Məhkəmə qərarları › İş №e-2(019)-198/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-198/2024

09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-198/2024 09.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçı X3 Qoruğunun direktoru Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı X3 Qoruğunun Cavabdeh qarşı yüngül konstruksiyalı dəmir vaqonun götürülərək kənarlaşdırılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 Qoruğu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh X3 Qoruğunun Mazımqara sahəsinin 05 saylı dolayın 107-ci kvartalından yüngül konstruksiyalı dəmir vaqonun götürülərək kənarlaşdırılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 Qorucu iddiasını onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan X3 Qoruğu 04 dekabr 1929-cu il tarixində Zaqatala və Balakən rayonlarının İnzibati ərazisində yaradılmışdır.Qoruq Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri statusuna malikdir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il № 366 Fərmanının 19-cu maddəsinə əsasən və X3 Qoruğunun əsasnaməsinin 1.6 bəndində göstərildiyi kimi qoruğun torpaqlarında onun məqsədli təyinatına zidd olan hər hansı təsərrüfat fəaliyyətləri qadağandır. Balakən şəhər Gənclik küç.16 ünvanında qeydiyyatda olan Cavabdeh qoruq ərazisinin 05 saylı dolayının 107-ci kvartalında təsərrüfat fəaliyyəti göstərərək əraziyə yüngül konstruksiyalı dəmir vaqon yerləşdirmişdir. Cavabdeh tərəfindən təsərrüfat fəaliyyəti məqsədilə əraziyə yüngül konstruksiyalı dəmir vaqonun qoyulması qanuna ziddir. Ona görə də qoruq ərazisinə qanunsuz qoyulmuş yüngül konstruksiyalı dəmir vaqonun həmin ərazidən götürülərək kənarlaşdırılması, ərazinin əvvəlki vəziyyətə qaytarılması mütləq vacibdir. Məhkəmənin iclasında iddiaçı X3 Qoruğunun nümayəndəsi- Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O,əlavə olaraq göstərdi ki, Cavabdeh hazırda bildirir ki,Qoruq sahəsinə qoyulmuş dəmir vaqon onun deyil,bacısınındır.Bu yalandır.Belə ki,hər dəfə həmin əraziyə gedəndə Cavabdeh orada görmüşlər. Onun bacısını həmin vaqonun yanında heç vaxt görməmişlər.İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki,həmin vaqon uzun illər əvvəl həmin əraziyə qoyulmuşdur.Vaqonu ora bacısı qoymuşdur.Vaqonun ona aidiyyəti yoxdur. O vaxtaşırı həmin əraziyə əkin əkmək üçün getmişdir.İddia əsassızdır, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli 3-21-3-47/2-3071/2024 nömrəli mütəxəssis rəyindən görünür ki,ünvan 4 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh Nasruddin oğlunun qoyduğu göstərilən yüngül kostruksiyalı dəmir vaqonun yerləşdiyi ərazi X3 Qoruğunun Mazımqara sahəsinin 05 saylı dolayın 107-ci kvartalında yerləşdiyi ərazidir. Cavabdehin naturada istifadə etdiyi torpaq sahəsinin ölçüsü , koordinatları, həmin ərazinin hüdudları daxilində yerləşən dəmir vaqonun və köməkçi tikilinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli 10/2066 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh qoyduğu göstərilən yüngül konstruksiyalı dəmir vaqonun yerləşdiyi ərazi X3 Qoruğunun Mazımqara sahəsinin 05 saylı dolayın 107-ci kvartalında yerləşdiyi ərazidir. Cavabdehin naturada istifadə etidiyi torpaq sahəsinin ölçüsü, kolordinatları, həmin ərazinin hüdudları daxilində yerləşən dəmir vaqonun və köməkçi tikilinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki,ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh qanunsuz olaraq X3 Qoruğunun Mazımqara sahəsinin 05 saylı dolayın 107-ci kvartalında təsərrüfat fəaliyyəti göstərərək əraziyə yüngül konstruksiyalı dəmir vaqon yerləşdirmişdir. Buna görə də iddiaçı X3 Qoruğu hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutur. Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətlər nəzərdə tutur. Həmin Qanunun 19-cu maddəsinə əsasən Dövlət təbiət qoruqlarında xüsusi mühafizənin vacib ümumi tədbirlərindən başqa, aşağıdakılar qadağan edilir: bina və qurğuların, ümumi istifadə üçün yolları, boru kəmərlərinin və digər kommunikasiyaların tikintisi; geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması; kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi; oduncaq tədarükün, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə; bitki aləmindən təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi; ov və balıq və digər su bioresurslarının ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədi ilə istifadə edilməsi və ovlanması; ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tədbiq edilməsi; kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi; xüsusi icazə olmadan qoruqların ərazisində olmaq. Məhkəmə işin hallarını, Cavabdeh qanunsuz olaraq X3 Qoruğunun Mazımqara sahəsinin 05 saylı dolayın 107-ci kvartalında təsərrüfat fəaliyyəti göstərərək əraziyə yüngül konstruksiyalı dəmir vaqon yerləşdirməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh üzərinə X2 Mazımqara sahəsinin 05 saylı dolayın 107-ci kvartalından yüngül konstruksiyalı dəmir vaqonun götürülərək kənarlaşdırılması və ərazinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi qoyulmalıdır. Cavabdeh 100 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənməlidir. 50 manat ekspertiza xərci Cavabdeh, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X1 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh üzərinə X2 Mazımqara sahəsinin 05 saylı dolayın 107-ci kvartalından yüngül konstruksiyalı dəmir vaqonun götürülərək kənarlaşdırılması və ərazinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi qoyulsun. Cavabdeh 100 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X1 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar