Məhkəmə qərarları › İş №e-2(011)-51/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-51/2025

05.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-51/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh “X4” MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası; qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh “X4” MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İlkin iddia tələbi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh “X4” MMC-yə qarşı “X4” MMC-nin xx.xx.2023-cü il tarixli 28/2028 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi, “X4” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən 2022-2023-cü əmək ilinin istifadə olunmamış 46 məzuniyyət günü hesabı ilə 32 (otuz iki) məzuniyyət gününə görə 3684.2 manat məbləğində kompensasiyanın və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi, “X4” MMC-nin xx.xx.2023-cü il tarixli 42/2023-cü il saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 3 məzuniyyət günü olmaqla 20 günə görə ödənilməmiş 1535 manat məbləğində əmək haqqının və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi, “X4” MMC-nin xx.xx.2023-cü il tarixli, 47/1/2023 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 44/2023 saylı əmri ilə aralarında razılaşdırılmış 3 aylıq əmək haqqı məbləğində (3*3500=10500 manat) kompensasiya ödənişinin və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi, cavabdehin mənəvi-psixoloji təzyiqləri və həmin təzyiqlər nəticəsində xx.xx.2023-cü il tarixində işdən azad olunmağı haqqında məcburi olaraq yazdığı ərizədən sonra keçirdiyi mənfi psixi reaksiyalara və iztirablara görə xx.xx.2023-cü il tarixində keçirdiyi ürək əməliyyatı nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə X8 Fıospitala nağd ödəniş olduğu 1880 manat və 1500 manat sığorta ödənişi olmaqla cəmi 3380 manat maddi ziyan və 5000 manat məbləğində mənəvi iztirablar nəticəsində vurulmuş zərərin əvəzinin cavabdeh “X4” MMC-dən tutulub iddiaçıya ödənilməsi, “X4” MMC tərəfindən saxtalaşdırılmış xx.xx.2023-cü il tarixli 40/2023-cü il saylı əmrin qanunsuz, əsassız, ədalətsiz və qərəzli olduğundan ləğv ediməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh X2 təsisçisi və baş direktoru olduğu “X4” MMC-də əsas iş yeri olaraq əmək müqaviləsi ilə xx.xx.2020-ci il tarixindən Baş direktorun müşaviri vəzifəsinə qəbul olunmuşdur. Cavabdehin təsisçisi və Baş direktoru X1 qarşı etdiyi qanunazidd ciddi təsirlər nəticəsində o xx.xx.2023-cü il tarixində bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair ərizəni yazıb cavabdehə təqdim etmişdir. Bu qeyd etdiyi hadisə ona çox pis təsir etdiyindən onun sağlamlığında ciddi problemlər yaranmağa başlamışdır. Artıq cavabdeh tərəfindən edilən təzyiqlərə dözə bilmədiyindən xx.xx.2023-cü il tarixində X5 ürəyindəki ciddi narahatlıqlarla əlaqədar müayinədən keçmək məcburiyyətində qalmışdır. Müayinədən sonra məlum olmuşdur ki, 4 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixində sinədə ağırlıq hissi, təhginəfəslik, planlı koronar angioplastika, başlanğic tarixi 4 gün öncə, öykü, 3 gün önbaşqa mərkəzdə kaq: lad ye pci qərarı, diaqnozu müəyyən edildikdən sonra dərhal ürəkdən əməliyyat olunmuşdur. İddiaçı əməliyyat olunub müalicədə olarkən cavabdehin xx.xx.2023-cü il tarixli 28/2023 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə xx.xx.2023-cü il taixli ərizəsinə əsasən) tutduğu vəzifədən azad edilmiş və ona ödənilməmiş 10 məzuniyyət gününün və son haqq-hesabın hesablanıb ona verilməsi əmr edilmişdir. Lakin cavabdeh iddiaçının ağır vəziyyətdə xəstəxanada hələ də müalicədə olduğunu bilib xx.xx.2023-cü il tarixində onu yenidən işə qəbul etmişdir. O müəyyən qədər sağlamlığını bərpa etdikdən sonra yenidən cavabdehlə əmək fəaliyyətini davam etdirməyə başlamışdır. Lakin cavabdeh bununla barışmayaraq xx.xx.2023-cü il tarixində onu yenidən xx.xx.2023-cü il tarixində məcburi yazdırdığı və artıq hüquqi qüvvəsi olmayan ərizə əsasında ikinci dəfə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə 42/2023 saylı əmrlə və yenə həmin gün 42/2023 saylı başqa bir əmrlə, tutduğu vəzifədən azad etmişdir. Bundan sonra, cavabdeh biləndə ki, xx.xx.2023-cü il tarixində ona təzyiqlə yazdırdığı öz xahişiylə işdən azada olunmağı haqqında ərizə artıq hüquqi qüvvəsini itirib və iddiaçını yenidən işə bərpa etməlidir. Bu səbəbdən də iddiaçı ilə danışaraq onların birlikdə işləməklərinin mümkün olmadığı və mən də səni qanunsuz işdən azad etmək istəmirəm. Ona görə də səni ixtisar edərək 3 aylıq əmək haqqının məbləğində kompensasiya ödəyirəm, sən də bu işi mübahisələndirmirsən. Mən də bu şərtlər daxilində, 3 aylıq əmək haqqı məbləğində kompensasiyaya razılığımı bildirdim və bu razılaşmamız cavabdehin 44/2023 saylı, xx.xx.2023-cü il tarixliəmri ilə rəsmiləşdirilmişdir. Cavabdeh xx.xx.2023 tarixində 767 qəpik son haqq-hesab və xx.xx.2023-cü il tarixində 1646.76 manat və yenə həmin xx.xx.2023 tarixində 165.58 manat olmaqla,cəmi 2577.34 manat pul və əmək kitabçasını vermişdir. İddiaşının bir aylıq əmək haqqı isə 3500 manat olduğu halda cavabdeh ona sonuncu aya görə təqribən 500 manat az ödəmişdir. Həmçinin, ona birgə razılıqları əsasında öz əmri ilə təsdiqlədiyi 3 aylıq həcmdə 10500 manat məbləğində kompensasiyamı, 10 gün əvvəlki iş günlərinə görə, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olan müddətdə ödənilməmiş 10 məzuniyyət gününü və xx.xx.2023-cü il tarixindən xx.xx.20203-cü il tarixinə kimi işlədiyi müddətdə 3 məzuniyyət gününə görə ödəncin və xx.xx.2023-cü il üçün bir gününün əmək haqqını, cəmi 14 günün əmək haqqını ödəməli olduğu halda ödəməmişdir. Hər ayda kart hesabına 3076 manat məbləğində əmək haqqı ödənilirdi. İddiaçının aylıq əmak haqqı 3500 manat təşkil edirdi. Bununla əlaqədar dəfələrlə cavabdehə mürciət etsə də cavabdehin ona ödəməli olduğu 3 aya görə 10500 manat kompensasiya və 13 məzuniyyət gününə və bir iş gününə görə ödənilməmiş 2139.54 manat son haqq-hesabını, cəmi iddiaçıya catacaq 12639.54 manat məbləğində əmək haqqını ödəməkdən yayınır və bü günə kimi ödəmir. “X4” MMC-dən gecikdirilmiş 10500 kompensasiyamın və gecikdirilmiş 2139.54 manat məbləğində məzuniyyət pulumun beş faizi məbləğində ödəncinin həmin məbləği qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq ona ödənilməlidir. Bundan başqa, cavabdehin ona qanunsuz olaraq işdən öz xahişiylə çıxması haqqında ərizə yazdırması ona ciddi mənəvi əzablar vermişdir. İddiaçı edilən təzyiq nəticəsində xx.xx.2023 tarixində öz xahişiylə işdən çıxma haqqında ərizə yazmağı ona ciddi sarsıntılar keçirdiyinə səbəb olmuşdur. Bu mənəvi iztirablar və keçirdiyi əsəb nəticəsində ona ciddi zərər dəymişdir. Bu mənəvi iztirabların nəticəsi olaraq xx.xx.2023 tarixində ürəyindən əməliyyat olunmaqla ürəyimin LAD-yə uğurlu PTCA+STENT implantasiyası əməliyyatı keçirilmişdir (sənədlər iddia ərizəsinə əlavə olunur). Cavabdehin qanunsuz və alşaldıcı təzyiqləri nəticəsində iddiaçıya 5000 manat məbləğində maddi və mənəvi zərər dəymişdir. Həmin məbləğ iddiaçıya cavabdeh tərəfindən ödənilməlidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: Qarşılıqlı iddia üzrə iddiaçı “X4” MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək,cavabdeh İddiaçı 1454.94 manat pulun, bank kartından mənimsənilmiş 10.97 manat pulun, 520 manat hüquqi xidmət haqqının, ödənilmiş dövlət rüsumun əvəzi olaraq 39.85 manat pul vəsaitinin tutularaq “X4” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı "X3" MMC-nin direktoru vəzifəsində işləyərkən "X3" MMC-nin adından "X7" MMC ilə xx.xx.2021-ci il tarixli 21-09 nömrəli "Texniki Xidmat va tamir müqavilasi" bağlamışdır. Həmin müqaviləyə əsasən, "X7" MMC "X3" MMC-nin avtomobillərini texniki xidmətini və təmiri işlərini yerinə yetirməyi qəbul edir, sonuncu isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş ödənişləri ödəməyi öhdəliklərinə götürür. Buna baxmayaraq, İddiaçı direktor vəzifəsi səlahiyyətlərindən sui-istifadə edərək, şirkətin maraqlarına zidd olaraq özünün şəxsi avtomobili olan KİA Sportage markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilini müxtəlif vaxtlarda "X3" MMC-nin hesabına təmir edərək ona etibar edilmiş şirkətin əmlakını talamışdır. Belə ki, İddiaçı şəxsi avtomobilinin cari təmiri ilə bağlı "X7" MMC tərəfindən şirkətə aylıq hesab-fakturalar kəsilmiş və avtomobilin xx.xx.2021-ci il tarixdə 304,44 manat, xx.xx.2021-ci il tarixdə 403,56 manat, xx.xx.2021-ci il tarixdə 261,96 manat, xx.xx.2022-ci il tarixdə 237,18 manat, xx.xx.2022-ci il tarixdə 29,50 manat, xx.xx.2022-ci il tarixdə 218,30 manat, ümumilikdə 1454,94 manat təmir xərcləri "X3" MMCnin hesabına ödənilmişdir. Bundan başqa, İddiaçı xx.xx.2023-ci il tarixli 42/2023 nömrəli əmrlə işdən azad edildikdən sonra istifadəsində olan "X3" MMC-nin Kapital Bank ASC olan bizness kartını şirkətə qaytarmamış, xx.xx.2023-cü il tarixdə həmin kartda olan 10.97 manat pulu birbank vasitəsi ilə məxaric etmişdir. İddiaçı bildirmişdir ki, İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, direktor kimi öz vəzifələrini yerinə yetirərkən vicdanla hərəkət etməmiş, hüquqi şəxsin və onun iştirakçılarının maraqlarına sadiq olmamış, öz şəxsi maraqlarını hüquqi şəxsin maraqlarından üstün tutaraq şirkətin əmlakını mənimsəmiş, eləcə də israf etmişdir. İşdən azad edildikdən sonra "X3" MMC-nə məxsus Kapital Bank ASC olan bizness kartından qanunsuz olaraq pul mənimsəmişdir. Nəticə etibarı ilə qarşılıalı iddia üzrə cavabdeh İddiaçı hüquqa zidd əməllərə yol vermiş və "X3" MMC-nin qanuni mənafeyinə zərər vurmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı xx.xx.2020-ci il tarixdə “X4” MMC-də direktor vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsində əmək haqqı 1200 manat, əsas məzuniyyətin müddəti 30 təqvim günü müəyyən edilmişdir. İddiaçı “X4” MMC-də işlədiyi birinci iş ilində məzuniyyətdən istifadə etməmiş, ona xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə 36 təqvim gününə kompensasiya ödənilməsi əmr edilmişdir. “X4” MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 46 təqvim günü növbəti əmək məzuniyyəti verilmişdir. xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə dəyişiklik edilmiş, xx.xx.2022-ci il tarixdən imzalanmış əmək müqaviləsində işçinin aylıq əmək haqqınını 3500 manat məbləğində, əsas məzuniyyətin müddəti isə 46 təqvim günü müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliyi ilə bağlı əmək qabiliyyətini müvəqqəti itirmiş və bununla bağlı ona əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi verilmişdir.“X4” MMC-nin xx.xx.2023-cü il tarixli, 28/2023 saylı əmrinə əsasən cəmiyyətin Baş direktoru müşaviri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixindək istifadə edilməmiş 10 (on) gün məzuniyyət gününün və son haqq-hesabının qanunvericliyə uyğun şəkildə hesablanıb ödənilməsi direktorun maliyyə üzrə müavininə həvalə edilmiş, İddiaçı 3379.04 manat son haqq-hesab hesablanmış və vergilər çıxıldıqdan sonra 3183.42 manat ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən “X4” MMC-də direktor müşaviri vəzifəsinə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsində işçinin xx.xx.2023-cü il tarixdən işə başladığı, əmək haqqının 3500 manat məbləğində müəyyən edildiyi və əsas məzuniyyətin ümumi müddətinin 36 təqvim günü olduğu qeyd edilmişdir. “X4” MMC-nin xx.xx.2023-cü il tarixli, 40/2023 əmri ilə İddiaçı xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 14 (on dörd) təqvim günü müddətində əmək məzuniyyətinə buraxılmışdır. İşə çıxma tarixi xx.xx.2023-cü il hesab edilmiş, lakin “X4” MMC-nin xx.xx.2023-cü il tarixli, 42/2023 əmrinə əsasən o, xx.xx.2023-cü il tarixli ərizə əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixindək istifadə edilməmiş 3 (üç) gün məzuniyyət gününün və son haqq-hesabının qanunvericliyə uyğun şəkildə hesablanıb ödənilməsi direktorun maliyyə üzrə müavininə həvalə edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli, 44/2023 saylı əmrlə xx.xx.2023-cü il tarixində əmık müqaviləsi ləğv edilməsi səbəbi ilə işçiyə 3 aylıq əmək haqqı məbləğində kompensasiya ödənilməsi əmr edilmiş, xx.xx.2023-cü il tarixli, 42/2023 nömrəli əmrə əsasən İddiaçı 860.58 manat son haqq-hesab hesablanmış və vergilər çıxıldıqdan sonra 767 manat ödənilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, 47/1/2023 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi işdən azad edilərkən ona aylıq kompensasiya nəzərdə tutulmadığına görə xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmr ləğv edilmişdir.. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5910 saylı ekspert rəyinə əsasən müəyyən edilir: İddiaçı son haqq-hesabın ödənişi xx.xx.2023-cü il tarixdə 3183,42 manat və xx.xx.2023-cü il tarixdə 767,00 manat məbləğində ödənildiyi müəyyən edilir. 2023-cü ilin mart ayı üzrə 1441,18 manat hesablanmış və son haqq-hesab hesablıb ödənilərkən vahid məbləğ şəklində ödənilmiş (cədvəl 3) və 2023-cü ilin aprel ayı üzrə əmək haqqı 3500 manat hesablanmalı və tutulmalar çıxıldıqdan sonra köçürülməli məbləğ 3016,50 manat təşkil etdiyi təqdirdə aprel ayı üzrə heç bir hesablama və ödənişlərin olmadığı müəyyən edilir. İddiaçı 2020-2023-cü illər üzrə məzuniyyətdən istifadə etmədiyi üçün 3177,63 manat kompensasiya məbləği hesablanmalı olduğu, istifadə etmədiyi üçün 36 gün məzuniyyət günləri nəzərə alınmaqla 2486,84 manat, 46 gün məzuniyyət günləri olduğu halda 3177.63 manat kompensasiya məbləği hesablanmalı olduğu müəyyən edilir. İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il müddəti ərzində xəstəlik nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətə görə hesablanmalı olan sosial müavinətin məbləği 1135,86 manat təşkil etdiyi müəyyən edilir. 2-ci sualla eyni oldu üçün İddiaçı 2020-2023-cü illər üzrə məzuniyyətdən istifadə etmədiyi üçün 36 gün məzuniyyət günləri nəzərə alınmaqla 2486,84 manat, 46 gün məzuniyyət günləri olduğu halda 3177,63 manat kompensasiya məbləği hesablanmalı olduğu müəyyən edilir. İddiaçı əmək haqqı və bank çıxarış sənədlərinə əsasən 2020-2023-cü illərdə artıq ödənilmiş əmək haqqı məbləği müəyyən edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1143 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədə imza qrafasındakı imza və yazılar İddiaçı tərəfindən icra olunmuşdur. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi (xx.xx.2024-cü il tarixinədək qüvvədə olan redaksiyada)

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.

Maddə 43. Əmək müqaviləsinin məzmunu

1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası (28 iyun 2024-cü il tarixinədək qüvvədə olan redaksiyada)

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

5. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hala şamil olunmur.

6. Kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.

7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

8. İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.

9. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

Maddə 110. İşçilərin məzuniyyət hüququ

1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

Maddə 114. Əsas məzuniyyət və onun müddətləri

1. Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.

2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir: a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi

1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri

1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.[258]

4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Maddə 172. Əmək haqqının verilməsi müddətlər

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir

Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

Maddə 195. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda.

Azərbaycan Respublikasının Mülki Məcəllləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları

1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən əsaslı hesab edilməli və qismən təmin edilməlidir. Məhkəmə ilkin iddianın “X4” MMC-nin xx.xx.2023-cü il tarixli 28/2028 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən “X4” MMC-də direktor müşaviri vəzifəsinə qəbul edilməsi, onunla cəmiyyət arasında əmək münasibətlərinin davam etməsi nəticəsində həmin əmr öz hüquqi qüvvəsini itirmişdir. Məhkəmə ilkin iddianın “X4” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən 2022-2023-cü əmək ilinin istifadə olunmamış 46 məzuniyyət günü hesabı ilə 32 (otuz iki) məzuniyyət gününə görə 3684.2 manat məbləğində kompensasiyanın və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, İddiaçı ilə “X4” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsində məzuniyyət günlərinin sayı 30 təqvim gün, xx.xx.2022-ci il tarixli əmək müqaviləsində isə məzuniyyət günlərinin sayı 46 təqvim günü nəzərdə tutulmuşdur. Eyni zamanda “X4” MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 46 təqvim günü növbəti əmək məzuniyyəti verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, işçinin əmək məzuniyyəti müddəti tərəflərin xx.xx.2023-cü ilə qüvvədə olan əmək müqaviləsində razılaşdırıldığı kimi 46 təqvim günü qəbul edilməlidir. Belə olan halda İddiaçı 46 təqvim günü məzuniyyət hüququnun olduğunu nəzərə alınaraq, ekspert rəyinə əsasən ona istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası kimi 3177.63 manat məbləğində pul vəsaiti ödənilməli idi. Lakin İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinin əvəzi olaraq 1685.21 manat məbləğində pul vəsaiti ödənildiyi nəzərə alınaraq, ödənilməyən 1492.42 manat məbləğində pul vəsaiti “X4” MMCdən tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi nəzərdə tutulub. Həmin Məcəllədə müəyyən edilmişdir ki, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Göründüyü kimi, məzuniyyət haqqı və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiya əmək haqqının tərkibinə daxil deyildir, məzuniyyət haqqı və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənişinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə işəgötürən tərəfindən əlavə faizlərin ödənilməsi də Əmək Məcəlləsində nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, 3684.2 manat məbləğində kompensasiyanın işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə ilkin iddianın “X4” MMC tərəfindən saxtalaşdırılmış xx.xx.2023-cü il tarixli 40/2023-cü il saylı əmrin qanunsuz, əsassız, ədalətsiz və qərəzli olduğundan ləğv ediməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı məzuniyyətə çıxarılması ilə bağlı ərizənin saxatalaşdırıldığını və həmin müddət ərzində işdə olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyinə əsasən məzuniyyət ərizəsində olan imzanın İddiaçı məxsus olduğu öz təsdiqini tapmışdır. Məhkəmə ilkin iddianın xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 3 məzuniyyət günü olmaqla 20 günə görə ödənilməmiş 1535 manat məbləğində əmək haqqının və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan 2023-cü ilin aprel ayının tabel vərəqindən görünür ki, İddiaçı aprel ayında 9 gün bülletendə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi isə əmək məzuniyyətində olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı işdə olmadığı halda ona əmək haqqının ödənilməsini tələb etməsi əsassızdır. Odur ki, iddia bu hissədə də təmin edilməmildir. Məhkəmə ilkin iddianın “X4” MMC-nin xx.xx.2023-cü il tarixli 42/2023-cü il saylı əmrinin ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin ərizəsi mövcud olmamışdır. İşəgötürən sözügedən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə işçinin xx.xx.2023-cü il tarixli ərizəsinə istinad etsə də, həmin ərizə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olmuş və işəgötürən tərəfindən sözügedən ərizəyə əsasən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 28/2023 nömrəli əmrə əsasən xitam verilmişdir. Belə olan halda, işəgötürənin tərəflər arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarını pozmaqla qanunsuz olmuşdur. Lakin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğvi işçinin işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə nəticələnməli olduğu halda hazırki iddia ərizəsi üzrə iddiaçının tələbləri əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesabın və kompensasiyanın ödənilməsi ilə bağlıdır. Digər tərəfdən “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, İddiaçı, artıq, ″X6″ Məhdud Məsuliyyətli Cəmiyyətində baş direktor vəzifəsində çalışır. Yuxarıda götərilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, “X4” MMC-nin xx.xx.2023-cü il tarixli 42/2023-cü il saylı əmrinin formal əsaslarla ləğv edilməsi hər hansı hüquqi nəticə yaratmadığına görə iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə “X4” MMC-nin xx.xx.2023-cü il tarixli, 47/1/2023 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 44/2023 saylı əmri ilə aralarında razılaşdırılmış 3 aylıq əmək haqqı məbləğində (3*3500=10500 manat) kompensasiya ödənişinin və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli, 47/1/2023 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi işdən azad edilərkən ona 3 aylıq kompensasiyanın ödənilməsi nəzərdə tutulmadığına görə işəgötürənin “Kompensasiyanın ödənilməsi barədə” xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmri ləğv edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin ərizəsi mövcud olmamışdır. İşəgötürənin istinad etdiyi xx.xx.2023-cü il tarixli ərizə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olmuşdur. Hansi ki, həmin müqavilə işəgötürənin xx.xx.2023-cü il tarixli 28/2023 nömrəli əmrə əsasən xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, işəgötürən Cavabdeh MMC-nin xx.xx.2023cü il tarixli 47/1/2023 nömrəli əmri əsassızdır və ləğv edilməlidir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 47/1/2023 nömrəli əmr əsassız olduğuna görə, işəgötürən xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar 3 aylıq əmək haqqı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin daşıyıcısıdır. Odur ki, ilkin iddia üzrə iddiaçı sözü gedən kompensasiya məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia araşdırılan hissədə təmin edilərək, “X4” MMC-dən İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli 44/2023 saylı əmri ilə aralarında razılaşdırılmış 3 aylıq əmək haqqı məbləğində kompensasiya, yəni 10500 (3500x3) manat məbləğində kompensasiya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi nəzərdə tutulub. Həmin Məcəllədə müəyyən edilmişdir ki, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı kompensasiya əmək haqqının tərkibinə daxil deyildir, həmin kompensasiya ödənişinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə işəgötürən tərəfindən əlavə faizlərin ödənilməsi də Əmək Məcəlləsində nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, “X4” MMC-dən İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli 44/2023 saylı əmri ilə aralarında razılaşdırılmış 3 aylıq əmək haqqı məbləğində kompensasiyanın işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir Məhkəmə ilkin iddianın cavabdehin mənəvi-psixoloji təzyiqləri və həmin təzyiqlər nəticəsində xx.xx.2023-cü il tarixində işdən azad olunmağı haqqında məcburi olaraq yazdığı ərizədən sonra keçirdiyi mənfi psixi reaksiyalara və iztirablara görə xx.xx.2023-cü il tarixində keçirdiyi ürək əməliyyatı nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə X8 Fıospitala nağd ödəniş olduğu 1880 manat və 1500 manat sığorta ödənişi olmaqla cəmi 3380 manat maddi ziyan və 5000 manat məbləğində mənəvi iztirablar nəticəsində vurulmuş zərərin əvəzinin cavabdeh “X4” MMC-dən tutulub iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənətə gəlir ki, ilkin iddia bu hissədə də təmin edilməmılidir. Belə ki, tərəflər arasında hər hansı mübahisənin olduğu, İddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxması ilə bağlı ərizəni “X4” MMC-nin direktorunun təzyiqləri altında yazıldığını, İddiaçı xx.xx.2023-cü il tarixində səhhətində yaranmış ürək əməliyyatına səbəb olan problemlərin cavabdehin qanunzidd hərəkətləri nəticəsində baş verməsini təsdiq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddiaçıya dəymiş maddi və mənəvi ziyan cavabdehin qanunazidd əməli nəticəsində baş verdiyi sübuta yetirilmədiyinə görə ilkin iddia cavabdehin mənəvi-psixoloji təzyiqləri və həmin təzyiqlər nəticəsində xx.xx.2023-cü il tarixində işdən azad olunmağı haqqında məcburi olaraq yazdığı ərizədən sonra keçirdiyi mənfi psixi reaksiyalara və iztirablara görə xx.xx.2023-cü il tarixində keçirdiyi ürək əməliyyatı nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə X8 Fıospitala nağd ödəniş olduğu 1880 manat və 1500 manat sığorta ödənişi olmaqla cəmi 3380 manat maddi ziyan və 5000 manat məbləğində mənəvi iztirablar nəticəsində vurulmuş zərərin əvəzinin cavabdeh “X4” MMC-dən tutulub iddiaçıya ödənilməsi tələbi əsssız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı “X4” MMC-nin cavabdeh İddiaçı 1454.94 manat pul vəsaitinin tutularaq “X4” MMC-yə ödənilməsi tələbinə dair qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X4” MMC tərtəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı məxsus olan “KİA Sportage” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə çəkilmiş təmir xərcləri 2021-ci və 2022-ci ilin müxtəlif aylarında aparılmışdır. Həmin dövrdə bu xərclərin əsassız olaraq xərcləndiyi mübahisələndirilməmişdir. Bu hal İddiaçı tərəfindən ilkin iddia ərizəsi məhkəməyə veriləndən sonra mübahisələndirilmişdir. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında avotomobilin təmir xərclərinin “X4” MMC-nin hesabına çəkilməsi onların qarşılıqlı razılığı ilə müəyyənləşdirilmişdir. Məhkəmə qarşılıqlı iddianın bank kartından mənimsənilmiş 10.97 manat pul vəsaitinin İddiaçı alınaraq “X4” MMC-yə ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia bu hissədə əsasslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı tərəflər arasında əmək münasibətlərinə xitam verildikdən sonra yəni, xx.xx.2023-cü il tarixdə “X4” MMC-yə məxsus kart hesabından 10.97 manat məbləğində pul vəsaitini BirBank vasitəsilə məxaric etmişdir. Odur ki, qarşılıqlı iddia bank kartından mənimsənilmiş 10.97 manat pul vəsaitinin İddiaçı alınaraq “X4” MMC-yə ödənilməsi hissəsində təmin edilərək 10.97 manat pul vəsaiti İddiaçı alınaraq “X4” MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, 520 manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 39.85 manat pul vəsaiti qarşılıqlı iddianın təmin edilməsinə mütənasib olaraq qarşılıqlı iddiaçı “X4” MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Qət etdi:

İlkin iddia qismən təmin edilsin. “X4” MMC-dən istifadə edilməmiş məzuniyyət günlərinə görə 1492.42 (min dörd yüz doxsan iki manat, qırx iki qəpik) manat məbləğində kompensasiya tutularaq İddiaçı ödənilsin. “X4” MMC-nin xx.xx.2023-cü il tarixli 44/2023 saylı əmrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi səbəbilə 10500 (on min beş yüz manat) manat məbləğində kompensasiya “X4” MMC-dən tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 10.97 (on manat, doxsan yeddi qəpik) manat pul vəsaiti İddiaçı alınaraq “X4” MMCyə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar