Məhkəmə qərarları › İş №e-2(076)-4457/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-4457/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-4457/2024 02.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, İddiaçı cavabdeh X3 qarşı “Qızıl zinət əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X3 qarşı “Qızıl zinət əşyaların geri qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh X4 (Lombard №1) arasında bağlanmış əşyanın lombardda girovu haqqında müqaviləyə xitam verilməsi və cavabdeh X2 (Lombard №1) xeyrinə girov qoyulmuş GJN/1 №347524 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 5.8 q olan bir ədəd qızıl üzüyün; GJN/1 № 347431 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 31.6 q bir ədəd qızıl sepin, bir ədəd qızıl üzüyün və bir ədəd qızıl klonun və əyarı 750, çəkisi 13.3 q olan bir cüt qızıl sırğanın; GJN/1 №347439 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 7.6 q olan bir ədəd qızıl üzüyün və əyarı 585, ümumi çəkisi 24.5 q olan bir ədəd qızıl komplektin; GJN/1 № 207550 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 49.2 q olan bir ədəd qızıl saatın və əyarı 585, ümumi çəkisi 14 q olan bir cüt qızıl sırğanın; GJN/1 №100022 nömrəli Girov bileti üzrə əyarı 750, ümumi çəkisi 86 q olan bir ədəd qızıl üzüyün və bir ədəd qızıl saatın; GJN/1 № 129490 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 35.1 q olan bir ədəd qızıl qolbağının; GJN/1 № 347558 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 49.2 q olan bir ədəd qızıl saatın; GJN/1 № 347061 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 8.8 q olan bir ədəd qızıl üzüyün və əyarı 585, çəkisi 4.9 q olan bir ədəd qızıl üzüyün; GJN/1 № 155703 nömrəli Girov bileti üzrə əyarı 585, ümumi çəkisi 15.1 q olan bir ədəd qızıl komplektin; GJN/1 №238536 nömrəli Girov bileti üzrə əyarı 750, çəkisi 78.3 q olan bir ədəd qızıl saatın; GJN/1 № 207860 nömrəli Girov bileti üzrə əyarı 750, ümumi çəkisi 26.8 q olan bir ədəd qızıl komplektin;GJN/1 № 238847 nömrəli Girov bileti üzrə əyarı 585, ümumi çəkisi 7.3 q olan bir cüt qızıl sırğanın; GJN/1 № 072371 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 19.2 q olan bir ədəd qızıl komplektin; GJN/1 № 273346 nömrəli Girov bileti üzrə əyarı 583, ümumi çəkisi 51.2 q olan bir ədəd qızıl sepin, bir ədəd qızıl klonun və bir cüt qızıl sırğanın; GJN/1 №129190 nömrəli Girov bileti üzrə əyarı 585, çəkisi 2.3 q olan bir ədəd qızıl qolbağının cavabdeh X1 (Lombard № 1) alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 112.1.2. maddəsinə əsasən isə əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə iddianın qiyməti müəyyən edilməlidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə əmlak tələbinə dair iddia ilə müraciət etmiş, lakin tələb etdiyi əmlakın qiymətini qeyd edərək iddia ərizəsinə əlavə etməmiş və iddia ərizəsinə görə nəzərdə tutulan dövlət rüsümünü qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulan qaydada ödəmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində tələb edilən əmlakın dəyəri göstərilmədiyinə görə gələcəkdə iddianın təmin olunacağı halda qətnamənin icra olunmasını çətinləşdirə və ya qeyri-mümkün edə və eyni zamanda məhkəmə aidiyyatının pozulması ilə də nəticələnə bilər. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla iddiaçılar, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanununda qeyd edilən müddəalara riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq. QƏRARA ALDİM: İddiaçı cavabdeh X3 qarşı “Qızıl zinət əşyaların geri qaytarılması”na dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tərəfə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ var. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar