Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5837/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə kompensasiya ödənilməsi və mənzilin təhvil verilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «mənzilə kompensasiya ödənilməsi və mənzilin təhvil verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 30 dekabr 2022-ci il tarixli, 917 nömrəli Sərəncamına əsasən Sumqayıt şəhəri, 16-cı məhəlləsində 11/26, 24/13, 3/42 və 26/42 saylı binalar yerləşən və ətraf hissəsindən Sumqayıt şəhərinin baş planına əsasən ictimai işgüzar zonanın təyinatına uyğun olaraq İddiaçınə icarə qaydasında 1,0910 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin 23 aprel 2025-ci il tarixli, 7 №-li obyektin tikintisinə icazə sənədi əsasında İddiaçınə Sumqayıt şəhəri, 16-cı məhəllədə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 39392 nömrəli ekspertiza rəyinin nəticə hissəsində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yaşayış və qeyri-yaşayış binaları üzrə tikinti layihəsi razılaşdırıldığı qeyd olunur. İddiaçı tərəfindən layihə üzrə müvafiq binada yerləşən mənzillərin mülkiyyətçiləri ilə razılaşdırılmaqla onların bir qisminə kompensasiya verilmiş, bir hissəsinə isə yeni tikilən binadan mənzil verilməsi razılaşdırılmışdır. Müvafiq binada yerləşən iyirmi bir mənzildən iyirmisi mülkiyyətçilərlə bağlanan alqı-satqı müqaviləsi alınmışdır. Lakin iyirmi bir mənzildən yalnız bir mənzilin, yəni Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 13 saylı mənzilin mülkiyyətçisi əsassız və qərəzli olaraq layihənin həyata keçirilməsinə maneə yaratmış və digər mənzil mülkiyyətçilərinin hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 avqust 2025-ci il tarixli məktubuna əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 13 saylı mənzil Sumqayıt şəhər 4 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınaraq, xx.xx.2025-ci il tarixli **********59-05101-093001 reyestr və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və hal-hazırda Cavabdeh mülkiyyətindədir. Həmçinin 19 avqust 2025-ci il tarixli, 330 saylı müraciət məktubuna cavab olaraq Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 20 avqust, 3621 nömrəli məktubu ilə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2025-ci il tarixdə, 4Ə-47 reyestr nömrə ilə Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işinin surəti göndərilmişdir. xx.xx.2025-ci il tarixli, ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 45.8 m , yaşayış sahəsi 27.7 m , yardımçı sahəsi 18.1 m olan 2 otaqlı mənzil satıcı Abbasov Eynulla Fərzulla oğlu tərəfindən alıcı Cavabdeh mülkiyyətinə verilmişdir. xx.xx.2025-ci il tarixli, ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsini alıcının etibarnamə üzrə nümayəndəsi olaraq imzalayan Nümayəndə2 İddiaçı Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yaşayış və qeyri-yaşayış binaları üzrə tikinti layihəsindən əvvəlcədən xəbərdar olduğu üçün qərəzli olaraq Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 13 saylı mənzili almaqla anası Cavabdeh adına rəsmiləşdirmiş və məqsədi bu layihənin reallaşmasına maneəçilik törətməkdən ibarət olmuşdur. O, həmin mənzili almaqda tək niyyəti İddiaçı mövcud layihəsini korlamaq və mövcud vəziyyətdən sui-istifadə halları yaratmaqdan ibarət olmuşdur. Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 24/13 nömrəli binadan yerləşən bütün mənzillər alınmış, müvafiq binanın 13 saylı mənzilinin mülkiyyətçisi ilə müvafiq danışıqların edilməsinə, mənzilin bazar dəyərindən belə yüksək məbləğin ödənilməsi təklif edilməsinə baxmayaraq, mənzilin mülkiyyətçisi bütün təklifləri rədd edərək ağlasığmaz tələblər irəli sürmüşdür. Mülkiyyətçi icrası mümkün olmayan tələblər irəli sürməklə binada yaşayan digər sakinlərin də mülkiyyət hüququnu pozur və bu əməli qərəzli olaraq icra edir. Belə ki, məlum olduğu üzrə Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 24/13 nömrəli binadan yeləşən məzillərin bir çox mülkiyyətçiləri ilə bağlanan müqavilənin məzmunu onlara yeni tikiləcək olan binadan mənzil verilməsidir, lakin 13 saylı mənzilin mülkiyyətçisinin əsassız tələbləri icra edilə bilmədiyi üçün tikinti layihəsini həyata keçirmək mümkün olmur və digər mənzil sahiblərinin mülkiyyət hüquqları pozulur, həmçinin tikinti layihəsinin həyata keçirilə bilməməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxardır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçının mövcud layihəsi qanunun tələblərinə riayət etməklə, müvafiq icazələr alınmaqla tərtib edilmişdir. Cavabdehin hazırkı vəziyyətdən sui-istifadə etməsi həmin binada yaşayan mənzil mülkiyyətçilərinin, həmçinin iddiaçının hüquqlarına kobud surətdə ziyan verməklə mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinin birbaşa pozulması ilə nəticələnir. Həmçinin, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 24/13 nömrəli bina köhnə və qəzalı vəziyyətdədir, həmin bina insanların sağlamlığı üçün birbaşa təhlükə yaradır, hər an kütləvi insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisənin baş vermə təhlükəsi mövcuddur Bildirilir ki, “REC-İNVEST Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yaşayış mənzilinin 1 kv.m-nin real bazar dəyərinin müəyyən edilməsi barədə 21 avqust 2025-ci il tarixli, REC-08-25/AR-03 nömrəli arayışına əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 2 otaqlı mənzilin (ümumi sahəsi 45.8 m2 , yaşayış sahəsi 27.7 m2, yardımçı sahəsi 18.1 m2 olan) 1 kv.m-nin real bazar dəyəri 1400 (min dörd yüz) manat – 1600 (min altı yüz) manat arası təşkil edir. “REC-İNVEST Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yaşayış mənzilinin 1 kv.m-nin real bazar dəyərinin müəyyən edilməsi barədə 21 avqust 2025-ci il tarixli, REC-08-25/AR-03 nömrəli arayışında müvafiq mənzilin 1 kv.m-nin real bazar dəyərinin 1400 (min dörd yüz) manat – 1600 (min altı yüz) manat arası olması qeyd olunmasına baxmayaraq, iddiaçı cavabdehə məxsus mənzilin bazar dəyərindən yuxarı, yəni mənzilin 1 kv.m üçün 2000 (iki min manat) ödəməklə kompensasiya təklifi edir. Həmin təklif ədalətli olmaqla mənzil mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarmadan iddia tələbinin təmininə yönəlmişdir. Göstərilənlərə əsasən İddiaçı tərəfindən Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 13 saylı mənzilin 1 kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməklə həmin mənzilin İddiaçınə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, layihə dövlət layihəsi deyil, şəxsi mülkiyyətdir. O, həmin mənzillə bağlı təklifini rəhbərliyə bildirmişdir, lakin onlar razılığa gəlməmişlər. Nə hazırki kompensaiya məbləği ilə razıdır, nə də ki, sözügedən binada inşa ediləcək yeni mənzilin verilməsinə razıdır. Belə ki, onun iddiaçı MTK-ya etibarı yoxdur. Həmin MTK-nın inşa edəcəyi binada yaşamaq istəmir. Onun ümumiyyətlə mənzili özgəninkiləşdirmək fikri yoxdur və ömrünün sonunadək həmin mənzildə yaşamaq istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İş materiallarında olan Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq edilmiş Abbasov Eynulla Fərzulla oğlu ilə Cavabdeh arasınd bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 08 yanvar 2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abbasov Eynulla Fərzulla oğlu ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 45.8 kv/m, yaşayış sahəsi 27.7 kv/m, yardımçı sahəsi 18.1 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni alıcı Cavabdeh 135000 manat məbləğində satmışdır.
7. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası ünvan 3 ünvanlanan xx.xx.2025-ci il tarixli məlumatın təqdim edilməsi barədə məktubun surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 13 saylı mənzilin reyestr məlumatları və faktiki istifadəçisi ilə bağlı məlumatın təqdim edilməsi barədə məktuba Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Sumqayıt şəhəri, 16cı məhəllə, ev 24/13 ünvanında yerləşən 13 saylı mənzil Sumqayıt şəhər 4 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınaraq, xx.xx.2025-ci il tarixli, **********59-05101-093001 saylı reyestr və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və halhazırda Cavabdeh mülkiyyətindədir. Əlavə olaraq bildirilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(060)-279/2025 saylı icra vərəqəsi əsasında əmlak üzərində qadağa qeydiyyata alınmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 917 saylı “Sumqayıt şəhərinin 16-cı məhəllə ərazisində torpaq sahəsinin icarə qaydasında ayrılması haqqında” Sərəncamına əsasən İddiaçı müraciəti, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifi nəzərə alınaraq və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4-cü bəndinin 4.16.3 və 4.16.4-cü yarımbəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının “Torpaq İcarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhərinin 16-cı məhəlləsində 11/26, 24/13, 3/42 və 26/42 saylı binalar yerləşən və ətraf hissəsindən Sumqayıt şəhərinin baş planına əsasən ictimai işgüzar zonanın təyinatına uyğun olaraq İddiaçınə icarə qaydasında 1,0910 ha torpaq sahəsinin ayrılması, müvafiq qaydada icraə müqaviləsinin bağlanması, İddiaçınə tapşırılması, ərazinin sanitar vəziyyətinə nəzarət etməsi, tikintisi nəzərdə tutulmuş torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınmasının aidiyyatı qurumlarla həll edilməsi, sərəncamın icrasına nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
9. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yaşayış və qeyri-yaşayış binaları” üzrə tikinti layihəsi razılaşdırılmışdır.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən, 2 otaqlı mənzilin (ümumi sahəsi 45,8 kv.m, yaşayış sahəsi 27,7 kv.m, yardımçı sahəsi 18,1 kv.m olan) 1 kv.m-nin real bazar dəyəri 1400-1600 manat arası təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 917 saylı “Sumqayıt şəhərinin 16-cı məhəllə ərazisində torpaq sahəsinin icarə qaydasında ayrılması haqqında” Sərəncamına əsasən İddiaçı müraciəti, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifi nəzərə alınaraq və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4-cü bəndinin 4.16.3 və 4.16.4-cü yarımbəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının “Torpaq İcarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhərinin 16-cı məhəlləsində 11/26, 24/13, 3/42 və 26/42 saylı binalar yerləşən və ətraf hissəsindən Sumqayıt şəhərinin baş planına əsasən ictimai işgüzar zonanın təyinatına uyğun olaraq İddiaçınə icarə qaydasında 1,0910 ha torpaq sahəsinin ayrılması, müvafiq qaydada icraə müqaviləsinin bağlanması, İddiaçınə tapşırılması, ərazinin sanitar vəziyyətinə nəzarət etməsi, tikintisi nəzərdə tutulmuş torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınmasının aidiyyatı qurumlarla həll edilməsi, sərəncamın icrasına nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 917 saylı Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən yaşayış binasının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 24/13 nömrəli binanın 13 nömrəli mənzilinin sahibi Cavabdeh İddiaçı bütün təkliflərindən imtina edərək mənzilin MTK-nın sərəncamına verilməsindən imtina edir. Bir sözlə, həmin şəxslə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Bu səbəbdən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; -13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; -29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; -43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; -16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır;
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X4 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir.
16. “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuşşərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.
17. Qeyd edilən müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar.
19. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır.
20. İddiaçının sökülməsini tələb etdiyi yaşayış sahəsi Cavabdeh məxsus olmasını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
21. Eyni zamanda qeyd etmək lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanunolmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007- ci il 10 may tarixli Qərar).
23. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlətistənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).
24. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
25. Avropa Məhkəməsinin “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə “müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir”. Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
27. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİhissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.
28. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır.
29. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.
30. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.
31. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin(yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmiretmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
32. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
33. Həmin Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
34. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.
35. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui istifadəetməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi iləbelə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.
36. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
37. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini,eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.
38. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.
39. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və yazərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühiti mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin v ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.
40. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi).
41. Beləliklə, məhkəmə Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən cavabdehə məxsus 13 saylı mənzilin texniki cəhətdən yolverilməz vəziyyətdə olmasını, yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə alaraq iddianı əsaslı hesab edir.
42. Məhkəmə qeyd edir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir.
43. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MTK-nın belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təklif edilir, yəni, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 13 saylı mənzilin 1 kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməsini təklif edir. Hansı ki, sözügedən ünvanda mənzilin 1 kv.m-nin real bazar dəyəri 1400-1600 manat arası təşkil edir.
44. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəf izahatında nə kompensasiya ödənilməsi, nə də ona yeni yaşayış sahəsi verilməsi ilə bağlı hər hansı razılaşma əldə etmək niyyətində olmadığını bildirmişdir.
45. Göründüyü kimi cavabdehin bu hərəkətləri digər sakinlərin hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur.
46. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 13 saylı mənzilin 1 kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməklə həmin mənzil İddiaçınə təhvil verilməlidir.
47. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/13 ünvanında yerləşən 13 saylı mənzilin 1 kv.m üçün 2000 (iki min) manat kompensasiya ödənilməklə həmin mənzil İddiaçınə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva