Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4351/2024 13.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh3, Cavabdeh4 və digərlərinə qarşı “pul tələbinə” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 4632 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 4671 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; 2. Cavabdeh3 1650 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1689 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; 3. Cavabdeh9 960 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu üçün ödənilmiş 15 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1014 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; 4. Cavabdeh11 960 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu üçün ödənilmiş 15 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1014 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; 5. Cavabdeh8 720 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu üçün ödənilmiş 15 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 774 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı;
6. Cavabdeh2 840 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu üçün ödənilmiş 15 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 894 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; 7. Cavabdeh6 960 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu üçün ödənilmiş 15 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1014 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; 8. Cavabdeh1 960 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu üçün ödənilmiş 15 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1014 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; 9. Cavabdeh10 960 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu üçün ödənilmiş 15 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1014 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; 10. Cavabdeh7 960 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu üçün ödənilmiş 15 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1014 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı; 11. Cavabdeh5 960 manat yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, vəkillə bağlanmış müqaviləyə uyğun olaraq 27 manat xidmət haqqı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubu üçün ödənilmiş 15 manat xidmət haqqı və 12 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ olmaqla ümumilikdə 1014 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsində İddiaçı MMMC-ə binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması və s. ilə bağlı haqların ödənilməməsinə görə vurulmuş maddi ziyanın ödənilməsi barədə tələblər irəli sürülmüş, həmin tələblər bir-biri ilə əlaqədar olmayan cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh3, Cavabdeh4 və digərlərinə qarşı yönəlməklə bir iddia ərizəsində birləşdirilmişdir Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, həmçinin tələblərdən biri qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı olduğundan, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı MMMC tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz ilə 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarıldığına görə ödənilmiş 136 manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh9, Cavabdeh3, Cavabdeh4 və digərlərinə qarşı “pul tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 136 (yüz otuz altı) manat dövlət rüsumu İddiaçı MMMC-ə qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Şəhriyar Əliyev