Məhkəmə qərarları › İş №e-2-2(113)-1766/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1766/2020

24.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1766/2020 24.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İddiaçı Bayram oğlu, İddiaçı Fermer Təsərrüfatının Cavabdeh İB-yə qarşı “borcun silinməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Fermer Təsərrüfatı Cavabdeh İB-yə qarşı “borcun silinməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddiaçı Cavabdeh iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış 90448,60 manat pulun silinməsi və 700.000 manat dəymiş maddi ziyanın Cavabdeh İB-dən tutularaq İddiaçı Fermer Təsərrüfatının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Hazirki iş üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, lakin qarşılıqlı iddia ərizəsi, ilkin iddia ərizəsi üzrə başlanılmış məhkəmə işinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə əlavə edilməklə deyil, ayrıca iddia ərizəsi kimi məhkəməyə göndərilmişdir. Bu halda isə ilkin iddia ərizəsi hakim Zeynəb Axundovanın icraatında olduğundan hazırda qarşılıqlı iddianın qəbul edilməsi şərtlərinin ödənilibödənilmədiyi müəyyən edilə bilmir. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilən iddianın verilməsi qaydalarına düzgün əməl edilmədiyindən hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150- 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Fermer Təsərrüfatının Cavabdeh İB-yə qarşı “borcun silinməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İddiaçı Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar