Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1420/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: artıq ödənilmiş vəsaitin geri qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”Xani MMC” tərəfindən Azərişıq ASCyə enerji sərfiyyatına görə artıq ödənilmiş 58603 manat və əldən çıxmış fayda olaraq 2930 manat 15 qəpik, məhkəməyə ödənilmiş 275 (iki yüz yetmiş beş) manat olmaqla, cəmi 61798,15 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Sumqayıt Vergilər Baş idarəsi tərəfindən qeydiyyata alınmış, nizamnaməyə əsasən qanunvericiliklə qadağan olunmayan bütün kommersiya fəaliyyəti növləri, o cümlədən xüsusi icazə alınmasını tələb edən bütün kommersiya fəaliyyət növləri ilə yalnız müvafiq icazəni aldıqdan sonra məşğul ola bilər. Vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən İddiaçı MMC-nin əsas fəaliyyət növü “Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların, plastik kisə, çanta, qutu, yeşik çamadan, böyük balon butulkaların istehsalı (kod 2222001), əlavə fəaliyyət növü kağız paketlərin istehsalı, yəni istehsal sahəsidir. 2017-ci ildən İddiaçı MMC-nin elektrik enerjisi ilə təmin olunması üçün cavabdeh "xxxx" ASC-nin Sumqayıt satış təhcizat idarəsi ilə birtipli müqavilələr bağlanmış və İddiaçı MMC tərəfindən istehsalat sahəsi kimi qeyri-əhali qrupuna daxil olmaqla respublika tarif şurasının müəyyən etdiyi qaydada 2021-ci ilin dekabrın 1-ə qədər 1 kv.s - 9 qəpik olmaqla, enerji sərfiyyatına görə ödənişlər vaxtında ödənilmişdir. Respublika Tarif Şurasının xx.xx.2016-cı il qərarına görə elektrik enerjisinin sərfiyyatı üçün 1 kv.s. görə qeyri-əhali qrupu üzrə istehsal sahələri üçün 9 qəpik, xx.xx.2021-ci ildən isə 10 qəpik müəyyən edilmişdir. Lakin 2021-ci ilin dekabr ayından başlayaraq cavabdeh iddiaçının xəbəri olmadan İddiaçı MMC enerji sərfiyyatına görə faktura qaimələrində ticarət və xidmət sahəsi kimi qeyd olunmuş və enerji sərfiyyatına görə 1 kv.s.enerji qiyməti 11 qəpikdən hesablanmışdır. Dəfələrlə bu barədə məsələ qaldırılsa da, "xxxx" ASC-nin cavabdeh strukturları buna məhəl qoymayaraq enerjinin qiymətini dəyişməmiş, tarif şurasının müəyyən etdiyi qiymətləri özlərinə sərf edən formada tətbiq etmişlər. Yalnız 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi İdarəsinin müəssisənin vergi uçot məlumatlarında əsas fəaliyyət növü barədə rəsmi məktub təqdim etdikdən sonra və uzun davam edən mübahisələrdən sonra cavabdeh "xxxx" ASC-nin Sumqayıt reqional təhcizat və satış idarəsi istifadə edilən enerjinin qiymətlərini respublika tarif şurasının müəyyən etdiyi qaydada 10 qəpikdən hesablanmasına razılıq verdi və özünün kompüter bazasında dəyişiklik etdi. 2021-ci ilin dekabr - 2023-cü il sentyabr ayları ərzində İddiaçı MMC tərəfindən enerji sərfiyyatına görə "xxxx" ASC-yə 58603 manat artıq pul ödənilmişdir ki, bu da müəssisəyə xeyli miqdarda maddi ziyan vurmaq deməkdir. "xxxx" ASC-nin Sumqayıt Reqional Enerji Təhcizatı və Satışı idarəsinə həmin məbləğin qaytarılması və ya gələcəkdə istifadə olunan enerjiyə görə silinməsi xahiş edilsə də, cavabdeh cavab məktubunda regional idarənin kompüter bazasında müəssisənin tarif növünün dəyişdirilməsini qeyd edərək, artıq ödənilən vəsaitin geri qaytarılmasını təmin etməmişdir. Cavabdehlə bağlanmış 2021, 2022, 2023-cü il elektrik enerjisinin alqı-satqı müqavilələrinin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablamalar tarif şurasının istehlakçılar qrupu üçün müəyyən edilmiş tarif üzrə aparılır. Lakin cavabdeh özünün imzaladığı müqavilə üzrə vəzifələrini kobud şəkildə pozaraq İddiaçı MMC-yə ziyan vurmaqla nəticələnən qanunsuz hərəkətlərə yol vermişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “elektrik enerjisindən istifadə qaydaları”na, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 445.7, 1092, 1096, 1097.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İcarəyə verən qismində "xxxx" ASC ilə icarəçi qismində İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır.Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1470,5 m2 əmlak kompleksi kimi müəssisə xx.xx.2029cu il tarixədək Sumqayıt Avtomatservis” ASC tərəfindən İddiaçı MMC-yə icarəyə verilmişdir.
9. "xxxx" ASC ilə "xxxx" ASC arasında enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2020-ci tarixli 077609 saylı müqavilə bağlanmışdır.
10. "xxxx" ASC ilə "xxxx" ASC arasında enerjitəchizatı müəssisəsi ilə dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqısatqısı barədə xx.xx.2021-ci tarixli 028751 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda, onların əmsalı nəzərə alınmaqla). Abonentin baş transformatoru enerjitǝchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1.05 yüksəldici ǝmsala vurulmalıdır. Bu halda balans mənsubiyyəti sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə kVts (hesablaşma dövrü üçün) müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda. hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə 0,09 kVts (hesablaşma dövrü üçün) müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır).
11. "xxxx" ASC ilə İddiaçı MMC arasında enerjitəchizatı müəssisəsi ilə dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqısatqısı barədə xx.xx.2022-ci tarixli 188217 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kvts aktiv elektrik enerjisi 0,11 manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir.
12. "xxxx" ASC ilə İddiaçı MMC arasında enerjitəchizatı müəssisəsi ilə dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqısatqısı barədə xx.xx.2023-cü tarixli 088551 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kvts aktiv elektrik enerjisi 0,11 manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir.
13. Cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri aralığında 22 elektron qaimə göndərilmiş, həmin qaimələr məhkəməyə təqdim edilmişdir. Qaimələrdə üzrə tarif 11 qəpikdən götürülmüşdür. Həmin qaimələr üzrə ödənişlərin edilməsi iş materialları ilə öz təsdiqini tapır.
14. Məhkəməyə qaimələr üzrə edilən ödənişlərlə bağlı ödəniş tapşırıqları təqdim edilmişdir.
15. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı MMC-nin əsas fəaliyyət növü əmtəələrin qablaşdırılması üçün plastik məmulatların: plastik kisə, çanta, qutu, yeşik, çamadan, böyük balon və butulkaların istehsalı, əlavə fəaliyyət növü kağız paketlərin istehsalıdır.
16. "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “Xani“ MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 50-01/381 nömrəli məktubda qeyd edilmişdir ki, “Xani“ MMC-nin nizamnaməsi və 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş məktub əsas götürülərək regional idarənin kompüter bazasında müəssisənin tarif növü dəyişdirilmişdir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı "xxxx" ASC -nin rəhbərliyinə müraciət ünvanlanmışdır.
17. “Xani“ MMC-nin abunə haqqında məlumatından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-xü il tarixədək 1 kvts elektrik enerjisinin dəyəri 0,11 manat hesablanmışdır.
18. İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri aralığında 22 elektron qaimə göndərilmişdir. Qaimələr məhkəməyə təqdim olunmuşdur. Həmçinin həmin qaimələr üzrə ödəniş sənədləri də təqdim olunmuşdur. Arayışda 2021-2023-cü illər ərzində yanlış tarif tətbiq olunması səbəbi ilə ümumi 58604,16 manat məbləğində artıq ödənişin edildiyi qeyd olunur.
19. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü pretenziya məktubu göndərilərək, artıq ödənilmiş pul məbləğinin qaytarılması xahiş olunmuşdur.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. “ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın: 8.6-cı bəndinə əsasən istehlakçının eyni, yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə elektrik enerjisinə görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. 8.7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. 8.11-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir.
22. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisinin ölkədaxili tariflərinə əsasən “ticarət və xidmət” sahələri üzrə tarif 11 (ƏDV ilə, manat/min m3), digərləri üzrə isə 10 (ƏDV ilə, manat/min m3) qəoik olaraq müəyyən edilmişdir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
24. İddia tələbinin bir hissəsini ”Xani MMC” tərəfindən Azərişıq ASC-yə enerji sərfiyyatına görə artıq ödənilmiş 58603 manat məbləğində pulun tutulmasından ibarətdir.
25. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır.
26. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Sumqayıt Vergilər Baş idarəsi tərəfindən qeydiyyata alınmışdır. Vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən İddiaçı MMC-nin əsas fəaliyyət növü “Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların, plastik kisə, şanta, qutu, yeşik çamadan, böyük balon butulkaların istehsalı (kod 2222001), əlavə fəaliyyət növü kağız paketlərin istehsalı, yəni istehsal sahəsidir.
27. Həmçinin müəyyən olunur ki, icarəyə verən qismində "xxxx" ASC ilə icarəçi qismində İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1470,5 m2 əmlak kompleksi kimi müəssisə xx.xx.2029-cu il tarixədək Sumqayıt Avtomatservis” ASC tərəfindən İddiaçı MMC-yə icarəyə verilmişdir.
28. İddiaçı cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz olunmuş, bununla bağlı tərəflər arasında müvafiq müqavilə bağlanmışdər.
29. Respublika Tarif Şurasının xx.xx.2016-cı il qərarına görə elektrik enerjisinin sərfiyyatı üçün 1 kv.s. görə qeyri-əhali qrupu üzrə istehsal sahələri üçün 9 qəpik, xx.xx.2021-ci ildən isə 10 qəpik müəyyən edilmişdir. Lakin 2021-ci ilin dekabr ayından başlayaraq İddiaçı MMC aid enerji sərfiyyatına görə faktura qaimələrində ticarət və xidmət sahəsi kimi qeyd olunmuş və enerji sərfiyyatına görə 1 kv.s.enerji qiyməti 11 qəpikdən hesablanmışdır.
30. İddiaçı tariflə bağlı cavabdehə müraciətlər etmiş və 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi İdarəsinin müəssisənin vergi uçot məlumatlarında əsas fəaliyyət növü barədə rəsmi məktub təqdim etdikdən sonra cavabdeh "xxxx" ASC-nin Sumqayıt reqional təhcizat və satış idarəsi istifadə edilən enerjinin qiymətlərini respublika tarif şurasının müəyyən etdiyi qaydada 10 qəpikdən hesablanmasına razılıq vermiş və özünün kompüter bazasında dəyişiklik etmişdir. Həmçinin "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən “Xani“ MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 50-01/381 nömrəli məktubda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı "xxxx" ASC -nin rəhbərliyinə müraciət ünvanlanmışdır.
31. 2021-ci ilin dekabr - 2023-cü il sentyabr ayları ərzində İddiaçı MMC tərəfindən enerji sərfiyyatına görə "xxxx" ASC-yə 58603 manat artıq pul ödənilmişdir.
32. Cavabdehlə bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablamalar tarif şurasının istehlakçılar qrupu üçün müəyyən edilmiş tarif üzrə aparılır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozularaq İddiaçı MMC-yə münasibətdə hesablamalar müəyyən edilmiş tarif üzrə aparılmamışdır.
33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia "xxxx" Açıq Səhmdar Cəmiyyətindən elektrik enerjisi sərfiyyatına görə artıq ödənilmiş 58603 (əlli səkkiz min altı yüz üç) manat pul vəsaitinin tutulması hissəsində təmin edilməli və həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri aralığında 22 elektron qaimə göndərilmiş, həmin qaimələr üzrə tarif 11 qəpikdən götürülmüşdür. Həmin qaimələr üzrə ödənişlərin edilməsi iş materialları ilə öz təsdiqini tapır. Qaimələr üzrə ödənilən məbləğ 644645,76 manat, ödənilməli məbləğ 586041,6 manat, tariflə bağlı fərq 58604,16 manat olmuşdur.
34. İddiaçı həmçinin əldən çıxmış fayda olaraq 2930,15 manat pulun cavabdehdən tutulmasını xahiş etmiş, lakin əldən çıxmış faydanın nədə ifadə olunması, həmin məbləği təşkil etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdum etməmişdir. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır.
35. İddiaçı ödənilmiş 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
36. Məhkəmə belə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 261,50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı qalan hissədə isə özünə aid edilməlidir.
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən elektrik enerjisi sərfiyyatına görə artıq ödənilmiş 58603 (əlli səkkiz min altı yüz üç) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 261,50 manat (iki yüz altmış bir manat əlli qəpik) olmaqla, cəmi 58864,50 manat (əlli səkkiz min səkkiz yüz altmış dörd manat əlli qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova