 498,28 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 898,29 manat təşkil etmiş, əmək haqqının 1-ci ödəniş tarixi ayın 10-da, ödənilmə müddəti ayda bir dəfə olmuş, məzuniyyət hüququ isə 21 gün olmuşdur. xx.xx.2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materialları ilə həmçinin təsdiq edilmişdir ki, 2024-cü ilin mart ayından sonra İddiaçı əmək haqqı ödənilməmişdir, eləcə də iddiaçıya 7 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi ödənilməmişdir. İddia ərizəsindən və iddiaçının vəkili-nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilmişdir ki, iddiaçı 2024-cü ilin aprel, may, iyun ayları üçün ödənilməmiş əmək haqqına görə 2400 manatın, iyul ayı üçün əmək müqaviləsinə xitam verilən tarixədək ödənilməmiş əmək haqqı və istifadə edilməmiş 7 gün məzuniyyət hüququna görə kompensasiyanın daxil olduğu 818,04 manat son haqq-hesabın, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün 1 faizdən hesablanmaqla 8393,98 manat ödəncin, 800 manat vəkil xərci və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında, eləcə də, 2024-cü ilin 1 aprel tarixindən iddiaçının əmək haqqının 898,29 manat təşkil etməsi nəzərə alınaraq, aparılan hesablama nəticəsində müəyyən olunmuşdur ki, 2024-cü ilin aprel, may və iyun ayları üçün iddiaçıya 898,29 x 3 = 2694,87 manat əmək haqqı ödənilməmişdir. Əmək Məcəlləsinin 177.2-ci maddəsinə əsasən aparılmış hesablama nəticəsində müəyyən olunmuşdur ki, 2024-cü ilin iyul ayında işçinin işlədiyi günlər üçün orta əmək haqqı 971 manat olmuşdur (898,29 manat x 2 = 1796,58 manat (may və iyun aylarının əmək haqqı), 1796,58 manat : 37 gün (may və iyun ayındakı iş günləri) = 48,55 manat (bir günlük əmək haqqı), 48,55 x 20 (iyul ayında işlədiyi günlərin sayı) = 971). Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən iddiaçının istifadə etmədiyi 7 gün əmək məzuniyyətinə görə pul əvəzi 145,39 manat olmuşdur ( (498,28 x 8) + (898,29 x 4) = 7579,4 manat (kompensasiya verilməli vaxtdan əvvəlki 12 ayın əmək haqqı), 7579,4:12 ay = 631,6 (bir ayın orta əmək haqqı), 631,6 : 30,4 = 20,77 manat (bir günün orta əmək haqqı), 20,77 x 7 (kompensasiya ödənilən məzuniyyət günlərinin sayı) = 145,39 manat). Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən aprel, may, iyun və iyul aylarının əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin məbləği aşağıdakı kimi olmuşdur: 2024-cü ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə 2927,48 manat (xx.xx.2024-ci ildən xx.xx.2025-ci ilədək 326 gecikmə günü, 898,29 manatın (aprel ayının əmək haqqı) 1 faizi 8,98 manat olmaqla, 8,98 x 326 = 2901,4 manat). 2024-cü ilin may ayının əmək haqqının gecikdirilməsinə görə 2658,08 manat (xx.xx.2024-ci ildən xx.xx.2025-ci ilədək 295 gecikmə günü, 898,29 manatın (may ayının əmək haqqı) 1 faizi 8,98 manat olmaqla, 8,98 x 295 = 2649,1 manat). 2024-cü ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə 2379,7 manat (xx.xx.2024-ci ildən xx.xx.2025-ci ilədək 265 gecikmə günü, 898,29 manatın (may ayının əmək haqqı) 1 faizi 8,98 manat olmaqla, 8,98 x 265 = 2379,7 manat). 2024-cü ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə 2388,66 manat (xx.xx.2024-ci ildən xx.xx.2025-ci ilədək 246 gecikmə günü, 971 manatın (iyul ayının orta əmək haqqı) 1 faizi 9,71 manat olmaqla, 9,71 x 246 = 2388,66 manat). Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı 2024-cü ilin aprel ayından etibarən 2xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilənədək əmək haqqının ödənilməməsi və əmək haqqının ödənilməsinin işəgötürən Cavabdeh MMC tərəfindən gecikdirilməsi, eləcə də İddiaçı istifadə edilməmiş 7 gün əmək məzuniyyətinə görə pul əvəzi ödənilmədiyi təsdiq olunduğundan, eləcə də məhkəmə araşdırması zamanı, iddiaçıya ödənilməli olan əmək haqqı, son haqq-hesabın və ödəncin məbləğinin iddia ərizəsində qeyd edilən məbləğdən artıq olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həcmində iddia tam təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, əmək haqqı və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia əsaslı olduğundan və göstərilmiş hüquqi yardıma görə tələb edilən 800 manat haqq ağlabatan məbləğdə müəyyən olunduğundan, iddia tələbi vəkil xərcinə, həmçinin mediasiya xərcinə aid hissələrdə də təmin edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC-dən 2024-cü ilin aprel, may və iyun ayları üçün 2400 manat məbləğində əmək haqqı, 818,04 manat məbləğində son haqq-hesab (2024-cü ilin aprel, may və iyun aylarının əmək haqqı nəzərə alınmadan) 8393,98 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə ödənc, 800 manat məbləğində hüquqi yardım xərci və 50 manat məbləğində mediasiya xərci utularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 2400 manat məbləğində əmək haqqı, 818,04 manat məbləğində son haqq-hesab, 8393,98 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə ödənc, 800 manat məbləğində hüquqi yardım xərci və 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı İddiaçı ödənilsin. 125 manat məbləğində dövlət rüsumu cavabdeh "TİM Consulting” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Leyla Şövkətli-Mənsimli