Məhkəmə qərarları › İş №e-2-2(113)-120/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-120/2024

19.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-120/2024 19.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil, Cavabdeh İB-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-ə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin istixana sahəsində qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, “Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli turbin tipli qaz sayğacından sonra quraşdırılmış tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi, Cavabdeh İB tərəfindən qanunsuz olaraq hesablanmış 328374,80 manat borcun silinməsi, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 620 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC və "xxxx" MMC arasında icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, ünvan 1ində yerləşən təsərrüfatın ərazisində torpaq sahəsinin üzərində tikilmiş və ümumi sahəsi 60000 m2 təşkil edən yüngül konstruksiyalardan quraşdırılmış istixanada yerləşir, onun funksional tərkib hissəsi sayılan, avadanlıqları 12 ay müddətinə xx.xx.2023-cü il tarixədək ərizəçi "xxxx" MMC-nin istifadəsinə vermişdir. Qeyd olunmalıdır ki, sözügedən istixana iddiaçı "xxxx" MMC-yə məxsusdur. İstixanada qaz ehtiyatının təmin edilməsi üçün quraşdırılmış qazsayğacı ilə yanaşı qaz paylayıcı qurğu da quraşdırılmışdır. Lakin hesab edirik ki, qaz paylayıcı qurğu laboratoriya şəraitində dəyişikliyə məruz qalmışdır və buna görə də lazımından artıq qaz paylayıcı vasitəsilə ötürülmüş, bununla da, Cavabdeh İB tərəfindən əsassız olaraq əlavə borc hesablanmışdır. Hesab edirik ki, hesablanan borc qanunsuz və əsassız olduğundan o ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə əsasən - Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qaz paylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən,qazpaylayıcı şəbəkə – qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksidir. Həmin Qanunun 5-2-ci maddəsinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 22-1-ci maddəsinə əsasən, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 5.2-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hesab edirəm ki, qaz paylayıcı qurğu laboratoriya şəraitində dəyişikliyə məruz qaldığından ekspertiza keçirilməli və bu müəyyən olunmalıdır. Cavabdeh İB-nın nümayəndəsi X1 etiraz yükləyərək bildirmişdir ki, "xxxx" MMC Xaçmaz rayonunun Ləcət kəndində yerləşən istixananın abonent kodundan borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, işin məhkəmə baxışı mərhələsinədək iddia ərizəsinə əlavəni məhkəməyə təqdim etmişdir. İddia ərizəsinə əlavədə Azəriqaz İB-nə qarşı 32837,80 manat əvəzinə 328374,80 manat borcun silinməsi tələbi irəli sürülmüşdür. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, Yaşıl Ranço MMc-nin Azəriqaz İB-nə qarşı iddia tələbi əsassızdır və təmin edilməməlidir. X7 öz iddiasının əsası kimi Xaçmaz rayonu Ləcət kəndində yerləşən istixanasına quraşdırılmış G-1600 markalı ********** nömrəli turbin tipli “İtron” qaz sayğacı ilə yanaşı qaz paylayıcı qurğu da quraşdırıldığını, qaz paylayıcı qurğunun laboratoriya şəraitində dəyişikliyə məruz qaldığını və buna görə də lazımından artıq qaz paylayıcı vasitəsilə ötürülmüş, bununla da cavabdeh Azəriqaz İB tərəfindən əsassız olaraq əlavə borc hesablanmasını göstərmişdir. Birincisi qaz paylayıcı qurğu anlayışı yoxdur. Qaz paylayıcı stansiya (QPS) var.Stansiyanı laboratoriyada hər hansı dəyişikliyə uğratmaq absurd fikirdir. Həmin stansiyadan təkcə Yaşıl Rançoya deyil, bir çox obyektlərə qaz paylanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 1.2-ci bəndinin 2-ci abzasında qeyd edilir ki, qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Qaydaların həmin bəndinin 7-ci abzasında göstərilir ki, qazpaylayıcı şəbəkə qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xəttləri, təhlükəsizlik və nəzarət ölçü sistemləri, qaz avadanlığı) kompleksidir. Qanunvericiliyin normalarından müəyyən olunduğu kimi qaz paylayıcı elə Azəriqaz İB-nin özüdür. Burada hər hansı qurğu nəzərdə tutulmur. İkincisi, iddiaçının əsassız hesab etdiyi borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. İddia ərizəsində borc məbləğinin niyə görə əsassız hesab edildiyi göstərilməmişdir. Bununla da aydın olur ki, Yaşıl Ranço MMc-nin iddia tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləriidr. Yuxarıda göstərilənlərə görə iddiaçının iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nın nümayəndəsi X3 tələbi qəbul etməyərək etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli e-2-2(113)-1530/2021 nömrəli Bakı Kommesiya Məhkəməsinin qətnaməsindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı "xxxx" MMC ilkin iddia üzrə cavabdeh Azəriqaz İB-yə qarşı Xaçmaz rayonu Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X4 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, xx.xx.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli İtron qaz sayğacın yenisi ilə dəyişdirilməsi ilkin iddia üzrə cavabdeh Azəriqaz İB-nə həvalə edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Yaşıl Ranço MMC-dən təbii qazdan istifadəyə görə xx.xx.2021-ci il tarixə yaranmış 417340,40 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq iddiaçı Azəriqaz İB-nə xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli 2-2(102)-415/2022 saylı Azərbaycan Respublaiksı Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-151/2022 saylı qətnaməsi qismən – iddiaçının 299841,4 manat məbləğində borcun silinməsi barədə ilkin iddia tələbinə (müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinə) aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli 2-2(103)-1001/2002 saylı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı X8 MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1530/2021 nömrəli qətnaməsi mübahisələndirilən 299841,4 manat məbləğində borcun silinməsi ilə bağlı ilk iddianın təmin edilmədiyi, həmçinin müvafiq olaraq cavabdehin həmin borcun tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edildiyi hissələrdə ləğv edilməsi, ilk iddia tələbinin 299841,4 manat borcun silinməsi hissəsində təmin edilməsi, iddiaçı Yaşıl Ranço MMC-nin 299841,4 manat borcun silinməsi öhdəliyinin cavabdeh Azəriqaz İB-nə həvalə edilməsi, müvafiq olaraq qarşılıqlı iddia tələbinin 299841,4 manat borcun tutulması hissəsində rədd edilməsi, ilk iddia üzrə iddiaçı Yaşıl Ranço MMC tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli 2-2(102)-130/2023 saylı Azərbaycan Respublaiksı Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-1001/2002 saylı qətnaməsi ilkin iddianın təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissədə qismən ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, ilkin iddia tələbinin 2968,40 manat borcun silinməsi hissəsində təmin edilməməsi, qarşılıqlı iddianın 2968,40 manat borcun tutulması hissəsində təmin edilməsi, ilkin iddia üzrə iddiaçı Yaşıl Ranço MMC-dən ilkin iddia üzrə cavabdeh Azəriqaz İB-nin xeyrinə 2968,40 manat məbləğində borcun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7200 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus torpaq sahəsində olan istixana üçün quraşdırılmış İtron G-1600 TRZ EK-220 markalı, ********** nömrəli turbin tipli qaz sayğacı qaz tənzimləyicisindən əvvəl quraşdırılmışdır. “qaz təchizatı. Layihələndirmə normaları.” 2.13-1 AzDTN-nin 7.14 bəndinin tələblərinə əsasən qaz tənzimləyicisi qaz sayğacından əvvəl quraşdırılmışdır. “İtron, TZ/FLUXİ turbin qaz sayğacı. Quraşdırma və istismar təlimatı”nda göstərilən tələbləri nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacın sonradan xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər. Tədqiqatın dəyəri 102 manat müəyyən edilir. xx.xx.2019-cu il tarixli X4 Cavabdeh İB-nin baş direktorun əsaslı tikinti üzrə müavininə ünvalandığı əridən görünür ki, ünvan 1i ünvanında yerləşən "xxxx" MMC-nin qazlaşdırılması üçün Layihə-Konstruktor Bürosu tərəfindən hazırlanmış layihə sənədlərinə uyğun olaraq Layihədə dəyişiklik edilməsinə göstərişin verilməsi xahiş edilmişdir. Həmçinin ərizədə tənzimləyicilərin və digər qaz avadanlaqların ölçü cihazından sonraya köçürülməsi üçün LSS-də müvafiq dəyişiklik edilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin adına tərtib edilmiş abonent saldosunun sərfin məbləği qrafasından görünür ki, 2022-ci il üçün abonentə 334867,28 manat məbləğində borc hesablanmışdır. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC 220 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatının hesabına 400 manat ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin istixana kompleksinə gedən qaz xəttində 2019-cu ildə müəyyən dəyişikliklər edilmiş, tənzimləyicilər və digər qaz avadanlaqları ölçü cihazından (sayğac) sonraya köçürülmüş, əsas kimi X4 razılıq ərizəsi olmuş, halbuki ərizədə də, qeyd edildiyi kimi həmin dəyişiklik məhz "xxxx" MMC-nin istixana kompleksinə gedən qaz xəttinin üzərindən aparılsa da, cəmiyyətdən heç bir razılıq alınmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə bağlı alınmış xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7200 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-yə məxsus torpaq sahəsində olan istixana üçün quraşdırılmış İtron G-1600 TRZ EK-220 markalı, ********** nömrəli turbin tipli qaz sayğacı qaz tənzimləyicisindən əvvəl quraşdırılmışdır. “Qaz təchizatı. Layihələndirmə normaları.” 2.13-1 AzDTN-nin 7.14 bəndinin tələblərinə əsasən qaz tənzimləyicisi qaz sayğacından əvvəl quraşdırılmışdır. “İtron, TZ/FLUXİ turbin qaz sayğacı. Quraşdırma və istismar təlimatı”nda göstərilən tələbləri nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacın sonradan xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər. Göründüyü kimi Cavabdeh İB-i 2019-cu ildə qazın istehlakçısı olan "xxxx" MMC-dən razılıq almadan "xxxx" MMC-nin istixana kompleksinə gedən qaz xəttində tənzimləyicini sayğacdan sonraya köçürmüş, bu isə ekspert rəyində qeyd edilən kimi, qazın sərfiyyatının düzgün hesablanmamasına gətirik çıxarmışdır. Nəticədə "xxxx" MMC ilk dəfə 2021-ci ildə borcun silinməsi və sayğacın dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə xx.xx.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli İtron qaz sayğacının yenisi ilə dəyişdirilməsi qət edilsə də, cavabdeh tərəfindən sayğacın yenisi ilə əvəz edilməsi barədə məhkəməyə sübut təqdim edilməmiş, bu isə o deməkdir ki, dəyişdirilməsi nəzərdə tutulan sayğacda 2022 və 2023-cü illərdə qazın sərfiyyatının düzgün hesabladığı şübhə doğurur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin yekun məhkəmə aktlarına əsasən "xxxx" MMC-yə hesablanmış 296873 manat məbləğində borc silinmişdir. "xxxx" MMC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2022 və 2023-cü illərdə artıq hesablanmış 328374,80 manat borcun silinməsini xahiş etmiş və borcun yaranmasının səbəbləri kimi 2019-cu ildə tənzimləyicinin iddiaçının icazəsi olmadan qaz sayğacından sonra quraşdırılması, həmçinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1530/2021 nömrəli Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin icra edilməməsi nəticəsində qaz sayğacın dəyişdirilməməsi qeyd edilmişdir. Məhkəməyə təqdim edilən "xxxx" MMC-nin abonent saldosu üzrə təhlil aparılarkən müəyyən edilmişdir ki, sayğacın elektron göstəricilərinə əsasən 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi abonentə ******* m3 (13449***-*******4) qaz sərfiyyatı hesablanmış, həmin dövr üçün mexaniki göstəricilərə əsasən 584915 m3 (4525***-*******) qaz sərfiyyatı, yəni göstəricilərin arasında təxminən 3,6 dəfə fərq vardır, bu isə bir daha təsdiq edir ki, elektron göstəricilərə əsasən qazın sərfiyyatının həddən artıq çox yazılması, qaz sayğacının dəyişdirilməməsi (2(113)-1530/2021 nömrəli Bakı Kommesiya Məhkəməsinin qətnaməsi) və tənzimləyicinin yerinin abonentin icazəsi olmadan dəyişdirilməsi (ekspert rəyində qeyd edilmişdir ki, qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər) səbəbindən baş vermişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, borc Cavabdeh İB-nin hesabladığı qüsurlu olan elektron göstəricilərə əsasən deyil, mexaniki göstəricilərə əsasən hesablanmalıdır. Belə ki, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi mexaniki göstəricilərə görə sərf edilmiş 584915 m3 qazın dəyəri 128681,30 (584915 x 0,22) manat təşkil edir, bu isə elektron göstəricilərə görə sərf edilmiş qazın 459735,98 (2089709 x 0,22) manat dəyərindən 331054,68 manat azdır, yəni "xxxx" MMC-yə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi 331054,68 manat artıq borc hesablanmış, lakin "xxxx" MMC həmin vəsaitdən az 328374,80 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Göründüyü kimi, məhkəmə gedişatında müəyyən edilmişdir ki, "xxxx" MMC-yə 2022ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına kimi 331054,68 manat artıq borc hesablanmış, "xxxx" MMC isə məhz 328374,80 manat məbləğində borcun silinməsini tələb etdiyinə görə tələb iddia həcmi həddində, yəni "xxxx" MMC-nın 328374,80 manat məbləğində borcu silinməlidir. Bununla yanaşı tənzimləyicinin yeri abonentin icazəsi olmadan dəyişdirildiyinə görə tələb həmin hissədə, həmçinin dövlət rüsumu tələbi təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin (abonent kodu 26**********000) istixana sahəsində qaz sayğacından sonra quraşdırılmış tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması vəzifəsi Cavabdeh İB-nə həvalə edilməli, həmçinin "xxxx" MMC-yə hesablanmış 328374,80 manat borc silinməli, eləcə də, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 620 manat məbləğində vəsait Cavabdeh İB-ən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərci olan 102 manat məbləğində vəsait Cavabdeh İB-ən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin (abonent kodu 26**********000) istixana sahəsində qaz sayğacından sonra quraşdırılmış tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması vəzifəsi Cavabdeh İB-nə həvalə edilsin, həmçinin "xxxx" MMC-yə hesablanmış 328374,80 manat məbləğində borc silinsin, eləcə də, mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 620 manat məbləğində vəsait Cavabdeh İB-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Məhkəmə xərci olan 102 manat məbləğində vəsait Cavabdeh İB-ən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar