Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-169/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X3 katibliyi ilə, İlkin iddia üzrə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 və Vəkil2, İlkin iddia üzrə və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdehin nümayəndəsi Nümayəndə1, İlkin iddia üzrə və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyasının Cavabdeh MMC-yə qarşı icarə obyektinin boşaldılması, tikilmiş əlavə tikili və qurğuların cavabdehin hesabına sökülməsi, dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı icarə obyektinin boşaldılması, cavabdehin işçiləri ilə birlikdə icarə sahəsindən çıxarılması və icarə sahəsində quraşdırılmış avadanlıqların, eləcə də tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyası Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin icarə obyektini boşaltması, cavabdeh tərəfindən tikilmiş (qurulmuş) əlavə tikili və qurğuların cavabdehin hesabına sökülməsi, iddia tələbi üzrə məhkəmə qətnaməsi icra edilənə kimi cavabdeh tərəfindən icarə obyektindən istifadə müddəti üzrə dəymiş ziyan məbləğinin (aylıq icarə haqqı məbləğində) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 2021-ci il tarixdə cavabdehlə "xxxx" Sanatoriyası arasında 02 saylı icarə müqaviləsi 1 il müddətinə bağlanmış və ümumi sahəsi qış aylarında 384,59 kv.metr, yay aylarında 546,49 kv.metr olan qeyri-yaşayış sahəsi cavabdehə 01 yanvar 2022-ci il tarixə kimi icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra sanatoriya tərəfindən icarə müqaviləsinə xitam vermək və icarə obyektini boşaltmaq barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlarına baxmayaraq tərəflərindən icarə obyekti boşaldılmamışdır. Belə ki, 10 fevral 2022-ci il tarixli 16/2 saylı, 27 aprel 2022ci il 35/2 saylı və 21 oktyabr 2021-ci il tarixdə 98/2 saylı məktublarla yazılı qaydada cavabdehə müraciətlər edilmiş, müraciətləri cavabsız qalmışdır. Halbuki müraciətlərində, məcburi köçkünlər sanatoriyanın digər korpusunu boşaltdıqdan sonra sanatoriyada təmir və yenidənqurma işlərinə başlanılmalı olması, lakin iaşə obyektlərinə gələnlərin maşın səsi, səs-küyləri sanatoriyaya gələnlərin istirahət və müalicəsinə mane olmasını, eləcə də, müqavilə müddətinin bitməsini nəzərə alaraq icarə münasibətlərinə xitam verilməsini xahiş etmişlər. Cavabdehə müqaviləyə xitam vermək barədə bildirişləri müqavilə müddəti bitdikdən 1 ay əvvəl və dəfələrlə sonradan da yazılı qaydada bildirmişlər. Daha sonra mediasiya təklifi, mediasiya prosesi gedişində mülkiyyətlərində olan icarə obyektini, eləcə də icarəyə verdikləri icarə torpağının boşaldılması, cavabdehlərin əlavə tikdikləri tikililərin öz hesablarına sökülməsi, habelə dəymiş ziyan məbləği olaraq xx.xx.2022-ci ildən məhkəmə qətnaməsi icra edilənədək hər ay icarə obyektindən qanunsuz istifadə nəticəsində dəymiş ziyan məbləğinin ödənilməsini tələb etmişlər. Cavabdeh MMC iddiaya qarşı etiraz təqdim edərək iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" sanatoriyasının iddia tələbinin rədd olunmasını xahiş etmiş və etirazında qeyd etmişdir ki, Qanuni nümayəndə X11 Cəmiyyətini 2020-ci ildə təsis etmiş və xx.xx.2020-ci ildə Cəmiyyət dövlət qeydiyyatına alınmışdır. Cavabdeh qanuni təmsilçisi və direktoru Qanuni nümayəndədır. Mərhum həyat yoldaşı X15 2003-cü ildən ünvan 1 ünvanında səyyari ticarət xidmətlərin aparılması ilə məşğul olmuşdur. xx.xx.2007-ci ildə Bibiheybət bələdiyyəsi ilə mərhum həyat yoldaşı X15 arasında X2 ticarət xidmətlərin aparılması ilə məşğul olduğu Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi 45 ünvanında dənizin kənarında yerləşən 360 kv.m. torpaq sahəsi barəsində torpaq icarəsi müqaviləsi bağlanılmışdır, müqavilənin müddəti 10 il müəyyən edilmışdır. Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ticarət və Xidmət Departamenti X7 icarəyə götürdüyü Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi 45 ünvanında dənizin kənarında yerləşən 360 kvm torpaq sahəsində tikərək yaratdığı Bül-Bül kafesinin qarşısındakı 100 kv.m. torpaq sahəsində ictimai iaşə xidmətinin aparılmasına 01 iyun 2008-ci ildə icazə vermişdir. İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Kurort Qapalı Səhmdar Cəmiyyətinin Şıx Sanatoriyası cavabdehlər Bibiheybət bələdiyyəsinə və X9 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz inşa edilmış tikilinin sökülməsi və sahənin boşaldılması barədə 2009-cu ildə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində iddia qaldırmışdır. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli 2-(81) 1436/2009 saylı qətnaməsi ilə iddia təmin edilmış, cavabdehlər Bibiheybət bələdiyyəsi ilə X15 arasında bağlanılmış xx.xx.2007- ci il tarixlı müqaviləsinin etibarsız hesab edilməsi, X15 tərəfindən inşa olunmuş tikilinin sökülməsi və sahənin boşaldılması qət edilmışdır. Həmin ərəfədə X15 vəfat etdiyindən onun hüquqi varisi Qanuni nümayəndə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli 2- (81)-1436/2009-saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə vermişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərardadı ilə şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilməmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərardadından Bakı Apellyasiya Məhkəməsinə şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli qərardadından Qanuni nümayəndə tərəfindən kassasiya şikayəti verildikdən sonra iddiaçı tərəfin nümayəndələri onunla danışaraq müəyyən təkliflər etdilər, bu təklifləri qəbul edəcəyi təqdirdə onunla qeyrimüəyyən müddət müəyyən edilməklə hər il icarə müqaviləsi bağlanacağını və fəaliyyətini davam etdirəcəyini bildirdilər. İddiaçı tərəflə aralarında 20 dekabr 2010-cu ildə barışıq sazişi bağlanıldı. Həmin barışıq sazişinə əsasən Bibiheybət bələdiyyəsi ilə X15 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş, hüquqi varisi olduğu mərhum həyat yoldaşı X7 şəxsi vəsaiti hesabına inşa etdirdiyi, sahibliklərində olan, tərəfindən işlədilən təxminən 250 kv.m.-ə yaxın sahəsi olan bir mərtəbəli iaşə obyekti sökülmür, dəyəri ödənilmədən Şıx sanatoriyasının balansına verilir, şıx sanatoriyası iaşə obyektini dəyəri ödənilmədən sanatoriyanın balansına götürür. Tərəflər gələcəkdə birbirinə qarşı hazırki mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərdən imtina edirlər. Barışıq sazişi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi, Kurort QSC-nin nümayəndəsi, Şıx sanatoriyasının nümayəndəsi, Bibiheybət bələdiyyəsinin nümayəndəsi və Qanuni nümayəndə tərəfindən imzalandı. Bundan sonra o ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-ya müraciət edərək iddiaçılarla barışdığını və Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli qərardadından verdiyi kassasiya şikayətini geri götürdüyünü və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2010-cu il tarixli 2-1-529/2010 saylı qərarı ilə kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verildi. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərardadı ilə iddiaçı tərəflə aralarında bağlanılmış 20 dekabır 2010cu il tarixli barışıq sazişi təsdiq edilmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2012-ci il tarixli 8-(81)-726/2011 saylı qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli 2-(81)-1436/2009 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2009-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. 01 iyun 2012-ci ildə Şıx sanatoriyasının nümayəndələri ilə aralarında akt imzalandı və 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2012-ci il tarixli 8-(81)-726/2011 saylı qərardadının nəticəsi olaraq sanatoriyanın istifadəsində olan torpaq sahəsində inşa etdikləri 279 kv.m sahəsi olan iaşə obyekti onlara təhvil verildi, həmin iaşə obyektinin qarşısında Şıx sanatoriyasının istifadəsində olan torpaq sahəsində tərəflərindən metal konstruksiyadan quraşdırılmış iaşə sahələri isə onların sahibliyində qaldı. xx.xx.2012-ci ildə Şıx sanatoriyasının rəhbərliyi ilə Qanuni nümayəndə arasında icarə müqaviləsi bağlanıldı və tərtib olunmuş akta əsasən Şıx sanatoriyasına təhvil verdikləri, 279 kv.m sahəsi olan qeyriyaşayış sahəsi onlara icarəyə verildi, icarə müqaviləsində müqavilənin vaxtı bir il, aylıq icarə haqqı isə qış ayları üçün 150 manat, qalan aylar üçün isə 200 manat göstərildi, o müqavilədə göstərilən müddətə etiraz etdikdə isə ona bildirdilər ki, müqavilə qeyri-müəyyən müddətə hər il yenilənəcəkdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Kurort QSC onların onlara təhvil verdikləri qeyri-yaşayış sahəsinə 2012-ci ildə çıxarış alaraq mülkiyyət hüququ əldə etdilər, həmin çıxarışda da torpaq sahəsinin dövlətə məxsus olması və Kurort QSCnin istifadəsində olması göstərilir. 2005-ci ildən Xəzər dənizində suyun səviyyəsi enməyə başladığından dəniz geri çəkilməyə başlamış və Şıx sanatoriyasının istifadəsində olan torpaq sahəsi ilə dəniz arasında bataqlıq ərazi yaranmışdı, hələ mərhum həyat yoldaşı X1 Bakı şəhər İH-nin və Səbail RİH-nin razılığı ilə yanlarında fəaliyyət göstərən digər obyektlər kimi onlar da istifadələrində olan iaşə obyektinin qarşısında yaranmış həmin bataqlıq əraziyə qaya parçaları tökərək üstünə çınqıl və torpaq əlavə etdilər və həmin sahəni öz vəsaitləri hesabına tam olaraq abadlaşdırdılar, ərazidə fəaliyyət göstərən 10dan çox iaşə obyekləri kimi onlar da abadlaşdırdıqları həmin sahədə yaşıllaşdırma işləri apardılar, ağac, gül, kollar əkdilər və yüngül konstruksiyalı materiallardan iaşə köşkləri quraşdırdılar, dənizin kənarına kimi stul və stollar qoydular. Şıx sanatoriyasının istifadəsində olan torpaq sahəsi ilə Xəzər dəniz arasında dənizdə suyun səviyyəsi enməyə başladıqdan sonra yaranmış bataqlığın tərəflərindən qurudulması, abadlıq işlərinin aparıldığı, gül və yaşıl kolların əkildiyi, yüngül kosturuksiyalı materiallardan iaşə köşklərinin quraşdırıldığı ərazinin iddiaçının istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Tərəflərindən bu illər ərzində ərazidə apardıqları abadlaşdırma işləri, abadlaşdırdıqları ərazidə gördükləri işlər bilavasitə müvafiq icra hakimiyyəti orqanlarının və "xxxx" QSC-nin razılığı ilə öz vəsaitləri hesabına aparılmışdır və bu vaxta kimi bu işlərin görülməsinə hissə-hissə olmaqla bir milyon manatdan çox vəsait xərclənmişdir. 2022-ci ilə kimi "xxxx" QSC "xxxx" sanatoriyası ilə aralarında hər hansı problem yaşanmamışdır, aralarında bağlanılmış icarə müqaviləsi hər il yenilənmiş və tərəflərindən icarə müqaviləsinin şərtlərinə əməl edilmişdir. "xxxx" QSC "xxxx" sanatoriyası ilə aralarında sonuncu müqavilə 01 yanvar 2021-ci il tarixdə bağlanılmış, həmin icarə müqaviləsi onun təsisçisi və qanuni təmsilçisi olduğu Bül-Bül MMC ilə bağlanılmışdır, müqavilənin müddəti kimi əvvəlki illərdə olduğu kimi bir illik müddət göstərilmiş, icarə haqqı isə ilin yanvar, fevral, mart, oktyabr, noyabr, dekabr ayları üçün 400 manat, ilin qalan ayları üçün isə 900 manat müəyyən olunmuşdur. 06 sentyabr 2022-ci ildə X20 Cəmiyyəti tərəfindən onlara məktub ünvanlanmış və məktubda fəaliyyət göstərdikləri sahənin boşaldılması göstərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" sanatoriyası ilə aralarında icarə müqaviləsinin bağlanmasından imtina edilməsinin səbəbləri kimi məktubda göstərmişdir ki, “sanatoriyaya istirahətə və müalicəyə gələnlərin açıq havada, dəniz kənarında istirahətini, gəzintisini təşkil və təmin etmək üçün sanatoriyanın daimi istifadəsində olan torpaq sahəsində abadlaşdırma, yaşıllaşdırma işlərinin aparılması, həyətdə oturacaqlar, müxtəlif əyləncə yerləri təşkil etmək nəzərdə tutulmasıdır, iaşə obyektlərinin tüstüsü ekologiyanı çirkləndirir, ora gələn maşınların səsküyü müalicəyə gələnlərin haqlı narazılıqlarına səbəb olur, onların istirahətinə, gəzintisinə mane olur. Əslində isə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" sanatoriyasının icarə müqaviləsinin davam etdirilməsindən imtina edilməsi üçün göstərdiyi əsaslar tamamilə əsassızdır, belə ki, "xxxx" sanatoriyası X11 Cəmiyyətinin icarəsində və istifadəsində olan iaşə obyektindən 200-250 metr aralıda təpənin yuxarı hissəsindədir və iaşə obyektinin iyisinin, tüstüsünün sanatoriyaya tərəf getməsi mümkün deyildir və buna nəzarət edən orqan tərəfindən onlara heç bir etiraz bildirilməmişdir. İaşə obyektinə gələn avtomaşınlar sanatoriyanın daimi istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etmir, sanatoriyaya istirahətə və müalicəyə gələnlərin açıq havada, dəniz kənarında gəzintisinə sanatoriyanın həyətində oturacaqların qurulması, abadlıq işlərinin aparılmasına, əyləncə yerlərinin təşkil edilməsinə iaşə obyekti tərəfindən heç bir maneə yaradılmamış, tam əksinə X11 Cəmiyyəti icarəsində və istifadəsində olan ərazini tam olaraq abadlaşırmış, yaşıllaşdırmış və onlarla stol-stullar qoyulmuşdur. Şıx Sanatoriyası onun köməksiz vəziyyətindən istifadə edərək, bir milyon manatdan çox vəsait qoyaraq yaratdığı, on ildən çoxdur ki, sahibliyində, istifadəndə olan iaşə obyektini əlindən almaq istəyir və onunla icarə müqaviləsi bağlamır.İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyası eyni tələblərlə bağlı 2009-cu ildə onlara qarşı iddia qaldırmış və razılaşdıqları müəyyən şərtlər daxilində aralarında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilmiş, tərəflər bu mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərdən imtina etmişlər, indi yenidən iddiaçı iddia tələbinə qismən əlavələr etməklə eyni tələblərlə, eyni əsaslar üzrə yenidən məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə ərizəni qəbul etməkdən imtina edilməsi barədə qərardad çıxarır. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC Cavabdeh MMC-yə qarşı restoran kimi fəaliyyət göstərən Cavabdeh icarə obyektini işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və icarə obyektindən çıxarılması, iddiaçı tərəf olaraq istifadələrində və sərəncamlarında olan icarə obyektinə köçürülmələri, iddia tələbi üzrə məhkəmə qətnaməsi icra edilənə kimi cavabdeh tərəfindən icarə obyektindən istifadə müddəti üzrə aylıq icarə haqlarının toplam olaraq cavabdehdən tutularaq xeyrlərinə ödənilməsi barədə iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasını onunla əsaslandırmışdır ki, 01 yanvar 2021-ci il tarixdə cavabdehlə "xxxx" Sanatoriyası arasında 02 saylı icarə müqaviləsi 1 il müddətinə bağlanmış və mülkiyyətlərində olan ümumi sahəsi qış aylarında 384,59 kv.metr, yay aylarında 546,49 kv.metr olan qeyri-yaşayış sahəsi cavabdehə 01 yanvar 2022-ci il tarixə kimi icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra sanatoriya tərəfindən icarə müqaviləsinə xitam vermək və icarə obyektini boşaltmaq barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlarına baxmayaraq cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır. Halbuki, müraciətlərində, məcburi köçkünlər sanatoriyanın digər korpusunu boşaltdıqdan sonra sanatoriyada təmir və yenidənqurma işlərinə başlanılmalı olması, lakin iaşə obyektlərinə gələnlərin maşın səsi, səs-küyləri sanatoriyaya gələnlərin istirahət və müalicəsinə mane olmasını, eləcə də, müqavilə müddətinin bitməsini nəzərə alaraq icarə münasibətlərinə xitam verilməsini xahiş etmişlər. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarı ilə icarə obyekti "xxxx" Sanatoriyasına idarəçiliyə verilmişdir. Həmçinin bildirirlər ki "xxxx" sanatoriyası tərəfindən mübahisə predmeti olan icarə sahəsi üzrə 01 yanvar 2021-ci il tarixli 02 saylı icarə müqaviləsi bağlanarkən mülkiyyətçi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti razılıq vermişdir. Hazırda cavabdeh iddia edir ki, mülkiyyətlərində olan icarə sahəsində yeni tikililər onun tərəfindən inşa edilmişdir, lakin bununla bağlı olaraq hazırda qüvvədə olma müddəti bitmiş icarə müqaviləsinin digər tərəfi olan "xxxx" sanatoriyasına və mülkiyyətçi kimi onlara hər hansı bir məlumat verilməmiş və razılıq heç birilərindən alınmamışdır. Müqavilə müddəti bitdikdən sonra sanatoriya tərəfindən icarə müqaviləsinə xitam vermək və icarə obyektini boşaltmaq barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlarına baxmayaraq cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır. xx.xx.2023-cü il tarixdə ilkin iddiaçı "xxxx" sanatoriyası ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, restoran kimi fəaliyyət göstərən Cavabdeh rəhbərliyi və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyriyaşayış binasının və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küəsi 62 F ünvanda (əvvəlki ünvan Namiq Quliyev 45) yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" SC tərəfindən Şıx sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadələrində və sərəncamlarında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpaqlarına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək restoran kimi fəaliyyət göstərən Cavabdeh rəhbərliyi və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyri-yaşayış binasının və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSCnin mülkiyyətində olan ünvan 4 ünvanda (əvvəlki ünvan Namiq Quliyev 45) yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" SC tərəfindən "xxxx" sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq mülkiyyətlərində olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və istifadələrində olan torpaqlarına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddia ərizəsində və eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsində və hər iki iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrdə göstərilənlərə uyğun izahat verərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən iddia tələblərini müdafiə etdi və ilkin iddianın və eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Vəkil1 həmçinin izahatında bildirmişdir ki, 2iqt(81)1436/2011 saylı qərardadın qərara aldı hissəsinin 4-cü bəndində “Tərəflər gələcəkdə bir-birinə qarşı hazırki mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərdən imtina edirlər” kimi qeyd edilmişdir. Burada söhbət Bibiheybət bələdiyyəsi ilə X15 arasında bağlanan icarə müqaviləsindən, qanunsuz tiklmiş tikintidən gedir. Hazırda irəli sürdükləri iddia tələbinin predmeti qış aylarında 384,59 kv.metr, yay aylarında 546,49 kv.metr olan qeyri-yaşayış sahəsidir. Barışıq sazişində qeyd olunan sahənin hazırki iddiaya aidiyyatı yoxdur. Eyni zamanda xx.xx.2003-cü il tarixli sərəncamı nəzərə çatıdırmaq istəyir. Həmin sərəncamda “Xəzər dənizi (gölü) sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasının təmin edilməsi..” qeyd edilmişdir. Hazırki mübahisə 2021-ci ildə bağlanmış icarə müqaviləsi ilə bağlıdır. Cavabdehin vəkili etiraz ərizəsi təqdim edib və etirazda tərəflər arasında icarə müqaviləsində irəli gələn münasibətlər olduğunu etiraf edib. Vəkil1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, icarə münasibətləri 2010-cu ildə başlayaraq 2021-ci ilədək davam edib. Hazırda icarə müqaviləsi qüvvədə deyil. Müqavilənin uzadılması ilə bağlı tərəflər arasında razılıq əldə edilməyib. Barışıq sazişi bağlandıqdan sonra tərəflərindən tikililər inşa edilib. İcarə müqaviləsinin predmeti torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsidir. Mübahisəli torpaq sahəsinin üzərində 736 kv.m qeyri-yaşayış sahəsi var. 736 kv.m daxil olan bütün tikili və qurğuların sökülməsini tələb edirlər. Əlavə quraşdırılmış tikililər həm kənarda həm 736 kv.m daxil olan sahədə var. Onlar bütün qurğuların sökülməsini tələb edirlər. İlkin iddia üzrə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddia ərizəsində və eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsində və hər iki iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrdə göstərilənlərə uyğun izahat verərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən iddia tələblərini müdafiə etdi və ilkin iddianın və eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələblərini qəbul etmədiklərini, Cavabdeh MMC-nin iddiaya qarşı verdiyi etirazında göstərilənlərə uyğun izahat verərək, ilkin iddianın və eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinin tələbləri də nəzərə alınmaqla rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə1 həmçinin izahatında bildirmişdir ki, iddia tələbi ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. 2010-cu ildən 2021-ci ilədək hər il bağlanan icarə müqavilələrindəki torpaq sahələri fərqlidir. Xahiş edir bununla bağlı sübutlar məhkəməyə təqdim edilsin. xx.xx.2003-cü il tarixli sərəncam icarə haqqı tələb edilən zaman da cavabdeh tərəfindən nəzərə alınmalı idi. Məhkəmə fərqli illərdə bağlanmış icarə müqavilələrindəki əmlakın sahələrinin fərqli olmasına diqqət yetirsin. Qeyd olunanlardan belə başa düşmək olar ki, iddiaçı ona dövlət tərəfindən istifadəyə verilmiş əmlakı icarəyə verib. Eyni zamanda qeyd etmək istəyir ki, həmin ərazidə 36.9 kv.m sahə Bakı şəhəri İcra Hakimiyyətinin 881 nömrəli sərəncamı ilə Bibiheybət qəsəbə Bələdiyyəsinə verilib. Məhkəməyə təqdim edilən çıxarışda əmlakın sahəsi 234 kv.m-di, belə olan halda necə 736 kv.m sahə icarəyə verilə bilər?. Onlar 736 kv.m sahədən istifadə etmirlər, cavabdeh başqa ərazidən istifadə edir. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onların istifadə etdikləri sahənin hazırki iddiaya aidiyyatı yoxdur. İstifadə etdikləri ərazinin Bibiheybət qəsəbə Bələdiyyəsinə aidiyyatı var. Bu barədə sənəd təqdim etmək kimi vəzifələri yoxdur. İstifadə etdikləri sahənin iddiaçıya aidiyyatı yoxdur. Bu məsələ ilə bağlı barışıq sazişi imzalanıb. İlkin iddia üzrə və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə Cavabdeh MMC-nin iddiaya qarşı verdiyi etirazında göstərilənlərə uyğun izahat verərək, ilkin iddianın və eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qanuni nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, iaşə obyektinin "xxxx" sanatoriyasının balansına verilməsi barədə müddəa olduğu halda barışıq sazişini imzalamağının səbəbi ondan ibarətdir ki, qarşı tərəf onu aldatdı. Ona bildirdilər ki, icarə müqaviləsi hər il yenilənəcək. İcarə haqqını ödəyirdilər, çünki ona söz vermişdilər ki, heç vaxt həmin ərazidən çıxarılmayacaq. İcarə müqaviləsinin mövcudluğu qarşı tərəfin onu aldatması faktını təkzib etmir. Barışıq sazişini mübahisələndirməyi üçün əsaslar ona indi məlum olur. Qarşı tərəf özbaşına əmlaka texniki pasport əldə edib, bundan xəbərsiz idi. O iaşə obyektinin balaca bir hissəsini qarşı tərəfin balansına vermişdir, hazırda obyekti böyütmüşdür. Tikilinin inşa edilməsi üçün icazə və digər müraciətləri var. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: xx.xx.1984-cü il tarixli 4/212 nömrəli aktdan görünür ki, (akta əlavə olunmuş cizgidə əks etdirilən) 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsində yerləşən palçıq müalicəsi nəzdində müalicə-kurort çimərliyinin təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə sovetliyinin hüzurunda 1,67 ha sahə təriqi ilə ölçülüb, ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişanlar qoyulmuşdur. Bakı şəhər X13 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə barədə və torpaq sahəsinin ayrılması barədə xx.xx.1985-ci il tarixli qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkilinə icazə verilmişdir. Bakı şəhər zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsi Baş memarlıq planlaşdırma idarəsi tərəfindən 1985-ci il tarixdə təsdiq edilmiş 6041 nömrəli inşaat pasportundan görünür ki, 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə şurasına torpaq sahəsi ayrılmışdır. “Kurortlar” Səhmdar Cəmiyyətinin nizamnaməsindən görünür ki, “Kurortlar” Səhmdar Cəmiyyəti Azərbaycan Respublika Şurası Rəyasət Heyətinin qərarı əsasında Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasının müəssisələrinin bazasında yaradılmışdır. Həmkarlar İttifaqlarının 20 oktyabr 1992-ci il tarixli 20 nömrəli protokolu, q.4. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmış və dövlət qeydiyyat nömrəsi (VÖEN) ********* olan "xxxx" Səhmdar Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir. Azərbaycan Respublika Həmkarlar X14 Heyətinin xx.xx.1992-ci il tarixli iclasının 20 nömrəli protokolundan görünür ki, Azərbaycan Respublika Həmkarlar X14 Heyətinin xx.xx.1992-ci il tarixdə (20-4q) qəbul etdiyi qərarı ilə Həmkarlar İttifaqları Kurortlarının idarə edilməsi üzrə Azərbaycan Respublika Şurasının sanatoriya-kurort idarələri və təşkilatları zəmnində "xxxx" Səhmdar Cəmiyyəti təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş və "xxxx" Səhmdar Cəmiyyəti Həmkarlar İttifaqlarının Kurortlarının idarə edilməsi üzrə Azərbaycan Respublika Şurasının hüquqi varisi sayılmışdır. "xxxx" Səhmdar Cəmiyyəti "xxxx" sanatoriyasının nizamnaməsindən görünür ki, "xxxx" sanatoriyası "xxxx" Səhmdar Cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq müstəqil stuktur bölməsidir, onun tabeliyində fəaliyyət göstərən hüquqi şəxs statuslu tərkib hissəsidir. Sanatoriyanın hüquqi ünvanı ünvan 6matlarından görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin "xxxx" sanatoriyası xx.xx.1998-ci ildə dövlət qeydiyyatına (VÖEN **********) alınmaqla hüquqi ünvanı ünvan 7verən) ilə X6 (icarəçi) arasında bağlanmış xx.xx.2007-ci il tarixli 37 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında torpaq icarəsi müqaviləsindən görünür ki, icarəyə verən (torpaq sahəsi eskiz-cizgisinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsində yerləşən) sahəsi 360 kv.m olan sahəni 10 il müddətinə icarəçinin istifadəsinə verir, icarəçi isə müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən icarəyəverənin vəzifələri aşağıdakılardır: - icarəyə verilmiş torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəlləşdirilərək bu sahənin alınmasını ilk növbədə icarəçiyə təklif etmək; - icarə müqaviləsinin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək; - icarəyə verilmiş torpaqlarda icarəyəverənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək. Müqaviləyə əsasən icarəçinin hüquqları aşağıdakılardır: - torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; - icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda obyektə qoyduğu investisiyanın dəyərini icarəyəverəndən tələb etmək; - icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq; - torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsinin icarəyəverəndən tələb etmək. Müqaviləyə əsasən icarəçinin vəzifələri aşağıdakılardır: - icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 14 may 2008-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin "xxxx" sanatoriyasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli 2-(81)-1436/2009 saylı qətnaməsi ilə iddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti, "xxxx" sanatoriyasının, Bibi-Heybət Bələdiyyəsinə və sahibkar X9 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz inşa edilmiş tikililərin sökülməsi və sahənin boşaldılması tələbinə dair iddiası təmin edilmış, cavabdehlər Bibiheybət bələdiyyəsi ilə X15 arasında bağlanılmış xx.xx.2007-ci il tarixlı müqaviləsinin etibarsız hesab edilməsi, X15 tərəfindən inşa olunmuş tikilinin sökülməsi və sahənin boşaldılması qət edilmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2010cu il tarixli 2-1(102)-529/10 saylı qərarından görünür ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli 2-(81)-1436/2009 saylı qətnaməsi ilə cavabdehlər Bibi-Heybət Bələdiyyəsi ilə X15 arasında bağlanmış 8 fevral 2007-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş, X15 tərəfindən qanunsuz inşa edilmiş tikililərin sökülməsi və sahənin boşaldılması qət edilmişdir. Sözügedən qərardan o da görünür ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 31 avqust 2010-cu il tarixli 2-(81)-1436/2009 saylı qərardadı ilə Qanuni nümayəndə cavabdeh X7 hüquqi varisi kimi tanınmış və Qanuni nümayəndə iddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti, "xxxx" sanatoriyasının, Bibi-Heybət Bələdiyyəsinə və sahibkar X9 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz inşa edilmiş tikililərin sökülməsi və sahənin boşaldılması haqqında tələbi barədə mülki iş üzrə iddiaçılarla barışdığı üçün iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli 2-1(103)-689/2010 saylı qərardadından verdiyi kassasiya şikayətini geri götürmüş və kassasiya şikayəti üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2012-ci il tarixli 8-(81)-726/2011 saylı qərardadı ilə iddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, "xxxx" SC-nin və Şıx sanatoriyasının cavabdehlər Bibi- Heybət Bələdiyyəsinə və sahibkar X9 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz inşa edilmiş tikilinin sökülməsi və sahənin boşaldılması tələbi barədə idda ərizəsi üzrə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-(81)-1436/2009 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi tam icra olunduğundan Bakı şəhəri Səbail rayon Məhkəmə İcraçıları Şöbəsinin (Səbail rayon icra şöbəsi) təqdimatı təmin edilmiş və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-(81)-1436/2009 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraat xitam verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-1436/2011 saylı qərardadı ilə tələbkarlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti və "xxxx" sanatoriyası ilə borclular Qanuni nümayəndə və Bibi-Heybət Bələdiyyəsi arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunmuşdur:
1. Bibi-Heybət Bələdiyyəsi ilə X15 arasında bağlanmış 08 fevral 2007-ci il il tarixli icarə müqaviləsi etibarsız hesab edilir.
2. X4-Heybət qəsəbəsi Namiq Quliyev küçəsi 57-də X15 tərəfindən inşa edilmiş bir mərtəbəli iaşə obyektinin sökülməməsini, dəyəri ödənilmədən "xxxx" sanatoriyasının balansına verilməsini öhdəsinə götürür.
3. "xxxx" sanatoriyası isə iaşə obyektinin dəyəri ödənilmədən sanatoriyanın balansına götürülməsini öhdəsinə götürür.
4. Tərəflər gələcəkdə bir-birinə qarşı hazırkı mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərindən imtina edirlər. Həmçinin sözügedən qərardadla 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli tarixli qətnaməsi üzrə icra icraatına xitam verilmişdir. "xxxx" SC-nin Şıx sanatoriyası (icarəyə verən) ilə Qanuni nümayəndə (icarəçi) arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev 57-də yerləşən ümumi sahəsi 279 kv.m+16 kv.m olan, o cümlədən qeyri-yaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən icarəçinin vəzifələri aşağıdakılardır: - İcarə sahəsində olan əmlakın əsaslı və cari təmirini öz hesabına aparmaq; - İcarəyə götürülmüş qeyri-yaşayış sahəsini icarəyə verənin razılığı olmadan aparılmış bütün yenidən qurmalar ilə yeni tikililər müqavilə vaxtından əvvəl pozulduqda və yaxud müqavilənin müddəti başa çatdıqda əvəzsiz olaraq icarəyə verənin mülkiyyətinə keçir. - Müqavilənin müddəti bitdikdən sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsini təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə icarəyə verənə qaytarmaq. Bu müqavilə 1 il müddətinə imzalanır. Müqavilənin müddətinin başa çatmasına 1 ay qalmış tərəflər müqaviləyə əlavə və dəyişiklik etməzlərsə, müqavilə hər 2 tərəfin qarşılıqlı razılığı ilə həmin müddətə, həmin şərtlərlə uzadıla bilər. xx.xx.2012-ci il tarixli aktdan görünür ki, Qanuni nümayəndə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisadi Məhkəməsinin 2iqt(81)-1436/2011 saylı qərardadının nəticə hissəsinin 2 və 3-cü bəndinə əsasən Şıx sanatoriyasının ərazisində inşa edilən 279 kv.m-lik sahəsi və 139500 manat ("xxxx" MMC-nin verdiyi xx.xx.2008-ci il tarixli qiymətləndirmə rəyinə əsasən) dəyərində olan iaşə obyektinin əvəzsiz olaraq "xxxx" sanatoriyasının balansına verilir. Hal-hazırda obyektin amortizasiya (köhnəlmə) məbləği 3906 manat təşkil edir. Aktı həmçinin təhvil verən Qanuni nümayəndə tərəfindən də imzalanmışdır. Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2012-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.1992-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Səhmdar Cəmiyyətinin (SC) (VÖEN: **********) hazırki adı "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyətin təsisçisi və nizamnamə kapitalındakı mayaların miqdarı (100%) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyalarına məxsusdur. "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 2 nömrəli qərarı ilə "xxxx" Səhmdar Cəmiyyəti "xxxx" Qapalı Səhmdar Cəmiyyəti adlandırılmış və "xxxx" sanatoriyası QSC-nin tərkib hissəsi kimi təsdiq edilmişdir. "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 3 nömrəli qərarı ilə Azərbaycan Respublikası Kurortlar Şurası (indiki "xxxx" QSC) tərəfindən 04-50/11 saylı xx.xx.1985-ci il tarixli “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkili ilə əlaqədar müraciətə əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən 22 mart 1985-ci il 1/12 saylı qərarı ilə ayrılmış 1,67 ha torpaq sahəsi "xxxx" sanatoriyasının istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib olunmuş 11/7992 inventar nömrəli əmlak kompleksi kimi müəssisəyə dair texniki pasportdan görünür ki, ünvan 8 ünvanında yerləşən əmlak kompleksinin hüquqi subyekti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-dir və pasport xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunub. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* saylı çıxarışına (reyestr nömrəsi **********56-12301) və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında 0,02022 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 234,3 m2 olan əmlak kompleksi kimi müəssisə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSCnin hazırda xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib olunmuş 11/3428 inventar nömrəli qeyri-yaşayış binasına dair texniki pasportdan görünür ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquqi subyekti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-dir və pasport xx.xx.2013-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunub. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* saylı çıxarışına (reyestr nömrəsi **********28-06301) əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında 0,03258 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 265,6 m2 olan qeyri-yaşayış binası (qeyri-yaşayış binasının tərkibinin (həyətyanı tikili və qurğuların) tikintialtı sahəsi ümumilikdə 736,2 m2dir) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2013-cü il tarixli 7 nömrəli qərarı ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Bakı şəhəri, Bibi-heybət qəsəbəsi Namiq Quliyev küçəsi 57-də inşa edilmiş 279 və 415 m2 sahəsi olan iaşə obyektlərinin dəyəri ödənilmədən "xxxx" QSC-nin tabeliyində olan "xxxx" sanatoriyasının balansına əbuleidlməsi, "xxxx" QSC-nin Bakı şəhəri, Bibi-heybət qəsəbəsi, Namiq Quliyev 57-də inşa edilmiş iaşə obyektlərinə mülkiyyət hüququarının qeydə alınmasına dair dövlət reyestrindən çıxarışları nəzərə alınaraq "xxxx" QSC-nin mülkiyyət hüquqları qeydə alınmış hər iki iaşə obyekti əvəzsiz olaraq Cəmiyyətin tabeliyində olan "xxxx" sanatoriyasının sərəncamına və istifadəsinə verilmiş, qeyd edilən iaşə obyektlərinə aid istənilən hüquqi əqdləri bağlamaq, o cümlədən icarə müqavilələri bağlamaq, icarə haqqı ödənişlərini toplamaq, toplanmış icarə haqqı ödənişlərini sanatoriyanın zəruri xərclərinə yönəltmək, həmin iaşə obyektləri ilə bağlı bütün dövlət və qeyri-dövlət müəssisələri ilə danışıqlar aparmaq, hüquqi sənədləri hazırlamaq və təqdim etmək, zəruri sənədləşmələri aparmaq səlahiyyətləri "xxxx" sanatoriyasına həvalə edilmişdir. "xxxx" SC-nin Şıx sanatoriyası (icarəyə verən) ilə Qanuni nümayəndə (icarəçi) arasında bağlanmış 07 yanvar 2014-cü il tarixli 01 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev 57-də yerləşən ümumi sahəsi qış ayları 384,59 kv.m, yay ayları 546,49 kv.m olan, o cümlədən qeyri-yaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən icarəçinin vəzifələri aşağıdakılardır: - İcarə sahəsində olan əmlakın əsaslı və cari təmirini öz hesabına aparmaq; - İcarəyə götürülmüş qeyri-yaşayış sahəsini icarəyə verənin razılığı olmadan aparılmış bütün yenidən qurmalar ilə yeni tikililər müqavilə vaxtından əvvəl pozulduqda və yaxud müqavilənin müddəti başa çatdıqda əvəzsiz olaraq icarəyə verənin mülkiyyətinə keçir. - Müqavilənin müddəti bitdikdən sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsini təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə icarəyə verənə qaytarmaq. Bu müqavilə xx.xx.2014-cü ilədək qüvvədədir. Müqavilənin müddətinin başa çatmasına 1 ay qalmış tərəflər müqaviləyə əlavə və dəyişiklik etməzlərsə, müqavilə hər 2 tərəfin qarşılıqlı razılığı ilə həmin müddətə, həmin şərtlərlə uzadıla bilər. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Səhmdar Cəmiyyətinin "xxxx" sanatoriyasının (VÖEN: **********) təsisçisi və nizamnamə kapitalındakı mayaların miqdarı (100%) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışı və Cavabdeh MMC-nin nizamnaməsi ilə müəyyən edilir ki, Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə (VÖEN: ********** olmaqla) dövlət qeydiyyatına alınmış və yeganə təsisçisi və nizamnamə kapitalındakı mayaların miqdarı 1 pay olmaqla MMC-nin qanuni təmsilçisi olan Qanuni nümayəndə məxsusdur. "xxxx" SC-nin Şıx sanatoriyası (icarəyə verən) ilə Cavabdeh MMC (təsisçi Qanuni nümayəndə şəxsində) (icarəçi) arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli 02 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında yerləşən ümumi sahəsi 736,2 kv.m olan, o cümlədən qeyri-yaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən icarəçinin vəzifələri aşağıdakılardır: 2.2.2. İcarə sahəsində olan əmlakın əsaslı və cari təmirini öz hesabına aparmaq; 2.2.5. İcarəyə götürülmüş qeyri-yaşayış sahəsini icarəyə verənin razılığı olmadan aparılmış bütün yenidən qurmalar ilə yeni tikililər müqavilə vaxtından əvvəl pozulduqda; 2.2.6. Müqavilənin müddəti bitdikdən sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsini təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə icarəyə verənə qaytarmaq. 3.1-ci bəndinə əsasən qış mövsümü (ilin yanvar, fevral, mart, oktyabr, noyabr və dekabr ayları) üçün 400 manat, yay mövsümü (aprel, may, iyun, iyul, avqust, sentyabr) ayları üçün 900 manat icarə haqqı ödənilməsi barədə razılığa gəlmişlər. 4.1-ci bəndinə əsasən bu müqavilə 1 il müddətinə imzalanır və imzalandığı gündən qüvvəyə minir. 6.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasına 1 ay qalmış tərəflər müqaviləyə əlavə və dəyişiklik etməzlərsə, müqavilə hər 2 tərəfin qarşılıqlı razılığı ilə həmin müddətə, həmin şərtlərlə uzadıla bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" Sanatoriyası tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktublarından görünür ki, MMC-dən icarə obyektinin təxirəsalınmadan boşaldılması, qanunsuz tikililətin sökülməsini, daşınar əşyalarının öz hesabına icarə sahəsindən çıxarılması, icarə obyekti və sahəsinin sanatoriyayaa təhvil verilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/1373 saylı ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi ilə Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgi və akt əsasən "xxxx" QSCyə ayrılmış 1,67 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin şərq tərəfində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Cavabdeh MMC-nin faktiki istifadəsində olan qeyri-yaşayış sahələri və torpaq sahəsi ilə ünvan 9 ünvanda (əvvəlki adı Namiq Quliyev 45) yerləşən, daşınmaz əmlakın Dövlət reyestrindən (Reyestr nömrəsi **********56-12301) xx.xx.2012-ci il tarixli çıxarışa və çıxarışa əlavə edilmiş texniki pasporta əsasən "xxxx" QSC-nin mülkiyyətində qeyri-yaşayış sahəsi və qeyri- yaşayış sahəsinin yerləşdiyi texniki pasportda qeyd olunan 1348,1 kv.m torpaq sahəsinin tam şəkildə üst-üstə düşdüyü müəyyən edilmişdir. Yəni reyestr nömrəsi **********56-12301 olan çıxarışda və texniki pasportda qeyd olunan qeyri-yaşayış sahəsi və torpaq sahəsi bütövlüklə Cavabdeh MMC-nin faktiki istifadəsindədir. Eyni zamanda **********56-12301 reyestr nömrəli texniki pasportda qeyd olunan ərazinin hüdudları daxilində texniki pasportda öz əksini tapmayan sanitar qovşağı tikilisi inşa edilmişdir. Əlavə olaraq **********56-12301 reyestr nömrəli texniki pasportda qeyd olunan 1348,1 kv.m sahənin cənub tərəfində (dənizə tərəf) texniki pasportdan öz əksini tapmıyan ümumilikdə 1650 kv.m torpaq sahəsi və həmin sahədə yerləşən 5 ədəd taxtadan inşa edilmiş otaqlar, bir ədəd talvar tikilisi (mövsümi xidmət sahəsi) Cavabdeh MMC-nin faktiki istifadəsindədir. Beləliklə Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin 2998,1 kv.m (1348,1 kv.m texniki pasportun daxilində, 1650 kv.m texniki pasportun xaricində) olduğu müəyyən edilmişdir. “GoogleEarth” internet xəritə proqramında mövcud olan illər üzrə görüntülərdən görünür ki, Cavabdeh MMC-nin faktiki istifadəsində olan texniki pasportda qeyd olunmayan əlavə 1650 kv.m sahə 2013-cü ildən sonra dənizin doldurulması nəticəsində yaranmışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin avqust 2023-cü il tarixli məktubunda qeyd edilir ki, şərti sərhədlərlə göstərilən ərazidə digər şəxslərin adlarına qeydiyyatdan keçmiş qapalı sahələr olduğu üçün dəqiq sərhədləri müəyyənləşdirmək tərəflərindən mümkün olmamışdır. Həmçinin torpaq sahəsinin 0,3121 ha və 0,7580 ha hissələri **********56-12301 və **********28- 06301 reyestr nömrələri ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının və əmlak kompleksinin istifadəsində olan torpaq sahələridir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 25 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: Bildirirlər ki, şərti olaraq göstərilən torpaq sahəsi faktiki olaraq 1.67 ha təşkil edir. Şərti olaraq göstərilən sahə "xxxx" sanatoriyasının qarşısında, Xəzər dənizinin kənarında yerləşir. Faktiki olaraq göstərilən 1.67 ha torpaq sahəsinin koordinatları əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin 0.3556 ha (0.3556 ha sahənin 0.0926 ha hissəsi Xəzər dənizinin mühafizə zolağında və 0.0185 ha hissəsi isə göstərilən 1.67 ha torpaq sahəsinin hüdudları xaricində yerləşir) və 0.7580 ha hissələri **********56-12301 və **********28-06301 reyestr nömrələri ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının və əmlak kompleksinin istifadəsində olan torpaq sahələridir. Torpaq sahəsinin 0.2956 ha hissəsi X10 adına qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının istifadəsində olan, 0.1705 ha hissəsi isə X8 adına qeydiyyatdan keçmiş əmlak kompleksinin mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin boş qalan hissəsi 0.4291 ha təşkil edir və həmin hissə Xəzər dənizinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla bağlı izahlı ortofoto əlavə olundu. Qərardadın ikinci sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən “Bül-bül MMC-nin faktiki istifadəsində olan qeyri-yaşayış sahələri və torpaq sahəsi ilə (Reyestr nömrəsi **********56- 12301) xx.xx.2012-ci il tarixli çıxarışa (və çıxarışa əlavə edilmiş texniki pasporta) əsasən "xxxx" QSC-nin mülkiyyətində qeyri-yaşayış sahəsi və həmin qeyri- yaşayış sahəsinə aid torpaq sahəsi tam üst-üstə düşür. Sözügedən ərazidə qeydiyyatdan keçmiş tikililərdən əlavə mövsümü tikililər mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: Bildirirlər ki, “Bül-bül MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSCnin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). Faktiki olaraq göstərilən 1.67 ha torpaq sahəsinin koordinatları əlavə olunur. Qərardadın ikinci sualı üzrə: Yuxarıda qeyd olunduğu kimi “Bül-bül MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-3-16/2-10/5461 saylı ekspert rəyindən görünür ki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X18 tərəfindən 04 oktyabr 2023-cü il tarixli, 3-21-3-30/2-35731/2023-**********31 saylı mütəxəssis əsasən müəyyən edilmişdir ki: Qərardadın birinci sualı üzrə: “Bül-bül MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). Faktiki olaraq göstərilən 1.67 ha torpaq sahəsinin koordinatları əlavə olunur. Qərardadın ikinci sualı üzrə: “Bül-bül MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümi tikililəri) daxil olmaqla Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). Qeyd: İlkin ekspertizanın nəticələri ilə hazırkı ekspertizanın nəticəsi arasında yaranmış fərqin səbəbi, hazırkı ekspertiza zamanı tədqiqatın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş müvafiq mütəxəssis rəylərinin əsasında aparılmasıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
Əsaslandırıcı hissə:
Məhkəmə hesab edir ki, ilkin iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F (əvvəlki ünvan N.Quliyev 57) ünvanında 0,02022 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən (reyestr nömrəsi **********56- 12301) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin xüsusi mülkiyyətindədir. "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2013-cü il tarixli 7 nömrəli qərarı ilə həmin qeyri-yaşayış binası (iaşə obyekti) əvəzsiz olaraq Cəmiyyətin tabeliyində olan "xxxx" sanatoriyasının sərəncamına və istifadəsinə verilmiş və qeyd edilən iaşə obyektinə aid istənilən hüquqi əqdləri bağlamaq, o cümlədən icarə müqavilələri bağlamaq, icarə haqqı ödənişlərini toplamaq, toplanmış icarə haqqı ödənişlərini sanatoriyanın zəruri xərclərinə yönəltmək, həmin iaşə obyektləri ilə bağlı bütün dövlət və qeyri-dövlət müəssisələri ilə danışıqlar aparmaq, hüquqi sənədləri hazırlamaq və təqdim etmək, zəruri sənədləşmələri aparmaq səlahiyyətləri "xxxx" sanatoriyasına həvalə edilmişdir. İddiaçı "xxxx" Sanatoriyası ilə Cavabdeh MMC arasında 01 yanvar 2021-ci il tarixli 02 saylı icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Səbail rayonu, Bibi-heybət qəsəbəsi, Namiq Quliyev 45 ünvanında küçəsində yerləşən qeyri-yaşayış sahəsi 01 yanvar 2022-ci il tarixədək cavabdehə icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra "xxxx" Sanatoriyası tərəfindən Cavabdeh MMC-yə icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin boşaldılması barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən icarə obyekti boşaldılmamışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər X13 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə və torpaq sahəsinin ayrılması barədə xx.xx.1985-ci il tarixli 1/12 saylı qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə 1,67 ha torpaq sahəsi ayrılmış və həmin sahədə bulvar-istirahət zonasının təşkilinə icazə verilmişdir. Bundan sonra Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasının hüquqi varisi olan "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 3 nömrəli qərarı ilə həmin torpaq sahəsi "xxxx" sanatoriyasının istifadəsinə verilmişdir. Hazırda iddiaçı "xxxx" Sanatoriyası 01 yanvar 2021-ci il tarixli 02 saylı icarə müqaviləsinə icarə müddətinin bitməsi ilə əlaqədar xitam verilməsinə baxmayaraq Cavabdeh MMC-nin icarə obyektini boşaltmadığını, eləcə də icarə obyekti ilə yanaşı həmin ərazidə 1985-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına ("xxxx" QSC-nin hüquqi sələfi) ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsinin də cavabdehin qanunsuz sahibliyində və istifadəsində olduğunu, bununla yanaşı cavabdehin həm icarə obyektinə daxil olan torpaq sahəsində, həm də "xxxx" QSC-nin hüquqi sələfi Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına ayrılmış 1,67 ha torpaq sahəsində qanunsuz tikililər inşa etdiyini əsas göstərərək Cavabdeh MMC-nin rəhbərliyi və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyri-yaşayış obyekti və torpaqdan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" QSC tərəfindən Şıx sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadələrində və sərəncamlarında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpaqlarına köçürülmələrini tələb edir. Bununla yanaşı müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC də iddia qaldıraraq Cavabdeh MMC-nin rəhbərliyi və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyriyaşayış obyektindən və torpaqdan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" SC tərəfindən "xxxx" sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq mülkiyyətlərində olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və istifadələrində olan torpağa köçürülmələrini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, həm iddiaçı "xxxx" Sanatoriyasının, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC-nin irəli sürdükləri iddia tələbləri iki hissədən ibarətdir. Birinci hissə- "xxxx" Sanatoriyası ilə Cavabdeh MMC arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli 02 saylı icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin icarəsinə verilmiş icarə obyektindən (qeyri-yaşayış sahələri və onlara aid torpaq sahəsindən), eləcə də "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsindən Cavabdeh MMC-nin çıxarılması, sahənin boşaldılması və həmin sahəyə köçürülmə ilə bağlıdır. Sözügedən tələblərlə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC hazırda mübahisəli ərazidə yerləşən qeyri-yaşayış sahələri və torpaq sahəsinin faktiki istifadəsində olmasını inkar etməsə də, sözügedən qeyri-yaşayış sahələrinin "xxxx" QSC-nin mülkiyyətində olan və "xxxx" sanatoriyasından icarəyə götürdüyü əmlak kompeksi olması, eləcə də istifadəsində olan torpaq sahəsinin "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsi olması faktlarını mübahisələndirmişdir. Göstərilən hal, eləcə də "xxxx" QSC-nin mülkiyyətində olan əmlak kompleksinin ünvanı ilə (Namiq Quliyev 62 F) icarə obyektinin ünvanının (Namiq Quliyev 45) fərqli olması nəzərə alınaraq mübahisəli halın aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və sonradan təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Təkrar ekspertizanın nəticəsi olaraq tərtib edilmiş 25 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə “Bül-bül MMC-nin faktiki istifadəsində olan qeyri-yaşayış sahələri və onlara aid torpaq sahəsinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksi (texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla) ilə üst-üstə düşməsi, eləcə də Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsi olması müəyyən edilmişdir. MPM-in: 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin təkrar ekspertiza üzrə ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Cavabdehin istinad etdiyi təkrar ekspertizanın rəyi ilə ilkin ekspertiza rəyi arasında (cavabdehin istifadəsində olan torpaq sahəsinin 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxil olması hissəsində) ziddiyyətlərin olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ilkin ekspertiza keçirilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri ekspertiza tədqiqatına cəlb edilməmiş, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə "xxxx" QSC-yə ayrılmış torpaq sahəsinin koordinatları müqayisə edilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə ekspert rəyinin sözügedən hissəsi ilə razılaşmamış və mübahisəli halların aydınlaşdırılması üçün təkrar ekspertizanın təyin edilməsini zəruri hesab etmişdir. Odur ki, ilkin ekpertiza rəyinin yuxarıda göstərilən hissəsi mötəbər sübut kimi qəbul edilə bilməz. İkincisi, iş materiallarından görünür ki, mübahisəli əmlak kompleksinə dair "xxxx" Sanatoriyası ilə Cavabdeh MMC arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli 02 saylı icarə müqaviləsinin müddəti 01 yanvar 2022-ci ildə bitmiş və "xxxx" Sanatoriyası tərəfindən Cavabdeh MMC-yə icarə obyektinin boşaldılmasına dair xəbərdarlıqlar edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməklə Cavabdeh MMC-nin mübahisəli daşınmaz əmlakdan (qeyri-yaşayış sahələri və torpaq sahəsi) istifadə və sahiblik etməsi üçün mövcud olmuş müqavilə əsası aradan qalxmışdır. Digər tərəfdən Cavabdeh MMC faktiki istifadəsində olan daşınmaz əmlak (qeyri-yaşayış sahələri və torpaq sahəsi) üzərində qanunla qorunan əşya hüququna malik olmasını, yəni həmin əmlak üzərində sahibliyinin qanuni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla bağlı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-1436/2011 saylı qərardadı ilə tələbkarlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti və "xxxx" sanatoriyası ilə borclular Qanuni nümayəndə və Bibi-Heybət Bələdiyyəsi arasında bağlanmış barışıq sazişinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin qeyri-müəyyən müddətə Qanuni nümayəndə icarəsinə verilməli olması barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, birincisi, hazırkı işdə cavabdeh qismində Qanuni nümayəndə deyil, mülki hüququn müstəqil subyekti olan Cavabdeh MMC çıxış edir. İkincisi, sözügedən barışıq sazişinin məzmunundan görünür ki, həmin sazişə tərəflərin mübahisəli qeyriyaşayış sahəsinin "xxxx" sanatoriyasının balansına verildikdən sonra Qanuni nümayəndə icarəsinə və ya istifadəsinə verilməli olması barədə razılığa gəlmələrinə dəlalət edən hər hansı şərt daxil edilməmişdir. Mülki Məcəllənin: 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, icarə müqaviləsi üzrə icarə verən olan "xxxx" sanatoriyası Mülki Məcəllənin 697.1-ci maddəsinin tələblərinə əsaslanaraq icarə obyekti olmuş, lakin icarə münasibətlərinə xitam verilməsinə baxmayaraq icarə verənə qaytarılmamış əmlakın (qeyri-yaşayış sahələri və ona aid torpaq sahəsinin) qaytarılmasını, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC isə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi və torpaq sahəsinin qanuni sahibi qismində Mülki Məcəllənin 157.2-ci ə 157.8-ci maddələrinə əsaslanaraq Cavabdeh MMC-nin qanunsuz sahiblik və istifadəsində olan daşınmaz əmlakın (qeyri-yaşayış sahələri və torpaq sahəsinin) qaytarılmasını, eynilə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış və QSC tərəfindən “Şıx “ sanatoriyasının istifadəsinə verilmiş 1,67 ha torpaq sahəsinin qanuni sahibləri qismində Mülki Məcəllənin 157.2-ci ə 157.8-ci maddələrinə əsaslanaraq həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin qaytarılmasını tələb etməklə haqlıdırlar. Odur ki, əmlak kompleksindən (qeyri-yaşayış sahbələri və onlara aid torpaq sahəsindən), eləcə də 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış və "xxxx" sanatoriyasının istifadəsində olan torpaq sahəsindən Cavabdeh MMC-nin çıxarılması və həmin əmlak kompleksinə və torpaq sahəsinə köçürülmə hissəsində hər iki iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaların ikinci tələbi mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikililərin sökülməsi ilə bağlıdır. Həmin tələblə bağlı qeyd edilməlidir ki, iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/1373 saylı ekspert rəyi ilə "xxxx" QSC –nin adına verilmiş texniki pasportla əhatə edilən ərazidə (yəni icarədə olmuş obyektin daxilində) həmin pasportda öz əksini tapmayan sanitar qovşağı tikilisinin inşa edilməsi, eyni zamanda pasportla əhatə edilməyən ərazidə 5 ədəd taxtadan inşa edilmiş otaqlar, bir ədəd talvar tikilisinin (mövsümi xidmət sahəsi) inşa edilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə isə Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin tam şəkildə "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsində daxilində yerləşməsi müəyyən edilmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, Cavabdeh MMC-nin inşa etdiyi, texniki pasportda əks olunmayan sanitar qovşağı, 5 ədəd taxtadan inşa edilmiş otaqlar, bir ədəd talvar tikilisi "xxxx" QSC-nin mülkiyyətində olan, icarə obyekti olmuş əmlak kompleksinin və "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşir. Sözügedən tikililərin Cavabdeh MMC tərəfindən inşa edilib-edilməməsi məsələsinə gəldikdə qeyd edilməlidir ki, cavabdeh mübahisəli ərazidə tikililərin onun tərəfindən inaş edilməsi faktını mübahisələndirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh MMC mübahisəli tikililərin inşa edilməsinin lazımi icazələr alınmaqla (məlumatlandırma icraatı tətbiq edilən tikililərə münasibətdə isə həmin icraat tətbiq edilməklə), eləcə də icarəyə verən "xxxx" Sanatoriyasının razılığı alınmaqla aparılması təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İcarə haqqında” AR Qanununun 9-cu maddəsinin 3-cü hissəsinə görə icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur. Odur ki, "xxxx" QSC-nin mülkiyyətində olan əmlak kompeksinin və "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşən, Cavabdeh MMC tərəfindən inşa edilmiş və "xxxx" QSC-nin adına verilmiş texniki pasportda öz əksini tapmayan tikililər Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından şəhərsalma və tikinti qaydalarını pozmaqla inşa edilmiş özbaşına tikililər olduğundan maraqlı şəxslərin (hazırkı halda müvafiq torpaq sahəsinin qanuni sahiblərinin) iddiasına əsasən Cavabdeh MMC-nin vəsaiti hesabına sökülməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyası tərəfindən və 100 manat məbləğində dövlət rüsumu isə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ikin iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyasının və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin iddiaları təmin edildiyindən ilkin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş müvafiq olaraq mediasiya xərclərinin əvəzi olaraq 100 manat və dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq müvafiq olaraq ilkin iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə ödənilməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyasının və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin iddiaları təmin edilsin. Cavabdeh "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahələri və həmin sahələrə aid olan torpaq sahəsindən, habelə 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış və "xxxx" QSC tərəfindən "xxxx" sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsinin faktiki sahibliyində və istifadəsində olan hissəsindən çıxarılsın, cavabdeh tərəfindən "xxxx" QSC-nin mülkiyyətində olan qeyri-yaşayış sahələri və həmin sahələrə aid torpaq sahəsi, eləcə də 1,67 ha torpaq sahəsinin cavabdehin faktiki sahibliyində və istifadəsində olan hissəsi boşaldılsın, Cavabdeh tərəfindən sözügedən qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahələrinə aid olan torpaq sahəsində, eləcə də 1,67 ha torpaq sahəsinin cavabdehin faktiki sahibliyində və istifadəsində olan hissəsində inşa edilmiş və qurulmuş qanunsuz tikililər və qurğular cavabdehin hesabına sökülsün, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh tərəfindən zəbt edilmiş qeyri-yaşayış sahələri və torpaq sahələrinə köçürülsünlər. İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyası tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq ilkin iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyasına, müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-yə ödənilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva