Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2060/2023 26.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı sığorta müqaviləsinin etibarsızlığı tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, BB seriyalı, 436188 nömrəli sığorta şəhadətnaməsi blankı əsasında Cavabdeh ASC ilə bağlanılmış sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 05 aprel 2022-ci il tarixdə, saat 22 radələrində ünvan 1 ünvanında yerləşən, Cavabdeh ASC-nin ərazisindəki kirayəyə (icarəyə) götürülmüş “mebel istehsalı sexi”ndə yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi "xxxx" ASC-nin səlahiyyətli şəxsləri tərəfindən araşdırılan zaman müəyyən edilmişdir ki, sığortaçıya aid olan BB seriyalı 436188 nömrəli sığorta şəhadətnaməsi blankında (müqavilədə) göstərilən ünvan 2 ünvanında yerləşən, Cavabdeh MMC-nin istifadəsində olan “qeyri-yaşayış sahəsi”nə və ya yanğın hadisəsi baş verən “istehsalat sahəsi”nə sığortaçının səlahiyyətli satış nümayəndələri baxış keçirməmiş, foto və video çəkilişlər aparmamış, əmlakı qiymətləndirməmiş, qeyri-yaşayış sahəsinin və ya daşınmaz əmlakın mülkiyyətçisini, sahibini və istifadəçisini görməmiş, sığorta sövdələşməsi aparmamış, BB seriyalı, 436188 nömrəli sığorta şəhadətnaməsi blankını doldurmamışdır. "xxxx" ASC-nin Bakı şəhəri və regionlarda birbaşa satış xidmətinin satış nümayəndəsi Niftalıyev Anar İsa oğluna sığorta məhsullarının satışını həyata keçirmək məqsədilə xx.xx.2021-ci il tarixində BB seriyalı, 436188 nömrəli ciddi uçot blankı sayılan sığorta şəhadətnaməsi blankı təhvil verilmişdir. X14 aid olan BB seriyalı 436188 nömrəli sığorta şəhadətnaməsi blankını onun dostu X5 qanunsuz və əsassız olaraq doldurmuşdur. Sığorta müqaviləsini də o qanunsuz olaraq imzalamışdır. BB seriyalı 436188 nömrəli sığorta şəhadətnaməsinin doldurulması və hazırlanması sığorta qanunvericiliyinin normalarına əsasən bilavasitə satış nümayəndəsi tərəfindən həyata keçirilir. Cavabdeh ASC-nin ərazisindəki “mebel istehsalı sexi” "xxxx" ASC-də sığortalanmamışdır. Yanğın ərəfəsində “mebel istehsalı sexi” Cavabdeh ASC-nin yox, kirayə (icarə) müqaviləsi əsasında digər şəxsin istifadəsində olmuşdur. Cavabdeh ASC-nin nümayəndəsi, Vəkil iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, AR FHN-nin Əməliyyat-İstintaq idarəsinin böyük təhqiqatçısı, kapitan X16 oglunun 0420 sayli, 18 yanvar 2023-cu il tarixli cinayat işinin başlanmasinm rədd edilməsi haqqinda Qərarda olan tərəflərin izahatlarından iddia tələbinin əsassız olduğu birdaha subut olunur. Belə ki, X9 izahatında göstərmişdir ki, xx.xx.2021 -ci il tarixda "xxxx" ASC-də satış nümayəndəsi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. "xxxx" ASC rəhbərliyi tərəfindən onun adindan sığorta işlərinin görüİməsi xidmət müqaviləsi əsasinda fəaliyyət göstərən Ceyhun Kazımova həvalə edilmişdir. Cavabdeh ASC-dən sığorta ödənişi aldıqdan sonra "xxxx" ASC-nin idarə heyətinin sədr müavini Elbrus Fərzəliyev tərəfindən BB436188 nömrəli sığorta şəhadətnaməsi təsdiq edilmişdir. Hadisə baş verən günü Ceyhun Kazimovla birlikdə hadisə yerinə getmiş, Ceyhun hadisə yerinə baxış keçirmişdir. 2. X17 oglu izahatında gostərmişdir ki, 2021-ci ilin oktyabr ayında “Azsıgorta" ASC-nin idarə heyətinin sədr müavini Elbrus Fərzəliyevlə görüşmüş, Elbrus ona rəsmi müqavilə ilə işləməsini təklif etmişdir. Ceyhun Kazımov tanışı Anar Niftəliyevlə birlikdə işləmək istədiyini bildirmişdir. Bundan sonra X8 bütün işlərini Ceyhun Kazımova həvalə etmişdir. BB436188 nömrəli sığorta şəhadətnaməsi şirkət tərəfindən Anar Niftəliyevə təhvil verilmişdir. Cavabdeh ASC-nin əmlakına baxiş keçirilmiş, Cavabdeh ASC tərəfindən sigorta ödənişi edildikdən sonra “Savalan" ASC-nin bütün daşınmaz əmlakları icbari qaydada sığortalanmışdır. Hamin şəhadətnamə Anar Niftəliyevin iştirakı ilə doldurulmuş, sənəd sistemə daxil edilmişdir. Azsığorta ASC-nin tənzimləmələr şöbəsində Cəlal adlı şəxs tərəfindən təsdiq edilmisdir. Yuxarıdaki şahid ifadələri ilə sübut olunur ki, xx.xx.2021-ci il tarixli BB436188 nomrəli sığorta şəhadətnaməsi həmin dövrdə "xxxx" ASCdə rəsmi şəkildə çalışan Anar Niftəliyev tərəfindən tərtib edilmiş və “Azsığorta" ASC-nin idarə heyətinin sədr müavini Elbrus Fərzəliyev tərəfindən təsdiq etmişdir. Odur ki, iddiaçı Azsığorta ASC-nin Cavabdeh ASC-yə qarşı xx.xx.2021-ci il tarixli BB seriyalı 436188 nömrəli sığorta şəhadətnaməsi blankı əsasında Cavabdeh ASC ilə bağlanmış sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi tələbi üzrə iddiası rədd edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi, Vəkil etiraza uyğun izahat verərək tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: BB seriyalı 436188 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ******* manat məbləğində qiymətləndirilən Cavabdeh MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsi 3000 manat sığorta haqqı müqabilində sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. xx.xx.2021-ci il tarixli 22/12 nömrəli icarə müqaviləsindən görünür ki, Cavabdeh ASC ünvan 1 ünvanında yerləşən 420 m2 sahəsi olan əmlakını xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək X6 icarəyə verir. xx.xx.2021-ci il tarixli 22/18 nömrəli icarə müqaviləsindən görünür ki, Cavabdeh ASC ünvan 1 ünvanında yerləşən 144 m2 sahəsi olan əmlakını xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək X3 icarəyə verir. xx.xx.2021-ci il tarixli 22/22 nömrəli icarə müqaviləsindən görünür ki, Cavabdeh ASC ünvan 1 ünvanında yerləşən 262 m2 sahəsi olan əmlakını xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək X2 icarəyə verir. xx.xx.2021-ci il tarixli 22/31 nömrəli icarə müqaviləsindən görünür ki, Cavabdeh ASC ünvan 1 ünvanında yerləşən 220 m2 sahəsi olan əmlakını xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək X10 icarəyə verir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 354.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı xx.xx.2021ci il tarixli, BB seriyalı, 436188 nömrəli sığorta şəhadətnaməsi blankı əsasında Cavabdeh ASC ilə bağlanılmış sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, sığorta şəhadətnaməsinin tərtib edilmə tarixindən məhkəməyə müraciət etmə tarixədək 1 ildən artıq müddətin keçməsi ilə yanaşı, BB seriyalı, 436188 nömrəli sığorta şəhadətnaməsi "xxxx" ASC-nin möhürü ilə təsdiq edildiyindən və sığorta şirkəti Cavabdeh ASC-dən sığorta haqqı qəbul edərək sonuncunun daşınmaz əmlakını icbari sığorta etdiyinə görə sözügedən səhadətnamənin sığortaçının nümayəndəsi X9 deyil, sonuncunun dostu “X7” adlı şəxs tərəfindən imzalanması sığorta müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin istifadəsində olan qeyriyaşayış sahəsinə sığortaçının səlahiyyətli nümayəndəsi tərəfindən baxışın keçirməməsi, həmçinin foto və video çəkilişlərin aparmaması, əmlakın qiymətləndirməməsi və sığorta sövdələşməsinin aparılmaması ümumiyyətlə müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz, Odur ki, məhkəmə qeyd olunnaları nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli, BB seriyalı, 436188 nömrəli sığorta şəhadətnaməsi blankı əsasında Cavabdeh ASC ilə bağlanılmış sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: xx.xx.2021-ci il tarixli, BB seriyalı, 436188 nömrəli sığorta şəhadətnaməsi blankı əsasında Cavabdeh ASC ilə bağlanılmış sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2060/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2060/2023
26.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver