Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3941/2024 29.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – “X8 Klubu” İctimai Birliyinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı “X8 Klubu” İctimai Birliyi cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına qarşı “arbitraj tribunalının qərarının ləğvi” barəsində iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Azərbaycan Futbol Federasiyalar Assosasiyasının (AFFA) Arbitraj Tribunalının 26 dekabr 2023-cü il tarixli 95 saylı qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarında olan, Azərbaycan Futbol Federasiyalar X1 26 dekabr 2023-cü il tarixli 95 saylı qərarından görünür ki, iddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilərək, iddiaçı Tural Bayramlının cavabdeh "Səbail” X5rşı “kompensasiya" tələbinə dair" iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cavabdeh "Səbail" X6 iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 manat məbləğində pul tutulması qərara alınmışdır. İş materiallarında olan futbolçu Tural Bayramlı və "Səbail” X9 arasında olan xx.xx.2022-ci il tarixli tapşırıq müqaviləsinin 11.3-cü bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın Oyunçuların Statusu və Transferi üzrə Komitəsində baxılır. Mübahisənin Komitədə baxılması “vəkalət verən”in Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət etməl hüququna təsir etmir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (6-cı redaksiyada) Nizamnaməsinin 68.1-ci maddəsinə əsasən X3 bərabərlik və tərəflərə eyni münasibət prinsiplərinə əsasən yaradılan müstəqil və tərəfsiz tribunaldır. Tribunal iki palatadan ibarətdir: İntizam Palatası və X4 Nizamnəmənin 68.4-cü maddəsinə əsasən X2 səlahiyyət dairəsi və iş qaydası X2 Əsasnaməsinə uyğun olaraq tənzimlənir. Nizamnamənin 68.7-ci maddəsinə əsasən X2 qərarlarından şikayətlərə Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsində (CAS) baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 481.1-ci maddəsinə əsasən arbitraj icraatının tərəfləri arbitraj məhkəməsinin qərarının ləğv edilməsi haqqında məhkəməyə ərizə verə bilərlər. Həmin Məcəllənin 481.2-ci maddəsinə əsasən, arbitraj məhkəməsinin qərarının ləğv edilməsi haqqında ərizə “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətlər ərzində arbitrajın yeri üzrə kommersiya məhkəməsinə verilir. “Arbitraj haqqında” AR Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 18-ci, 20.3.1-ci, 20.3.2-ci, 20.4-cü, 20.6-cı, 22.3-cü, 23.1-ci, 25.3-cü, 34-cü, 46-cı, 54.2-ci, 54.4cü, 54.6-cı və 57.2-ci maddələrində qeyd edilən məhkəmənin funksiyalarını Azərbaycan Respublikası ərazisində kommersiya məhkəmələri yerinə yetirirlər. Arbitrajın yeri xarici ölkədə olduğu və ya müəyyən olunmadığı hallarda bu Qanunun 18-ci, 34-cü və 46-cı maddələrində qeyd edilən məhkəmənin funksiyalarını Azərbaycan Respublikası ərazisində yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsi yerinə yetirir. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən yerli arbitraj məhkəməsinin qərarından məhkəməyə yalnız bu Qanunun 54.2-ci və 54.3-cü maddələrinə uyğun olaraq həmin qərarın ləğv edilməsi haqqında ərizə verilməsi yolu ilə şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilən qanunvericilik aktı normasından məhkəmə müəyyən edir ki, AR MPM-də arbitraj məhkəməsinin qərarının ləğv edilməsi ilə bağlı şikayətə arbitrajın yeri üzrə kommersiya məhkəməsində baxılmalı olduğundan iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı “X8 Klubu” İctimai Birliyinin cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına qarşı “arbitraj tribunalının qərarının ləğvi” barəsində iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəmə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı “X8 Klubu” İctimai Birliyi tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) özünə qaytarılsın Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № e-2(011)-3941/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı “X8 Klubu” İctimai Birliyinin cavabdeh Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına qarşı “arbitraj tribunalının qərarının ləğvi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 11:50-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:00-da qurtardı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3941/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3941/2024
29.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver