Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-105/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi, həmçinin, “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı icarə müqaviləsinin etibarsız sayılması və onun əsasında ödənilmiş vəsaitin geri qaytarılması barədə iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X5 Şirkətlər Qrupu” MMC ilə bağlanmış xx xxx 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və 6 ay ərzində icarə haqqına görə yaranmış 12000 manat borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanda yerləşən özünə məxsus 280 kv. metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə xx xxx 2018-ci il tarixli İcarə müqaviləsinə əsasən aylıq 2000 manat olmaqla (ƏDV-siz) cavabdeh ““X5 Şirkətlər Qrupu”” MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsi bağlanan gündən cavabdeh 18 ay müddətində orada fəaliyyət göstərməsinə baxmayaraq icarə haqqından yalnız 12 ay ödəmiş, qalan 6 ay icarə haqqı olan 12000 manat (ƏDV-siz) vəsaiti bu günə qədər ödəməmişdir. Cavabdehin rəhbərliyinə dəfələrlə icarə haqqını və ƏDV-ni ödəmək barədə məlumat verilsə də, icarə haqqı ödənilmişdir. Həmçinin, “X5 Şirkətlər Qrupu” MMC İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməklə həmin müqavilə üzrə ödənilmiş 32640 manat pulun geri qaytarılması tələbinə dair iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “X5 Şirkətlər Qrupu” MMC-nin iddiasını onunla əaslandırmışdır ki, İddiaçı MMC Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanda yerləşən 280 kv. metr qeyriyaşayış sahəsini avadanlıqla birlikdə xx xxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 2000 manat olmaqla (ƏDV-siz) “X5 Şirkətlər Qrupu” MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsi bağlanan gündən 12 aydan da qısa müddətdə orada fəaliyyət göstərmiş, icarə haqqının 12 ayı ödənilmişdir. Müqavilə müddəti başa çatdığı vaxt icarəyə verən müəssisənin sahibi, Qanuni nümayəndə ilə münasibətlər pozulmuş, göstərilən təşkilatın rəhbəri olaraq bütün əməkdaşlarla birlikdə ofis binası tərk edilmiş və artıq xx.xx.2019-cu ildə yeni ofis binasının təmirini başa çatdıraraq həmin ofislə icarə müqaviləsi bağlamaqla orada fəaliyyət göstərmişdir. İddiaçı subyektiv hüququ olmadığı halda bağlamış olduğu icarə müqaviləsinə rəsmi şəkildə xitam verilmədiyi üçün bu şəraitdən istifadə edərək əlavə pul tələb edir. Halbuki, qeyd olunan əlavə 6 ay ərzində həmin ofis binasının cavabdeh olaraq icarələrində olmasını sübut edən, heç bir sübut təqdim etməmişdir. X3 Xidmətinin sayəsində məlum olmuşdur ki, “İddiaçı MMC icarə müqaviləsi bağlayaraq guya icarəyə verdiyi obyekt ona məxsus deyildir və bu səbəbdən həmin icarə müqaviləsi üzrə onlara əlavə olaraq 4000 manatdan çox vergi ödətdirilmişdir. Qeyd olunan hadisədən sonra məlum olmuşdur ki, “İddiaçı MMC həmin obyekt üzərində heç bir hüquqa sahib olmamış, müqavilə bağlamaq üçün heç bir qanuni və hüquqi əsası mövcud deyildir. Bağlanmış qanunsuz müqavilə əsasında ödənilmiş haqqını könüllü ödəməkdən yayınmış və icarə müqaviləsini ləğv etməmişdir. İddiaçı MMC ilə “X5 Şirkətlər Qrupu” MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilərək müqavilə əsasında ödənilmiş 24000 manat icarə haqqı, həmin icarə haqqında dair ödənilmiş 4320 manat ƏDV və müqavilənin qanunsuz olduğuna görə vergiyə təqdim etmədiyi üçün tərəflərindən ödənilmiş 4320 manat vergi, ümumilikdə 32640 manat pulun geri qaytarılamsını təmin etməsi barədə pretenziya məktubu göndərilmiş, lakin nəticə olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1435/2021 saylı qərardadı ilə (hakim Kənan Hüseynov) “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməklə həmin müqavilə üzrə ödənilmiş 32640 manat pulun geri qaytarılması tələbinə dair e-2-2(113)-1435/2021 saylı kommersiya işi İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair e-2-2(113)-105/2021 saylı kommersiya işi ilə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğluna verilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini, “X5 Şirkətlər Qrupu”nun iddiasını qəbul etmədiyini bildirərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi. Cavabdehin nümayəndəsi Vəkil təmsil etdiyi hüquqi şəxsin iddiasının müdafiə etdiyini, İddiaçı MMC-nin iddiasını qəbul etmədiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı MMC ilə “X5 Şirkətlər Qrupu” MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli icarə müqaviləsini etibarsız hesab edir və qanunsuz şəkildə bağlanmış bu müqavilənin məhkəmə qaydasında etibarsız elan olunması zəruridir. Belə ki, hazırkı mübahisə predmeti olan müqavilə tərəflər arsında bağanmış olsa da, iddia üzrə “İddiaçı MMC-nin icarəyə verilən obyekt üzərində subyektiv hüququ olmamış, həmin obyekti icarəyə vermək və bunun müqabilində icarə haqqı alma hüququ da mövcud olmamışdır. Mülki iş materiallarında olan: - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 98 saylı «Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləən 240.16 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı MMC-nin balansına verilməsi haqqında» sərəncamı ilə Bakı şəhər MKD-nin balansında olan Yasamal rayonu, İnşşatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləən 240.16 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin balansına verilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 145 saylı «Bakı Şəhər İcra Hakimiyyəti başçısının layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq, İddiaçınə ofis binası, anbar və kassaların tikintisinə icazə verilməsi haqqında» sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının yaxınlığında 2 mərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün İddiaçı MMC-yə icazə verilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.3018-ci il tarixli, «ofis binası, anbar və kassaların istismara qəbul edilməsi haqqında» sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 98 saylı srəncamı ilə İddiaçı MMC-nin balansına verilmiş Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı binasının 1-ci mərtəbəsində yerləən 240.16 kv.m. və həmin ünvanda əlavə olaraq yeni inşa edilmiş 1 və 2 mərtəbəli, sahəsi 271.20 kv.m. ümumi sahəsi 511.36 kv.m. qeyri-yaşayış sahəsində yerləşən ofis binası, anbar və kassa otaqları istismara qəbul edilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının ƏMDK-ya ünvanladığı xx.xx.2018-ci il tarixli, 7-181/21g saylı məktubunda Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 98 saylı sərəncamı ilə Bakı şəhər MKTD balansında olan Bakı şəhəri, Yamal rayonu, İnşaatçılar prospeki 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m. qeyri-yaşayış sahəsi “X6” MMC-nin balansına verldiyi, qeyri-yaşayış sahəsi cəmiyyət tərəfindən tam təmir edildiyi və həmin qeyri-yaşayış sahəsinin Bakı şəhər MKTD-nin balansında çıxarılmasını nzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı MMC tərəfindən özəlləşdirilməsinə və cəmiyyətin adına DƏDRX-dən çıxarışın verilməsinə etiraz edilmədiyi qeyd olunmuşdur. - xx xxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr.5 ünvanda yerləşən özünə məxsus 280 kv. metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə aylıq 2000 manat olmaqla cavabdeh “X5 Şirkətlər Qrupu” MMC-yə icarəyə vermişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. xx xxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanda yerləşən özünə məxsus 280 kv. metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə aylıq 2000 manat olmaqla cavabdeh “X5 Şirkətlər Qrupu” MMC-yə 1 illik icarəyə verilmiş və müqavilənin 9.1-ci bəndinə əsasasən müqavilənin xitam verilməsi barədə tərəflər 1 ay öncədən niyyət bildirmədiklərinə görə müqavilə növbəti bir müddətinə uzadılmış hesab edilmişdir. Bundan başqa cavabdeh tərəfindən 12 aylıq müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqı ödənilmiş, lakin 2019-cu ilin may ayından 2019-cu ilin noyabr ayına kimi olan icarə haqqı ödənilməmişdir. “X7 Şirkətləq Qrupu” MMC tərəfindən bu halın əksini təsdiq edən, yəni, qismən də olsa icarə haqqının ödənilməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Göründüyü kimi icarə müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan və bununla bağlı ona xəbərdarlıq edilməsinə baxmayaraq icarə haqqı ödənilmədiyinə görə müqaviləyə xitam verilmişdir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi üzrə cavabdeh tərəfindən götürülmüş öhdəliklərə tam əməl etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə icarə müqaviləsinin müddəti bitdiyindən yenidən məhkəmə qaydasında ləğv edilməsinə zərurət qalmır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə Cavabdeh MMC-nin iddia ərizəsində qeyd olunmuş 12 aydan az müddətə istifadə etməsi tələbi ilə bağlı bir sıra məqamı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Göründüyü kimi cavabdeh cəmiyyət bununla bağlı, o cümlədən müqaviləniin 9.1-ci bəndində nzərdə tutulmuş tələblərə riayət edilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan əlavə cavabdeh tərəf məhkəməyə təqdim edilmiş iddia ərisədində tələbinin əsası kimi istinad etdiyi hallardan biridə iddiaçının icarə müqaviləsinin bağlamaga subyektiv hüququnun olmamasıdır. Lakin məhkəmə araşdırılması zamanı təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin müxtəlif tarixli sərəncamlarından və Azərbaycan Respublikası ƏMDK-ya ünvanlanmış məktubundan göründüyü kimi icarə obyekti olan qeyri-yaşayış sahəsi “X4” MMC-nin balansına verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, “X7 Şirkətləq Qrupu” MMC-nin iddiası əsassızdır və rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, “X4” MMC-nin iddiası qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, “X7 Şirkətləq Qrupu” MMC-nin iddiası rədd olunduğundan həmin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 12000 manat məbləğində pul vəsaiti “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı icarə müqaviləsinin etibarsız sayılması və onun əsasında ödənilmiş vəsaitin geri qaytarılması barədə iddiası rədd edilsin və həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-105/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-105/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver