Məhkəmə qərarları › İş №e-2(022)-1495/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1495/2025

02.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1495/2025 02.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X13 oğlunun katibliyi ilə, ərizəçinin nümayəndəsi və vəkili, Bakı şəhəri 11 saylı vəkil bürosunun üzvü Nümayəndə Xaliq oğlunun iştirakı ilə, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil sahəsinə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının iddiaçıya münasibətdə müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quliyev X3 şəhəri, H.Əliyev küçəsi, ev 1, mənzil 16 ünvanında yerləşən mənzil sahəsinə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının iddiaçıya münasibətdə müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Xaliq oğlu xahişini müdafiə edərək, bildirdi ki, ərizəçi İddiaçı hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı uzun müddət X6 müəllim işləmişdir Buna görə də həmin müəssisənin pedaqoji şurası tərəfindən 1994-cü ildə qəbul edilmiş orderlə ərizəçinin istifadəsinə verilmişdir. Həmin order əsasında həmin mənzildə ərizəçi qeydiyyata alınmış, həmçinin müvafiq kommunal xidmətlər göstərən qurumlarla müqavilələr bağlanmışdır. Lakin hazırda İddiaçı həmin orderi itirmişdir. İddiaçı həmin mənzili özəllləşdirmək və dövlət reyestrindən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etsə də, mənzilə sahiblik hüququnu təsdiq edən sənəd olmadığına görə ona çıxarış verilməsindən imtina edilmişdir. İddiaçı həmin orderin surətinin ona verilməsi üçün X9 və Peşə Təhsili üzrə Dövlət Agentliyinə bir neçə dəfə müraciət etsə də, arxiv sənədlərinin müəssisədə saxlanılmaması səbəbindən həmin sənədin surətinin ona verilməsindən imtina edilmişdir. Buna görə də İddiaçı həmin mənzilə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının ona münasibətdə müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə həmçinin bildirdi ki, həmin binada ərizəçinin qonşuları olan şəxslərin sahibliyində olan mənzillərə dair orderlər X7 pedaqoji şurasının qərarı ilə ilə deyil, tələbə həmkarlar ittifaqı təşkilatının qərarı ilə verilsə də, hər iki qurumun sənədləri Peşə Liseyində saxlanılmalı olduğuna, qeyd edilən lisey isə mənzilə dair heç bir sənədin liseydə olmadığını bildirdiyinə görə o, hesab edir ki, hazırki işə xüsusi icraat qaydasında rayon məhkəməsində baxılmalıdır. Ərizəçinin sözlərinə görə həmin şəxs mübahisəli mənzilə dair sənədlərin surətlərini əldə etmək üçün rayon arxivinə də şifahi müraciət etsə də, qeyd edilən sənədlər orada da tapılmamışdır. Mübahisəli mənzilin yerləşdiyi binanın Biləsuvar rayonu 146 texniki peşə məktəbinin həmkarlar ittifaqı təşkilatının balansından çıxarılıb X7 balansına hansı əsaslarla verilməsi, həmin həmkarlar ittifaqı təşkilatının arxivinin hansı arxiv qurumuna verilməsi nə ona, nə də lisey rəhbərliyinə məlum olmadığına görə orderin kötük sənədinin və ya mübahisəli mənzilin ərizəçiyə verilməsinə dair həmkarlar ittifaqı təşkilatının 15 aprel 1993-cü il tarixli iclas protokolunu əldə etməyə cəhd göstərilməmişdir. Sonda, Nümayəndə ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 8 saylı Cəlilabad Ərazi İdarəsinin və X7 nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyərək, ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyinə görə, Azərbaycan Respublikası MPM-in 259.0.10-cu və 306.4-cü maddələrinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, mülki işdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında 02 iyul 2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı 01 iyul 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının çıxarışından görünür ki, İddiaçı 01 iyun 1981-ci il tarixdən 25 sentyabr 1995-ci il tarixə qədər Biləsuvar rayonu 146 texniki peşə məktəbində (X6) istehsalat təlimi ustası, 25 sentyabr 1995-ci il tarixdən sonra isə 14 may 2015-ci il tarixə qədər X6 müəllim işləmişdir. Mülki işdə olan X7 İddiaçı ünvanladığı 07 iyun 2024-cü il tarixli, 36 nömrəli məktubun surətindən görünür ki, X7 arxivində 1994-cü ilə aid pedaqoji şura kitabları mövcud deyildir. Bununla yanaşı, müəllimlər evi liseyin balansında olduğuna görə İddiaçı fərdi yaşayış evi kimi həmin yerdə yaşadığını təsdiq edən arayışın verilməsi qeyrimümkündür. İş materiallarına əlavə edilmiş X7 18 iyul 2025-ci il tarixli, 102 nömrəli məktubunun surətindən görünür ki, X7 balansında olan müəllimlər evində yerləşən mənzillər qeyrirəsmi mənbələrə görə 1992-1994-cü illərdə pedaqoji şuranın qərarı ilə order əsasında liseydə çalışanlara verilmişdir. İddiaçı uzun illər ƏX6 müəllim kimi fəaliyyət göstərmişdir və həmin binanın 16 nömrəli mənzilində illərdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Lakin liseyin arxivində həmin dövrə aid pedaqoji şura kitabları olmadığına görə həmin mənzilin İddiaçı verilməsini təsdiq edən digər sənədlərin təqdim edilməsi mümkün deyil. Həmin dövrə aid pedaqoji şura kitablarının arxivə və ya digər qurumlara verilməsi müəyəyn edilməmişdir. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısnın Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 iyul 2025-ci il tarixli, 5-39-1/3-652/2025 nömrəli arayışının surətindən görünür ki, İddiaçı ailəsi ilə birlikdə uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin İddiaçı ünvanladığı 07 avqust 2024-cü il tarixli, 3-29-63/2- Q-570-4/2024 saylı məktubunun surətindən görünür ki, X7 müəllimlər evində yerləşən məzilin İddiaçı verilməsinə dair heç bir təsdiqedici sənəd mövcud olmadığı üçün həmin şəxsin müraciəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş 03 noyabr 1994-cü il tarixli, 4 nömrəli orderin surətindən görünür ki, Biləsuvar rayonu 146 nömrəli Texniki peşə məktəbinin tələbə həmkarlar ittifaqı komitəsi tərəfindən həmkarlar ittifaqı komitəsinin 15 aprel 1993-cü il tarixli qərarı ilə Biləsuvar rayonu, C.Cabbarlı küçəsində yerləşən 11 nömrəli evin 11 nömrəli mənzil sahəsi X2 ixtiyarına verilmişdir. Mülki işdə olan 03 noyabr 1994-cü il tarixli, 6 nömrəli orderin surətindən görünür ki, Biləsuvar rayonu 146 nömrəli Texniki peşə məktəbinin tələbə həmkarlar ittifaqı komitəsi tərəfindən həmin həmkarlar ittifaqı komitəsinin 15 aprel 1993-cü il tarixli qərarı ilə Biləsuvar rayonu, C.Cabbarlı küçəsində yerləşən 15 nömrəli evin 15 nömrəli mənzil sahəsi X1 ixtiyarına verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.6-cı maddələrinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.2-ci bəndində göstərmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 7.1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. “Peşə təhsili haqqında” qanunun 21.4-cü bəndinə görə dövlət peşə təhsili müəssisəsinin özəlləşdirilməsinə, peşə təhsili müəssisəsinin ərazisində profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin (şəxslərin) məskunlaşdırılmasına yol verilmir. Belə ki, iş materiallarından görünür ki, ərizəçi mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ təsdiq edən orderin ona təkrarən verilməsi məqsədi ilə həmin sənədi vermiş orqana – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etsə də, Ə.A.Qulliyevə müvafiq orderin verilməsindən, təsdiqedici sənəd mövcud olmadığına görə, imtina edilmişdir. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi və X12 ərizəçiyə ünvanladığı məktublarda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil sahəsinin X7 balansında olduğunu göstərmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.5-ci bəndində göstərmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda, hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. İşin məhkəmə iclasında tədqiq edilməklə müəyyən edilmiş hallarından görünür ki, ərizəçi mübahisə predmeti olan mənzilə dair sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının müəyyən edilməsini tələb etsə də, həmin daşınmaz əmlak hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Peşə Liseyinin balansındadır və həmin qurum “Peşə təhsili haqqında” qanunun 21.4-cü bəndinə istinad etməklə, ərizəçiyə hər hansı hüquqmüəyyənedici sənəd verməkdən imtina etməklə, faktiki olaraq ərizəçinin Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 1 ünvanında yerləşən 16 nömrəli mənzilə hüququnu dair mübahisələndirir. Bundan başqa, iş materiallarından görünür ki, hazırda hazırda X7 balansında olan Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 1 ünvanında yerləşən binadakı digər mənzillər həmin liseyin digər müəllimlərinə X7 rəhbərliyinin və ya pedaqoji şurasının qərarı ilə deyil, müstəqil ictimai təşkilat olan həmkarlar ittifaqı təşkilatının qərarları əsasında verilmişdir. Ərizəçi isə Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 1 ünvanında yerləşən 16 nömrəli mənzilə dair order verilməsinə dair sənədlərin surətlərinin əldə edilməsi üçün müvafiq həmkarlar ittifaqı təşkilatına və ya həmin həmkarlar ittifaqı təşkilatın arxiv sənədlərinin təhvil verildiyi arxiv qurumuna müraciət etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.2-ci bəndində müəyyən etdiyi hüquqi mövqeyə görə hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün tələb olunan bütün şərtlər birlikdə mövcud olmadığına görə İddiaçı mənzil sahəsinə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə xüsusi icraat qaydasında baxılması mümkün deyil. Bundan başqa, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlandığına görə və ərizəçi xahiş etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əslləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə görə ərizələr (şikayətlər) qaytarıldıqdaa və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və (əyarda) probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtb olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil sahəsinə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının iddiaçıya münasibətdə müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanıldığına görə, ərizəçi tərəfindən məhkəməyə ərizə ilə müraciət etdiyi vaxt iş üzrə dövlət rüsumu qismində 13 avqust 2025-ci il tarixdə, **********3 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, ərizəçiyə izah edilməlidir ki, o, ünvan 1 ünvanında yerləşən mənzil sahəsinə dair müvafiq hüquq təsdiqedici sənədlərin ona verilməsindən imtina edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin və həmin inzibati orqanın struktur vahidi X7 imtina barədə qərarını ümumi qaydada və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 114, 259, 263, 264, 267, 268 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil sahəsinə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının iddiaçıya münasibətdə müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı izah edilsin ki, o, ünvan 1 ünvanında yerləşən mənzil sahəsinə dair müvafiq hüquqmüəyyən edici sənədlərin ona verilməsindən imtina edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin və həmin inzibati orqanın struktur vahidi X7 imtina barədə qərarını ümumi qaydada və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. İddiaçı tərəfindən iş üzrə dövlət rüsumu qismində 13 avqust 2025-ci il tarixdə **********3 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar