Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-410/2024 20.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan cehiz əşyalarının onun evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə rəsmi nikah münasibətinə girərək ailə həyatı qurmuşlar. Sonradan nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehə məxsus olan cehiz-əmlakları ona məxsus olan evdə qalmışdır. İddiaçı məxsus olan evdə olan cehiz əmlakı götürməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş lakin müraciətinə heç bir məhəl qoyulmamışdır. Daha sonra o Mediasiya Şurasına müraciət etmiş ərizəsi mediator X6 tərəfindən icraata götürülmüş və ona xx.xx.2024-cü il tarixli 00510 nömrəli X3 iştirak edilməməsi barədə arayış verilmişdir. Mediasiya sessiyasinin keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci ödəmiş və bu mediator tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli 00510 nömrəli arayışda öz əksini tapmışdır. Onlara məxsus fərdi yaşayış evində qalmış əşyalar: Qonaq dəsti mebeli (Şifoner, güzgülü termo, taxt, tumba və 1 ədəd oturacaq), Yataq dəsti mebeli (divan, 2 kreslo, jurnal stolu, qorka, və televizor altlığı), Lüstur yataq otağı üçün (6 şamdanlı), Xalça 1 ədəd (çiçi xalçası), Xalça 4 ədəd (İran istehsalı qonaq otağı üçün), 3 ədəd yerli xalça (palaz), 4 ədəd tək adamlıq yun döşək, 5 ədəd yorğan, 1 ədəd taxt yorğanı, 9 ədəd tük balış, 6 ədəd nalça, 2 ədəd xovlu adyal, 2 ədəd yun balış, 7 ədəd taxt üçün dəst, 7 ədəd bir nəfərlik dəst, 7 ədəd tək adamlıq yataq örtüyü, 10 ədəd tək adamlıq balış üzləri, Çaynikli elektrikli çaydan (Tefal) 1 ədəd, Tozsovuran “geepas” markalı 1 ədəd, Ətçəkən maşın “geepas” 1 ədəd, Ütü “geepas” markalı 1 ədəd, Əl mikseri “geepas” 1 ədəd, Elektrik sobası 1 ədəd, 2 dəst boşqab dəsti (hər dəstdə 48 ədəd olmaqla), 15 ədəd kiçik, 12 ədəd orta, 18 ədəd düz aş boşqabı, böyük dərin boşqab, böyük ovalşəkilli, 2 ədəd orta ölçülü oval şəkilli aş buludu, maskura, 32 ədəd kasa, 24 ədəd yemək qaşığı, 24 ədəd çay qaşığı, 24 ədəd çəngəl, 12 ədəd tort çəngəli, 24 ədəd meyvə bıçağı, 6 ədəd yağ bıçağı, 6 ədəd aş qaşığı, sadə armudu stəkan, 36 ədəd nəlbəki, 3 mərtəbəli meyvə qabı, 2 dəst (hər dəst 6 ədəd olmaqla) tort boşqabı, Dəst dairəvi boşqab seti 1 böyük, 6 balaca və 2 duz qabı ilə birlikdə, çaynik, 1 ədəd qazan dəsti, çaydan çaynik dəsti ilə birlikdə, qənd qabı, çay servisi, 1 ədəd kofe servisi, 1 ədəd yemək dəsti servisi, xrustal meyvə qabı, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal konfet qabı, qrafin 6 stəkanla birlikdə, 6 ədəd xrustal armudu stəkan, 6 ədəd xrustal çay stəkanı, 12 ədəd xrustal rumka, 6 ədəd xrustal duz qabı, şüşə qrafin 6 stəkanla birlikdə, 1 dəst qaşlı şüşə rumka, 1 ədəd bogema qrafin və 6 sok stəkanı ilə birlikdə, kofe fincanı 6 nəlbəki ilə birlikdə, çay fincanı (nəlbəki iləbirlikdə), əl-üz dəsmalı, 10 ədəd bədən dəsmalı, 38 ədəd çay dəsmalı, çay süfrəsi, 3 ədəd jurnal stolu üçün süfrə, çuğun qəhvədan, 2 dəst 3 lü qapaqlı çuğun qazan dəsti (1-i böyük 1-i balaca), aliminum xəmir qabı, 1 ədəd qabaqlı aliminum tava, 2 ədəd balaca qapaqlı aliminum qazan, böyük nikel sini, ərizəçiyə məxsus diplom, tibbi sertifikat, qiymət kitabçası və doğum haqqında şəhadətnamə cehiz-əmlak əşyaları qalmışdır. Əlavə olaraq bildirir ki, həmin bu cehiz əmlakların siyahıya alınması barədə cavabdeh məhkəməyə müvəqqəti təminat tədbiri ilə bağlı ərizə ilə müraciət etmişdir. İcra məmurları gəlib cehiz-əmlaka baxış keçirən zaman əmlakların evdə olduğunu təsdiq edən akt da tərtib etmişdirlər. Cavabdeh onları könüllü götürməkdən boyun qaçırır. Qanunvericiliyə uyğun olaraq o ilk növbədə Mediasiya Şurasına müraciət etmiş cavabdeh mediasiya prosessində iştirak etmədiyindən mediatorun səyləri ilə cehizəmlakı çıxarılmasına çalışılsa da bu hərəkətlər heç bir nəticə verməmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında bildirdi ki, məhkəmə cehiz əşyalara baxış keçirilməsini və götürülməsini bildirsədə heç kim gəlməmişdir. Onun oğlu 1 il 7 ay bundan əvvəl cavabdehlə boşanmışdır. Bu müddət ərzində cavabdeh əşyaları gəlib aparmamışdır. Əşyaların hamısı həyətə yığılmış və əşyalara heç bir zərər dəyməyib. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi, cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, X1 rayonu Muğan qəsəbəsində atası xx.xx.1962-ci il təvəllüdlü İddiaçı və anası xx.xx.1962-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarıxdə Hacıqabul rayon məhkəməsinin 16(071)-52/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilərkən icra vərəqəsində qeyd edilən əmlakdan yalnız “Kamot, 6 şamdanlı lüstur və ətçəkən maşından” başqa digər əmlak siyahıya alınmışdır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Cavabdeh isə iddiaçının oğlu Əskər Əskərov ilə nikaha daxil olaraq iddiaçının yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh ilə Əskər Əskərov arasında ailə münasibətləri pozulduğundan, məhkəmənin qərarına əsasən onlar arasında bağlanmış nikah pozulmuş və cavabdeh yaşadığı evi tərk etmişdir. Lakin, cavabdeh iddiaçının istifadəsində olan evi tərk etsə də, ona məxsus olan əşyalar həmin evdə qalmışdır. İddiaçı həmin əşyaların onun istifadəsində olan evdə qalmasını əmlakına sahiblik və istifadə hüququna müdaxilə kimi qiymətləndirir və qeyd olunan əşyaların evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən əşyaların çıxarılması tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı məxsus olması işin mübahisəsiz halı olduğundan, o, istifadəsində olan fərdi yaşayış evindən cavabdehin əşyalarının çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehə məxsus əşyaların iddiaçının istifadəsində olan evdən çıxarılması məsələsi həll edilərkən, cavabdehin həmin evdən istifadə hüququnun olub-olmaması da müəyyən edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, iddiaçının vəsaiti hesabına Hacıqabul rayonu Muğan qəsəbəsində tikilmiş fərdi yaşayış evinin hazırda heç bir hüquq müəyyənedici sənədi yoxdur, həmin əmlak dövlət qeydiyyatından keçməmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, iddiaçının həmin fərdi yaşayış evinə ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və qanuni gözləntisi vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). İşin faktiki hallarından görünür ki, iddiaçı fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir və onun həmin fərdi yaşayış evinə mülkiyyət hüququnu əldə edəcəyinə dair qanuni gözləntisi vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsasən qanuni gözlənti olan əmlak da “mülkiyyət” anlayışı ilə əhatə olunur. Cavabdehin isə həmin fərdi yaşayış evinin tikintisində və ya təmirində hər hansı formada iştirakı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehə aid əşyaların fərdi yaşayış evində saxlanılması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin evindən istifadə etmək hüququ da yarana bilməz. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evində hər hansı bir hüququ mövcud olmayan cavabdehə məxsus əşyaların həmin evdə qalması iddiaçının hüququnu məhdudlaşdıran hal olduğundan, iddia təmin edilməli, cavabdehə məxsus əşyalar fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar – Qonaq dəsti mebeli (Şifoner, güzgülü termo, taxt, tumba və 1 ədəd oturacaq), Yataq dəsti mebeli (divan, 2 kreslo, jurnal stolu, qorka, və televizor altlığı), Lüstur yataq otağı üçün (6 şamdanlı), Xalça 1 ədəd (çiçi xalçası), Xalça 4 ədəd (İran istehsalı qonaq otağı üçün), 3 ədəd yerli xalça (palaz), 4 ədəd tək adamlıq yun döşək, 5 ədəd yorğan, 1 ədəd taxt yorğanı, 9 ədəd tük balış, 6 ədəd nalça, 2 ədəd xovlu adyal, 2 ədəd yun balış, 7 ədəd taxt üçün dəst, 7 ədəd bir nəfərlik dəst, 7 ədəd tək adamlıq yataq örtüyü, 10 ədəd tək adamlıq balış üzləri, Çaynikli elektrikli çaydan (Tefal) 1 ədəd, Tozsovuran “geepas” markalı 1 ədəd, Ətçəkən maşın “geepas” 1 ədəd, Ütü “geepas” markalı 1 ədəd, Əl mikseri “geepas” 1 ədəd, Elektrik sobası 1 ədəd, 2 dəst boşqab dəsti (hər dəstdə 48 ədəd olmaqla), 15 ədəd kiçik, 12 ədəd orta, 18 ədəd düz aş boşqabı, böyük dərin boşqab, böyük ovalşəkilli, 2 ədəd orta ölçülü oval şəkilli aş buludu, maskura, 32 ədəd kasa, 24 ədəd yemək qaşığı, 24 ədəd çay qaşığı, 24 ədəd çəngəl, 12 ədəd tort çəngəli, 24 ədəd meyvə bıçağı, 6 ədəd yağ bıçağı, 6 ədəd aş qaşığı, sadə armudu stəkan, 36 ədəd nəlbəki, 3 mərtəbəli meyvə qabı, 2 dəst (hər dəst 6 ədəd olmaqla) tort boşqabı, Dəst dairəvi boşqab seti 1 böyük, 6 balaca və 2 duz qabı ilə birlikdə, çaynik, 1 ədəd qazan dəsti, çaydan çaynik dəsti ilə birlikdə, qənd qabı, çay servisi, 1 ədəd kofe servisi, 1 ədəd yemək dəsti servisi, xrustal meyvə qabı, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal konfet qabı, qrafin 6 stəkanla birlikdə, 6 ədəd xrustal armudu stəkan, 6 ədəd xrustal çay stəkanı, 12 ədəd xrustal rumka, 6 ədəd xrustal duz qabı, şüşə qrafin 6 stəkanla birlikdə, 1 dəst qaşlı şüşə rumka, 1 ədəd bogema qrafin və 6 sok stəkanı ilə birlikdə, kofe fincanı 6 nəlbəki ilə birlikdə, çay fincanı (nəlbəki iləbirlikdə), əl-üz dəsmalı, 10 ədəd bədən dəsmalı, 38 ədəd çay dəsmalı, çay süfrəsi, 3 ədəd jurnal stolu üçün süfrə, çuğun qəhvədan, 2 dəst 3 lü qapaqlı çuğun qazan dəsti (1-i böyük 1-i balaca), aliminum xəmir qabı, 1 ədəd qabaqlı aliminum tava, 2 ədəd balaca qabaqlı aliminum qazan, böyük nikel sini, ərizəçiyə məxsus diplom, tibbi sertifikat, qiymət kitabçası və doğum haqqında şəhadətnamə Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-410/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-410/2024
20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver